İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.

TEREF xəbər verir ki, bunu Teleqraf.com-a Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.

"İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır", - deyə şöbə müdiri qeyd edib.

Sabiq baş prokurorun yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 DİN-dən ƏHALİYƏ MÜRACİƏT- Bu məlumatları paylaşmayın...
22 Yanvar 2025 Türkiyədəki yanğında ölənlər arasında azərbaycanlı yoxdur
22 Yanvar 2025 Həbslər BAŞLADI: Dəhşətli hadisə ilə bağlı tutulanlardan biri GÖRÜN KİMDİR - FOTOLAR
21 Yanvar 2025 İcazənizlə sözümü bitirim: Heç Rus səfirinin Şəhidlər Xiyabanına gəldiyini görmüsünüz?-GƏRGİN DEBAT
21 Yanvar 2025 Qocalar evində yanğın – 8 nəfər ÖLDÜ
21 Yanvar 2025 Kartdan vəsait oğurlanırsa, günahkar kimdir? – Bank, yoxsa…
20 Yanvar 2025 QHT Azərbaycan Polisi ilə bağlı bəyanat verdi
20 Yanvar 2025 Əkrəm Həsənov: “”Kapital Bank”da həyat yoldaşımın istifadəsində olan kart var, bağlatdıracağam”
20 Yanvar 2025 20 Yanvar faciəsinin 35-ci ildönümünü
20 Yanvar 2025 Türkiyədə qırmızı bülletenlə axtarışda idilər - Ermənistanda tutuldular
19 Yanvar 2025 Kanat qırıldı: 30-dan çox insan...
19 Yanvar 2025  Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
19 Yanvar 2025 Vüsal Hüseynovun şirkəti qanunsuz həkim işlədibmiş – Cəza
18 Yanvar 2025 Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
18 Yanvar 2025 İstanbulda saxta spirtli içkidən ölənlərin sayı artdı
18 Yanvar 2025 Abşeronda yaşayış evində partlayış: 5 nəfər yaralanıb - VİDEO
18 Yanvar 2025 Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
17 Yanvar 2025 "MERO" rəisi yüksək vəzifəyə təyin olundu
17 Yanvar 2025 Həm Agentliyin pulunun xərclənmə qaydaları dəyişdi, həm də bu xərclənməyə sərəncam verəcək şəxs
17 Yanvar 2025 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR

Dünyapress TV

Xəbər lenti