Ardını oxu...
Azərbaycanda üç dövlət qurumunun birləşdiriləcəyi gözlənilir. Etibarlı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, hökumətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vahid qurumda birləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Qeyd olunur ki, yaxın zamanlarda müzakirələr yekunlaşacaq və ölkə başçısı tərəfindən müvafiq qərarlar veriləcək.

Bu qurumlar əmlak sektorunda dövlət siyasətinin icrasını həyata keçirir.

Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirir.

Həmçinin ƏMDX-nin:

-müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

-müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;

-dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;

-Dövlət Əmlakının Reyestrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək və s. kimi çoxsaylı vəzifləri var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini, müvafiq sahənin inkişafını təmin edərək ərazi planlaşdırılması sənədlərinin hazırlanması və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir.

Komitə şəhərsalma və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir. Həmçinin respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılması, bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin etmək, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarət və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işinə daxildir.

Komitə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini də (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) həyata keçirir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Mənbə bildirir ki, dövlət qurumlarının birləşdirilmə ehtiyacı əmlak sahəsinin idarə olunmasında çoxsaylı bürokratik əngəllər, korrupsiya, rüşvət və s. neqativ əməllərin qarşısının alınması, dövlət siyasətinin daha çevik mexanizmlərlə həyata keçirilməsi ehtiyacından irəli gəlir. Gözlənilir ki, hər üç qurumun ehtiyac olmayan çoxsaylı strukturları, ştat vahidləri ciddi ixtisarlara məruz qalacaq və müasir texnolgiyalara əsaslanan çevik idarəetmə qurumları təşkil olunacaq.

“AzPolitika.info”
 
Ardını oxu...
Maliyyə Bazarında kiber dayanıqlığın gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2024-2026 illəri əhatə edən maliyyə sektorunun inkişaf Strategiyasının təşəbbüslərinin icrasına başlanılıb.
Bankların qarşısında informasiya təhlükəsizliyini gücləndirməklə bağlı tələb qoyulacaq. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Mərkəzi Bankından (AMB) verilmiş cavabda bildirilib.
Mart ayından banklar qarşısında yeni tələblər qüvvəyə minəcək!
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bankların kiber mühafizə sistemlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər" rəhbər tutaraq aşağıdakı tədbirləri həyata keçirməklə təmin oluna bilər. Bütün tələblər nəzarət subyektlərində məlumatların oğurlanmasının qarşısının alınması üçün tələb olaraq qeyd olunub. 2025-ci ilin mart ayından etibarən Tələblər qüvvəyə minəcək. (https://e-qanun.az/framework/56708).
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov bugünlərdə keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutduğunu açıqlayıb.
O, bildirib ki, nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır.
"Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq", - deyə o qeyd edib.
Əsas tələblər nə olacaq?
AMB-dan sorğumuza verilmiş cavabda o da bildirilib ki, kart məlumatlarının sosial mühəndislik (social engineering) metodu ilə oğurlanmasının qarşısı alınması üçün Banklar və Ödəniş təşkilatıarı tərəfindən müştərilər üçün maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirməlidir. Eyni anda Antifraud (Dələduzluğa qarşı mübarizə) şöbə və ya bölmələri tərəfindən ödənişlər davamlı şəkildə 24/7 monitorinqi tövsiyyə edilir.
"Əlavə olaraq bildirmək istərdik ki, Maliyyə Bazarında kiber dayanıqlığın gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən 2024-2026 illəri əhatə edən maliyyə sektorunun inkişaf Strategiyasının təşəbbüslərinin icrasına başlanılıb-(https://www.cbar.az/pages/strategy). Mərkəzi Bank tərəfindən ödəniş xidmətlərindən təhlükəsiz formada istifadənin təmin edilməsi məqsədilə davamlı olaraq qabaqcıl ölkə təcrübələri izlənilməklə, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət həyata keçirilir. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 35.2-ci maddəsinin tələbinə əsasən hazırlanmış "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 mart 2024-cü il tarixli 12/2 nömrəli Qərarı ilə təsdiq edilib. Qayda ödəniş xidməti istifadəçilərinin etibarlı autentifikasiyası, habelə onların fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının məxfiliyinin və bütövlüyünün qorunması, həmçinin dələduzluq və digər qanunsuz fəaliyyət risklərinin azaldılması istiqamətində konkret tələbləri nəzərdə tutur",deyə AMB-dən bildirilib.
Mərkəzi Bank onu da bəyan edib ki, onlar tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir: "Ötən dövr ərzində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanmış və Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanıb. Cari il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur".
Kartlardan pul oğurluğu hansı üsullarla həyata keçirilir?
Azərbaycan Mərkəzi Bankı kartlardan oğurluqların səbəbini açıqlayıb. Sorğumuza cavabda bildirilib ki, fırıldaqçılar kartlardan pul oğurlamaq üçün müxtəlif üsullarla əl atırlar.
"Fırıldaqçılar özlərini bank əməkdaşı kimi təqdim edərək zənglər edərək, maillər yazaraq və ya telefona mesajlar göndərərək kart məlumatlarını əldə etməyə və vəsaitlərdən qanunsuz olaraq istifadə etməyə cəhd göstərə bilərlər. Son dövrlərdə fırıldaqçılar tərəfindən ən çox istifadə olunan metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır. Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır", deyə Mərkəzi Bankdan bildirilib.
Kart məlumatlarını paylaşmayanların da kartından oğurluq olur
Mərkəzi Bank vətəndaşların bank kartı barədə məlumatları paylaşmadığı halda belə oğurluq hallarının olduğuna da aydınlıq gətirib.
Mərkəzi Bankdan bildirilib ki, göndərilmiş müxtəlif linklər və şühbhəli saytlarda kart sahibi əməliyyat apardıqda dələduzlar məlumatı əldə edir və olur ki, darknet və ya başqa şəbəkələr vasitəsilə üçüncü tərəflərə bu məlumatı satırlar: " Nəticədə müəyyən müddət keçir və kart sahibi fərqli mənbələrdən kartından pul çıxarıldığını aşkar edir. Ümumiyyətlə tövsiyyə olunur ki, onlayn əməliyyatlar üçün aşağı balansı olan ayrıca debet kartlardan istifadə edilsin. Həmçinin öz istifadə göstəricilərinidən asılı olaraq bir əməliyyat üçün maksimal limitlər müəyyən etsin. Bu kimi addımlar kart sahibini böyük itkilərdən sığortalamış olur. Bəli qeyd edildiyi kimi, bəzi saytlarda ödəniş aparıldığı zaman OTP tələb olunmaya bilər. Kart sahibi tərəfindən limitlərin tətbiqi vəsait itkisinin qarşısını ala bilər".
Kart hesablarından pulların oğurlanması ilə bağlı şikayətlər kəskin artıb!
Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son vaxtlar kart hesablarından pulların oğurlanması ilə bağlı şikayətlər kəskin artıb. Elə həftə yoxdur ki, kart hesabından pul oğurluğu ilə bağlı ona şikayət daxil olmasın.
Ə.Həsənov deyir ki, əksər hallarda kart barədə məlumatları elə kart sahiblərinin özləri dələduzlara verirlər:
"Əksər hallarda kiberdələduzlar vətəndaşları bankların adından zəng edərək aldadır və kart məlumatlarını ələ keçirirlər. Bəzi hallarda isə vətəndaşlar internet saytlarından onlayn alış-veriş edərək kart məlumatlarını ora yerləşdirirlər. Ona görə də, vətəndaşlara tövsiyə olunur ki, kart məlumatlarını heç kəsə verməsinlər. Tanınmayan saytlardan alış-veriş etməsinlər".
Banklar həmişə günahı vətəndaşın boynuna atır
Amma Ə. Həsənov deyir ki, bu, heç də həmişə vətəndaşın günahkar olduğu anlama gəlmir. Onun sözlərinə görə, bəzən banklar vətəndaşları günahkar çıxardırlar ki, onlar kart məlumatlarını kiberdələduzlara verirlər.
"Banklar sistemi elə qurmalıdırlar ki, kartdan istifadə zamanı hər dəfə vətəndaşın mobil telefonuna sms gəlsin, OTP kod daxil edildikdən sonra kartdan vəsait çıxılsın. Bankların belə bir xidməti var. Vətəndaş bilərəkdən yaxud bilməyərəkdən bu məlumatları təsadüfən kiberdələduzlara verə bilər. Amma bankların da bir mühafizə sistemi olmalıdır. Müştəri sms vasitəsilə təsdiqləməsə kartdan vəsaitin silinməsi prosesi baş verməməlidir. Kiberdələduzlar vətəndaşın mobil telefonunu görə, ora müdaxilə edə bilmirlər. Bəzən sms xidmətlərə qoşulan müştərilərə də otp kod gəlmir, və vəsait kartdan silinir. Artıq bunun günahı vətəndaşlarda yox, banklardadır", Ə.Həsənov bildirib.
Bankların informasiya təhlükəsizliyi sistemində boşluqlar var!
Hüquqşunas deyir ki, böyük məbləğlər kartdan çıxardıldıqda bankın mühafizə sistemi sms təsdiqi olmazsa, kartı avtomatik bloklamalıdır:
"Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından 80 min manatın oğurlanması faktı banklardakı bu boşluğu üzə çıxartdı. Bank sms təsdiqlənmirsə müştəriyə zəng edib kartdan vəsaitin onun tərəfindən çəkilib-çəkilmədiyini dədiqləşdirməlidir. Çünki, banklar xaricə pul köçürdükdə müştərini "sual atəşinə" tuturlar. Bu onu göstərir ki, bankların informasiya təhlükəsizliyi sistemi zəifdir. Çünki, bəzən vətəndaş kart məlumatlarını ikinci şəxsə ötürmədikdə belə çıxılır. Bu xüsusilə müştərisi çox olan banklarda müşahidə olunur. Bu da bankların loru dildə desək, acgözlüyündən qaynaqlanır. İri bankların o qədər müştərisi var ki, onlar bütün müştərilərinin hesablarının təhlükəsizliyini qoruya bilmirlər. Bu zaman banka sual oluna bilər ki, təhlükəsizliyi təmin edə bilməyən bank bu qədər müştəriyə niyə xidmət götürmək öhdəliyi götürür?".
Xatırladaq ki, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər"ə əsasən, maliyyə qurumları informasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (İTİS) davamlı təkmilləşdirməli, bu istiqamətdə informasiya təhlükəsizliyi siyasəti hazırlanmalıdır. Bu siyasətə azı ildə 1 dəfə ayrıca baxıla, habelə risklərin idarə edilməsi sisteminə baxılarkən yenidən nəzərdən keçirilə və tələb edildikdə müvafiq dəyişikliklər edilə bilər. Bundan başqa, İTİS-in davamlılığının, adekvatlığının və effektivliyinin təmin edilməsi üçün dəyişikliklər edildikdə informasiya təhlükəsizliyi siyasətinə növbədənkənar qaydada yenidən baxıla bilər.
Bu Tələblərə uyğunluğun qiymətləndirilməsini kənar auditor I kateqoriya nəzarət subyektlərində (banklar, sığortaçılar, mərkəzi depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul təşkilatları və ödəniş sistemlərinin operatorları) ildə 1 dəfədən az olmayaraq, II və III kateqoriya nəzarət subyektlərində (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları və investisiya fondlarının idarəçiləri; kredit ittifaqları istisna olmaqla, bank olmayan kredit təşkilatları) 2 ildə bir dəfədən az olmayaraq aparacaq.
 
Ardını oxu...
Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzindəki oteldə baş verən yanğından xilas olan işçi hadisənin baş vermə səbəblərindən danışıb.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

78 nəfərin həlak olduğu yanğından xilas olan hotel əməkdaşı Tuni Urhanın sözlərinə görə, sahibkarların səhlənkarlığı olmasaydı, faciənin qarşısını almaq mümkün olardı.

Onun iddialarına görə, yanğın pilləkənindən başlayaraq yanğınsöndürən balonlara qədər hər bir şeydə ciddi xətalara yol verilib. Belə ki, yanğın pilləkənlərinə çıxış hər mərtəbədə qoyulmayıb, yalnız SPA olan mərtəbədən pilləkənə çıxmaq mümkün olub.

Pilləkənlər taxtadan olub və üstü xalça ilə örtülüb. Bu da yanğının sürətlə yayılmasına səbəb olub.

Tuni Urhan deyib ki, hoteldə yanğınsöndürən balonlar olmayıb və yanğın siqnalı da aktiv edilməyib. Buna görə də hotelin qonaqları yanğından gec xəbər tutublar. Avtomatik yanğınsöndürmə sistemi isə ümumiyyətlə işə düşməyib.

Hotelin əməkdaşı hələ ötən ilin dekabrında müvafiq qurumlar tərəfindən hotelə baxış zamanı bir sıra xətaların aşkarlandığını da qeyd edib.

Liftlərdən birinin nasaz olması səbəbindən üzərinə bildiriş yapışdırılsa da, hoteldə həmin liftdən istifadəyə davam edilib.

Tuni Urhan bütün bu problemlər fonunda hətta personal arasında “bu mövsümü də salamat başa vura bilsək, xoşbəxt olarıq” deyə zarafatın da yayıldığını vurğulayıb. Onun sözlərinə görə, yanğın zamanı yardım çağırılanda belə onun miqyası barədə yanlış məlumat verilib, ona görə də yanğınsöndürənlər hadisə yerinə gələndə artıq çox geniş ərazini əhatə edən alovun qarşısını almaq da dərhal mümkün olmayıb.

Xatırladaq ki, Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Hadisə nəticəsində 78 nəfər ölüb, 52 nəfər xəsarət alıb.
 
Ardını oxu...
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayətlər daxil olub.

Referans.az xəbər verir ki, sözügedən ərazidə yerləşən küçələrdən birində yaranan antisanitar vəziyyət küçədən keçənləri təngə gətirib.

Ərazidə yaşayanların iddialarına görə, küçə artıq bir neçə aydır ki, məişət tullantıları ilə dolub daşır. Buna baxmayaraq, aidiyyatı qurum nə ərazini təmizləmir, nə də həmin küçədə yaşayan sakinlərə yaratdıqları natəmizliklə bağlı xəbərdarlıq etmir.
İddialara görə, sözügedən küçədə bəzən müxtəlif heyvan cəsədlərinə də rast gəlinir. Bu isə birbaşa xəstəlik mənbəyi və Hövsan sakinlərinin evinə ayaq açan təhlükədir.

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Mahal” Mənzil-Tikinti Kooperativinin sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, “Mahal” MTK-a tərəfindən Binəqədi rayonunda vətəndaş Vaqif Həsənova (şərti) məxsus qaraj söküldüyü üçün razılaşdırılmış 57885 manat kompensasiya illərdir ödənilmir.

Bu barədə məhkəmə qərarı olmasına baxmayaraq, “Mahal” MTK tərəfindən vətəndaşın kompensasiyasının ödənilməsi təmin edilməyib. MTK Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş icra sənədinin icrasından yayınıb.

Məhkəmənin qərarı ilə MTK-nın qanuni təmsilçisi və sədri Rəhimov İlqar Vəliyəddin oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.
O da məlum olub ki, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194627.9 manat vergi borcu var. Bununla əlaqədar olaraq MTK-nın bütün bank hesablarına sərəncam qoyulub.

Qeyd edək ki, “Mahal” MTK, “Mahal Şirkətlər Qrupu”na daxil tikinti şirkətidir. “Mahal Şirkətlər Qrupu”nun qanini təmsilçisi və direktoru Rəhimov Elvin Adil oğludur.

İlqar Rəhimov “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə dəfələrlə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açılıb.
 
Ardını oxu...
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Bələdiyyə seçkilərində 685 yer uğrunda 16 min 92 namizəd mübarizə aparacaq.

Seçkilərdə 24 siyasi partiyanın nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərin 8 min 504 nəfəri partiya mənsubiyyətli, 7 min 588 nəfəri isə bitərəfdir.

Ümumilikdə 5 milyon 961 min 987 nəfər seçicinin səs verməsi üçün 5846 seçki məntəqəsi ( 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir) fəaliyyət göstərəcək.

Bələdiyyə seçkiləri Azərbaycanın azad olunmuş ərazilərində keçirilməyəcək.

Bələdiyyə seçkilərini 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək.
 
Ardını oxu...
Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, sayta daxil olan məlumata görə, qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib.

Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Təfərrüatlar hələlik açıqlanmır.
 
Ardını oxu...
Hazırda "Kapital Bank"ın "Birbank" tətbiqində problem yaranıb.

Müştərilərin balansı və digər məlumatlar silinib.

Hazırda kartın mobil tətbiqinə daxil olmaq mümkün deyil.

"Kapital Bank"dan verilən məlumata görə, problem aparılan profilaktik tədbirlərlə bağlıdır.

"Hazırsa profilaktik işlər aparılır. Bir neçə dəqiqə çəkə bilər. Səbriniz üçün təşəkkür edirik", - bankın kart istifadəçilərinə göndərdiyi qısa mesajda bildirilir.

"Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva saytımıza açıqlamasında deyib ki, hazırda profilaktik işlər aparılır: "Bir neçə dəqiqə çəkə bilər. Texniki işlər tamamlanan kimi bərpa ediləcək".
Ardını oxu...
 
Ardını oxu...
Gündəlik mətbəx səhvləri yeməyin dadını poza bilər. Çox duz əlavə etmək, xüsusilə şorbalarda ümumi bir problemdir. Ancaq bu vəziyyəti aradan qaldırmaq çətin deyil. Aşpazlar deyirlər ki, bu cür səhvləri tez bir zamanda düzəltməyin sirri əslində mətbəxinizdə olan sadə bir meyvədə gizlənir.

Moderator.az xəbər verir ki, təcrübəli aşpazlar həddindən artıq duzlu yeməkləri təmizləməyin praktik yolunu kəşf edib.

Çoxumuz eşitmişik ki, kartof artıq duzu udur. Bununla belə, aşpazlar meyvələrin duzu udmaqda daha təsirli olduğunu bildirirlər. Xüsusilə alma, artıq natrium xloridini tez udur və yeməyinizin normal dadına qayıtmasına şərait yaradır.

Almanı qaynar mayedə təxminən 8 dəqiqə bişirmək şorbanızdakı duzun çox hissəsini çıxaracaq. Əgər duz daha çox olarsa, bu müddəti 10 dəqiqəyə qədər artıra bilərsiniz.

Vaxt bitdikdən sonra şorbanı oddan çıxarın, almanı çıxarın və dadın. Artıq şorbanızın dadının normal, balanslı və dadlı olduğunu görəcəksiniz.

Bu sadə, lakin effektiv həll mətbəxdə səhvlərinizi düzəltmək və yeməklərinizi saxlamaq üçün çox praktik bir yol təqdim edir.

Sarımsağın soyulması bəzən olduqca çətin ola bilər. Amma bir diş sarımsağı bıçaqla yüngülcə əzsəniz, qabığı asanlıqla soyulur. Həm sürətli, həm də praktik!

Qaynadılmış yumurtaların qabıqlarını çıxarmaq bəzən çətin olur. Ancaq qaynayan suya bir çimdik duz əlavə etdikdə yumurtaların qabıqlarının soyulması xeyli asanlaşacaq.

Şokoladı əritmək üçün mikrodalğalı sobadan istifadə edərkən şokoladın daha hamar və qaymaqlı olması üçün bir qaşıq süd əlavə edə bilərsiniz.

Salat hazırlayarkən kahı quru doğrayın. Suyu yaxşıca boşaltsanız, salatınız daha xırtıldayan və sarğı daha yaxşı saxlayacaq.

Qəhvə dənələrini üyütməzdən əvvəl bir müddət dondurucuda saxlamaq daha təravətli və aromatik qəhvə içmək imkanı verir. Soyuq lobya üyüdülmə zamanı daha çox yağ buraxaraq dadını saxlayır.

Əlinizdə sarımsaq və ya soğan qoxusu qalırsa, polad qaşığı isladın və əlinizlə ovuşdurun. Polad qoxunu özünə çəkərək əlinizdəki qoxunu çıxarmağa kömək edir.
 
Ardını oxu...
"Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb".
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib:

"Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.

Hasarın sökülməsi üçün Sumqayıt Şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır".

İradə İbrahimova həmçinin qeyd edib ki, ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb.
Ardını oxu...
"Mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq", - deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən ötən gün Oxu.az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, sözügedən parkda quru və təhlükəli vəziyyətdə olan ağaclarla bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Rəy əsasında həmin ağaclar ərazidən götürülür və yerində yeni ağaclar əkilir.

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün verdiyi açıqlamadan aydın olur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin verdiyi cavab və göstərdiyi ünvan doğru deyil. Əslində, həmin ərazidə ağaclar kəsilməsə də, tikinti işləri aparılıb.

Maraqlıdır ki, İcra Hakimiyyətinin bu cür səhlənkar, dəqiq yoxlanılmayan və qeyri-peşəkar cavabı anlaşılan deyil və heç bir məntiqə sığmır.

Görünür, meşəlik ərazidə tikintinin aparılmasına göz yuman Sumqayıt Şəhər İcra Hakimiyyəti ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyətini anlamayıb.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti