Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.
İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.///Report
 
 
 
Ardını oxu...
"Təbii ki, bu nömrələr minimum 320 manat pensiya, yaxud da 400 manat əmək haqqı alanlar üçün deyil. Onlar istəsə də, ala bilməz".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ev qiymətinə satılan telefon nömrələrinin alıcılarından danışarkən deyib.

Ekspert bu nömrələrə ancaq imkanlı şəxslərin maraq göstərdiyini vurğulayıb:

"Onlar üçün 80 min manat elə ciddi əhəmiyyət daşımır. İmkanlıdır, pulları çoxdur, sərvəti üzərində istədiyi kimi qərar verə bilər. Bu nömrələri almaq istəyən vətəndaşların sayı çoxdur”.

Xalid Kərimli bahalı nömrələrin ancaq hərracda satıldığını diqqətə çatdırıb:

"Onların qiyməti hərracda müəyyənləşir. Bu nömrələri əldə etmək istəyənlər var və şirkət də bundan pul qazanmaq istəyir. Fərqlənmiş nömrələrin qiymətinin baha olması normal və təbiidir”.

Ekspert bahalı nömrələrin məhdud sayda olduğunu qeyd edib:

"Şirkət bunu bildiyindən pul qazanmaq istəyir. Hər şey qanun çərçivəsindədir”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovun fikirincə, mobil telefon nömrələrinin yüksək qiymətlə satışa çıxarılması bir neçə psixoloji faktorla izah oluna bilər:

"Belə ki, bir qism insan unikal və yadda qalan nömrələrə sahib olmaqla sosial statuslarını və prestijlərini artırmağa çalışırlar. Asan yadda qalan və ya xüsusi mənası olan nömrələr onun sahibinə cəmiyyətdə üstünlük hissi bəxş edir. Digər tərəfdən, psixologiyada nadirlik prinsipi insanlara bir əşyanın və ya xidmətin az olduğunu düşündükdə onun dəyərini daha yüksək qiymətləndirməyə sövq edir. Məhdud sayda olan premium nömrələr bu prinsipə əsaslanaraq insanlarda daha çox maraq yaradır. Digər tərəfdən, hərrac formatı insanlarda rəqabət hissini gücləndirir və onlarda "əldən qaçırmaq qorxusu” yaradır. Bu faktor da qiymətlərin yüksəlməsinə səbəb olur və alıcının ani qərar verməsinə təsir göstərir. Eləcə də bəzi insanlar telefon nömrələrini şəxsi brendlərinin bir hissəsi kimi qəbul edirlər. Xüsusi və fərqli nömrələr onları digər insanlardan fərqləndirmək imkanı yaradır və bu, onların özgüvəni üçün vacib faktor ola bilər. Psixoloji baxımdan insanlar bəzən belə nömrələri gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə bir sərmayə kimi də görürlər. Bu perspektiv alış qərarına təsir edə bilir”.

Psixoloq əlavə edib ki, şirkətlərin yaratdığı reklam kampaniyaları və ictimai rəy də insanları belə nömrələrin alınmasına təşviq edir:

"İnsanlar digər nüfuzlu şəxslərin bu nömrələrə sahib olduğunu gördükdə onlar da eyni addımı atmağa meyilli olurlar. Bu cür psixoloji faktorlar yüksək qiymətlə satışa çıxarılan mobil nömrələrin cəlbediciliyini artırır və satışların uğurlu olmasına səbəb olur”.

Bahar Rüstəmli
 
Ardını oxu...
Bu gün dünyada əksər məmurlar, hətta dövlət başçıları sosial şəbəkələrdən istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da sosial şəbəkə hesabları var.

Maraqlıdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının hansının rəhbəri sosial şəbəkə hesabına malikdir?

Modern.az bunu araşdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkədə aktivdir. Onun X və Facebook hesabları var. Naziri X-də 7425, Facebook-da isə 12203 nəfər izləyir.

Elm və təhsil naziri Emin Əmrullayev də sosial şəbəkədə olduqca fəaldır. Onun Facebook, İnstagram və X hesabları mövcuddur. Naziri Facebook-da 108.428, İnstagram-da 56,6 min, X-də isə 20 mindən çox adam izləyir.

Gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə paylaşımlar edən məmurlardandır. Onu Facebook-da 4495 nəfər, İnstagram-da isə 13,9 min nəfər izləyir.

Energetika naziri Pərviz Şahbazovun X hesabı var, burada onu 2944 nəfər izləyir.

Xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkələrdə olduqca geniş izləyici kütləsinə malikdir. Belə ki, onu Facebook-da 58687 nəfər izləyir. X sosial şəbəkəsində isə nazirin izləyici sayı 189,1 min nəfərdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da sosial şəbəkələrdə geniş izləyici auditoriyasına sahibdir. Onu Facebook-da 53720, X sosial şəbəkəsində isə 23,2 min nəfər izləyir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun X hesabını 479 nəfər izləyir.

Mədəniyyət naziri Adil Kərimlinin Facebook hesabı var və onu burada 1274 nəfər izləyir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Facebook, İnstagram və X hesabları var. Onu Facebook-da 4.978, İnstagram-da 764, X-də isə 2,010 nəfər izləyir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da sosial şəbəklərdən aktiv istifadə edən məmurlardandır. Onu Facebook-da 43.401, X hesabında isə 10000 nəfər izləyir.

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Ramin Məmmədov Facebook-dan istifadə edir. Onu burada 7.460 nəfər izləyir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iki sosial şəbəkə hesabı - Facebook və X. Komitə sədrinin Facebook izləyicilərinin sayı 1771, X izləyicilərinin sayı isə 985 nəfərdir.

Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov Facebook-da 748 izləyiciyə malikdir. Onun X-də 2.470 nəfər izləyicisi var.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Facebook işlədir və burada onu 1058 nəfər izləyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həm Facebook, həm də X-də aktivdir. O keçirdiyi görüşlər, yeniliklər haqqında davamlı məlumat paylaşır.
Ardını oxu...
Milli parkda ceyranın başını kəsən vətəndaş Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil.

Bunu TNS-ə FHN-dən deyiblər.

“Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyi sistemində əvvəllər çalışıb”, - deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, Şirvan Milli Parkında ceyran ovlanıb. İddia olunub ki, bir neçə gün əvvəl Şirvan Milli Parkında ceyranı ovlayaraq başını kəsən Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala rayon şöbəsinin əməkdaşıdır.
Milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.
Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, tanınmış kosmetoloq və Laser Beauty Estetik Klinikasının baş həkimi Rəna Soltanovanın adı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssislərinə qarşı müqavimət göstərməsi ilə bağlı qalmaqalda hallanır. Bu hadisə geniş ictimai maraq doğurmaqla yanaşı, tibbi xidmətlərin şəffaflığı və peşəkarlığı məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, Rəna Soltanova təkcə sıravi vətəndaşlara deyil, həm də bir sıra tanınmış simalara estetik prosedurlar həyata keçirən mütəxəssisdir. Onun müştəriləri arasında Azərbaycan şou-biznesinin məşhur nümayəndələri də yer alır.

Belə ki, Rəna Soltanova illərdir müğənni Könül Kərimovanın, aparıcı Çinarə Əliyevanın, Əməkdar artist Mehriban Xanlarovanın və tanınmış jurnalist Xoşqədəm Hidayətqızının, aktrisa Pərvin Abıyevanın həkimi kimi tanınır. Bu məşhurlar onun peşəkarlığından olduqca məmnun olduqlarını bildirirlər. Sosial media platformalarında tez-tez həkimin həyata keçirdiyi prosedurlardan məmnuniyyətlə bəhs edir, nəticələri paylaşaraq müsbət rəylərini ifadə edirlər.

Rəna Soltanovanın adı hallanan qalmaqalın onun peşə fəaliyyətinə necə təsir edəcəyi hələlik bəlli deyil. Bununla belə, onun həm sadə vətəndaşlar, həm də məşhurlar arasında qazandığı etibarın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə bağlı araşdırmaların nəticələri də bu məsələyə aydınlıq gətirəcək. Təfərrüatlarla bağlı xəbər yayımlandıqca oxucularımıza əlavə məlumat təqdim edəcəyik.

Yenisabah.az
 
Ardını oxu...
Kafe-barda səhər saatlarınadək davam edən əyləncə sakinlərin həyatını cəhənnəmə çevirib

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 130-un sakinləri yaşadıqları binanın zirzəmisində yerləşən “Red Black” istirahət mərkəzi adlı kafe-barın fəaliyyətindən narazıdırlar.

Sakinlər AYNA-ya bildiriblər ki, gecə saatlarında evlərində rahat otura, yata bilmirlər. Səbəb isə bar tipli kafedə gecə gec saatlaradək musiqili əyləncənin təşkili, müştərilərin səs-küyüdür.

Binanın komendantı Elnur Hüseynov bildirir ki, dəfələrlə obyektin sahiblərinə irad bildirilib, amma nəticəsi olmayıb.

“Bina sakinləri, xüsusilə də aşağı mərtəbədə, yəni zirzəminin üzərindəki mənzillərin sahibləri şikayət edirlər. Gecə saat ikiyə-üçə, bəzən də səhər saatlarınadək əyləncələr davam edir. Səs-küydən insanlar evlərində rahatlıq tapmırlar. Körpə uşaq var, yaşlı, xəstə insanlar var ki, “Red Black”dakı əyləncə onların həyatını cəhənnəmə çevirib”, - deyə komendant vurğulayıb.

Onun sözlərinə görə, dəfələrlə polisə müraciət olunub: “Amma hansısa nəticəsi yoxdur. Gəlirlər, obyekt sahibinə bu cür fəaliyyətə son qoyulmasını tapşırırlar, obyekt sahibi də “yaxşı” deyib yola verir, yenə öz işindədir. Elə dünən gecə saatlarında da bir neçə sakinlə birlikdə getdik etirazımızı bildirdik, yenə polisə şikayət edildi, polis əməkdaşları gəldilər. Bu, qanunsuz fəaliyyətin qarşısını almaq sanki müşkülə çevrilib”.

Bina sakinləri aidiyyəti orqanlardan kömək istəyirlər ki, “Red Black”ın bu cür qanunsuz fəaliyyətinə son qoysunlar.

Məsələ ilə bağlı sualımıza Abşeron Rayon İcra Hakimiyyətindən və Abşeron Rayon Polis İdarəsindən cavab almaq mümkün olmadı. Dəfələrlə etdiyimiz telefon zənglərimizə bu qurumların heç birindən cavab verilmədi. Vətəndaşların şikayətini diqqətdə saxlayacağıq.

Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur -
Müəllif: Banu Çiçək
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”-doktordan AÇIQLAMA

“Ölən insan haqda danışmaq ağılsızlıq, axmaqlıqdır. Ölən haqqında heç nə danışmaq olmaz. Öldü getdi. O insan nə qədər ki, həyatdadır əgər səhvi varsa onu həmin şəxsin üzünə demək lazımdır. Bunun üçün Rəşid müəllim olmaq lazımdır. Mən hər zaman sözü üzə, tənqidi həmin şəxsin özünə demişəm. Öləndən sonra nə qədər istəyirsən danış. O səni eşitmir ki” Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. Rəşid Mahmudov daha sonra meymunçiçəyi xəstəliyindən söz açıb.
“Çiçək xəstəliyi insanlarsa 1982-ci ilə qədər olub. Daha sonra ləğv olunub. İnsanın qoluna iki cızıq çəkirdilər. Onu çəkirdilər, onunla da irinləyirdi və çiçək xəstəliyinə tutulmurdun. Çiçək xəstəliyi insanın üzündə çopurlar əmələ gətirirdi və bir çox insanın ölümünə səbəb olurdu. Çiçək xəstəliyi ləğv olunandan sonra onun yerinə QİÇS xəstəliyi əmələ gəldi. Amma 1982-ci ildə alimlər sübut etdi ki, Konqonun yaxınlığında böyük bir meşəlik var. Bu meşədə meymunlar yaşayır. Bu meymunlarda da çoxlu sayda çiçək xəstəliyi var idi. Bu yaxınlara qədər həmin meymunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzarətdə saxlanılırdı. Qorxurdular ki, həmin xəstəlik insanlara keçər. Özləri bilərəkdən yaydılar. Məqsəd də insan sayını azaltmaqdır. İstəmirlər ki, 7 milyar insan olsun dünyada. İstəyirlər ki, 1 milyard olsun. Adamları öldürmək, məhv etmək üçün həmin xəstəliyi meymundan insana yeridiblər. Çox qorxulu xəstəlikdir. Artıq Azərbaycanda bir insanda bu xəstəlik tapılıb.O ki, qalsın karantinin, qapanmanın olacağına.. Bunu artıq deyə bilmərəm” deyə Rəşid Mahmudov bildirib.
 
Ardını oxu...
Kəlbəcər rayonu, Zar kənd sakini İbrahimov İntiqam Nadir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ailəsini yaşadıqları mənzildən məcburi çıxarırlar:

“Mən, İbrahimov İntiqam Nadir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2014-cü ildən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni çoxmərtəbəli yaşayış binaları kompleksində yerləşmişəm. Bu günə qədər də orada yaşayıram. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məhkəməyə müraciət edərək, bizim evdən çıxmağımız barədə qətnamə qəbul etdirib. Hal-hazırda iş icradadır. Gəncə şəhər İcra və Propasiya şöbəsinin məmurları evin boşaldılması ilə bağlı bizə təzyiq edirlər.

10 ildir adıçəkilən mənzildə yaşayıram. Bizi 3-5 aya, uzağı ya 1 ilə Kəlbəcər rayonunun Zar kəndinə köçürəcəklər. Möhlət vermirlər ki, vətənimizə qayıdanda bu evləri onlara təhvil verib gedək.

Qeyd edim ki, məsələ ilə bağlı icra başçısı Azər Qocayevin qəbulunda olmuşam. Mənə deyir ki, sən cinayətkarsan, dövlətin mənzilini mənimsəyibsən. Mən Azərbaycan vətəndaşı deyiləm? Məni təhqir edərək qəbuldan yarımçıq çıxardılar...

Himayəmdə azyaşlı uşaq var. Əsgər atasıyam. Yoldaşım 2-ci qrup əlildir. Ailəmiz acınacaqlı durumda yaşayır”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məlumat verilib. Məsələni araşdırıb, məlumat verəcəklərini bildirdilər.
 
Ardını oxu...
Qəbələdə yol kənarına atılan məişət tullantılarının qalaqlanması ərazidə xoşagəlməz mənzərə yaradıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna rayon sakinləri və sürücülər məlumat veriblər.

Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən keçən hissəsində antisanitar vəziyyət hökm sürür.

Belə ki, avtomobil yolunun sağ kənarına atılan məişət tullantıları xeyli vaxtdır, təmizlənmir.

Məsələ ilə bağlı Nic bələdiyyəsinin sədri Valeri Dallari "Report"un yerli bürosuna açıqlamasında həmin ərazinin bələdiyyənin yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olduğunu deyib.

Onun sözlərinə görə, ərazinin zibillə çirklənməsi yerli sakinlərin və yoldan keçən sürücülərin məsuliyyətsiz davranışlarının nəticəsidir.

Azərbaycan Avtomobil Yolları (AAYDA) Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə "Report"un yerli bürosuna bildirib ki, təmsil etdiyi qurum yalnız yol ilə hərəkətdə olan nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə və yol kənarına, yolun çiyin hissəsinə atılan tullantıları təmizləyir:

"Adıçəkilən ərazi isə yola aid deyil, kəndin ərazisidir. Ona görə də tullantılar kənd bələdiyyəsi tərəfi
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

TEREF "Unikal"a istinadla xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orada da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm, gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Yaşar Abbasovun zalda olan bibisi qızı isə İpək Əhmədovanı ittiham edib: "Sən Yaşara narkotik satıb tanış olmusan".

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəsatəti təmin edib.

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar".

Vəkilin sözlərinə görə, ekspert rəyində Mirəlinin ayağının sınması və döyülməsi barədə heç bir qeyd yoxdur.

Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik istifadə etdiyinə görə döydüyünü bildirib.

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istəyiblər. Hakim isə məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verib.

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb.

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, 9 yaşlı Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə işgəncə verməklə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
 

Dünyapress TV

Xəbər lenti