Ardını oxu...
Bakı şəhər Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən “Haven” restoranının icarədarı Ələkbər Həbibov obyektin mülkiyyətçisini onu işlədiyi yerdən qeyri-qanuni şəkildə çıxarmaqda ittiham edir.

“Qafqazinfo”ya müraciət edən Ə.Həbibov 807 kvadrat metr sahəsi olan obyektin sahibi Mahmud Kərimovun Bakı Apellyasiya Məhkəməsindən qanunsuz qərar çıxartdığını və icarə müqaviləsinin şərtlərini pozduğunu iddia edir.

Həm də tanınmış idmançı olan şikayətçi bildirib ki, obyekt əslində Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin keçmiş rəisi ədliyyə generalı İlqar Məmmədova məxsusdur: “Onunla aramızda centlmen razılığı əldə etdikdən sonra heç bir müqavilə olmadan ona məxsus, şəhərin mərkəzində yerləşən “Haven” restoranına 2,5 milyon manat sərmayə qoyaraq təmir etdirdim və orada fəaliyyətə başladım. Şifahi olaraq razılaşdıq ki, obyektin əsaslı təmirinə qoyduğum sərmayə müqabilində İlqar Məmmədov obyekti mənə uzunmüddətli (ən azı 10 il) icarə müqaviləsi bağlamaq şərti ilə verəcək. Lakin obyektin sahibi təmir bitdikdən sonra öz vədinə əməl etməyərək cəmi 1 illik müqavilə bağladı. Həmin müqavilə bir neçə dəfə uzadıldıqdan sonra öz hüququndan sui-istifadə edərək məndən əsassız olaraq obyekti boşaltmağımı tələb edirlər”.
Ardını oxu...
Ə.Həbibov iddia edir ki, general İlqar Məmmədov öz əlaqələrindən istifadə edərək heç bir əsas olmadan restoranın fəaliyyətinin dayandırılması və istifadəsinin qadağan edilməsi üçün qanunsuz və ədalətsiz qərar qəbul etdirib: “Bakı Apellyasiya Məhkəməsi qərarında işin hallarını qəbul olunmuş qərar şəklində təqdim edir, lakin əslində bu, iddianın təmin olunmasına dair müvəqqəti tədbir idi ki, bu da məhkəmənin mahiyyəti üzrə baxışının nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Halbuki qanuna görə, iddianın təmin olunması üçün müvəqqəti tədbirə dair məhkəmə qərarı, məhkəmə baxışının nəticəsini müəyyən etməməlidir. Hakimlər beləliklə bütün məhkəmə prosesinin taleyini həll ediblər. Həmçinin verilmiş qərarda nə mənim vaxtında ödənilmiş icarə haqlarım, nə də ki obyektə buraxılmış sərmayəm barəsində bir məlumat verilir. Qanunla icarə müqaviləsinin ləğv edilməsi və ya icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, faktiki icarədar, Ədliyyə Nazirliyinin sabiq Baş Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədov (obyekt onun doğma dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib İ.Ə) öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə müdaxilə edib və mənə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etdirib”.

Şikayətçi əlavə edib ki, geridə qalan illər ərzində obyektin sahiblərinə bir milyon manatdan çox icarə haqqı ödəyib: “Həmin obyektdə göstərdiyi sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə 400 000 manata yaxın vergi də ödəmişəm. İcarə müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi bu vacib məsələni nəzərə almır və qərarın “müvəqqəti xarakter daşıdığına” istinad edir. Digər tərəfdən, hakimlər Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov verdikləri qərarla mahiyyəti üzrə işin nəticəsini faktiki olaraq həll ediblər ki, bu da qanunsuzdur və məhkəmə təcrübəsinə ziddir. Hakimlər mənimlə yanaşı, orada çalışan 35 əməkdaşı işsiz qoymaqla onların ailəsinə zərər vurublar”.

Şikayətçi məsələyə ədalətli münasibətin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ə.Həbibov tanınmış heykəltaraş, SSRİ Dövlət Mükafatı laureatı və Azərbaycanın Xalq Rəssamı İbrahim Zeynalovun nəvəsidir.
Ardını oxu...
Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı araşdırma aparılıb: “Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə “İcarə verən”in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb.

Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur".
 

Ardını oxu...
DogruXeber.az: - Bakının məşhur və ilk restoranlarından biri olan “Şuşa” restoranı sökülüb. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən restoranın söküntüsünə bu gün başlanılıb. Restoran tam olaraq sökülüb. Bu barədə məlumatı restoranın sahibi Elxan Qasımovun qızı verib. Onun sözlərinə görə restoran qanunsuz və onların xəbəri olmadan sökülüb. Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxlər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıblar. O, restoranın ADA universitetinin prorektoru Şahmar İbadov tərəfindən söküldüyünü iddia edib.



Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.



Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.//cumhuriyyet.az
Ardını oxu...
Bakıda tragikomik hadisə yaşanıb.

Bu barədə həkim Elnur Eldaroğlu sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, həkim sifariş verdiyi taksinin sürücüsünün yuxulu olduğunu və hərəkətə belə davam etməyin təhlükə yaratdığını gördükdən sonra avtomobili özü idarə edib. Bu zaman isə taksinin sürücüsü arxa oturacaqda yatıb. Mənzil başına çatdıqdan sonra isə həkim taksi sürücüsünü ayıq sürücü çağıraraq yola salıb.

bizim.media
Ardını oxu...
 
Ardını oxu...
Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.

Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətlərdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü mini-futbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.


Xatırladaq ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində işləmiş daxili xidmət polkovnik-leytenantı Dədəş Əlbağış oğlu Ataşov 2023-cü ilin noyabr ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib".

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsi 2024-cü ilin iyun ayından daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu tərəfindən icra olunur.
 
Ardını oxu...
Qızıl qolbağın içərisindən qum tökülüb.

"DogruXeber.az" Xəzər TV-yə istinadən məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər.

Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə olunur.

Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.

Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının "rombvari" damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.

Ətraflı süjetdə:

Ardını oxu...
Qubada küçə itləri üç nəfərə hücum çəkib.

TEREF "Report"a istinadən bildirir ki, hadisələrdən biri rayonun Qəçrəş kəndində qeydə alınıb.

Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.

Zərərçəkənlər Quba Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin, Qubanın Küsnətqazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.
Ardını oxu...
Son günlər cəmiyyətdə plastik əməliyyatlar mövzusu gündəmdən düşmür.

İlk dəfə 1916-ci ildə baş tutan plastik əməliyyat ölkədə trend bir mövzuya çevrilib. Günü-gündən ciddi şəkildə artan bu əməliyyatlara adətən qadınlar müraciət edir.

Daim gözəl və qüsursuz görünmək istəyən xanımlar qeyri-peşekar həkimlərin səhvi nəticəsində çox vaxt istənilən nəticəni almadıqları üçün xəyal qırıqlıqlığı yaşayırlar.

Günümüzün trend mövzusuna çevrilən plastik əməliyyatlara əvvəllər məşhurlar, müğənni, aktrisalar müraciət edirdisə, indi yaşından asılı olmayaraq, hər kəsin geniş maraq dairəsinə çevrilib.

Onu da vurğulamaq lazımdır ki, son dövrlər bu prosedurlar lisenziyası və bu sahədə təhsili olmayan qeyri-peşəkar “həkimlər” tərəfindən həyata keçirilir.

Mövzunu Gununsesi.info–ya şərh edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ekspert Tural İrfanın sözlərinə görə, plastik əməliyyatları bəzi işbazlar və saxta sənəd əldə etmiş həkim qiyafəsinə girənlər alverə çeviriblər.

“Psixoloji təsir göstərərək insanları bu əməliyyatlara cəlb edirlər. Müştəri cəlb etmək üçün kimi harada görürlərsə (əsasən də qadınları), onların zahiri görünüşünə irad tutub bir əmma tapırlar və dərhal da əməliyyata çağırırlar. Hətta oturduğunuz yerdə telefonuza zəng gəlir və sizi cürbəcür fırıldaqla, psixoloji təsirlə klinikaya çağırırlar.

Azərbaycan qadınları öz gözəlliyi ilə dünyanın bir çox qadınlarından yaraşıqlıdır, görkəmlidir. İndi Azərbaycan qadınlarının milli simasını, xalqımızın genetik fizianomiyasını dəyişirlər. Standart burunlar, standart şişmiş dodaqlar və sair.

Bu, əslində çox əcaib və qeyri-təbii görünür. Bəlkə də çoxu düşünür ki, bu görkəm insanları cəlb edir, onları daha görkəmli göstərir, lakin əksinədir. Hesab edirəm ki, insanlar ehtiyac olmadıqca bundan çəkinməlidir, dələduzların cənginə düşməmək üçün bu sahəyə aidiyyəti qurumlar ciddi nəzarət etməlidir”, – deyə o əlavə edib.

T.İrfan qeyd edib ki, ölkədə çox məhdud sayda təhsil almış plastik cərrah olduğu halda bu gün bu əməliyyatı icra edən saysız hesabsız saxta həkim var: “İş o yerə çatıb ki, ABŞ-dan siyahı yayıblar ki, bir qrup saxtakar camaatın üzərində cərrahiyyə əməliyyatı aparır. Sonra aydın oldu ki, onlardan rüşvət alıb sənəd veriblər. Bəs buna nəzarət etməli qurumlar da görünür rüşvət alıb susur? Əks halda, bunun cavabı nədir, bilmək olmur. Artıq bununla bağlı ailələrdə problemlər yaranır. Qadın görkəmini dəyişir, sonra uşaq dünyaya gəlir. Uşaq ona oxşamır. Yəni, əməliyyatdan əvvəlki formasına bənzəyir. Yaxud bir neçə müddətdən sonra süni maddələrdən oluşan bədəninin plastik əməliyyat etdirdiyi yerlər çürüməyə başlayır və xərçəng kimi dəhşətli xəstəliyə düçar olur.

Əgər kimin görünüşündə ciddi qüsurlar varsa, bu əməliyyat əslində onun üçündür. Lakin bizim cəmiyyət “hamı getdi, mən qaldım” prinsipi ilə yanaşır. Pulu olan qaçır saxtakar plastik cərrahların yanına. Allahın yaratdığı görkəmi ciddi zərurət olmadan dəyişib təhrif etmək böyük günahdır və bu, haçansa ağır bədbəxtliyə səbəb olur. Çünki hər insanın aurası var, onu əhatə edən mənəvi halı, ruhani dairə var. Bu əməliyyatlar zamanı o ruhani dairəyə, nurani haləyə xələl gəlir. Allaha irad tutan bəndə mütləq cəzalanacaq. Bunu edən həkimlər isə şübhəsiz ki, cəhənnəmi satın alırlar”.

Ekspert onu da vurğulayıb ki, doğru bir adət olmasa da, bəzən qadın ərindən xəbərsiz süni mayalanma edir.

Onun fikrincə, süni mayalanmadan ümumiyytlə qaçmaq lazımdır.

“Allah çox ailələrə övladı dərhal yox, müəyyən müddətdən sonra verir. Bunun da öz hikməti, səbəbi var. Əgər insanlar övladı Allahın vermək istədiyi vaxtda yox, özlərinin istədiyi vaxta istəyirlərsə, onda gələcəkdə baş verəcək fəsadları, bədbəxtlikləri, şikəst, əlil, qüsurlu uşaqların məsuliyyətini “Allahın işidir” deyib yaradanın boynuna atmasınlar.

Süni mayalanma tibb mütəxəssislərinin yekdil qərarı ilə artıq təbii yolla övlad olmadığı təqdirdə caizdir. Özü də yalnız atadan mayalanma ilə. Əgər problem atadadırsa başqa kişidən qadının bətnində uşaq dünyaya gətirmək doğru deyil. Bu artıq şəriətə ziddir. Eyni zamanda, kişidən xəbərsiz qadın süni mayalanma edirsə, bu da zina hökmündədir. Necə ola bilər ki, kişinin özündən xəbərsiz onun “övladı” mayalanır, dünyaya gəlir. Özü də yalnız sonra xəbər tutur. Bu kimi dinimizə, mentalitetimizə, mənəvi dəyərlərimizə, ailə dəyərlərimizə zidd olan çirkin adətlər əsasən Qərbdən gəlir. O Qərbdən ki, kişi kişi ilə, heyvan ilə evlənir, cinsiyyətini dəyişir.

Bu kimi fəsadverici əməllər bəşəriyyətin məhvinə aparan işlərdir. Vaxtilə mövcud olmuş çox inkişaf etmiş sivilizasiyalar məhz belə əməllərə görə məhv olublar.

Qədim Pompey dövrünə aid olan daşlaşmış heykəllər hələ də qalır. İnsanlar zina, uşaqbazlıq, pozğunluq etdikləri anda da ilahi əzab onları yaxalayıb və indiki cəmiyyətlərə ibrət olmaq üçün də daşlaşmış vəziyyətdə saxlanılıb. Süni mayalanma kimi işlər yalnız qanunu ərin vasitəsi ilə ola bilər. Əks halda, ərin icazəsi olsa belə, başqa kişidən alınmış toxumla mayalanma etmək zina hökmündədir və haramdır. Bu kimi əməlləri adiləşdirib xalqın genini dəyişmək, qarışdırmaq istəyir xarici düşmənlər.

Bizim bəzi saxta həkimlər də pula görə vicdanını satır. Plastik əməliyyatlar ilə xalqın zahiri görkəmini, üz cizgilərini təhrif edirlər, bu cür lazımsız süni mayalanmalar ilə də genini dəyişib qarışdırırlar. Bu, xalqı, cəmiyyəti zədələmək deməkdir. Genini, yaradılış xüsusiyyətlərini, fitrətini süniləşdirməkdir. Əslində, belə əməllər bəşəri cinayətdir.

Təəssüf ki, ölkədə bu sahəyə hələ ki, az diqqət ayrılır. Lazımdır ki, aidiyyəti dövlət qurumları bu məsələyə ciddi yanaşsınlar və düzgün şəkildə nəzarət həyata keçirilsin”– deyə T.İrfan fikirlərini yekunlaşdırıb.
Ardını oxu...
Uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və bir sıra hay-küylü proseslərə rəhbərliyi ilə məşhurlaşan hakim Əlövsət Abbasov keçmiş gəlininə və nəvələrinə qarşı məhkəmə iddiası qaldırıb.

Gununsesi.info-nun xəbərinə görə, Əlövsət Abbasov ötən il oğlu Rüfət Abbasovdan boşanan gəlini Vəfa Abasovanın və nəvələri Nərminlə Aylinin evindən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edib.

Məlumata görə, məhkəmə sabiq hakimin iddiasını qismən təmin edib.

Buna səbəb isə Nərminin ailəli olması və başqa ünvanda yaşamasıdır. Bu səbəbdən yalnız onun qeydiyyatdan çıxarılmasına qərar verilib.

Lakin gəlinin qeydiyyatdan çıxarılmasıyla bağlı hissədə Əlövsəd Abasovun iddiası təmin edilməyib.

Xatırladaq ki, Əlövsəd Abbasov təqaüd yaşı çatandan sonra daha 5 il məhkəmə sistemində saxlanılıb. O, 70 yaşına qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyib. Yalnız 2021-ci ildə təqaüdə göndərilib. O vaxtdan da Vəkillər Kollegiyasının üzvüdür və vəkil kimi fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olduğu 20 ildən artıq müddətdə o, bir çox qalmaqallı hökmlərə imza atıb:

Əlövsət Abbasov, 2015-ci ildə Nardaran hadisələrilə əlaqədar həbs olunan ilahiyyatçı Taleh Bağırzadəyə və tərəfdarlarının hökmü, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə görə həbs olunan Vüqar Əliyevə ömürlük cəza verilməsi (onun cəzası Prezidentin əfv sərəncamı ilə 25 illə əvəzlənib və azadlığa çıxmasına az qalıb), Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə, ərazi bütövlüyünü parçalamağa yönəlik çağırışlarda ittiham olunan Aleksandr Lapşinin işi, bir çox jurnalistlərin, aktivistlərin işi ilə bağlı hökmlərin müəllifidir.
 
Ardını oxu...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.

TEREF “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.

Nilolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.
 

Dünyapress TV

Xəbər lenti