Ardını oxu...
Naxçıvanda deputatlığa namizəd Ülviyyə Həmzəyevanın seçki kampaniyasında iştirak edən rəsmi şəxslərin kimliyi açıqlanıb. Tribunainfo.az bildirir ki, seçki qanunlarına zidd olan bu addım birbaşa məsuliyyət yaradır. Lakin Həmzəyeva üçün rəsmi şəxslərin imkanlarından istifadə edilir.
Bu mövzuda jurnalist Heydər Oğuz xəbər yayıb ki, Azərbaycan MSK-nın Qahab kənd seçki məntəqəsinin katibi Əlövsət Rzayev Muxtar oğlu, eyni məntəqənin sədri Adıgözəlov Fərman Adıgözəl oğlu və “Şərq qapısı” qəzetində şöbə müdiri Rzayev Əlövsət Muxtar oğlu seçki təbliğatına qoşulublar.
Bundan əlavə, Naxçıvanın Babək rayonunun Dini komitəsinin sədri Qasım Paşayev, Naxçıvan Ali Məclisinə seçki məntəqəsinin sədri Hənifəyev Röyan Rəşid oğlu, Qahab kənd icra nümayəndəsi Rasim İsmayılov və Qahab kənd seçki məntəqəsinin nümayəndəsi Cəsarət Ələkbərov da görüşlərdə iştirak edirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
2024-cü il avqustun 22-də Bakı səması hər zamankı kimi deyildi. Azərbaycanın paytaxtının sakinləri səssiz, davamlı və sirli şəkildə hərəkət edən bir naməlum uçan obyektin (NUO) şahidi oldular. Bu hadisə həm maraq, həm də narahatlıq doğurdu. Şahidlərin təsvirinə görə, bu obyekt uçan boşqab şəklində idi, yuvarlaq və yastı formalı, açıq qəhvəyi rəngdə idi və şəhər üzərində nisbətən aşağı hündürlükdə süzərək hərəkət edirdi.

Bu müşaidənin xüsusi edən məqam onun davranışı idi. Uçan obyekt nə işıq saçırdı, nə də səs çıxarırdı və heç bir niyyətini göstərmirdi. Dronların fırlanan pərlərindən və ya təyyarələrin gurultulu mühərriklərindən fərqli olaraq, bu obyekt səssiz şəkildə hərəkət edirdi, nə sürətlənir, nə də yavaşlayırdı, onun trayektoriyası narahat edici dərəcədə düz idi. Bu obyekt heç bir məlum aviasiya texnologiyasına bənzəmirdi. Helikopterlər və təyyarələr istisna edilə bilərdi. Hətta həyatımızın ayrılmaz hissəsinə çevrilmiş dörd pərli dronlar belə, bu qəribə obyektin formasına və hərəkətinə uyğun gəlmirdi.

Yerli sakin Mahmud Mahmudov tərəfindən çəkilmiş bir video bu hadisəyə daha da maraq qatdı. bu video sürətlə yayıldı və on minlərlə insan onun həqiqiliyini müzakirə etməyə başladı. Videoda obyektin heç bir propellerə malik olmadığı, hər hansı bir görünən enerji sistemi olmadığı halda sadəcə olaraq göydə hərəkət edən bir disk kimi görünməsi izaholunmaz idi. “Əvvəlcə bunun dörd pərli dron olduğunu düşündüm,” Mahmudov videoya əlavə etdiyi paylaşımda yazıb. “Amma heç bir rotor izi yoxdur və o hündürlükdə onlar mütləq görünməli idilər.”

Bu, Azərbaycanın səmalarında qeyri-adi obyektlərin ilk dəfə görünməsi deyil. 2019, 2020 və 2023-cü illərdə də buna bənzər halların şahidi olunub və bu hadisələr yadplanetli ziyarətçilər, inkişaf etmiş hərbi texnologiyalar və ya hələ ictimaiyyətə açıqlanmamış yeni növ dronlar barədə spekulyasiyalara səbəb olub. Lakin bu müşaidələrin hər biri baş verdikdən sonra həmin qəribə obyektləri müəyyən etmək cəhdləri nəticəsiz qalıb.

Şamaxı Astrofizika Rəsədxanasının mütəxəssisləri, ölkənin aparıcı astronomiya qurumu, davamlı olaraq göylərdə qeyri-adi fəaliyyətin qeydə alınmadığını bildiriblər. “Göy üzündə naməlum uçan obyektin mövcudluğunu göstərən heç bir şey yoxdur,” rəsədxanadan bir astrofizik qeyd edib və əlavə edib ki, əlavə məlumat olmadan qəti nəticələr çıxarmaq mümkün deyil.

Buna baxmayaraq, sakinlər hələ də inanmırlar. “Bu, sadəcə məntiqli deyil,” hadisənin şahidi olan Aysel Quliyeva deyir. “Hər dəfə bu cür bir şey müşaidə edəndə, bizə bunun bir şey olmadığını deyirlər. Amma elə bil burada başqa bir şey var.”

Məsələn ABŞ hökumət qurumlarının, o cümlədən Pentaqonun, NUO müşaidələrin daha ciddi qəbul etməyə başladığı bir dövrdə, bəziləri Bakının sonuncu görüntüsünü daha geniş, qlobal fenomenin bir hissəsi olub-olmadığını düşünürlər. Digərləri isə daha skeptikdir, hesab edirlər ki, izah yeni, eksperimental dronlarda, hava hadisələrində və ya sadəcə olaraq bir sıra düşünülmiş mürəkkəb mistifikasiyalarda gizlənir.

Ancaq hələlik Bakının sakinləri daha çox sual qarşısındadırlar. “Onlar” gəlibmi? Yoxsa bu, Azərbaycanın aydın yay səmasında açılmamış daha bir sirli hadisə olaraq tarixə qovuşacaq?

Hələlik həqiqət—oradada, yuxardadı. (Turan)
 
Ardını oxu...
Məlum olduğu kimi, 1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Unikal”ın əldə etdiyi məlumata görə, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.
Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni, icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesinin edilməsin.

Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni, bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.
Ardını oxu...
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılır.

Bu barədə İqtisadiyyat.az-a İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən məlumat verilib.

Məlumata görə, avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.
Ardını oxu...
“125 saylı Zəngilan-Qubadlı seçki dairəsində təşviqatın ilk günləri müəyyən problemlər var idi. Məcbur qalıb qəfil görüşlərə üstünlük verdik. Məntəqələr üzrə yaşayan sakinlərlə qapı-qapı görüşlər keçirdik. Çünki görüşlərimizi əvvəlcədən elan etdiyimiz üçün problem yaradılırdı. Öncədən gəlib insanlara icra nümayəndələri - kiçik miqyaslı məmurlar səviyyəsində xəbərdarlıq edirdilər. Məsələn, Masazırda Zəngilan şəhərciyinə getdik. Hətta bizi “balkon”dan çəkən bir qadın var idi. Məqsədi nə idi, bilmirəm. Görüntüləri məndə var, etik səbəbdən paylaşmıram. Ümumilikdə isə təzyiq göstərilməyib. İmzatoplama kampaniyamızda seçicilərdən biri dedi ki, ilk kütləvi görüşlərimizə Sumqayıtdan başlayaq. Biz onunla görüşə gedəndə isə başqa cür danışmağa başladı. Hiss olunurdu ki, bu müddət ərzində ya öyrədilib, ya da başa salınıb. Sumqayıtda iki-üç ərazidə seçki plakatlarım yararsız hala salınıb...”

Bu sözləri Pravda.az-a açıqlamasında 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bitərəf namizədi, jurnalist İntiqam Alıyev (Valehoğlu) deyib.

İ.Valehoğlu sakinlərin şikayətləndikləri məsələlərə də toxunub: “Ən başlıca şikayət “deputatımızı tanımırıq”, “heç bir halda qəbuluna düşə bilməmişik” şikayətidir. Hətta Qubadlının Mahmudlu kəndindən ayaqlarının hər ikisini itirən Nihat adında 20 yaşlı gənc oğlan zamanında idmançı olub. Deyir ki, deputatımız müalicəsi üçün lazım olan 300 min manata kömək edəcəyinə söz vermişdi. 200 min manatı hansısa formada toplayıblar. Deputata müraciət ediblər ki, səndən kömək istəmirik, sadəcə, televiziya rəhbərlərinin birindən xahiş et ki, Nihat efirə çıxarılsın, pul lazım deyil, müalicəyə göndərilsin. Ailənin dediklərinə görə, laqeydlik ucbatından uşaq hər iki ayağını bud nahiyəsindən itirib... Sosial problemlər də həddindən artıqdır. Yataqxanalarda yaşayış şəraiti... 125 saylı seçki dairəsində keçmiş məcburi köçkünlər çoxdur. Onların müəyyən şəhərciklərə köçürülmələri prosesində ayrıseçkiliklərə yol verilir. Qubadlının Xanlıq kəndindən olan bir ailədə 8 nəfər 3-ün 4-ə eyni otaqda qalır. Ailədə yaşlı nənə gözdən birinci qrup əlildir. Babada isə həm görmə problemi var, həm də danışa bilmir. Nəvələri müharibə iştirakçısıdır. Dəhşətli mənzərələr var. Bir millət vəkilinə 5 il bu insanların problemlərini, sadəcə, dinləməyə yetər, hələ həllindən danışmıram. Bu isə göstərir ki, problemlər 30 ilə yaxın vaxt ərzində üst-üstə qalaqlanıb. Söz verilib, yerinə yetirilməyib. Yaxud da kim bir az çox səs-küy salıbsa, qismən ona nəsə edilib. Ən çox təəssüfləndiyim məqam isə insanlarımızın “yol-yolağa” olmasından, yəni savadsızlığından istifadə edilməsidir. Yalandan deyirlər ki, bu kağızı filan idarəyə apar. Elə bir idarə mövcuddur, ya deyil, bunu Allah bilir. Adam da məlumatsızdır ki, ünvanı “Google”a yazsa, çıxa bilər. Bu kimi süründürməçilik halları "n" qədərdir. Nömrəm açıq şəkildə hər yerə yayılıb, seçicilərə də deyilib. Məsələn, mənə mesaj gəlir ki, “biz buradayıq, sizi görürük, təəssüf ki, oğlum icra hakimiyyətində mühasib işləyir, bizi orada görsələr...” Qapalı görüşlərimizin keçirilməsi üçün nəzərdə tutulan Zəngilan şəhərciyində mədəniyyət evi – klub və məktəb bağlı idi. Bəlkə də, nə hökumətdən, nə də hakimiyyətdən belə bir tapşırıq yoxdur. İnanmıram ki, bu kimi maneələr nə dövlətin, nə də dövlət rəhbərliyinin marağında olsun. Çünki son iki parlament seçkiləri növbədənkənar keçirilir. Bu isə o deməkdir ki, parlement işə yaramayıb, işlək deyil. Əks halda, beş il müddətini tam başa vurardı. Əslində, bu, dövlət başçısının aşağı instansiyalara mesajıdır ki, qarşıdan gələn parlament seçkiləri ədalətli keçirilməlidir.

O, Zəngilan-Qubadlıdan olan seçicilərin İmamverdi İsmayılovu dəstəkləmələri barədə müraciətdən də danışıb: “İnsanların nə dediklərini ancaq eşitmək olar, onda da adam narahat olur. O da bizim bölgəmizin adamıdır, Zəngilandandır. Yəni bu cür təşəbbüs söhbəti boş şeydir. Beş-on nəfəri istənilən məntəqədə, dairədə tapmaq mümkündür. Böyük çoxluğun nə istədiyini bilmək istəyirsinizsə, ayrı-ayrı sosial şəbəkə səhifələrində minlərlə insanın, Zəngilan sakinlərinin yazdıqlarına baxın. Yeri gəlmişkən, onlayn səsvermədə böyük üstünlüklə qalib gəlmişdim. Orada da çox ciddi cəhdlər göstərildi. Müəllimlər də səfərbər edildi. Ekran görüntüləri də var. 2000 üzəri real səs yığmışam. Bunun isə bir səbəbi var. 20 illik mətbuat fəaliyyətimin 10 ildən çoxu televiziyada keçib. Sosial şəbəkələr üzərindən isə 1 milyon civarında izləyicim var. İnsanlara yalnız bir müraciətim bəs edir. Amma müəllimlərə basqı etmək... Məsələn, bu tədris ilində müəllimlər üçün tətil olmadı. Bu isə əmək hüquqlarının pozulmasıdır. Bütün yay boyu müəllimlərə ancaq “ekran tıklatdılar”. Dəhşətli bir şeydir. Məzuniyyət ərzində tapşırıqlar alırsınız, işə qayıdanda isə eyni güclə çalışa bilməyəcəksiniz. Əlavə olaraq bir sual verim. Sizcə, mənim rəqibim olmaq istəyən şəxs nəyə görə foto, video paylaşanda şərh bölməsini bağlayır? Açıq qoysa, insanların nə istədiyini bilərdi. Azərbaycanın müxtəlif bölgələrindən “sizə necə səs verə bilərik?” deyə müraciət edən insanlar hələ də var. Yəni bu dərəcədə üstünlüyümüz qalır. Allahın izni ilə, haqq-ədalət yerini tapar. Yeddi dəfə Həccə, həftədə yeddi dəfə idmana getmək olar, amma yeddi dəfə deputat olmaq olmaz”.
Ardını oxu...
Bakıda fərdi şəkildə təcili tibbi yardımla məşğul olan şəxslər peyda olub. Onların istifadəsində həmin məqsədlə istifadə edilən xüsusi maşınlar da var.

Bu barədə "Unikal"a vətəndaşlardan məlumat daxil olub.


Bildirilir ki, sözügedən maşınlarla xəstələrə təcili tibbi yardım göstərilir, yaxud ehtiyac duyulduqda onlar hansısa tibb müəssisəsinə çatdırılır. Ən maraqlısı isə budur ki, belə şəxsi "tibbi yardım maşınlarına" xüsusi dövlət nömrə nişanları alınıb, müvafiq işıq və səs siqnalları ilə təmin olunub, üstəlik, həmin maşınlar hər hansı dövlət xəstəxanasına, yaxud özəl klinikaya bağlı deyil.

Məlumatda həmçinin vurğulanır ki, haqqında danışılan maşınlar Azərbaycana bu yaxınlarda gətirilib və Bakı küçələrində günün istənilən vaxtı sərbəst şəkildə hərəkət edirlər.
Ardını oxu...
Qeyd edək ki, əhali dövlət tərəfindən maliyyələşdirilən təcili və təxirəsalınmaz tibbi yardımın səviyyəsindən narazıdır. Vətəndaşlar onların çağırışlarına vaxtında reaksiya verilməməsindən və xəstəyə düzgün tibbi müdaxilə edilməməsindən gileylənirlər. Özəl klinikaların ödənişli təcili və təxirəsalınmaz tibbi yardımı isə əksəriyyətin maddi imkanları ilə üst-üstə düşmür.

Görünür, kimlərsə bu anormal vəziyyətdən faydalanmaq, "orta yol" axtarışına çıxaraq fərdi qaydada və qanunvericiliklə müəyyən edilməyən şəkildə vətəndaşlara öz "təcili və təxirəsalınmaz yardımını" təklif etmək qərarına gəlib. Onların sağlamlığı təhlükə altına düşən vətəndaşların "köməyinə tələsərək" hansı ambulator və ya stasionar tibbi xidmət göstərdiyi isə heyrət doğurur.

Deyilənlər həqiqətəuyğundursa, əlaqədar orqanların, xüsusilə də Səhiyyə Nazirliyinin məsələdən xəbərsizliyi isə ikiqat təəccüblüdür. Belə çıxır ki, nazirlik ölkənin səhiyyə sektoruna nəzarəti tamam itirib və bu sahədə sözün həqiqi mənasında başıpozuqluq hökm sürür. Hətta apteklərdə vətəndaşların qan təzyiqinin, yaxud qan şəkərinin ölçülməsi belə qadağan olunmuşkən ayrı-ayrı şəxslərin təcili və təxirəsalınmaz tibbi yardımı qazanc mənbəyinə çevrilməsinə ad tapmaq, Səhiyyə Nazirliyinin isə bu cür özbaşınalıqlardan bixəbər şəkildə fəaliyyətinə ad vermək mümkün deyil.

Xüsusilə özəl klinikalarda sürücü kimi çalışan şəxslərin bir müddət sonra işdən ayrılaraq bu fəaliyyət sahəsinə yönəlməsi barədə iddialar da var.

"Unikal" ilk baxışdan ağlasığmaz görünən bu iddia ilə bağlı araşdırma aparıb və aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışıb.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev saytımıza açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi halları aşkarlandığı təqdirdə DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqıında protokol tərtib edilir və baxılması üçün aidiyyəti üzrə məhkəmə orqanına göndərilir:

"Qeyd edim ki, sözügedən maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub".

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, belə nəqliyyat vasitələrində xəstələrin daşınması və yaxud bu nəqliyyat vasitələrində tibbi yardımın göstərilməsinə dair konkret faktlar aşkar olunduqda bu barədə aidiyyəti üzrə müraciət olunması tövsiyə olunur:

"Nəqliyyat vasitəsinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olduğu halda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB), özəl tibb müəssisəsinə aid olduğu halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, heç bir quruma aidiyyəti olmadığı halda, həmçinin, yuxarıda qeyd olunan bütün hallarda hüquq mühafizə orqanlarına müraciət olunması vacibdir".

Seymur Əli
Ardını oxu...
Göyçay rayonu S.Vurğun küçəsi ev 92 sakini Mustafayeva Zülfiyyə Abdurəhman qızı tərəfindən

MÜRACİƏT

Mənim qaynımın oğlu Mustafayev Toğrul Ayaz oğlu Rusiya vətəndaşı olduğu üçün onu məcburi müharibəyə aparıblar və Ukraynada əsir düşüb.
Mən buna görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən kömək istəyirəm.
Toğrul 1989-cu il tarixdə Göyçayda anadan olub. Vətən müharibəsində iştirak edib müharibə veteranıdır. Müharibədən sonra burada iş tapmadğı üçün Rusiyaya gedib orada ailə həyatı qurub nigaha daxil oldu. Buna görə Rusiya vətəndaşı oldu.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsinə görə 2024-cü ilin may ayında onu məcburi müharibəyə aparıblar. İyul ayında axırıncı dəfə bizimlə telefon əlaqəsi yaratdı.Bundan sonra heç bir əlaqə olmadı.Sonradan bizə məlum oldu ki, müharibə zamanı yaralanan Toğrul Ukraynaya əsir düşüb.
Ağlamaqdan gözlərimizin yaşı quruyub. Toğrulun azyaşlı qızı hər gün atasını soruşur. Nə edəcəyimizi bilmirik.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Ombudsman Səbinə xanım Əliyevadan, Ukrayna və Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyindən, Azərbaycanın Ukraynadakı diaspor cəmiyətindən çox-çox xahiş edirəm, Sizə yalvarıram Toğrulun əsirlikədn azad edilməsinə köməklik göstərin.Onun günahı yoxdur məcburi müharibəyə aparılıb xahiş edirəm köməklik göstərin.

 
 
 

Ardını oxu...
"Qubada yerləşən "Vadi Chalet hotel"ini məsləhət görmürəm. 1 günlük qiyməti 150 manatdır, amma..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda g8iley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Bu qiymət normaldır, olsun... Amma restoranında yeməkləri od qiymətinə. Düşbərə 10 manat, yunan salatı 15 manat. Yunan salatı pomidor, xiyar, pendirdən və kahıdan ibarətdir, 15 manat niyə olmalıdır ? Minibardan 1 "bounty", 1 "kola" götütdük 12 manat etdi. Üstəlik 8 ya, 10 faiz servis haqqı. Qonaqların çoxu şikayətlənirdi. Hovuzda dəyişmə otağı 1 kv metrlik "kabinka"dı, yeri isə palcıq içində. Baş qatmaq üçün heç nə yoxdu. Ordan çıxıb düz yanında yerləşən "Şah əsəri"nə gəldik, bura da 150 manatdır, göylə və yer kimi fərq var. , səviyyə fərqi hiss olunur. Bura daha muasir üslubludur. Restoranda qiymətlər çox şey iki qat daha ucuzdu. Otaq daha gözəl, təmiz. Tv daha böyük, intetnet daha sürətli və s. Əhvalımız düzəldi bura gələn kimi. "Şah əsəri"nin reklamı kimi çıxdı... amma bunu paylaşmağın məqsədi sizlər üçündü, biz etdiyimiz səhvi etmiyəsiniz deyə..."

Ardını oxu...
Ardını oxu...
Şəkinin Aşağı Layısqı kəndinin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, kəndə bir dəfə də olsun asfalt örtüyü salınmayıb və yolun üç kilometrlik hissəsi yararsız vəziyyətdədir.

Daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. İstər qış, istər yay aylarında kəndə gəlib-getmək demək olar ki, mümkünsüzə çevrilib.

"Xəstəmiz olanda təcili tibbi yardım gəlmir. Həkim çağıranda, deyirlər, maşın gətirin. Maşını yoxdursa, xəstə ölməlidir?! Xeyrə-şərə gələn deyir ki, bu necə kənddir, bu nə yaşayışdır?!" - deyə sakinlər narazılıqlarını bildiriblər.

Daha ətraflı Baku TV-nin materialında:

 
Ardını oxu...
Avqustun 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) II Məclisi keçirilib.

Redaktor.az xəbər verir ki, ATİAHİ-nin sədri Səttar Möhbalıyevin sədrliyi ilə keçirilən iclasda Məclisin gündəliyi təsdiq edilib.

İclasda təşkilati məsələyə baxılıb.

Məclisdə çıxış edən S.Möhbalıyev ATİAHİ-yə rəhbərlik etdiyi müddətdə görülmüş işlərdən, əldə olunmuş uğurlardan danışıb. Çıxışının sonunda o, işinin çoxluğunu nəzərə alaraq ATİAHİ Respublika Komitəsinin Məclis, Rəyasət Heyəti üzvlüyündən, Respublika Komitəsinin sədrliyindən istefa verdiyini açıqlayıb. S.Möhbalıyevin istefası Məclis üzvləri tərəfindən qəbul edilib.

Sonra ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyəti üzvləri arasında qismən dəyişiklik edilib və təşkilata yeni sədr seçkisi həyata keçirilib. Məclis üzvlərinin açıq səsverməsi yolu ilə keçirilən seçkidə Araz Nadir oğlu Paşayev ATİAHİ-nin sədri seçilib.

ATİAHİ-nin yeni sədri A.Paşayev ona etimad göstərən Məclis üzvlərinə təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı səylə çalışacağını vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti