Ardını oxu...
İranın Ali Məhkəməsinin Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləməsinə terror hadisəsi zamanı həyatını itirən Orxan Əsgərovun atası Rizvan Əsgərov münasibət bildirib.

R.Əsgərov Teleqraf.com-a açıqlamasında hadisənin ikinci ilinin yaxınlaşmasına baxamayaraq, qərarın icra olmadığını bildirib:

"İlk aylarda dedilər ki, anlaqsız olub. Sonra sübut edildi ki, anlaqlı imiş. Hökumətimiz, dövlətimiz sağ olsun, sona qədər getdi və ölüm hökmü qüvvədə saxlanıldı. Bizim ailə olaraq əvvəldən də tələbimiz bu idi. Edam olunsun!".

Rizvan Əsgərov İran İslam Respublikasının qanunlarına görə, edam olunan kəsin ancaq ölən şəxsin yaxınları bağışlaması məsələsinə də toxunub: onu bağışlamayacaqlarını söyləyib:

"Onların qanunlarında belədir ki, ölən şəxsin atası və ya qardaşı bağışlaya bilər. Hadisədən sonra İranın nümayəndə heyəti gəldi və Baş Prokurorluqda görüş keçirildi. Orada bizə kompensasiya və ya ölüm hökmünü qüvvədə saxlamağı təklif etdilər. Amma biz açıq şəkildə bildirdik ki, edam edilsin. İnşallah hökm yaxın günlərdə həyata keçirilər".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
 
Ardını oxu...
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.
Ardını oxu...
İkinci Qarabağ müharibəsinin “Paşa” ləqəbli döyüşçücü, qazi Allahşükür Qasımova qarşı dələduzluq edilib.

O, Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhərində yerləşən “TT 064” adlı avtosalonun sahibi tərəfindən aldadıldığını bildirib.

Allahşükür Qasımovun sözlərinə görə, həmin salondan avtomobil alıb. Əsl problem də bundan sonra başlayıb.

Qazi deyib ki, “TT 064”nin sahibi keçmiş polis əməkdaşı Natiq Cəfərovdur.

“Mən “Niva” markalı avtomobilimi satmaq üçün Sumqayıtın maşın bazarına getdim. Bir tanışım mənə təklif etdi ki, yaxınlıqda avtosalon var, oraya gedək. Avtosalonda avtomobillərə baxdıq, 2013-cü ilə aid “Toyota RAV4” markalı avtomobili satın almaq qərarına gəldim. Müqabilində 2015-cü ilə aid “Niva” markalı avtomobilimi və 17 min 800 manat pul verməli idim. Mənimlə gedən tanışlarımdan pul götürərək 17 min manatı və “Niva” markalı avtomobilimi onlara təqdim etdim. Sonra isə “Niva”nın sənədlərini və 800 manatı birlikdə göndərməli idim. Beləliklə, razılaşdıq. Avtomobilin dəmirinə baxdım, keyfiyyətli idi. Səhəri gün avtomobili maşın ustasına apardım.

Mənə bildirdilər ki, avtomobilin motorunda problem var. Natiq bəyə zəng etdim, səbəbini soruşdum. Onlar mənim dediyimlə razılaşmadılar və qeyd etdilər ki, ola bilsin, yüngül problemdir. Avtomobildə ciddi problem olduğunu mən özüm də bilmirdim. Sonra ailəmlə bağlı problem oldu, xəstəxana məsələləri və sair araya düşdü. Ona görə avtomobili bir ay sonra servis xidmətinə apardım. Orada mənə dedilər ki, avtomobilin motorunun 4 min 500 manat xərci var.

Mən avtomobili aldığım salonun sahibi Natiq Cəfərova müraciət etdim, dedilər ki, bu problem bizlik deyil, sizə verəcək pulumuz yoxdur. Avtomobili alarkən yerindəcə sənəd məsələsi həll edilmişdi. Hətta onu da bildirim ki, avtomobilin adına cərimə də var idi. Mən müraciət edəndə dedilər ki, cəriməni də ödəmirik, kimə istəyirsiniz şikayət edin. Nə avtomobili geri alırıq, nə də motorun problemini həll etmək üçün sizə maddi dəstək göstəririk.

Məsələylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bu kimi məsələlərə baxılmır. Natiq Cəfərov həmin bölmədə əməliyyat işçisi olub”, - keçmiş döyüşçü deyib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik.

Natiq Cəfərov Teleqraf.com-a açıqlamasında qazinin iddiaları ilə razılaşmadı. Onun sözlərinə görə, Allahşükür Qasımov salondan “Toyota RAV4”ü alıb getdikdən 3 ay 15 gün sonra avtomobilin motorunda problem olduğu bildirib: “Etibarnamənin də müddəti var. On gün əvvəl kiçik qardaşım mənə zəng etdi ki, Allahşükür Qasımova kömək et, bildirirlər ki, maddi vəziyyətimiz yaxşı deyil, günahkarıq, üç ay on beş gün keçib və sair. Mən onların bank hesabına 300 manat göndərdim. Çeki də məndə qalıb”, - deyib.

Natiq Cəfərov avtomobilin motorundakı problemin əvvəldən olduğuna dair məqama belə aydınlıq gətirdi: “Mənə bildirdilər ki, avtomobili 1200 manata təmir elətdirdik. Əslində, mən üç ay on beş gündən sonra pul verməzdim. Qardaşımın xahişinə görə, onların bank hesabına 300 manat göndərdim və bildirdim ki, on gündən sonra da 100 manat göndərəcəm. Mənə dedilər ki, motoru düzəltdirdik, 1200 manat xərcimiz çıxdı. Mən insan olaraq onu da etdim. Bütün qəbzlər məndə durur”.

Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə A.Qasımovu “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib.

Ardını oxu...
  

Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".

Musavat.com

Ardını oxu...
Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Ardını oxu...
Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.

TEREF xəbər verir ki, bunu Teleqraf.com-a Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.

"İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır", - deyə şöbə müdiri qeyd edib.

Sabiq baş prokurorun yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
 
Ardını oxu...
Türkiyədə 66 nəfərin öldüyü yanğınla bağlı hotelin sahibi də daxil olmaqla 4 nəfər saxlanıb.

"Bakuinfo" xəbər verir ki, bu barədə məlumatı ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Nazir qeyd edib ki, istintaq çoxşaxəli aparılır.

"Kartalkayada 66 vətəndaşımızın həyatını itirdiyi hotel yanğını ilə bağlı Bolu Respublika Baş Prokurorluğu tərəfindən başlanan məhkəmə istintaqı çoxşaxəli və diqqətlə aparılır. 6 dövlət ittihamçısının təyin edildiyi istintaq çərçivəsində iş yeri sahibi də daxil olmaqla 4 nəfər nəzarətə alındı. 5 nəfərdən ibarət ekspert qrupu tərəfindən yanğının baş vermə səbəblərinin araşdırılması və nasazlıqların aşkarlanması istiqamətində işlər davam etdirilir. İstintaqın hər bir mərhələsi böyük diqqət və həssaslıqla həyata keçirilir" - Tunç bildirib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
 

TV Müsavat-ın canlı yayımının qonaqları VHP sədrinin müavini Nəsimi Şərəfxanlı və ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlı olub. 

 Musavat.com xəbər verir ki, verilişdə 20 Yanvar şəhidlərinin anım günündə Rusiya səfirliyinin Şəhidlər Xiyabanını ziyarət etmədiyi bildirilib. 

Ətraflı: 

 
 
 
Ardını oxu...
Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğında 8 nəfər ölüb.

Bu barədə RTS telekanalı məlumat yayıb.

Daha 7 nəfər isə xəsarət alıb.

Gecə saat 03.30 radələrində baş verən yanğın zamanı binada 30 nəfər olub.

Qocalar evinin otaqlarından birində döşəyi yandıran şəxsin yanğına səbəb olduğu versiyasına baxılır. (APA)
 
Ardını oxu...
“Hələ yarası sağalmamış bir hadisə nəticəsində həlak olan Milli Qəhrəmanımız Hökümə Əliyevanın valideyninə qarşı dələduzluq edilməsi onun ruhuna hörmətsizlikdir, üzücü xəbərdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, cinayətkar və cinayətkarlıq üçün müqəddəs heç nə yoxdur. Vəsait əldə etməkdən ötrü həmin dələduz eyni cinayəti öz ailəsinə, doğmasına da edər. Hadisədə “Kapital Bank”ı da günahlandıranlar var. Əlbəttə, müstəsna halda bank əməkdaşının gəlib kartı və məlumatları vətəndaşa təhvil verərkən, ondan istifadə qaydalarını izah edərkən dolayı yolla məlumatları vətəndaşın etibarından istifadə edərək çəkməsi istisna olunmur. Amma bunu istintaq, araşdırma sübut edəcək. “Kapital Bank”ı ittiham etmək hələlik düzgün olmaz. Ümumi yaranmış vəziyyətə və prosedura əsasən deyə bilərəm ki, bank sektorunda sistem elə qurulub ki, kart, hesab kodu verilməsi prosesində bank sektorunun əməkdaşının iştirakı mümkün deyil. Heç onların özlərinin bu haqda məlumatları yoxdur. Yəni məxfi kodun verilməsində bank əməkdaşının iştirakı vizual olmur. 99,9% prosedurlarda – oğurlanma, mənimsənilmə hallarında nəticədə dolayı yolla vətəndaşın özünün iştirakı müəyyən olunur. 0,01% texniki xəta ola bilər. Belə halda pulun rahatlıqla geri qaytarılması təmin edilir”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

İqtisadçı bildirib ki, kart hesablarından pul mənimsənilməsi hallarında çox vaxt vətəndaş ovsunlanaraq məxfi məlumatı qarşı tərəfə ötürür: “Beləliklə, vəsait hesabdan çəkilir. Ümumiyyətlə, kibercinayətkarlığın şaxələnməsi, müasir, ağlagəlməz səviyyədə texnologiyadan və etibardan sui-istifadə halları kifayət qədər yayılıb. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Hətta məsafədən belə məlumatların çəkilməsi mümkün olur. Bankomata yaxınlaşdıqda ehtiyatlı olmaq lazımdır. Heç kimə etibar etməsinlər. İstər onlayn alış-veriş zamanı, istərsə də iaşə obyektlərində, telefon zəngi zamanı qarşı tərəfə şəxsi bank məlumatlarını ötürmək qadağandır. Ən vacib məqam budur ki, Hökümə Əliyevanın atasına qarşı edilən dələduzluq hadisəsində cinayətkar müəyyən edilib və saxlanılıb. Məlumatın dələduza kim tərəfindən ötürülməsini isə istintaq nəticəsində müəyyən edib, ictimaiyyətə məlumat verəcəklər”.
 

Dünyapress TV

Xəbər lenti