Ardını oxu...
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümündən öncə həyatının son saatlarına aid görüntüsü yayılıb. Kadrlarda mərhum saz ifaçısının müşaiyəti ilə şeir deyir.

T.Əhmədovun dediyi şeirdə “Görünür çatıbdır ömrümün sonu” sətrindən sonra qəhər onu boğub, bir neçə saniyəlik pauza verib, sonra davam edib.

Bu da T.Əhmədovun həyatının son günlərinə aid son kadr:

 
Ardını oxu...
"Çox təəssüf ki, Azərbaycandan gedən həkimlərin qarşısını ala bilmirik. Elə şərait yaratmalıyıq ki, həkim başqa ölkəyə getməsin, öz vətənində işləsin".

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycandan həkimləri Avropaya aparan səbəblər çoxdur:

"Tibb Universitetində oxuyan tələbə Azərbaycanda yaşayır və tibb işçilərinin və tanıdığı həkimlərin vəziyyətini görür. Bu dəqiqə internet, sosial şəbəkələr var. Almaniyada, İngəltərə, Türkiyədəki həkimlərin vəziyyətini, onların aldığı maaşları müqayisə edir. Baxır ki, həkim Almaniyada 3 min avro alır, Azərbaycanda isə 450 manat. Bu maaşla normal olaraq bir gənc inkişaf edə bilməz. O isə inkişaf etmək etmək istəyir. Baxır ki, alman dilini bilsə, rahat şəkildə orada işə düzələ bilər. Baxır, müqayisə edir və Azərbaycanda gedir".

Aydın Əliyev bildirib ki, həkim renginoloq Azərbaycanda bir gündə 120-140 xəstəyə baxır və onlaradan ancaq 35-nin ödənişini ala bilir:

"Həkim gün ərzində təxminən 95 xəstəyə pulsuz baxır. Halbuki Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycanda kadr böhranı var. Biz bunu illərlə desək də, artıq hiss olunası həddədir. Xəstəxanaların qarşısında görün nə qədər növbələr var. Niyə? Çünkü kadr çatışmazlığı var. Xəstəxanaların maddi-texniki bazası zəifdir. Əksəriyyəti sovet dövründən qalıb. Əhalinin sayı isə sovet dövrünə nisbətən iki dəfə artıb. Problemlər bitmək bilmir".

Aydın Əliyevin sözlərinə görə, bu gün Azərbaycanı tərk edənlərin çoxu savadlı tibb işçiləridir:

"Çox təəssüflər olsun ki, bu belədir. Əgər tədbir görülməsə, bu böhran getdikcə dərinləşəcək. Dövlət tibb müəssisələrində işləyən həkimlər bunu deyə bilmirlər. Çünki onları gözümçıxdıya salırlar".

Qeyd edək ki, Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçü ilə bağlı məlumatlar var. Son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb.

Bahar Rüstəmli
 
Ardını oxu...
Cərrah alma böyüklüyündə beyin şişlərini xəstənin qaşları vasitəsilə çıxarır. Bu, dünyada ilk belə əməliyyat üsuludur.

Bu barədə “Sky News” xəbər verir.

Şotlandiyanın Aberdin şəhərindən olan neyrocərrah Anastasios Jamuridis şişləri çıxarmaq üçün mövcud texnikanı yeniləyib. Beləliklə, xəstədə yalnız kiçik çapıq qalıb.

Əməliyyat üç saata başa çata bilər. Bəzi insanlar 24 saata qədər xəstəxananı tərk edib bir neçə gün ərzində işə qayıda bilərlər.

"Bu texnika ilə xəstələr dərhal oyanır, bəzən əməliyyatdan sonra ertəsi gün evə gedirlər. Burada xəstələrin daha sürətli və daha yaxşı sağaldığını bilirik",- deyə həkim bildirib.

Beynin ön hissəsindəki şişləri müalicə etmək üçün cərrahlar ümumiyyətlə, kəllə sümüyünün çox hissəsini çıxarmalı, beynin sağlam hissələrini tapmalıdırlar. Tibbdə buna kraniotomiya deyilir.

Jamouriadis deyib ki, bu cür cərrahiyyə yeni deyil, lakin o, əməliyyat üsulunu dəyişərək çox böyük beyin şişlərini çıxarmağa imkan tapıb.

Onun sözlərinə görə, bu texnika tibbdə “oyun” üsullarını dəyişdirir və daha az invazivdir:

“Ənənəvi olaraq belə əməliyyatlardan sonra insanların alnının hər tərəfində çapıqlar olardı, lakin biz bu üsulla bunun qarşısını alırıq”.
 
Ardını oxu...
MHP lideri Dövlət Baxçalının terror təşkilatının lideri məlum Abdullah Öcalan çağırışından sonra siyasi səhnədə müzakirələr böyüyür. 1999-cu ilin fevral ayından İmralı adasında cəza çəkən Öcalanın yaxın günlərdə “Ümid haqqı”ndan yararlanıb-yararlanmayacağı məlum olmasa da, son açıqlama və müzakirələrdən sonra gözlər bir daha Öcalanın İmralıdakı etiraflarına çevrilib.

Sherg.az "Haber Global"a istinadən xəbər verir ki, 21 il əvvəl Nayrobi hava limanında tünd qırmızı berelilər tərəfindən təşkil edilən əməliyyatda Öcalan 1 dəqiqə ərzində "paketlənərək" Türkiyəyə gətirilib.
1999-cu ildə aparılan dindirmə ilə bağlı bütün təfərrüatlar PKK lideri Abdullah Öcalanın Türkiyəyə gətirildikdən sonra İmralıda dindirilməsini aparan ehtiyatda olan polkovnik Həsən Atilla Uğurun “Apo istintaq otağında” adlı kitabında yer alıb. Kitabda yerinə yetirdiyi gizli missiyanın 2008-ci ilə qədər ailəsi tərəfindən belə bilinmədiyini ifadə edən Uğur, "Ailəmin belə İmralıda qəhrəman yoldaşlarımla Abdullah Öcalanı sorğu-sual etdiyimdən xəbəri yox idi. Amma 1 iyul 2008-ci ildə ifşa olundum." . Kim tərəfindən? FETÖ və FETÖ-nün faydalı bir üzvü olan "Prokuror" Zəkəriyyə Öz tərəfindən..."

Həsən Atilla Uğur kitabında o dövrün hərbi və kəşfiyyat orqanları tərəfindən ona “Kürşat” deyə müraciət edildiyini bildirərkən yazır: “Qarşımda qərargah rəisimiz, mərhum general-leytenant Çətin Haspişiren vardı. Dedim ki, əmrinizdir, komandir. "Oğlum Kürşat, bir saat içində komandanla Bursa Jandarma Bölgə Komandanlığına keç. Helikopter və məlumat təfərrüatı orada olacaq. Uğurlar sənə, - dedi. Saata baxdım: 23.45. Dedim ki, bir saata gedərik, komandir. Bir saat sonra mən də daxil olmaqla 8 nəfər iki mülki avtomobillə Ankaradan Bursaya yola düşdü. Saat 06.30-da Bursa Gemlik şosesindəki bölgə komandanlığına çatdıq. Rəhmətlik briqada generalı Nuri Günəş bizi qapının ağzında qarşıladı. Üzərində TAM GİZLİ yazısı olan sarı zərfi mənə uzatdı. Komanda binasının qarşısında uçuş-enmə zolağında gözləyən helikopterin mühərriki artıq uçuş üçün işə başlamışdı...”

Uğurun yazdığı sətirlər arasında ən diqqət çəkən hissələr terror lideri Öcalanın sorğu-sual zamanı Avropadakı kəşfiyyat vahidlərindən, xüsusən də alman kəşfiyyatından aldığı dəstəyi etiraf etdiyi hissələrdir. Terrorçuların lideri Öcalan dindirilərkən Qərbdən aldığı dəstəyi belə izah edir:

"Avropada təşkilatlanarkən digər Avropa dövlətlərinin kəşfiyyat bölmələrinin, xüsusən də alman kəşfiyyatının tövsiyə və icazələrinə uyğun hərəkət etdik. Kölndə, Dortmundda və Bonnda çoxlu əlaqələrimiz var idi. Bizim adlandırdığımız yerdə Frankfurt və Gissen var idi. Cənub əyaləti, amma Almaniyanın şimal vilayətlərindəki yezidlər bizim xəttimizə gələ bilmədilər, amma əslində alman kəşfiyyatı ilə təmasda idilər, yəni dövlət, onsuz da uzun müddətdir ki, KDP-yə, yəni Bərzaniyə çox yaxın idi, öz kadrlarını yaratmaq üçün səy göstərdilər.
Biz Fransada təşkilatı həmişə bir mənbədən həyata keçirmişik. Orada çoxlu ofislərimiz var. Biz Fransadakı erməni diasporundan böyük dəstək almışıq. 1993-cü ilə qədər orada heç bir məhdudiyyət olmadan fəaliyyətimizi həyata keçirdik. Fransa dövləti bizə həmişə çox isti münasibət bəsləyib. Fransanın Türkiyəyə qarşı bu qədər düşmən olduğunu heç bilmirdim. Açığı, təəccübləndim”.

Terrorçuların lideri Öcalan Yunanıstandakı Lavrion düşərgəsinin tamamilə terror təşkilatına ayrıldığını və sözügedən düşərgədə sui-qəsd, təxribat, bombardman kimi kritik mövzularda ciddi təlimlər verildiyini etiraf edib.
"Belçika və Hollandiya bizə mətbuat da daxil olmaqla hər cür dəstək verdi. Xüsusilə Belçika dövləti bizim media gücümüzün qısa müddətdə böyük səviyyələrə çatmasına şərait yaratdı".
 
Ardını oxu...
Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd "Golf Car" avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Ardını oxu...
Türkiyənin Çanaqqala vilayətinin Ayvacık ilçəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.
 
Ardını oxu...
“Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzər alınır.
Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.
Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər.
Bu yerlərdə digər nəqliyyat vasiələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə edilir.
 
Ardını oxu...
Qubada yerləşən, sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən 15 hektarlıq bağ evi satışa çıxarılıb.

Globalinfo.az xəbər verir ki, etibarlı mənbənin Ajans.az-a verdiyi xəbərə görə, Qubada sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən 15 hektarlıq bağı evi satışa çıxarılıb. Bağ evində yaşayış evinin ərazisi 3000 kv metr-dən artıqdır.

İlkin mərhələdə məşhur iş adamlarından biri bağ evini almağa razılıq versə də, daha sonra razılaşma həllini tapmayıb. Satış qiyməti barədə məlumat verilməyib. Bağ evi Qubanın səfalı yerindədir. Sözügedən evdə xidmət göstərmək mümkünsüz olduğundan satışa çıxarılıb. Ev sahibsiz və baxımsız vəziyyətdə qalıb.

Aaraşdırmamıza görə, bu cür böyük əraziyə və lüks malikanələrə malik bağ evinin qiyməti təxminən bir neçə milyon manat səviyyəsində ola bilər. Ərazinin genişliyi (15 hektar), xüsusi dizayn və təbiət ilə zəngin olması infrastrukturu, memarlıq üslubu kimi faktorlar bu qiyməti artırır. Bakı və Quba kimi bölgələrdə yerləşən belə mülklərin qiyməti 5 milyon manatdan başlayaraq daha yüksək məbləğlərə qədər çıxa bilər.

Məlumata görə, Ziya Məmmədovun Bakıda Şüvəlanda hektarlarla ərazisi olan bağ evi də baxımsız vəziyyətə düşür. Ziya Məmmədovun oğlu Anar Məmmədov Londonda yaşayır. Qızı isə keçmiş hərbi Komissar Əliağa Hüseynovun oğlu ilə ailə həyatı qurub.

Bildirək ki, məşhur ZQAN HOLDİNG də Ziya Məmmədova məxsus idi. Holdingin baş hərflərinin Ziya Məmmədov və ailə üzvlərinin adlarının baş hərfləri olaraq seçildiyi qeyd edilir.

Qeyd edək ki, Ziya Məmmədov Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində yaşadığı malikanənin ərazisi 40-50 sotdur.
 
Ardını oxu...
Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.
Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu gün, eyni zamanda, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil ediləcək.

İmtahan vermək üçün ümumilikdə 1 398 nəfər qeydiyyatdan keçib.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və Gəncə regional bölməsində, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə DİM-in elektron imtahanlar korpusunda keçirilir.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən namizədlər imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
 
Ardını oxu...
Almaniyada idman zalının altında 50 lüks klassik avtomobil, o cümlədən 14 Porsche 911 (1974-1989-cu illər arasında istehsal olunub), 28 Mercedes-Benz SL/SLC (1973 - 1989) və iki Ferrari 328 GTS (1988) tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Köhnə idman avtomobilləri ilə bağlı xəbərlərin ardınca avtomobil satıcısı Benjamin David görmədən bütün avtomobilləri satın aldı.

Avtomobillərin əksəriyyəti qalın toz təbəqəsi altında qalmasına baxmayaraq, yaxşı vəziyyətdə görünürdü. David "Porşelərin əksəriyyəti orijinal vəziyyətdə idi və Kaliforniyanın quru iqlimi səbəbindən paslanmadı" - dedi. Lakin Mercedes modellərində daha çox iş görülməlidir.
 

Dünyapress TV

Xəbər lenti