Ardını oxu...
11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN Xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib.
Bildirilib ki, 11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.
Ardını oxu...
İspaniyada yüksək rütbəli polis məmuru 20 milyon avronu evinin divarının arxasında gizlətdiyi üçün saxlanılıb.

İspaniyada polislə bağlı böyük qalmaqal baş verir.

"Bild" xəbər verir ki, Madrid Milli Polisinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin rəisi Oskar Sançes Gil narkotik karteli ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

İstintaq zamanı o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyada ittiham olunub. Gillə yanaşı, onun həyat yoldaşı, həmçinin bir polis məmuru və daha 13 nəfər həbs edilib. Bu barədə İspaniya mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl İspaniyanın Alxesiras limanında bananların arasında gizlədilən 13 ton rekord kokain partiyası aşkar edilib. Ancaq indi narkotik mafiyasına uğurlu zərbə böyük bir polis qalmaqalına çevrilə bilər.

Müstəntiqlər Sançesin Madridətrafı qəsəbədəki evində axtarış zamanı divarın arxasında gizlədilmiş 20 milyon avrodan çox pul tapıblar. Bu pul müstəntiqlərin fikrincə, qanunsuz fəaliyyətdən əldə edilə bilər. Bundan başqa, polis əməkdaşının kabinetindən bir milyon avroya yaxın nağd pul da aşkarlanıb.

 
 
 
Ardını oxu...
"OBA” Marketlər Şəbəkəsi 8 Noyabr Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid əməkdaşlarının ailələrini ziyarət edib.

Qaynarinfo xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib.

"OBA” əməkdaşları şəhidlərin ailələrinə hər zaman qayğı və dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Yaxın qonşunuz "OBA” hər zaman sosial məsuliyyət layihələri ilə şəhidlərin xatirəsini uca tutduğunu göstərib.

Marketlər şəbəkəsi şəhid ailələrinə dərin hörmət və minnətdarlığını ifadə edərək onların yanlarında olmağı əsas məqsədlərdən biri hesab edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.

TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki "Məryəm Kids" bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.

Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.

Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.
Ardını oxu...
Avstraliyada dünyanın başqa yerlərində görünməyən çoxlu qeyri-adi heyvanlar var. Ancaq ümumiyyətlə burada görməyi gözləmədiyiniz heyvanlar pinqvinlərdir. Amma bu yaxınlarda Avstraliya çimərliklərindən birində sörfçülər tərəfindən pinqvin görülüb.

Qaynarinfo bu barədə "ABC News Australia"ya istinadən xəbər verir.

Danimarka şəhəri (Avstraliyanın cənub-qərb sahili) yaxınlığında sörfinqlə məşğul olan Aaron Fuyler çimərlikdə pinqvin görərək təəccüblənib.

"O, nəhəng, dəniz quşundan çox böyük idi. Biz düşündük ki, sudan çıxan bu şey nədir? Və onun sudan ördək kimi çıxan quyruğu var idi", deyə Fuyler bildirib.

Onun sözlərinə görə, imperator pinqvin kimi tanınan quşun boyu bir metrə yaxın olub və insanlardan heç qorxmurmuş.

Mütəxəssislər hesab edirlər ki, imperator pinqvin Avstraliyanın cənub ucundakı çimərliyə birbaşa Antarktidadan gəlib. Yəni o, 3400 km-dən çox məsafə qət etməli olub. Bu, həmin quş növü üçün indiyə qədər qeydə alınan ən uzun səyahətdir. Bu, həm də vəhşi təbiətdə bir imperator pinqvininin görüldüyü ən şimal nöqtəsidir.

İndi pinqvinə heyvan hüquqları müdafiəçiləri baxır. Onun Avstraliyada qalacağı, yoxsa vətəni Antarktidaya dönəcəyi hələ ki, bəlli deyil.
 
Ardını oxu...
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kanadurov vəfat edib.
Bu barədə məlumatı Rusiyanın Ermənistandakı Səfirliyi yayıb.

63 yaşlı R.Kanadurovun ölüm səbəbi açıqlanmır.
 
Ardını oxu...
Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

apa
 
 
 
Ardını oxu...
Prezidentin bu gün imzaladığı fərmanla AZCON ( Azərbaycan Nəqliyyat və Kommunikasiya ) Holdinqi yaradılıb.
Fərmanda məqsəd olaraq aşağıdakılar qeyd olunub :
1.Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi
2. İqtisadi səmərəliliyinin yüksəldilməsi
3. Çevik idarəetmə sisteminin qurulması
Holdinqin tərkibinə aşağıdakı dövlət müəssisələri və publik hüquqi şəxslər daxil edilib :
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib.
İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq.
Bununla bağlı ilkin rəyim :
Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar.
Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq hökumətdən subsidiya alanlar da var.
Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub.
Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib .
Amma maraqlıdır ki, yenicə gəlir gətirməyə başlayanlar da bu tərkibə qatılıb
Osman Gunduz
TEREF
Ardını oxu...
Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

TEREF apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İkram Qasımovun vəkili müdafiə etdiyi şəxslə bağlı tibbi ekspertizaninkeçirilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçi bildirib ki, İkram Qasımovun səhhətində ciddi problemlər var, həbs olunmamışdan öncə də səhhəti ilə əlaqədar ciddi problemlərlə qarşılaşıb: “Müdafiə etdiyim şəxsə peşəkar həkimlər tərəfindən müayinə və müalicə lazımdır. Onun səhhəti yaxşı deyil. Məhkəmədən İkram Qasımovun müdafiəçisinin iştirakı ilə tibbi ekspertizadan keçrilməsini, onun səhhəti ilə bağlı düzgün rəyin verilməsini xahiş edirik”.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını və bu vəsatətlərin məhkəmə prosesini uzatdığını bildirib.

Məhkəmə müşavirə edərək vəsatəti qismən təmin edib. Ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə düzgün ekpertizanın aparılması barədə tapşırıqlar veriləcəyi bildirilib.

Məhkəmənin növbəti prosesi 29 noyabra təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
 
Ardını oxu...
Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.

Bu barədə Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
 

Dünyapress TV

Xəbər lenti