b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_da0363308ee109502f65ecce67961a69.jpg
 

Antalya mərkəzli "Maydanoz Döner" restoranlar şəbəkəsinə qarşı Türkiyə üzrə genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, "Maydanoz Döner" şəbəkəsi franchise (ad hüququ) modeli ilə fəaliyyət göstərsə də, bu sistemdən FETÖ-yə bağlı şəxsləri maliyyələşdirmək üçün istifadə olunub. Şirkət, terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Təhqiqat zamanı müəyyən edilib ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub və bu sistemə Referans Temelli Büyüme (RTB) adı verilib. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilati etimada əsaslanan bir model tətbiq edilib. 

acec0575-51d3-4f94-9fe9-c62a18e0631a.jpg (115 KB)

Şirkətin FETÖ ilə əlaqəli şəxslərə iş imkanları yaratdığı və beləliklə təşkilata pul axını təmin etdiyi müəyyən edilib. Eyni zamanda, dönər restoranlarının himmət toplamaq üçün istifadə olunduğu və əldə edilən vəsaitlərin müxtəlif yollarla FETÖ-yə çatdırıldığı aşkarlanıb.

Saxlanılan şəxslərin ifadələrinə əsasən, restoranlar şəbəkəsinin gizli şəriklərinin səhmləri sataraq qazandıqları pulları izlənməməsi üçün əmanət üsulu ilə, yəni qızıl mağazaları və digər ticarət obyektləri vasitəsilə ötürdükləri təsdiqlənib.

Şirkətin yeni filiallar açaraq qlobal miqyasda genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrini asanlaşdırdığı müəyyən edilib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

FETÖ üzvləri üçün gizli görüş yerləri təşkil olunub

Bəzi Maydanoz Döner filiallarında FETÖ-çülərin gizli görüşlər keçirdiyi, təşkilatın qaçqın vəziyyətdə olan üzvlərinin burada toplaşdığı müəyyən edilib. Eyni zamanda, təşkilat tərəfindən bağlılığı artırmaq məqsədilə “qazandıqları pulları təşkilata bağlı şəxslər arasında bölüşdürmək” tapşırığının verildiyi üzə çıxıb.

Restoran şəbəkəsindən ayrılmaq istəyən şəxslərə isə “bu işin mənəvi tərəfinin olduğu, şirkətin təşkilatı dəstəkləmək üçün qurulduğu və təşkilata bağlı şəxslərə pul ötürmək, təşkilata sədaqəti artırmaq kimi vəzifələri yerinə yetirməli olduqları” barədə təzyiq göstərildiyi müəyyən edilib. 

 "Maydanoz Döner" şəbəkəsi Bakıya da ayaq açıb

Bu əməliyyatın ən diqqətçəkən məqamlarından biri də "Maydanoz Döner" restoranlarının artıq Bakı şəhərində də fəaliyyət göstərdiyinin ortaya çıxmasıdır.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Beləliklə, FETÖ-yə bağlı döner şəbəkəsi Azərbaycanın paytaxtına da ayaq açıb. 

2024-09-25.jpg (115 KB)

Bakıda Həsən Əliyev küçəsində yerləşən "Maydanoz Döner" restoranının fotosu

 

2024-04-14.jpg (157 KB)

Zahid Xəlilov 23 ünvanında yerləşən "Maydanoz Döner" restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən "Maydanoz Döner" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir. Lakin istintaqın genişləndiriləcəyi və Azərbaycanın hüquq-mühafizə orqanlarının da bu məsələyə müdaxilə edə biləcəyi ehtimal edilir.

 

Musavat.com

Bölmənin digər xəbərləri

22 Fevral 2025 Soyuq hava şəraitində su sayğaclarınızı yoxlayın - XƏBƏRDARLIQ
22 Fevral 2025 Qubada zəlzələ oldu
22 Fevral 2025 Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
21 Fevral 2025 Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - RƏSMİ
21 Fevral 2025 Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
21 Fevral 2025 Zakir Eminov vəzifəsindən azad edilib
21 Fevral 2025 Bakıda güclü partlayış səsi eşidildi
21 Fevral 2025 Zaqatala sakinlərini aldadan “Makler Saleh” HƏBS EDİLDİ
21 Fevral 2025 Bir neçə vəzifəli şəxs cəzalandırıldı – SİYAHI
21 Fevral 2025 Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
20 Fevral 2025 Avropanın ən təhlükəli manyakı – o, 20 ildə 80-dən çox qadını öldürüb
20 Fevral 2025 Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
20 Fevral 2025 Məktəbdə bıçaqlanan xanım direktor: “Videoları mən yaymamışdım”
20 Fevral 2025 Daha bir nazir vəzifədən gedir – “Rayonda ikən sürpriz zəng gəlib və…”
20 Fevral 2025 “Təmiz Şəhər” milyonları “zibilə atıb”… – Rəsmi
20 Fevral 2025  "Bunun cavabını kim verməlidir?"
20 Fevral 2025 Qəzaya uğramış təyyarənin məsuliyyətini üzərinə götürmək Rusiyanın vicdan borcudur - ƏGƏR VARSA...
19 Fevral 2025 “Bəzi utanmazlar hələ də 23 fevralı kişi bayramı kimi qeyd edir” - aparıcıdan SƏRT ÇIXIŞ
19 Fevral 2025 Müştərinin pulunu alıb, aradan çıxdılar: Dələduz necə cəzalandırıla bilər? – VİDEO
19 Fevral 2025 "Belə çətin suallar verilərkən..." — Şagirdlərə imtahan sualları hazırlanarkən yaşları nəzərə alınırmı?

Dünyapress TV

Xəbər lenti