Ardını oxu...

DogruXeber.az: - SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı Sabunçu Rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə baxışı yekunlaşıb. Hakim Ruslan Mirzəliyevin sədrliyi ilə keçirilən prosesdə Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia təmin olunub.

Musavat.com xəbər verir ki, Fidan Abbasova uzun illərdir ki, qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışırdı.

Lakin Oran İsmayılzadə qızı Nilə soyadını, adını verməkdən boyun qaçırır, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən də yayınırdı. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü.

Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb.

Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının (atalığının) Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən əvvəli 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.

Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurması ilə bağlı fikirlərini belə əsaslandırıb:

“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Təxminən 6 ay müddətində Bakı şəhərində yaşadıqları müddət ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə “Viza” əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.

Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.

Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə verib.
Qətnamədə yazılır:

- AZE seriyalı, 11667989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Nil 05.05.2015-ci il tarixdə doğulub. Atası qrafasında Abbasov Orxan qeyd olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 12.07.2024-cü il tarixli qərardadına əsasən, 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının ata mənşəyinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertiza təyin edilib, lakin cavabdeh ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İsmayılzadə Orxan Mikayıl oğlu ekspertizanın keçirilməsində iştirak etməkdən qərəzli olaraq yayındığından, qanunvericiliyin tələblərinə uyğun olaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməlidir. Belə ki, cavabdeh faktiki olaraq iddiaçı ilə birgə münasibətindən doğulmuş uşağın bioloji atası olduğunu dolayısı ilə etiraf edir və bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edə bilmir. Əksinə, məhkəmə onu da nəzərə alır ki, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü Abbasova Nilin atası hesab edilməsi üçün yeganə əsas onun ekspertizanın keçirilməsindən yayınması deyil, iş materiallarında olan tərəflərin bir ailə kimi bir yerdə yaşaması, müxtəlif vaxtlarda müxtəlif xarici ölkələrdə olması, faktiki nikahlarından doğulmuş uşaqla birgə çəkilmiş foto və video görüntüləri ilə də öz təsdiqini tapır. Həmçinin, iddia tələbi alimentin tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir”.

Məhkəmənin aliment tələbi ilə bağlı mövqeyi isə Orxan İsmayılzadənin imkanlarını əks etdirən sənədlərlə uyğun görünmür:

“Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarında cavabdeh Orxan İsmayılzadənin gəlirinin olması barədə məlumat olmasa da, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, mülkiyyətində daşınmaz və daşınar əmlaklar mövcud olduğundan, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və ədalətli hesab edir.

Qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.

Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.

Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin. Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İsmayılzadə, “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.//Musavat.com

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
Azərbaycanda icra başçısı ilə xanım müğəninin rəqsi böyük marağa səbəb olub.
TEREF manset.az-a istinadla xəbər verir ki, tanınmış müğənni Nişanə Baxışova toyda ifa edərkən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəqs etməyə başlayıb.

Onlar rəqs edərkən icra başçısı ilə məclisə gələn vəzifəli şəxslərdən biri xanım ifaçıya pul verib. Sözügedən anlar kameraya tuş gəlib.
Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...

 
 
 
Ardını oxu...
Bəzən qəbzdə bir məhsul iki dəfə vurulur, almadığın məhsul siyahıya əlavə olunur.

Son vaxtlar ən çox yayılan variantlardan biri də “endirim” adı ilə edilən fırıldaqçılıqdır. Belə ki, malın qiyməti piştaxtada bir cür göstərilir, kassada isə daha baha qiymət hesablanır.

Ticarət sahəsində həm düşünülmüş, həm də illər ərzində işlənib hazırlanmış “fəndlər” var.

Nağdsız ödənişlərin geniş yayıldığı 21-ci əsrdə belə, istehlakçı (alıcı) marketlərdə aldadılma halları ilə qarşılaşır.

Maraqlıdır, müştəri bu halla qarşılaşdıqda təzminat tələb edər bilər?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarını təmin etmək üçün xüsusi qanun aktları var:

"İstehlakçıların hüquqları məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunuda öz əksini tapır. İnzibati Xətalar Məcəlləsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər (sahibkar) səkkiz yüz manatdan min manatadək məbləğdə, ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək cərimə edilir.

Praktikada isə belə hallar üzrə daha çox İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, protokol tətbiq olunur.

Bu maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Zərərçəkmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraicət edərək, həm maddi, həm də mənəvi zərərin təzminatını tələb edə bilər".
 
Ardını oxu...
 

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Musavavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi –Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 12-də də NİİM əlverişsiz hava şəraiti ilə əlaqədar analoji addım atmışdı.

Ardını oxu...
Azərbaycanlı iş adamı və hazırda Azərbaycanda yaşayan Dünyamalı Əliyev (keçmiş adı və soyadı: Rafiq Kərim oğlu Allahverdiyev) barəsində bir çox dələduzluq halları ilə bağlı iddialar səsləndirlib.
Ajans.az – a müraciət edən E. Ə. (şikayətçinin adı şərti verilib) iddia edir ki, 2008-ci ildə tanış olduğu iş adamı Dünyamalı Əliyev (Keçmiş ad və soyadı: Rafiq Kərim oğlu Allahverdiyev) tərəfindən aldadılıb. Rafiq Kərim oğlu Allahverdiyev (yeni ad və soyadı: Dünyamalı Əliyev) o zaman ölkəni tərk edib və Türkiyə Respublikasına gedib. Şikayətçi bildirir ki, axtarışlardan sonra məlum olub ki, Rafiq Allahverdiyev Türkiyədə Rafet adı altılnda çalışır və o “Forte Makina” adlı şirkətə rəhbərlik edir. Amma Rafiq Allahverdiyevin telefon nömrələrini tez-tez ddəyişməsi onunla əlaqə qurmağa mane olub.

İddiaya görə çox sayda insan külli miqdarda dələduzluq faktının qurbanı olub. Zamanında hüquq mühafizə orqanlarına müraciət etmək istəyəndə isə Rafiq Allahverdiyevin o zaman Gədəbəydə sahə müvəkkili vəzifəsində çalışan əmisioğlu Allahverdiyev Zakir şikayət edilməməsini xahiş edib və bildirib ki, pulları alıb geri qaytaracaq. Lakin verilən söz yerinə yetirilməyib.

İllər sonra məlum olub ki, Rafiq Kərim oğlu Allahverdiyev 2014-cü ildə yenidən Azərbaycana gələrək anadan olduğu və qeydiyyatda olduğu Gədəbəy rayonu Novosaratovka kəndində qeydiyyatdan çıxıb. O, Daşkəsən rayonu Kəmərqaya kəndində qeydiyyata düşüb və bununla kifayətlənməyərək ad və familiyasını dəyişib. Yeni adı isə Dünyamalı, soyadı Əliyev olub. Daha sonra ölkəni yenidən tərk edib.
Borc sahiblərinin axtarışlarından sonra məlum olub ki, artıq yeni ad soyad daşıyan Dünyamalı Əliyev 2020-2021-ci ildən Azərbaycandadır və müxtəlif vaxtlarda “Forteluxe” MMC, “Agro All” MMC və “AAL” MMC adlı müəssisələr yaradıb. Hazırda “AAL” MMC inşaat sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində isə onu axtaran və borclu olduğu şəxslərlə əlaqəyə çıxmayıb.

Nəhayət borc sahibləri Dünyamalı Əliyevi tapıblar və məlum olub ki, o Nərimanov rayonu ərazisində ofis kirayələyib. Bu ofis isə keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamı sayılan “SANUR HOLDİNG”-in sahibi Qulam Ələkbərova məxsus binada yerləşir. Məlumata görə Dünyamalı Əliyev burada 7000 azn ə qədər borcludur.

Şikayətçi bildirir ki, Dünyamalı Əliyevin Türkiyədə, Rusiyada, Qazaxstanda kifayət qədər borclu olduğu iş adamları var və onlar da bu şəxsi axtarıb tapmaqda çətinlik çəkiblər. Artıq bütün borc sahibləri İqtisadiyyat Nazirliyinə və digər aidiyyəti orqanlara müraciət hazırlayırlar. Şikayətçi xüsusi olaraq vurğulayır ki, hazırda “AAL” MMC-ə ilə müqavilə bağlayan layihələr icra edən şəxslər və şirkətlər ehtiyatlı olsunlar.

Məsələ ilə əlaqədar qarşı tərəflə əlaqə saxladıq. İlk olaraq sualları ünvanlamağımızı istəyən Dünyamalı Əlievə (Rafiq Allahverdiyev) sualları "Whatsaap" üzərindən ünvanladıq.

Yazılı və video müsahibədən imtina edən Dünyamalı Əliyev (Rafiq Allahverdiyev) zəng edərək ad və soyadını dəyişdiyini etiraf etdi və dedi ki, qanuni yolla bu addımı atıb. Ona bu işdə kimlərin dəstək olması sualı cavabsız qaldı. Borcu olduğunu bildirdi və daha sonra deyilənləri təkzib etdi.

O bizimlə söhbətində şikayətçilərin zəngindən sonra mühasibinin ona 150 min azn ziyan vuraraq Naxçıvana qaçdığını dedi. Bir neçə gün öncə Azərbaycanı niyə tərk etmək istəmisiz və sizin ölkəni tərk etməyinizə nə üçün qadağa qoyulub sualı da cavabsız qaldı.

Biz öz növbəmizdə yazılı və video müashibəyə hazır olduğumuzu bildirsək də, Dünyamalı Əliyev (Rafiq Allahverdiyev) digər suallara cavab verməyəccəyini dedi və telefonu söndürdü.

Mövzunu diqqətdə saxlayacağıq.

 
 


 
Ardını oxu...
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan qarajda dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri qismən, qarajda 4 m² sahədə rəf və rəfin üzərində yığılan avtomobil ehtiyat hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Ardını oxu...
Groznının Axmatov rayonu ərazisindəki "Lider" yanacaqdoldurma məntəqəsində qaz çəni partlayıb, dörd nəfər, o cümlədən iki böyük və iki uşaq həlak olub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Telegram kanalı "Baza" qurbanların uçub gedən çən tərəfindən ölümcül yaralandığını bildirib. Fövqəladə xidmətlər TASS agentliyinə partlayış nəticəsində yaralananların olduğunu və bir neçə avtomobilin zədələndiyini xəbər verib.

Partlayış məntəqədə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı narahatlıqlar fonunda baş verib. Telegram kanalı SHOT-un məlumatına görə, 2021-ci ildə Rostexnadzor tərəfindən aparılan son yoxlama zamanı məntəqədə doqquz təhlükəsizlik pozuntusu aşkar edilib. Bunlar arasında avtomatik sızma aşkarlama sisteminin olmaması, kompressor boru kəmərində geri dönüş klapanının çatışmazlığı və təhlükəsiz olmayan yükləmə-boşaltma prosedurları yer alır.

Çeçen müxalifət Telegram kanalı 1ADAT-ın xaricdə olan üzvləri yanacaqdoldurma məntəqəsinin Çeçenistan rəhbəri Ramzan Kadırovun ailəsinə məxsus olduğunu iddia edirlər. Onlar Kadırovla əlaqəli məntəqələrdə yoxlamaların tez-tez gecikdirildiyini və kritik pozuntuların aradan qaldırılmadığını iddia etsələr də, bu iddiaları dəstəkləyən dəqiq sübut təqdim etməyiblər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın artıq söndürülüb, xilasedici dəstələr hazırda dağıntıları təmizləyir. Rusiya İstintaq Komitəsi yanacaqdoldurma məntəqəsinin əməliyyatlarında təhlükəsizlik standartlarına cavab verməyən işlərin aparılması ilə bağlı cinayət işi açıb.
Ardını oxu...
Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

Bu barədə “Report”un Aran bürosuna Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.

QEYD:

Hacıqabula aramsız yağan yağışlar nəticəsində 200-ə yaxın evi və dəmiryolunu su basıb.

Dəmir yolu xəttinə ziyan dəyib və qatarların hərəkətində fasilə yaranıb.
 
Ardını oxu...
Artıq bir ildən çoxdur ki, Bakı şəhərində yeni parklanma qaydaları tətbiq edilir. Ötən ilədək davam edən parklanma xaosu haqqında, prosesin şəffaflığı haqqında, toplanan vəsaitdən istifadənin qeyri müəyyənliyi ilə bağlı xeyli yazılar yazılmışdı.

Nəhayət hökumət ötən ildən yeni qaydalar tətbiq etdi. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğləri təsdiq edildi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri müvafiq parklanma zonalarına bölündü və nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası təsdiqləndi.

Görəsən indi durum necədir?

Görünən odur ki, bu sahədə vəziyyətin normallaşması üçün müəyyən addımlar atılıb, qeyd olunan şəhərlərdə zonalar üzrə ödənişli parklanma yerləri müəyyən edilib. Hətta deyərdim ki, zərurət olmayan yerlərə, xəstəxana və hospitalların qarşısında da ödənişli parklama yerləri müəyyən edilib.

Əlçatan ödəniş sistemləri, faydalı bir Azparking mobil tətbiqi də yaradılıb.

Maraqlıdır ki, 15 dəqiqə parklamanın pulsuz olduğu bildirilsə də, 15 dəqiqədən çox dayandıqda həmin 15 dəqiqə də ümumi parklama vaxtına daxil edilir.
Ədalət naminə demək lazımdır ki, yeni qaydalardan sonra şəhərin mərkəz hissəsində parklama yerinin tapılmasında vəziyyət müsbətə doğru dəyişib.

Lakin prosesin gedişi, yeni sistemin tətbiqinin nəticələri, aparılmış təhlillər, toplanmış vəsaitdən istifadə haqqında indiyədək AYNA heç bir hesabat verməmişdi.

Ötən günlər diqqətimi cəlb etdi ki, AYNA-nın məsul şəxsi yeni qaydaların tətbiqindən sonrakı vəziyyət haqqında hesabat xarakterli müsahibə verib.

Müsahibəyə nəzər saldım.

Yuxarıda qeyd etdiyim məqamlardan başqa ötən illərdə qaldırılan və ictimai əhəmiyyət kəsb edən sualların bir çoxuna cavab tapa bilmədim.

İctimai maraq kəsb edən məqamlardan ən əsası odur ki, nə qədər parklama yeri müəyyən olunub, yeni qaydaların tətbiqindən sonra büdcəyə nə qədər ictimai vəsait daxil olub?

Adi bir hesablama ilə müəyyən etmək olar ki, parklanmadan AYNA hər ay bir neçə milyon manat vəsait əldə edir.

Qaydalara görə bu sahədən daxil olan vəsaitlər birbaşa büdcəyə deyil, elə AYNA-nın hesabına daxil olur.

Agentlik həmin vəsaitdən həm parklama infrastrukturunun saxlanılması üçün, həm də sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün istifadə edə bilər.

Maraqlı məqam həm də odur ki, Agentlik qaydalara görə daxil olan vəsaitin 30 faizədək hissəsindən öz işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə edir.

Qaydalara görə AYNA daxil olan vəsaitlərlə bağlı hökumətə rüblük hesabatlar təqdim etməlidir. Təəssüf ki Qaydalarda bu hesablatların dərc edilməsi, saytda yerləşdirilməsi nəzərdə tutulmayıb. Lakin bu informasiyalar ictimai əhəmiyyət kəsb etdiyindən mövcud normalara görə açıqlanmalıdır.

AYNA isə daxil olan vəsaitlərin hansı istiqamətlər üzrə necə istifadə edilməsi haqqında indiyədək açıqlama verməyib.

Ümid edirəm AYNA bu sitiqamətdə hesabatlılığı və şəffaflığı gücləndirəcək, ictimai nəzarət imkanlarını da artıracaq.

Osman Gündüz
TEREF
 
Ardını oxu...
Əvvəllər Naxçvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsində çalışan, bu il Ali Məclisin deputatı seçilən Ramiz Məmmədov hələ də qeyri-rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin köməkçisi funksiyasını icra edir.

TNS-in əməkdaşı Fuad Nəcəflinin, əslində isə Ali Məclis sədrinin qəbul otağına zəng edib. Telefona əvvəlki dövrlərdə olduğu kimi, yenə də Ramiz Məmmədov cavab verib.

Əməkdaşımız Ali Məclisin deputatı seçilən Ramiz Məmmədova Fuad Nəcəflinin qəbul otağının telefon zənginə niyə cavab verdiyini soruşub.

Ramiz Məmmədov deyib ki, Fuad Nəcəflinin yanında iclas olduğu üçün telefona o cavab verib.

Sonra nə cavab verəcəyini bilməyən Ramiz Məmmədov təsadüf nəticəsində telefonun dəstəyini qaldırdığını bildirib.

“Mən başqa zəng gözləyirdim, ona görə telefona cavab verdim”, - deyən Ramiz Məmmədov özünü itirərək fikrini dəyişib: “Mən pensiya sənədlərimi almağa gəlmişəm. Orada yığıncaq idi, ona görə telefona cavab verdim”.

Bu zaman belə bir sual yaranır. Fuad Nəcəflinin qəbul otağı Dövlət Sosial Müdafiə Fondudur? Ramiz Məmmədov pensiya sənədlərini almaq üçün ora niyə gəlib, telefona niyə cavab verib? Bu, sadəcə olaraq, bəhanədir. Ramiz Məmmədov qeyri-rəsmi şəkildə köməkçi vəzifəsini icra etdiyini gizlətmək üçün belə bir bəhanə uydurub.

Naxçıvandakı etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata görə, deputat Ramiz Məmmədov yenə də qeyri-rəsmi şəkildə Fuad Nəcəflinin köməkçisidir, hətta Ali Məclis sədrinin köməkçisinin xidməti avtomobilindən istifadə edir.

Bu, tamamilə biabırçı bir vəziyyətdir. Təsəvvürünüzə gətirin ki, Milli Məclisin hansısa deputatı ölkənin hansısa nazirinin, yaxud yüksək vəzifəli bir şəxsinin köməkçisi funksiyasını icra edir. Bu, absurddur və mümkün deyil. Fuad Nəcəfli bununla sübut etməyə çalışır ki, Ali Məclis onun “dəftərxanasıdır”.

Vaxtilə Ulu Öndər Heydər Əliyevin deputatı, sonra rəhbəri olduğu Ali Məclisə belə münasibət yolverilməzdir.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədova təklif edirik ki, rəhbərlik etdiyi orqanın imicini, nüfuzunu qorusun. Hesab edirik ki, bu məsələni Ali Məclisin İntizam komissiyası araşdırmalıdır. Xalqın səsi ilə seçilən deputat ən şərəfli vəzifələrdən biridir. Deputat adını belə ləkələmək olmaz.

Fuad Nəcəfli bu qanunsuzluğu aradan qaldırmalı, Ramiz Məmmədov isə bu hərəkətinə görə seçicilərindən və Ali Məclisin deputatlarından üzr istəməlidir.
 

Dünyapress TV

Xəbər lenti