Ardını oxu...
Həyat yoldaşının Adanada işə qəbulu üçün hesabat almağa çalışarkən, ailə həkimi Dr. Can Cevher Gürleri elektrik çaydanı ilə döyərək ağır yaralayan Seracettin D. ədliyyəyə sövq edilib.

Sondakika.com xəbər verir ki, Seracettin D.-nin ifadəsində “üstümə çay tökdü, ona görə də özümü qorumaq istədim”, – dediyi bildirilib.

Seyhan rayon Dumlupınar məhəlləsindəki ailə sağlamlığı mərkəzində baş verən hadisədə, ailə həkimi qeydiyyatı başqa bir həkimdə olan Seracettin D. Dr. Can Cevher Gürlərin yanına gəlib və həyat yoldaşı üçün iş hesabatı almaq istəyib. Dr. Gürlərin vəziyyəti ancaq yanında qeydiyyatda olmayan şəxsə bildirə biləcəyini deməsindən sonra mübahisə yaranıb. Mübahisə böyüyərkən Seracettin D. otaqdakı elektrik çaydanı ilə həkimə hücum edib. Hücum nəticəsində sol çiyni yerindən çıxmış, kəllə sümüyündə çat və açıq yaralar olan Dr. Gürler, Seyhan Dövlət Xəstəxanasına aparılıb. Müalicəsi reanimasiya şöbəsində aparılıb.
Ardını oxu...
Zəngilan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi Cəmilə Ağayeva 1-ci qrup Qarabağ əlili Şükür Camalova (tel: 0556584959) ev verəcəyini vəd verərək onun külli miqdarda pulunu ələ keçirib.

Dia-az.İnfo xəbər verir ki, Şükür Camalov şikayət etmədiyi yer qalmayıb, lakin şikayətini araşdıran yoxdu.

Daha ətraflı aşağıdakı videoda:

VİDEOYA baxmaq üçün bura TIKLAYIN...
 
Ardını oxu...
Gecə Bakıda silahlı basqının təfərrüatları məlum olub.
Belə ki, qapını döyüb, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edir. Hətta əlində vəsiqədə göstərir ki, ev sahibi buna inansın.
Qapını açan kimi həmin şəxslərdən biri mənzilə daxil olur. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra çıxıb digər şəsi çağırır. O da qapıya yaxınlaşır əl izi düşməsin deyə, köynəyinin ətəyi ilə cəftəni, çəkərək evə daxil olur.
Quldurluq cinayəti gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon ərazisində baş verib. İlkin məlumata görə, cinayətkarlar saat 21:00 radələrinədək evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra da mənzilə daxil olublar.
Naməlum şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq ondan pul tələb edib. Zərərçəkmişin qızı deyir ki, atasının heç kimlə ədavəti yoxdur.
Müəyyən edilib ki, güllələnərək məhv edilən Eldəniz Şükürov əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunub. Hadisə yerindən cinayət aləti olan ''Makarov'' tipli tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 
 
 
Ardını oxu...
Mənimlə 4 il əvvəl eyni palatada qalan neftçi - rayonda düzgün əməliyyat olunmamışdı. Onu təkrar əməliyyat olunmaq üçün Bakıya gətirilmişdilər. 2 gün idi əməliyyat olunmağı gözləyirdi.Təbii ki, sığorta hesabına. Həkim isə onun qohumlarına demişdi ki, sınıq yerinə qoyulan Mil üçün firmaya vermək üçün 1000 manat da nağd pul ödəməlisən. Nəhayət ki, 3 gün sonra həkim gəlib neftçiyə dedi ki, hazırlaş 1 saatdan sonra səni əməliyyata alacam. 3 gün ağrılar içində həkimi gözləyən Neftçi də çox mədəni surətdə həkimə dedi ki,artıq 3 gündür ki, burdayam, ağrılar içində, lakin bir dəfə də olsun gəlib məni yoxlayıb, baş çəkməmisiniz.
Bu sözdən sonra əsəbləşən həkim isə, onu əməliyyat etməyəcəyini bildirdi. Sonradan bu həmin neftçini başqa həkim əməliyyat etdi.
Ən maraqlısı da o idi ki, yeni həkim ayağa qoyulan Mil üçün firmaya tapşırdı ki, Mili birbaşa xəstənin özünə verib pulu alın. Firma bu Mili mənim yanında neftçiyə 400 manata satdı. Nə az, nə çox 600 manat fərqlə.
Daha maraqlısı da o idi ki, neftçini əməliyyat etməkdən imtina edən C.N. adlı bu həkim və ya QƏSSAB və ya daha doğrusu SAXTAKAR 2 dəfə məni də əməliyyat etmişdi, həkim eyni bu Millərə görə hər dəfə məndən əlavə 1000 manat pul almışdı. Saxtakar və şərəfsiz qəssab Həkim, əməliyyat pulundan əlavə, aldatma yolu ilə Millərə görə məndən nə az, nə çox düz 1200 manat pul almışdı, əlbəttə ki dələduzluq edərək.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Qılıcov Yaşar Sayad oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Baktelecom” bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə “Baktelecom” Qılıcov Yaşar Sayad oğlundan bir il müddətində anbar icarəyə götürəcək və qarşılığında 168 min manat ödəyəcək.
 
 
 
Ardını oxu...
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təhlükəli vəziyyət hələ də davam edir. Neçə ildir ki, bir hissəsində yaranmış çatlara görə körpü uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Oradan keçən avtomobillər böyük risk altında hərəkət edirlər. Maşınların keçidi zamanı körpünün silkələndiyi aydın hiss olunur. Hətta sürücülər maşınları saxlamasın deyə həmin hissədə işıqforun fəaliyyəti dayandırılıb.

Saray sakinlərinin sözlərinə görə, orada risk hər ötən gün bir az da artır. Vətəndaşlar həmin yolu xüsusi həyəcanla keçir.

“Azyaşlı övladlarımız avtobusla həmin hissədən keçirlər. Hər gün dua edirik. Hər şey ola bilər. Olacaq bir dəfə olur”,- deyə sakinlərdən biri bildirir.

Saraylıları ən çox narahat edən ağır çəkili yük maşınlarının həmin hissədən keçididir.

“Yolun yük maşınlarına tab gətirəcəyinə əmin deyilik. Ağır çəkili avtomobillər keçəndə deyirik ki, indicə körpü uçacaq”.

Sakinlər deyir ki, hər dəfə yamaq vurmaqla aidiyyəti orqanlar vəziyyətdən çıxırlar. Ancaq körpünün bir yolluq təmiri hələ də ləngiyir

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Bildirildi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib. Yaxın günlərdə körpüyə yenidən kompleks baxış keçiriləcək və qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəy hazırlanacaq. Rəyin cavabına uyğun olaraq körpüdə tədbirlər görüləcək.

Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, yollarda, körpülərdə, ötürücülərdə təhlükəli vəziyyət varsa, mütləq müayinə aparılmalı və bu təhlükə vaxtında aradan qaldırılmalıdır. Sürücüləri risk qarşısında qoymaq olmaz.

“Xeyli müddətdir Saray körpüsündə təhlükə barədə məlumat yayılsa da rəsmi olaraq fikir bildirilmir. Biz hələ də bilmirik ki, orada təhlükə var, yoxsa yoxdur. Vizual görünən təhlükədir, yoxsa dərindən araşdırmalıdır. Nə dərəcədə risk var. Saray körpüsü sökülüb yenidənmi tikilməlidir, yaxud hansısa cari təmirlə aradan qaldırmaq mümkündür. Bu barədə məlumat olmadığına görə bizim üçün də konkret fikir bildirmək çətindir. FHN, AYNA mütləq ərazini nəzarətə götürməli və təhlillər aparılmalıdır”.

 
 
 

Ardını oxu...
""Elmlər Akademiyası" metrosu yaxınlığında yerləşən "Padişah" restoranına gələnlər dünən (keçən şənbə günü nəzərdeə tutulur -red.) peşmanlıq və təəssüf hissi ilə ayrılırdılar..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Pərvanə İsgəndərova adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Müştərilərinə əvvəlcədən heç bir xəbərdarlıq etməyi lazım bilməyən restoran rəhbərliyi, hesab alınma məqamında nağdsız ödəmə terminallarının işləmədiyini bildirirdi. Üzərində nağd pulu olmayanlara isə çıxış yolu kimi əgər tək gəlibsə kiməsə zəng edib pul gətirməsini deməyi, əgər iki və daha çox adam gəlibsə digərləri orda qalmaq şərtilə biri gedib ən yaxın terminaldan pul çıxarıb gətirməsini bildirirdilər. Heç üzrxahlıq belə etmirdilər, hətta sonda ödənilən məbləğdən servis haqqını da tutmağı unutmurdular.
"Padişah" Restoran dünən saatlarla mövcud oıan problemi aradan qaldırmaq yolunda fəaliyyətsizliyinizdən və ofisiantları çıxmaq şərtilə digər səlahiyyətli əməkdaşlarınızın müştərilərlə davranışından dolayı ayıb olsun sizə.
Əgər problem ən azından bir saatdan artıq bir vaxtda həll oluna bilinmirsə təzə gələn müştəriyə bu barədə hər hansı bir məlumat verilməlidir. Hazırda ödəniş etmək istəyən müştəriyə də bir şərait yaradılmalıdır ki, kartdan-karta ödəmək vasitəsilə vəziyyətdən çıxsın. Yoxsa ki, gələn iki nəfərdən birini pul çıxartmağa göndərib, digərini "girov" kimi saxlamaq düzgün həll yolu deyildi..."
 
Ardını oxu...
Hərəkət zamanı avtomobildə yaranmış nasazlığa görə sürücülər məcburi dayanma etməli olurlar. Avtobus zolağı olan yollarda məcburi dayanmanın hansı zolaqda edilməsi ilə bağlı redaksiyamıza çoxsaylı suallar ünvanlayırlar. Cərimələnməkdən çəkinən əksər sürücü nasazlıq baş verən zaman ikinci zolaqda saxlamağa məcbur olurlar. Qanunvericiliyə görə, belə hallarda hansı zolaqda dayanmaq düzgün hesab olunur?

Sürücülərə qaranlıq qalan bu məsələyə hüquqşünas Ərşad Hüseynov aydınlıq gətirib. O bildirir ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə görə, avtobus zolağında dayanmaq qadağan olunduğu kimi, ikinci zolaqda da dayanmaq qadağandır. Lakin bu qanunun 55-ci maddəsində qeyd olunub ki, məcburi dayanma vəziyyəti yaranarsa sürücü imkan daxilində nəqliyyat vasitəsini hərəkət hissəsinin kənarına çəkməlidir. Hətta mümkündürsə hərəkət hissəsindən çıxarmalıdır. Amma hərəkət hissəsindən kənara çıxarmaq mümükün deyilsə, ən azından hərəkət hissəsinin kənarına çəkməlidir. Hərəkət hissəsinin kənarında avtobus zolağı varsa sürücü bu zolaqda məcburi dayanma edə bilər. Avtomobili təxliyyə edənə qədər və yaxud da məcburi dayanmanın səbəbini aradan qaldırana qədər avtobus zolağında dayanan sürücüyə, heç bir cərimə yazılmamalıdır. Əgər cərimə yazılıbsa sürücünün şikayəti əsasında həmin cərimə ləğv edilməlidir.


 
 

 


Ardını oxu...
Son zamanlar Bakının müxtəlif qəsəbələrində məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması hallarını müşahidə edirik. Məsələn, Pirşağı qəsəbəsində və Binəqədi ərazisində bu kimi hallarla qarşılaşırıq. Sanki bu ərazilərin təmizlənməsinə məsul olan qurumların əli-qolu bağlanıb. Sanki bu qurumlar düşünür ki, fəaliyyətsizlikləri cəzasız qalacaq. Hələ bu azmış kimi vətəndaşlar da tullantılarını ətrafa səpələməkdən sanki xüsusi zövq alırlar. Bəs qanun nə deyir?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məişət tullantılarının qalaqlanması, urnalardan kənara atılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət müəyyən olunub.

“Məişət tullantılarının kənara atılması ilə bağlı fərqli müddəalar var. Vətəndaşların bir çox hallarda məsələn istirahətdə olduğu zaman, meşələrdə olduğu zaman meşə fondunun torpaqlarını istehsalat və məişət tullantıları ilə zibilləndirməsi Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 244.1-ci maddəsinə görə, fiziki şəxslər 500 manatdan 800 manata qədər, vəzifəli şəxslər 2 min manatdan 2500 manata qədər, hüquqi şəxslər 7500 manatdan 10 min manata qədər cərimə olunurlar”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov qeyd edib ki, vətəndaşlar məişət tullantılarını nəzərdə tutulmuş zibil qablarından kənara atdıqda, məsələn urnalardan kənara atdıqda bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Vətəndaş buna görə 50 manat məbləğində cərimə olunur.

“Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasının düzgün aparılmamasına görə dövlətin vəzifəli şəxsləri o cümlədən cavabdeh təşkilatlar bununla bağlı inzibati məsuliyyətə də cəlb oluna bilirlər. Bununla bağlı inzibati məsuliyyət fiziki şəxslərə görə, 500-800 manata qədər, vəzifəli şəxslər 2000-3000 manata qədər, hüquqi şəxslər 6500-8000 manata qədər məbləğində cərimə olunurlar. Ümumiyyətlə, vətəndaşlar bilməlidirlər ki, onların atdığı istənilən məişət tullantısı və ya bərk tullantılar yekunda təbiətə zərərdir. Təbiətə ərazi üzrə cavabdehliyi qanunlarla mühafizə edilir. Bu qanunlara tabe olmaq hər bir vətəndaşın və hər bir şəxsin borcudur”-deyə hüquqşünas bildirib.

 

Dünyapress TV

Xəbər lenti