Ardını oxu...
Elektromobillərdə yanğınlar digər avtomobillərə nisbətən daha az baş verir, lakin belə yanğınları idarə etmək daha çətindir. Səbəb isə bu növ maşınların digərlərinə nisbətən daha tez alışması və yanğının daha sürətli yayılmasıdır. Belə hadisələr zamanı elektromobillərin söndürülməsi də çox çətin olur.

Bəs bu təhlükəni önləmək üçün sürücülər nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, nəqliyyat vasitələrində ani alışma bir neçə səbəbdən ola bilər:

“Elektromobillərdə anidən alışmanın bir neçə səbəbi ola bilər. Birinci səbəb ondan ibarətdir ki, avtomobillərə sonradan edilən əlavə detallardır. Ümumiyyətlə məsləhət deyil ki, heç bir nəqliyyat vasitəsinə əlavə vasitələr edilsin. Bu, düzgün deyil. Hər hansı bir avadanlıq qoşulan zaman, bu avtomobil üçün əlavə yüklənmə yaradır”.

Ekspert bu hallarla bağlı diqqət edilməli məqamlara aydınlıq gətirib:

“Yəni hər hansı bir işıq cihazları, səsgücləndiricilər quraşdırılan zaman maşının mühərrik və akkumulyator gücünə əlavə yük düşür. Belə olan təqdirdə qəza və yanğın riski artır. Akkumulyatorun düzgün seçilməməsi, nəqliyyat vasitəsi üçün nəzərdə tutulandan daha yüksək və ya aşağı gücdə olması da belə hallara səbəb ola bilər. Bu kimi hallar mütləq şəkildə nəzərə alınmalıdır”.
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən – 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
 
 
 
Ardını oxu...
Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz “WiFi” internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.

XALQ.AZ məlumat verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə “WhatsApp”dan istifadə etmək olurdu, indi onu da kəsiblər. “Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?” – deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.

Qurumun mətbuat katibi Nərmin Xəlilova oxu.Az-a açıqlamasında problemin olduğunu təsdiqləyib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər”, – deyə N.Xəlilova bildirib.

XALQ.AZ məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminallarında pulsuz WI-FI istifadə edilməsi elanı aktualdır.

Elanda bilidrilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün Terminal ərazisində ödənişsiz internet şəbəkəsi təklif edir. Ödənişsiz internet şəbəkəsi bütün ictimai zonalarda, obyektlərdə, kafe və mağazalarda, həmçinin Biznes sinif zallarında mövcuddur. Aşağıdakı təlimatlara riayət etməklə asanlıqla “Baku-Airport-Free-WiFi” internet şəbəkəsinə qoşula bilərsiniz:

Cihazlarda “Wi-Fi”ın açıq olduğundan əmin olun.

“Baku-Airport-Free-WiFi” şəbəkəsini tapın və şəbəkəyə qoşulun.

İstifadə edə bilərsiniz. Siz internetə qoşulmusunuz

Birinci Terminalda, gediş zonasında internetə çıxışı olan ödənişsiz kompyuter masaları mövcuddur. Hətta internetə yeni qoşulanlar da bu sistemdən asanlıqla istifadə edə biləcəklər. Uçuşunuzdan əvvəl ən son xəbər başlıqlarını izləyə bilər və ya elektron poçtunuzu yoxlaya bilərsiniz (Çap avadanlıqları mövcud deyil.)

1-ci Terminalda yerləşən iş masaları sayəsində, siz uçuş öncəsi yarım qalan ofis işlərinizini bitirib, könül rahatlığı ilə səyahətinizdən zövq ala bilərsiniz deyə qeyd olunub.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Lerik rayonunun Monidigah kəndində Birinci Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb. Bu əməlinə törədən şəxsə inzibati həbs cəzası verilib. Ancaq cəmiyyətdə həmin cəzaya narazı olanlar var. Bəzi adamlar iddia edirlər ki, belə insanlara qarşı ictimai qınaq olunmalı, görənlər salam verməməli, nə yasına, nə toyuna gedilməlidir.

Məsələyə münasibət bildirən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, bu hadisədə bütün səbəblər araşdırılmalıdır:

“Əvvəla, bu hadisənin motivləri araşdırılmalıdır ki, bu adam ağıldan kəmdir, yaxud haçansa bu ailə ilə, insanla düşmənçiliyi olub? Bütün bunlar araşdırılmalıdır. Həm də belə başa düşdüm ki, artıq inzibati cəza verilibsə, səbəblər araşdırılaraq, cəza təyin olunub. Təbii ki, hər hadisəyə görə Cinayət Məcəlləcisini dəyişmək mümkün deyil.O ki qaldı el qınağına, əlbəttə, bu olmalıdır. Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə, salamı kəsə, yaxud onu heç dirdirməyə bilərlər. Ancaq iinzibati cəzaya etiraz etmək yersizdir. Bir daha qeyd edim ki, məhkəmə o işi ətraflı araşdırıb və belə bir qərara gəlib”. kapital bank vakansiya

B.Vəziroğlu qeyd edib ki, bizim cəmiyyətin özünəməxsus cəzalandırma formaları var:

“El qınağı da öz yerində, onu heç kəs qadağan edə bilməz. Bura Azərbaycandır. Bizim cəmiyyətin də özünə görə hökmü, cəzalandırma metodu var. Salam vermək istəməyənlər, yaxud yasına, toyuna getməməyi təklif edənlər də özünə görə haqlıdır. Çünki deyirik ki, şəhid məzarı, şəhid ruhu müqəddəsdir və ona yalnız baş əymək, ehtiram göstərmək lazımdır. Bunun müqabilində belə bir hərəkət təbii ki, el qınağına tuş gəlməlidir”.
 
Ardını oxu...
Toy etmək istəyənləri maraqlandıran ən vacib məsələlərdən biri də şadlıq evlərindəki qiymətlərdir. Bakıda xeyli sayda şadlıq evləri var ki, hər biri də qiymətinə görə seçilir.

Redaktor.az ən məşhur olan şadlıq evlərindən bəzilərinin menyu qiymətlərini təqdim edir:

"Saphir" - 150 AZN-dən;

"Neolit" - 100 AZN-dən;

"Grand Opera" - 120 AZN-dən;

"Badi Səba" - 37 AZN-dən;

"Yeganə" - 100 AZN-dən;

"İmperial" - 55 AZN-dən;

"Altun" - 65 AZN-dən;

"Kolizey" - 55 AZN-dən;

"Elux Events Hall" - 220 AZN-dən;

"Grand Neon" - 60 AZN-dən başlayan menyuların qiyməti bəzi hallarda qonaq sayına görə dəyişir və artır.

Maraqlıdır, bu qiymətlər arasındakı fərqliliyin səbəbi nədir və nədən asılıdır?

Bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, şadlıq evlərinin qiymətləri müxtəlifdir və bahalaşma müşahidə olunur:

"Bu, qida məhsullarının və digər mal-materialların qiymətinin, işçi güvvəsinin xərclərinin artması kimi amillərdən asılıdır. Nəzərə almaq lazımdır ki, toyun xərcləri yalnız iaşə xidməti ilə məhdudlaşmır, burada foto-video çəkilişlər, müxtəlif animaslyalar, gül-çiçək, nigahın rəsmiləşdirilməsi, bəy və gəlin paltarları, saç düzümü, avtomobil icarəsi və daha nələri bu siyahıya əlavə edə bilərik. Bu xidmətlərin xərcləri bir çox hallarda şadlıq sarayının banket xidmətinin qiymətlərindən baha başa gəlir".

Sahibkar Mahir Zeynalov isə qeyd etdi ki, menyuların qiymət fərqlərinin böyük olmasının səbəbi həm yeməklərin və içkilərin çeşidləri, həm də keyfiyyəti ilə bağlıdır:

"Ümumiyyətlə, zalların özündə masalara verilən servizlərdə belə fərqlər mövcuddur. 40-50 manatlıq menyuda ola bilsin ki, bir çox çeşid yazılsın, amma stola verilən daha az olmuş olsun. Məsələn, 60 manatlıq menyularda verilən balıq panqasiusdur ki, kilosu 5-10 manatdır və çox yararsız balıqdır. Amma 100-150 manatlıq menyuda asetrin verilir. Aşağı qiymətli menyuda əgər ancaq yerli spirtli içkilərdirsə, bahalı menyuda rus, ukrayna içkiləri verilir".

Mahir Zeynalovun sözlərinə görə, 100-150-200 manatlıq menyular keyfiyyət cəhətdən bir-birinə yaxındır:

"Sadəcə olaraq balıq çeşidlərinin çoxluğu və spirtli içkilərin qiyməti menyunun da qiymətini dəyişir. Məsələn, 100 manatlıq menyuda qara kürü verə bilməyəcəklər, amma 150 manatlıq menyuda veriləcək. 200 manatlıq menyuda həm asetrin, həm beluqa, həm krevetka, həm qızıl balıq veriləcək, eyni zamanda hisə verilmiş balıq çeşidləri də olacaq ki, qiyməti dəyişən də elə bunlardır. Həmçinin xidmət edən personalın da çalışdığı qiymət ayrı-ayrıdır. 100-200 manatlıq menyuda işləyən xidmətçilər günlük 25-30 manat alırsa, 45-60 manatlıq menyuda işləyənlər 10-15 manat alırlar. Yüksək qiymətə çalışan personal daha professional olur. Həmin aşağı menyularda isə 15-18 yaşlı gənclər xidmət göstərir".

Ekspert 100-150-200 manatlıq menyulardakı içki fərqlərindən də danışdı:

"100 manatlıq menyuda sadə, 20-25 manatlıq viski, 150 manatlıqda 50-60 manatlıq, 200 manatlıqda isə 150-200 manatlıq viski verilir. Bütün spirtli içkilərin, meyvə sularının, qazlı içkilərin hər biri bu cür dəyişir. Məsələn, 150-200 manatlıq menyularda ancaq xarici meyvə şirələri və qazlı-qazsız sular verilir, ancaq 100-150 manatlıqlarda isə həm yerli, həm də xarici su və şirələr olur. 40-60 manatlıq menyularda isə ümumiyyətlə, sex malları verilir. Heç həmin məhsullara marketlərdə rast gəlmək olmur, ancaq şadlıq evləri üçün istehsal olunur və çox keyfiyyətsiz olurlar".
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.

Müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla həmçinin süni qiymət artımı tətbiq etməklə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bir sıra görüşlər keçirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəyi bildirilib.

Araşdırmanın başlandığı vaxtdan bir gün sonra "Aztelekom" və "Baktelekom" qiymətləri 18 manatdan 25 manatadək yüksəltdi. Hərçənd ki, bu açıqlamada da öz əksini tapırdı və əvvəlcədən bildirilmişdir. Lakin, digər hansı şirkətlər barədə araşdırmanın gedəcəyi müzakirə mövzusudur. Süni qiymət artımı edib, lazım olan internet sürətini verməyən şirkətlər hansılardır?

Referans.az bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Açıqlamada sözügedən məsələ ilə bağlı araşdırmanın davam etdiyi, nəticələri barədə ictimaiyyətə məlumatın veriləcəyi bildirilib.

Şəlalə Babayeva
 
Ardını oxu...
Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Bəs görəsən plana düşmüş evlər nə vaxt söküləcək ?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu evlərin dəqiq sökülmə tarixi hələlik bəlli deyil:

"Bu zamana qədər dövlət hesabına yalnız Sovetski və onun ətraf əraziləri sökülüb. Bundan sonra isə dövlət hesabına söküləcək hər hansı bir yer olsa da, onların sayı da çox az olacaq. Sadəcə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə 1-ci mikrorayonun sökülməsi nəzərdə tutulub. Orada 40-a yaxın bina - 1800 mənzil var. O evlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qismən yararlı və təhlükəli hesab olunur. Amma dəqiq sökülmə tarixi yoxdur. Bu proses bir müddətlik dayandırılıb. Çünki o ərazinin sökülməsi indiki tikinti normativləri ilə düz gəlmir. Şəhərin digər ərazilərindən dövlət tərəfindən sökülməsi gözlənilən heç bir yer yoxdur. Əgər belə bir şey olarsa, bu tikinti şirkətləri tərəfindən baş verə bilər. Ölkədə isə belə böyük həcimli planı üzərinə götürəcək tikinti şirkətinin olduğunu düşünmürəm".
 
Ardını oxu...
"Hörmətli TƏBİB sədri Vüqar Qurbanov! Məlumat üçün diqqətinizə çatdırıram ki, bu gün (dünən nəzərdə tutulur -dia-az.info) məhləmizdə orta yaşlı bir xanımın halı pisləşdi, mənə müraciət etdilər ki, təcili tibbi yardım çağırım..." Dia-az.İnfo xəbər verir ki, bunu öz müraciətində tanınmış yazar Elşad Barat vurğulayıb.

Elşad Barat daha sonra başına gələnləri belə nəql edir: "Öncə 103 - ə zəng etdim(3 dəfə), sifarişim qeydə alındı, gəlib çıxmadı, sonra 815 - ə zəng elədim (2 dəfə), o da işə yaramadı...

Mətbuat üçün ayırdığınız 0772237000 nömrəsi ilə danışdım. Yenə gəlib çıxan olmadı, sonra gənc əməkdaşınız Hicranə xanımın mobil nömrəsinə zəng elədim, açmadı...

Sonra TƏBİB mətbuat xidmətinin rəhbəri Zamirə xanıma zəng etdim və yardım gəldi. Sizin iş nömrəniz isə ATS - dən bağlıdır...

Hörmətli Vüqar müəllim, vəziyyət belə olduğu halda sizcə sadə vətəndaş çağırışına təcili yardım gəlir? Ümumiyyətlə, Binəqədi ərazisi Təbibə veriləndən sonra təcili səhiyyə işləmir. Aldığım məlumata görə 10 maşın ayrılması gərəkən əraziyə 4 maşın ayrılıb, onun da biri xarabdır. Xahiş edirəm, lazımi tədbir görəsiniz..."
 
Ardını oxu...
Həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib

Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.

Bu barədə AYNA-ya Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.

Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".

"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilir.
 
Ardını oxu...
11 sentyabr axşam saatlarından etibarən Bakı bulvarı əhalinin giriş və çıxışına qapadılıb.

Bu barədə musavat.com məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri "Formula-1"in açılışına hazırlaşır. Tədbirin keçiriləcəyi yolun istiqaməti Bakı bulvarına paralel olduğu üçün 15 sentyabra qədər əhalinin əraziyə giriş-çıxışına qadağa qoyulub.
 

Dünyapress TV

Xəbər lenti