Ardını oxu...
  

Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin yanğında ölməsi ilə bağlı məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs - hadisə baş verən zaman mərkəzin direktoru olmuş Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, məhkəmədə sərbəst danışmaqdan imtina etdiyinə görə hakim Leyla Əsgərova-Məmmədova onun əvvəlki ifadəsini oxuyub.

Abasquliyeva hadisəyə görə özünü günahkar bilmir. O, bəzi əməkdaşlarını həm bacarıqsız, həm də səhlənkar adlandırıb. Eks-direktorun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi vaxtilə Perinatal Mərkəzə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərsə də, maliyyə çatışmazlığı səbəbindən tədbirlər görülməyib: “Mən direktor təyin ediləndən sonra öz vəsaitim hesabına bəzi işlər gördüm. Yeni doğulmuşlar otağında cəmi 3 işçi masası var idi, mən artırdım, əlavə çarpayılar gətizdirdim. Ancaq indi mənə təşəkkür etmək əvəzinə, artıq xəstə qəbulunda ittiham edirlər”.

Fotoda: Hakim Leyla Əsgərova-Məmmədova 

Ardını oxu...

Təqsirləndirilən şəxs xəstə sayının çarpayı sayından çox olması ilə bağlı ittihamları qəbul etməyib və bunun digər xəstəxanalarda da adi hal olduğunu deyib.

Hadisə gecəsi növbədə olan tibb işçilərinin fəaliyyətini də tənqid edən Abasquliyeva bildirib ki, onlar yanğını söndürmək üçün yalnız iki vedrə su və tezalışan yorğanlardan istifadə ediblər: “Yanğınsöndürən balonlar var idi, amma istifadə etməyi bacarmayıblar. Halbuki ilkin yanğınsöndürmə qaydalarını bilməliydilər. Bəziləri isə ümumiyyətlə, kənardan seyr edib. Baş prokuror Kamran Əliyev də hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, yanğın başlayan zaman növbətçi həkim yalnız 7 dəqiqə sonra hadisə yerinə gəlib”.

Abasquliyeva özündən əvvəl mərkəzə rəhbərlik etmiş Məryəm Rzayevanı da günahlandıraraq onun da məsuliyyətə cəlb olunmasını tələb edib: “Guya mən direktor gələndən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac olduğunu mənə bildirib. Yalandır. Deyə bilər ki, işdən çıxanda fövqəladə hallar nazirinə də bu barədə məlumat verib. Buna inanmaq olmaz. Onun barəsində də cinayət işi başlanmalıdır.”

Növbəti məhkəmə iclasında Mehriban Abasquliyevanın digər ifadələri elan ediləcək.

Ardını oxu...
 
 
 

Ardını oxu...
Gundemxeber.az » GündəmXəbər » “Tovuz-Baltiya” MMC-nin rəhbəri, məşhur iş adamı Naiq Məmmədhəsənov problemlərlə üzüzə - QALMAQAL

“Tovuz-Baltiya” MMC-nin rəhbəri, məşhur iş adamı Naiq Məmmədhəsənov problemlərlə üzüzə - QALMAQAL
Tarix: Bu gün, 15:10Bölmə :GündəmXəbər / ManşetBaxış: 94

Bir müddət öncə açıqlamasına görə bankdan üzr istəyən, ardınca Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsində olan şərab oliqarxı heç demə qızı Günel Məmmədhəsənova tərəfindən də məhkəməyə verilibmiş. Buna səbəb tərəflərin şirkətin səhmləri məsələsində razılığa gələ bilməməsi olub. Tərəflər arasında gərginliyi artıran digər bir məsələ isə Naiq Məmmədhəsənovun həyatında başqa bir amilin olması ehtimalıdır. Məlumat üçün qeyd edək ki, Günel Məmmədhəsənova həm də “Tovuz Reatil” MMC-nin təsisçisidir.
Ardını oxu...

Naiq Məmmədhəsənovun içində olduğu daha bir hüquq çəkişməsi isə paytaxtın üçüncü mikrorayon bazarı ilə bağlıdır. Vaxtiylə iki iş adamı tərəfindən qurulan bazara sonradan üçüncü şərik qismində daxil olan Naiq Məmmədhəsənov, bu gün bütün bazarın sahibliyinə iddia edir. Elə bu səbəbdən də keçmiş şəriklər arasında gərginlik güc orqanları və məhkəmə zallarına daşınmaqdadır.
Naiq Məmədhəsənovun sabiq şərikləri hesab edir ki, min bir əziyyətlə qurduqları bazara “Tovuz-Baltiya” MMC rəhbərinin iddia etməsi həm qanun, həm də ədalət baxımından yolverilməzdir.

Naiq Məmmədhəsənovun oğlunun Fransada axtarışa verilməsi ilə bağlı da məlumat var. Naiq Məmmədhəsənovun oğlunun Fransda bir xanımı döydüyünə görə axtarışa verildiyi bildirilir.
Onu da qeyd edək ki, ölkənin spirtli içki bazarında aparıcı yer tutan Naiq Məmmədhəsənov, Bakı, Tovuz və respublikanın bir çox şəhərlərində çoxlu sayda müxtəlif təyinatlı obyektlərə, restoran və digər ictimai iaşə obyektlərinə sahibdir.


GundemXeber.Az
Ardını oxu...
Rusiyanın Moskva şəhərində əslən Azərbaycandan olan qohumlar arasında münaqişə hüquq-mühafizə orqanları çərçivəsində həll ediləcək.

"DogruXeber.az"ın "Unikal"a istinadən məlumatına görə, Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlu yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini Pənahov Elsevər Pənah oğluna sifariş verib və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verib. Ancaq təsadüf nəticəsində sifarişi verilən Sabit Əliyevə bu il yanvarın 3-də məlum olub ki, onu öldürmək istəyirlər.

Belə ki, tanımadığı bir azərbaycanlı yol gedən zaman Sabit Əliyevə yaxınlaşaraq onun qətlinin yaxın qohumu tərəfindən sifariş verildiyini bildirib. Bununla bağlı "Estet" Stomotoloji Klinikalarının baş həkimi olan Sabit Əliyev müəyyən araşdırmalar apardıqdan sonra Preobrazhenski Rayonlararası İstintaq İdarəsinə rəsmi qayda da həyatının təhlükədə olması barədə ərizə verib. Araşdırmalarımız zamanı məlum oldu ki, Kabil Əliyev Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etmədiyindən ondan qisas almaq niyyətinə düşüb. Hətta bundan öncə də bir neçə dəfə müxtəlif formalarda Sabit Əliyevin nüfuzunu aşağı salmaq üçün müəyyən addımlar atıb, onun klinikasına sifarişlə xəstələr göndərib və sonra həmin müalicə həkimlərindən müəyyən hüquq-mühafizə orqanlarına qondarma şikayətlər yazdırıb.

Ardını oxu...

Kabil Əliyev isə qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra adıçəkilən rayonda "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verib və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırıb.

Ardını oxu...

Hazırda Sabit Əliyevin ərizəsi əsasında Preobrazhenski İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Ardını oxu...
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən tanınmış filosof-kulturoloq, professor Niyazi Mehdi evə buraxılıb.

Bu barədə onun dostu, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib.

Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

"Dünən xəstəxanadan çıxarıblar, axşam evinə gətiriblər. Müasir fəlsəfi fikrin ən qabaqcıl imzalarından biridir. 20-dən çox kitabı nəşr edilib, yüzlərlə elmi yazısı var. Çoxlu tələbə yetişdirib, saysız hesabsız dostlar qazanıb. Bu gün o, biçarə durumda evində oğlanlarının himayəsinə sığınıb",- N.Mehdinin dostu, naşir Şahbaz Xuduoğlu bildirib.

Qeyd edək ki, N.Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub.
 
Ardını oxu...
Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi "minalayıb".

Bu barədə TEREF Oxu.Az-a istinadən xəbər verir.

Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.

Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.

Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.

Uşaq etiraf edib ki, bu yaxınlarda "Telegram"da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.

Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.
Ardını oxu...
“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

Bu barədə “Amu TV” məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu, “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı gördüyü ilk tədbirlər deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.
 
Ardını oxu...
Polisə müraciət edən G.K. dini nikahlı əri Serdar Arslanın yoxa çıxdığını deyərək, itkin düşdüyünü bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşları hadisə ilə bağlı araşdırma başlatarkən, şübhəlinin evindən çıxan zaman stifadə etdiyi avtomobilinin Ümraniyedə qapıları açıq tərk edilmiş halda tapılması ilə istintaqın gedişi dəyişib.

İstanbul İtkin Şəxslər Bürosu tərəfindən aparılan araşdırmada avtomobilin başqa bir şəxs tərəfindən Kocaeli, Başiskeleyə gətirildiyi müəyyən edilib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polislər , avtomobili İstanbula gətirən şəxsin Ümraniyedə avtomobili tərk edərək taksi ilə Kavacığa getdiyini, daha sonra isə onu gözləyən başqa avtomobilə minərək Sefaköyə getdiyini müəyyən edib.

Polis əməkdaşları, avtomobili idarə edən şəxsin Ö.Mahsun olduğunu təyin etdi. Həmin şəxsin itkin düşdüyü üçün axtarışda olan Serdar Arslanın iş ortağı və alabalıq restoranını birlikdə işlətdiyi Ö.Habil qardaşı olduğu müəyyən edilib.

Məlum olub ki, iki şərik bir müddətdir ki, borc üstündə dava ediblər.
 
 
Ardını oxu...
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlara qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə isə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib. Bu narıncı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Ardını oxu...
Gəncə şəhərində uşaq-inkişaf mərkəzi və özəl bağça kimi fəaliyyət göstərən mərkəzlərdən birində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Olay "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində baş verib və müşahidə kameralarına düşüb.

Görüntülərdən məlum olur ki, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan qadın müəllim onların ağzını yapışdırıcı lentlə bağlayır. Hadisə otaqda sakitlik olan və uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza yoxsa, oyun xarakterli olduğu aydınlaşmır.

"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova açıqlamasında faktı təsdiqləyib.
Ardını oxu...
O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:

“Müəllim oyun niyyəti ilə, uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbəbdən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.

Mərkəzin rəhbəri Əfsanə Kazımova isə bildirib ki, məsələdən bir neçə gün sonra xəbər tutub və həmin müəllim işdən azad olunub:

"Müəllim bunu uşaqların öz istəyi ilə edib və pis bir niyyəti olmayıb. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bu məsələni qabardıb, digər valideynlərin isə şikayəti olmayıb".

Mərkəz özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi üçün Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib:

"Mərkəz heç bir qurumun tabeliyində olmadığından nazirlik məsələyə qarışa bilmir".

Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.
 
 

Dünyapress TV

Xəbər lenti