Ardını oxu...
Ölkəyə hava nəqliyyatı ilə səfər edənlərin sayı 35% artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana hava nəqliyyatı ilə 39 ölkədən 2 milyon 335 min 130 nəfər səfər edib.

İndex.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 526 min 485 nəfər (35,2 %) çoxdur.

8 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb – 639 min 458 nəfər. Bu da 1 il əvvələ nisbətən 30,2 % artım deməkdir.

Hesabat dövründə Türkiyədən isə Azərbaycana 577 min 254 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,7 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri də 298 min 614 sərnişinlə (+47,5 %) daxil olub.

Daha sonra, Gürcüstan 149 min 842 sərnişin (+ 40,5 %), Səudiyyə Ərəbistanı 86 min 30 sərnişin (+14,8 %), Qazaxıstan 71 min 233 sərnişin (+31,1 %), Hindistan 71 min 582 sərnişin ( + 6,6 dəfə), İtaliya 40 min 599 sərnişin (+ 2 dəfə), Özbəkistan 38 min 41 sərnişin ( – 16 %), Küveyt 36 min 746 sərnişin ( + 33,1 %) və Qətər 36 min 186 sərnişin (+ 75,8 %) qərarlaşıb.

İlk onluğa Hindistan, İtaliya daxil olaraq, İsrail (29 min 034 sərnişin, – 4,5 %) və Almaniyanı (21 min 803 sərnişin, – 6,3 %) siyahıdan çıxarıb.

Təkcə avqustda isə Azərbaycana 378 min 248 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 27,6 % çoxdur.

O cümlədən, ötən ay Türkiyədən 106 min 44 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8 % çoxdur.
 
 
 
Ardını oxu...Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.
 
 
 
Ardını oxu...
Ağadadaş Ağayevin "Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.

İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.

Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.

Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.

Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.

Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.

Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.

Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.

Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.

Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.

Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.

Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.

Lap axırda mühafizəçinin 67 yaşlı müğənnini idman fəndi ilə yerə çırpdığını, ona lazım olduğundan artıq zor tətbiq etdiyini əks etdirən görüntülər meydana çıxdı.

Bütün bunları “Medera” klinikası edirdi. Onun şəfa ocağı, yoxsa piar mərkəzi, montaj studiyası olması bəlli deyildi.

O zaman bir çox jurnalistlər məhz bu məqama vurğu edir, klinikanın sönükən ocağa benzin çilədiyini yazırdılar. Amma hamının başı tərəf tutmağa qarışmışdı, bir tirə xalq artistini yamanlayırdı, bir tirə onu müdafiə edir, mühafizəçini haqlı elan edirdi.

Budur, indi yayılmış istintaq materiallarına, həssas məlumatlara, məhkəmənin hökmü olmadan bir insanın cinayətkar adlandırılmasına görə cavab vermək lazımdır.

Maraqlıdır, “Medera” klinikasının rəhbərliyi nəyə görə həm özünü, həm də məşhur sənətçini dilə-dişə salmaq yolu seçib və bu işi belə canfəşanlıqla, hay-küylə, nyu-media fəndləri ilə həyata keçirirdi?

Buna səhih cavabı klinika rəhbərliyi verə bilər. Amma güman ki, onlar zeytun yağı kimi üzə çıxmaq səciyyəsi daşıyan hərəkətlərin qanun pozuntusu və özlərinin ziyanına olduğunu anlamayıblar.

Hazırda ölkədə hamı “Medera”nı Ağadadaş Ağayevin başına gələn hadisəyə görə tanıyır.

Elə Ağadadaş Ağayevin adı çəkiləndə də yada düşən ilk şey onun son 43 ildə oxuduğu mahnılar olmur, əlinə balta götürüb klinikaya hücum etməsi olur.

Bu hadisənin ölkədəki ictimai-siyasi ortamı nə qədər gərginləşdirdiyi, sinfi ziddiyyətləri üzə çıxardığını nəzərə alsaq, bu qovğanı bu şəkildə ictimailəşdirənlərin nə boyda qəbahətə yol verdikləri anlaşılar.

Gerçəkdən də bu hadisəyə görə insanlar cəbhələşmişdilər: orta təbəqədən aşağıda yaşayan insanlar kütləvi şəkildə müğənnini döyən mühafizəçinin tərəfindəydilər və bir “ağ adam”ın cəzalandırılması onlara ləzzət eləmişdi. Eyni zamanda özünü orta təbəqədən yuxarıda sayan adamlar da sənətçini bir proletar tərəfindən incidilən ağa rolunda görür, onun tərəfini tuturdular.

Qoy “Medera”nın cavabdehləri məhkəmədə desinlər, görək, niyə belə hərəkət ediblər.

Xalid KAZIMLI - Musavat.Com
 
Ardını oxu...
Müasir texnologiyalar inkişaf etdikcə dələduzluq da müasirləşir. Keçmişdə insanlar müxtəlif formalarla ya insanların evinə, ya da cibinə girib soyurdularsa, indi bunu onlayn formada həyata keçirirlər.

Son zamanlar isə dünyanı ağuşuna alan süni intellekt tendensiyası bəzi kiberdələduzların silahdaşına çevrilib. Onlar süni intellekt vasitəsilə insanları asanlıqla aldadıb, pullarını mənimsəyirlər.

Maraqlıdır ki, süni zəka yeni yaranmayıb, əslində tarixi qədimdir. Süni zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb. Zəkaya malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim rast gəlmək olar. Zəkaya malik avtomatlaşdırılmış maşınlar , , , , və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanıb. Hətta o zamanlar süni zəka dərsləri də tədris edilirdi. Sadəcə son illər bu termin inkişaf etdirilib, yeni versiyaları yaradılıb və uğurlu nəticələr əldə edilib. Həm də indi bu vasitələr hər kəs üçün əlçatandır.

Görəsən, yeni texnologiyaların inkişafı hansı yeni cinayət növlərini yaradır? Bu nə dərəcədə təhlükəlidir?
Tanınmış texnobloqçu Fərid Pərdəşünas Facebook-dakı hesabında bu məsələlərlə bağlı tez-tez paylaşımlar edir, insanları məlumatlandırır: “Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb. Yenidir, diqqətli olun. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb. Deməli, valideyninizə zəng gəlir. Dəstəyin o tərəfində olan səsinizin süni intellektlə klonlanmış variantıdır. Valideyninizə sizin öz səsinizlə qəza keçirib, yararlı olduğunuzu və kimisə avtomobillə vurduğunuz deyilir. Burada səs klonlanır və evdə olan valideyndə sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır. Valideyndən təcili formada pul istənilir. Evdə nə var, nə yox hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta, inandırıcı olsun deyə, dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır. Növbəti mərhələdə övlad valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan bir nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11,000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır. Mənim ilkin araşdırmalarıma görə, hətta binanın önünə gələn şəxs də başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi ssenari qurulub. Ehtimal edirəm ki, bu dələduzluğu edənlər Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksimum diqqətli olun. Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.

Texnobloqerin növbəti paylaşımı isə belədir: “Diqqətli olun! Pul qazanmaq istəyərkən cinayətə ortaq ola bilərsiniz.

"Telegram" platformasında vətəndaşlara iş təklif olunur. Təklif belədir ki, sizə bir nəfər məktub yazır və deyir ki, özüm xaricdəyəm, nənəmdən pulu götürüb kriptovalyuta alıb, mənə göndərmək lazımdır. Əvəzində o pulun üzərindən yükləyəndə xidmət haqqını götürərsən. Bununla razılaşan vətəndaşlar pulu götürmək üçün nənənin yanına gedirlər. Sizcə o nənə kim olsa yaxşıdır? Övladı adından onun səsi ilə dələduzluğa məruz qalmış, qəza ilə adam vuran uşağına evdəki pulunu göndərən yaşlı qadın. Mexanizm belə qurulub. Həmin o kuryer də pulu kriptovalyuta ilə özü də bilmədən xaricə göndərir və beləcə pulun kimə çatdığı məlum olmur. Azərbaycanda qurbanlar var. 10.000-dən çox vəsaitini itirənlər var. Azərbaycan Daxili İşlər Nazirliyi bir neçə kuryeri saxlayıb və bununla bağlı kütləvi xəbərdarlıqlar edib. Bu dünyada yayılmış məşhur dələduzluq və talama növüdür. Pul Azərbaycandan çıxarılır. Hara getdiyi də məlum olmur. Ümumiyyətlə bu işi görənlər Azərbaycanda deyillər. Sadəcə vətəndaşlardan kuryer kimi istifadə edirlər.

Yenə "Telegram", yenə kriptovalyuta. Cinayətdə iz itirmək üçün sui-istifadə olunan texnologiyalar”.

Bəs, kiberdələduzluğun yeni növləri ilə mübarizə necə aparılmalıdır? Və bu mübarizədə mətbuatın rolu nədən ibarət olmalıdır?

Mövzu ilə bağlı Pressklub.az-a danışan informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyib ki, son dövrlər məşhur olan texnoloji alətlərdən istifadə edərək süni intellekt və neon şəbəkələrlə saxta videolar hazırlanır. Səslər saxtalaşdırılıb təqlid olunur. Cəmiyyətdə nüfuz qazanmış və ya tanınmış şəxslərin adından sadə vətəndaşlara müraciətlər olunur: “Bunun da klassik variantda oxşarlarına baxsaq, bir zamanlar hərbi geyimdə və ya polis geyimindən istifadə edərək insanları aldadan dələduzları xatırlayarıq. Yəni, özlərini başqa bir şəxs qismində təqdim edib aldadaraq dələduzluq əməlləri törədirdilər. İndi də eyni məntiq ilə saxta videolar hazırlanır və həmin nüfuzlu şəxslərin adı ilə saxta videogörüntülər cəmiyyətə təqdim olunur. O zamanlar texnologiya inkişaf etməmişdi, amma yenə də dələduzluq növləri var idi. İndi isə cinayətkarlıq təkmilləşir. Texnologiyadan insanların xeyrinə istifadə edənlərlə yanaşı, belə pis əməllər üçün də istifadə edənlər də var və olacaq”.

Müsahibimiz bildirib ki, bu hallarla mübarizə aparmağın yeganə yolu maariflənmədir: “Mütləq şəkildə rəqəmsal savadlılıq artırılmalıdır. İnsanlara bu istiqamətdə mütəmadi olaraq təlimlər verilməli, təbliğat aparılmalıdır. “Hansı halda təhlükə yarana bilər?”, “Nələrə diqqət edilməlidir?” “Nəyə inanmaq olar, nəyə olmaz?” Bu istiqamətlərdə kütləvi maarifləndirici tədbirlər keçirilməlidir. Bu halda insanlar daha ayıq olacaq və aldananların sayı azalacaq”.

Ekspert hesab edir ki, mətbuatın, kütləvi informasiya vasitələrinin insanların maarifləndirilməsində rolu çox mühümdür: “Həmçinin hansısa bir poster, bannerlə insanlara psixoloji təsir etmək, onları maraqlandırmaq lazımdır. Yaxud da dövlət qurumları media ilə tədbirlər keçirib, insanları, eləcə də müəllimləri bura cəlb edə bilərlər. Müəllimlər həm ailələrinə, həm də şagirdlərinə bu məsələ ilə bağlı məlumat verə bilərlər”.

Görəsən, Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlığa qarşı mübarizəni necə həyata keçirir?

Bununla bağlı DİN-in mətbuat katibi Elşad Hacıyev tez-tez rəsmi Facebook səhifəsində məlumatlar paylaşır.

E.Hacıyev paylaşımlarından birində bildirib ki, DİN kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi genişmiqyaslı əməliyyat keçirib. Bank və alış-veriş platformalarına oxşar saytlar yaradaraq fişinq yolu ilə vətəndaşları kart məlumatlarının ələ keçirən kiberşəbəkə ifşa edilib. Elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Digər paylaşımı isə belədir: “Daxili İşlər Nazirliyinə son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar. Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər. Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.

Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.

Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki davam etdirilir”.

Elşad Hacıyev kibercinayətkarların yeni əl atdığı digər oğurluq üsullarlarını da ifşa edib. O, paylaşımında bildirib ki, saxta sosial şəbəkə səhifə və profillərin hekayələrində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır. Guya həmin şəxs ona pul qazanmağa yardım edib. Bunu görən bir başqa vətəndaş dərhal həmin şəxsdən kömək istəyir, ona da qazanmaq üçün fürsət yaradılmasını xahiş edir. Beləliklə, naməlum adam israrlı xahişlərdən sonra ondan şəxsi bank kart məlumatlarını alır, ilkin yatırım üçün kartda bəlli bir vəsaitin olacağı təqdirdə ona kömək edəcəyini vəd edir. İlkin olaraq xırda məbləğlər köçürüldükdən sonra daha böyük məbləğlər tələb olunur. Xırda məbləğləri könüllü olaraq köçürən vətəndaşımıza bildirilir ki, pul azdır, faiz ödənişləri artıb, sizi oyuna daxil edə bilmirik, əlavə vəsait köçürülməlidir. Vətəndaşımız həmin hesaba pulun köçürülməsi üçün naməlum şəxsə bank kartı məlumatlarını, göndərilən məxfi şifrəni verdikdən sonra kartında olan bütün vəsaiti oğurlanır: “Bir daha vətəndaşlarımıza çağırış edirik, sosial şəbəkə səhifələrində cəlbedici qazanc təklifləri ilə bağlı paylaşımlara həssas yanaşın, heç bir halda şəxsi məlumatları naməlum şəxslərə verməyin. Təhlükə var, SƏN də tələyə düşə bilərsən, Diqqətli ol!”

Bundan əlavə, Hacıyev bildirib ki, sosial şəbəkələrdə daha bir kibercinayətkarlıq növü kütləvi yayılmaqdadır. Süni intellektlə İTV-nin adından qanuni mərc oyunları olması ilə bağlı saxta paylaşımlar artır. Ayrı-ayrı şəxslərin səsi ilə linklərə daxil olmağa, oyunlarda iştiraka təşviqlə bağlı reportaj-müsahiblər əsasında çaşdırıcı resurslar yaradılıb.

Son olaraq, DİN-in əməkdaşı bildirib ki, kibercinayətkarlığa qarşı davam etdirilən mübarizə tədbirləri -əməliyyat-axtarış, əməliyyat-texniki, əməliyyat-istintaq, maarifləndirmə işlərinin davamlı olması effektiv nəticə verməkdədir. Bank kartı məlumatlarının aldadılıb alınması ilə nəticələnən oğurluq hallarının kəskin azalması DİN əməkdaşlarını arxayınlaşdırmır. İfşa olunan onlarla təqsirləndirilən şəxs ətrafında istintaq hərəkətləri davam etdirilir: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, şübhəli zənglərə qarşı diqqətli olun, “bankdandır, kartınıza müdaxilə var”, satışa qoyulan əşyaya görə “beh ödəyim, kartı göndərin” deyildikdə həmin zəng, mesaj bloklanmalıdır”.
Ardını oxu...
Hüceyrələrdə protein istehsalını idarə edən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyi aşkar edilib.

TEREF Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “UC Merced” universitetinin tədqiqatçıları araşdırma aparıblar.

Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra OTUD6 mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar.

Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Universitetin professoru Fred Volf və komandası hüceyrələrin OTUD6 miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.

Bununla belə, tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar. Tədqiqat insanlar üzərində təsirli olarsa, insanın 80 il olan orta ömrü 160 ilə qədər arta bilər.

Tədqiqat “Nature Communications” jurnalında dərc olunub.
 
Ardını oxu...
Azərbaycanda bələdiyyənin möhürü yoxa çıxıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayonu Qulubəyli bələdiyyəsinin möhürü itib.

Möhürün hansı şəraitdə itdiyi məlum deyil. Möhür itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, 2022-ci ildə Qulubəyli bələdiyyəsinin sədri 1948-ci il təvəllüdlü Mirvəli Tağıyev vəzifəsindən kənarlaşdırılıb. 1999-cu ildən bələdiyyənin üzvü və sədri vəzifəsində işləyən M.Tağyev torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu ilin iyun ayında elan etdiyi qərarla ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Məhkəmədə zərərçəkmiş şəxs bələdiyyənin nümayəndəsi, eyni zamanda mülki iddiaçı sabiq sədrin qardaşı Qalib Nağıyev olub.

Hazırda Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini 2022-ci ildən etibarən Qalib Nağıyev icra edir.
 
 

 



Ardını oxu...
Mərkəzi Seçki Komissiyası şikayət olan dairələri açıqlayıb.
Tribunainfo.az MSK-ya istinadla açıqlanan dairələr üzrə kimlərin deputat seçildiyini dəqiqləşdirib. MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsini əvvəlcə elan edib. Bu dairədən Ceyhun Məmmədov deputat seçilib. 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Ziyad Səmədzadə deputatdır. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən isə Fəzail İbrahimli deputat seçilib. 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən Anar Məmmədov deputat olub. 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən Elşad Musayev, 24 saylı Nizami Birinci Seçki Dairəsindən Könül Nurullayeva, 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən Hicran Hüseynova, 78 Lənkəran kənd Seçki Dairəsindən Anar İsgəndərov, 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən Asim Mollazadə deputat seçiliblər. MSK bu dairələr üzrə şikayətlər olduğunu məlumat verib.
 
Ardını oxu...
“Dənizkənarı Milli Parkdakı kafelərin birində menyuya uyğun olaraq sifariş verdim və menyuya əsasən sifarişimin 21 manat olduğunu gördüm. Lakin sonda mənə çek veriləndə orada 25 manat yazılmışdı”.

Bunu Meydan TV-ə şikayətlə müraciət edən oxuculardan biri deyib.

O qeyd edib ki, kafe işçiləri 4 manatın servis pulu olduğunu bildiriblər. Şikayətçi menyuda göstərilməyən və əvvəlcədən elan edilməyən servis haqqı ilə bağlı qalmaqal saldıqdan sonra kafenin işçiləri həmin pulu qəbzdən çıxarıblar.

“Mən onlara sual verdim ki, bəlkə mənim cibimdə cəmi 21 manat var və mən də hesabımın ona uyğun olduğunu görüb sifariş vermişəm? Ümumiyyətlə, hazırda bir çox kafe və restoran müştəridən məcburi olaraq servis haqqı alır ki, bu da düzgün deyil. Bəlkə mən həmin servisdən razı deyiləm və ona görə niyə pul verməliyəm ki? Bir kafedə mən bunu özüm üçün ləğv etdirdim. Amma Bakıda oturduğum bütün kafelərdə sonda dava sala bilmərəm axı”, – şikayətçi deyib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunun hazırda aktual məsələ olduğunu deyib və qeyd edib ki, belə bir hal istehlakçıların hüquqlarının pozulmasıdır.

Meydan TV-yə şərh verən E.Hüseynov qeyd edib ki, bununla bağlı istehlakçılar müvafiq dövlət qurumlarına şikayətlə müraciət edə bilərlər:

“Bu halda istehlakçının seçim və məlumat almaq hüququ pozulur. Amma qarşı tərəfin qanunvericiliklə məsuliyyəti yoxdur. Belə hal olanda istehlakçı qəbzi mütləq saxlamalıdır və onu Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Bundan sonra adını çəkdiyim dövlət qurumu müvafiq tədbir görməlidir”, – E.Hüseynov deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, menyuda çox kiçik şriftlə servis haqqının yazılması daha çox yayılıb:

“Bunu istehlakçının əvvəldən xədərdarlıq edilməsi kimi təqdim edirlər. Amma heç bu da yoxdursa və sonda qəbzə əlavə olunursa, bu, birmənalı olaraq istehlakçının hüququnun pozulmasıdır”.

N.Cəfərli də qeyd edib ki, qanunvericilikdə bununla bağlı boşluq var və bu kimi hallarda cəza nəzərdə tutulmayıb.
 
Ardını oxu...
Saatlı rayonu, Əliabad kənd sakini Sefyaliyev Məmmədəli Sefyalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Quba Rayon Məhkəməsi ona dəfələrlə səhv çağırış göndərib:

“Mən, Sefyaliyev Məmmədəli Sefyalı oğlu, sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

İki dəfə hakim Vüqar Seyidov tərəfindən məhkəmədə iştirakım üçün çağırış göndərilib. 1-ci çağırış 18 iyul, 2-ci çağırış isə 27 avqust tarixində göndərilib. Sentyabr ayında da məni məhkəməyə çağırır. Mən hara, Quba hara? Saatlı hara, Quba hara? Bu çağırışlar məni narahat edir. Səbəbsiz yerə məhkəməyə çağırılıram. Ən azından sənədə və ev ünvanına diqqətlə baxmalıdırlar.

Mənim belə bir iddiam heç yoxdur. Səfərəliyeva Arzu və Səfərəliyev Şükür bacı-qardaşlarını heç tanımıram. Görünür, onlar mülk iddiasındadır. Mənə heç bir aidiyyəti yoxdur. Xahiş edirəm, səlahiyyətli qurumlar daha diqqətli olsunlar”.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Texniki Universitetinin tələbəsi “Apple” şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu yarışma çox spesifikdir, yalnız “Apple” şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir: “Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. “Apple” gəncin mükafatını da poçtla göndərib. Nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Hər şey də bundan sonra başlanıb. Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.

Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman –zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.

Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş (gülür)”.

Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.

Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.

DGK tez -tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Düşünürəm ki , əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər”.

AFN.az
 

Dünyapress TV

Xəbər lenti