Ardını oxu...
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Naringilər qışda və payızın sonlarında ən məşhur delikateslərdən biridir. Ferra.ru saytı yetişmiş və dadlı meyvələr almaq üçün nələrə diqqət etməli olduğunuzu izah edib.Parlaq qabıq meyvənin yetişməsinin göstəricisidir. Görünən ləkələri və ya solğun dərisi olan naringilərdən çəkinin.Ətri nə qədər güclüdürsə, meyvə bir o qədər şirin olmalıdır. Amma kimyəvi və ya xoşagəlməz qoxu olan naringilər almayın. Şirin naringilər adətən kifayət qədər ağır və orta ölçülü olur. Şirin naringilərin elastik və çox qalın olmayan qabığı var. Həm də ona heç bir ziyan dəyməməlidir.
 
Ardını oxu...
Rusiyanın Həştərxan şəhərində seriyalı qatil, erməniəsilli Vahan Safaryan saxlanılıb.

Bu barədə "SHOT" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs cinayətlərə 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində başlayıb. Onun ən azı üç sübut edilmiş qurbanı var.

Safaryan ilk dəfə 2004-cü ildə saxlanılıb. O, adam öldürdükdən sonra 19 il müddətinə həbs cəzasına məhkum edilib.

2023-cü ildə o, cəza müddətinin bitməsindən bir qədər əvvəl azadlığa buraxılıb və icbari işlərə göndərilib.

Lakin müstəntiqlər onun 26 il əvvəl ikiqat qətldə iştirakını sübut etdiyi üçün o, uzun müddət azadlıqda qalmayıb. 1998-ci ildə Safaryan Həştərxanda mənzilə daxil olaraq, ana və qızı boğub, sonra isə 45 min rubl pulu götürüb.

İndi Safaryan yenidən saxlanılıb və həbs edilib. O, "İki və ya daha çox şəxsi öldürmə" maddəsi ilə ittiham olunur.
 
Ardını oxu...
Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.
TEREF APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.
Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Kürdəmir şəhərindəki 9 illik orta məktəbdə kommersiya kursunun fəaliyyət göstərməsi valideynlərin narazılığına səbəb olub. Valideynlər iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını bildiriblər. Mediada yer alan bu xəbər hələ bir neçə il əvvəl "məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması" ilə bağlı müzakirələrə yenidən diqqət yönəltdi.

"Ümumtəhsil məktəblərinin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi?" sualı sosial medianın da müzakirə mövzusuna çevrildi.

"Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası varmı?" sualına aidiyyəti qurumdan cavab, təhsil ekspertlərindən münasibət öyrənməyə çalışdıq.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün"

Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən sorğumuza verilən cavabda bildirilir ki, "Ümumi təhsil haqqında" qanuna əsasən, ümumi təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə Nazirlər Kabinetinin müəyyən etdiyi sahibkarlıq növləri və innovasiya fəaliyyəti ilə məşğul ola bilər: "Mövcud qanunvericiliyə görə, sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər". Belə ki, ümumi təhsil müəssisəsi ilə fiziki və ya hüquqi şəxslər arasında birgə fəaliyyət haqqında müqavilələr bağlana, özəl hazırlıq kurslarından və digər tədris mərkəzlərindən təlimçilər cəlb edilməklə məktəbdə ödənişli kurslar təşkil edilə bilər: "Məktəbin binası və ya binanın hər hansı bir hissəsi məktəbin özü və ya təhsili idarəetmə orqanları tərəfindən icarəyə verilə bilməz. Dövlət əmlakının icarəyə verilməsi müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir".

"Qanunda yer alsa da, icra mexanizmi yoxdur"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin fikrincə, məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola, hətta özləri kurslar da aça bilərlər. Amma bu məsələ qanunda yer alsa da, icra mexanizmi yoxdur. Belə ki, bunun üçün məktəblərin özü publik hüquqi şəxs olmalıdır: "Bu istiqamətdə addımlar atılır. Müzakirə olunur ki, bəzi məktəblərə pilot olaraq muxtariyyət verilsin və sınaqdan keçirilsin. Bu sınaqdan sonra məktəblər hər şeyi özləri tənzimləyə bilərlər. Hazırda isə məktəblərdə bu işi tənzimləyəcək nə kadr potensialı, nə də təcrübə var. Bu, narahatlıq yaradan məqamlardır. Nazirliyin də çətinliyi budur". R,Dünyamalıyev hesab edir ki, digər tərəfdən, məktəblərdə fəaliyyət göstərən hazırlıq kursları məktəblərin işinə mane olmamalıdırlar: "Sonra onun qarşısını almaq olmaz. Bu təcrübə ilə məşğul olan dövlət məktəbində işləyə bilməz. Çünki repetitor işi rəsmiləşdirilir və sistemdə onun özəl kursda və ya evində hazırlıqla məşğul olduğu görünür. Fərdi olaraq 1-2 nəfər sistemdən yayına bilər, amma toplu şəkildə repetitorları məktəbə buraxmırlar. Bu baxımdan, Azərbaycanda bununla bağlı bir təcrübə olmadığından bu fəaliyyətin olması əlavə söz-söhbətə səbəb olacaq. Ona görə də bu istiqamətdə qəti bir addım atılmır. Amma gələcəkdə hansısa bir model qurula bilər".

"Məktəblərin əlavə gəlirləri formalaşacaq"

Sahibkarlıq fəaliyyətinin məktəbə xeyrinə gəlincə, İŞ üzvü hesab edir ki, bu zaman məktəblərin əlavə gəlirləri formalaşacaq. Bu vəsait də müəllimlərin əməkhaqqı, məktəbin təmiri və s. məsələlərə sərf olunacaq: "Hazırda məktəblərin təhlükəsizlik xidmətləri ilə bağlı problemlər var. Hər məktəbdə təhlükəsizlik xidməti yoxdur. Valideynlər də bunu tələb edir və bu xidmətə ciddi şəkildə ehtiyac var. Azərbaycanda 4 min məktəb var. Hər məktəbin qarşısına bir polis saxlamaq olmaz. Bunu tənzimləmək üçün məktəbin əlavə gəlirləri olmalıdır. Digər tərəfdən, imkanı zəif olan ailələrə məktəb özü dəstək ola bilər. Bu təcrübə Türkiyədə, ABŞ-də də var. Bu ölkələrdə məktəblərin öz büdcələri mövcuddur. Həmçinin məktəbdə konsultant və psixoloq xidmətini əlavə gəlirlərlə saxlamaq olar". İŞ üzvünün fikrincə, bu məsələdə elə bir mexanizm qurulmalıdır ki, qeyri-şəffaflığa imkan verilməsin.

"Şəffaflıq təmin olunarsa..."

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirir ki, qanunda sahibkarlıq fəaliyyəti üzrə maddə olsa da, hansı işlərin görülməli olduğu konkret deyil. Ziddiyyətin yaranması da buradan qaynaqlanır: "Tutaq ki, əksər məktəblərimiz beş günlükdür. Şənbə və istirahət günləri məktəblər boş olur. Həmin günlərdə idman cəmiyyətləri, ayrı-ayrı sənət kursları və s. məktəbləri icarəyə götürür və məktəbə pul köçürürlər. Həmin vəsait məktəbin fonduna daxil olmalı və təhsil müəssisəsi də öz ehtiyaclarını qarşılamalıdır. Amma bu pullar müqavilə bağlandığı üçün ümumi büdcəyə yönəldilir. Bu da kollektivdə narazılıq yarada bilər. Bu məsələdə şəffaflıq təmin olunmalıdır".

Əlavə söz-söhbətin olmaması üçün

N.İsrafilov hələ sovet dövründən sahibkarlıq fəaliyyəti ilə məşğul olan məktəblərin olduğunu bildirir: "Yevlax rayonunun Xaldan məktəbinin böyük və boş ərazisi vardı. O məktəbin təsərrüfatından alınan məhsuldan məktəbin uşaqları pulsuz qidalanırdı. Biz o məsələni kollegiyaya çıxardıq və qərar SSRİ Maarif Nazirliyinə göndərildi. Məktəbin direktoru Zahid Şöyübova SSRİ Xalq müəllimi fəxri adı verildi. Mən bu məsələni bir necə dəfə irəli sürmüşdüm. Bir sıra ali məktəblərə publik hüquqi şəxs statusu verilib. Yəni məktəblərə də şərait yaratmaq lazımdır ki, özlərini maliyyələşdirsinlər. Hələ mexanizm qurulmadığı üçün bu məsələ müxtəlif söz-söhbətlər və narazılıqlar yaradır. Əlavə söz-söhbətin olmaması üçün məktəbdə sahibkarlıq fəaliyyəti, hansı işlərin görülə biləcəyi ilə bağlı siyahı dərc edilməlidir".
Ardını oxu...
Naxçıvan Ali Məclisinin bu gün verdiyi qərara əsasən, Orxan Bağırov, Asim Əliyev, Elşən Heydərli, Çingiz Həsənli, Ramil Orucəliyev, Məlahət Rüstəmova və Nicat Yaqubov Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasının yeni üzvləri təyin olunublar.
Modern.az-ın məlumatına görə, komissiya ilk iclasını artıq keçirib.

İclasa Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Qeyd edək ki, Çingiz Həsənli əvvəllər 4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əvvəlki sədri Əkrəm Hüseynzadə oktyabrın 8-də vəfat edib.
 
 
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində naməlum şəxslər polis maşınına molotov kokteyli və partlayıcı atıblar.

Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, polis insanların icazəsiz toplaşdığı əraziyə gəlib və onlara dağılışmaq əmri verib.

Lakin polisin çağırışına cavab olaraq bir neçə nəfər polis maşınına tərəf molotov kokteyli və əldəqayırma partlayıcı ataraq qaçıblar.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis araşdırma aparır.
 
Ardını oxu...
“İstehlakçılar bilmədilər ki, “Qara cümə” istehlakçıların qara cüməsidir, heç də biznes qurumlarının deyil. Bütün dünyada bu məsələ istehlakçıların beyninə yerləşdirilmiş marketoloqların bir fırıldağı və aldatmasıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Mütəxəssis “Qara cümə” ilə bağlı istehlakçıların aldadılması məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, bütün dünyada bu problem yaşanır:

“Bilməliyik ki, “Qara cümə”də geri qaytarılmış, xarab olmuş, standartlara uyğun olmayan mallar əhaliyə sırınır və əksər hallarda saxta endirimlər olur. Baxmayaraq ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə malların üzərində maddi məhsul şəxsin imzası olan qiymət sənədi olmalıdır və üstəlik, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə istehlakçının hüququ var ki, malın istənilən sənədlərini tələb etsin, onun əvvəlki qiymətini öyrənsin”.

“Lakin təəssüflər olsun ki, Azərbaycanda satılan malların təxminən 95%-nin satış şəbəkəsinin heç bir qiymət sənədi yoxdur. Xüsusən, Azərbaycanda “Qaraca cümə” günü xüsusi istehlakçının aldadılması ilə müşahidə olunur. “Qara cümə” günündən sonra istehlakçıların Azad İstehlakçılar Birliyinə şikayətləri daxil olur. Onlar standartlara uyğun olmayan malın satıldığını bildirirlər. Belə hallarda istehlakçılar müraciət etdikdə isə onlara deyirlər ki, məhsul “Qara cümə” günü satılıb, ona görə də geri götürmürük. Bu da qanuna ziddir”, – o, əlavə edib.

“Qanunda istehlakçı hansısa bir kampaniyada mal alsa belə, kassa çeki olmaq şərti ilə malı dəyişmək və qaytarmaq hüququ 14 gün müddətində var. Bütün hallarda “Qara cümə”də istehlakçılar ajiotaja uymasınlar, aldıqları malın mütləq kassa çekini, mürəkkəb texniki vasitələr alırlarsa, zəmanət talonunu götürsünlər, uzun müddət onu saxlasınlar. Əgər istehlakçı hüquqları pozularsa, 195 qaynar telefon xətti ilə İqtisadiyyat Nazirliyinin uyğun şöbəsinə məlumat vermələrini tövsiyə edirəm”, – deyə E. Hüseynov fikirlərini tamamlayıb.
 
Ardını oxu...
“Mətanət-A” şirkəti növbəti dəfə məhkəməyə verilib.

TEREF xəbər verir ki, şirkətlə bağlı iddianı İsmayılov Vaqif Aydın oğlu qaldırıb. Proses mülki işlə bağlıdır.

Şirkətlə bağlı qaldırılmış işə 6 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Proses hakim Leyla Əliyevanın icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.

Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az/
 
Ardını oxu...
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.

DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.

Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.

Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir. Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.

Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ qeydə alınmayıb.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.

Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri - polkovniklər - Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti