Ardını oxu...
Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.

Bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.

Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər “isti” olub – orada termometrin göstəricisi -53°C-ni göstərib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.

Bir gün əvvəl Oymyakon Yakutiyanın ən soyuq nöqtəsi olub. Belə ki, rəsmi məlumatlara görə, kənddə -56 dərəcə temperatur qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda isə termometr -65 dərəcəni göstərib./oxu.az
 
Ardını oxu...
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.

32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb: "Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər".

Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər: "Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik".

Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.


Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Təxminən 2,4 min ton neft məhsulu Qara dənizə axıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik həmçinin Kerç boğazı ərazisində baş verən bu hadisənin dünyada M100 markalı ağır mazut ilə bağlı ilk qəza olduğunu qeyd edib. Bu səbəbdən çirkliliyin təmizlənməsinin yolu mazutun sahil xəttinə toplanmasıdır.

Qeyd edək ki, ötən ilin 15 dekabrında "Volgoneft-212" və "Volgoneft-239" tankerləri batıb. Bir dənizçi həlak olub, qalanları təxliyə edilib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlər təxminən 9,2 min ton mazut daşıyırmış. Fəlakət nəticəsində Qara dəniz ərazisində neft məhsullarının sızması baş verib.
 
Ardını oxu...
Bakı-Sumqayıt yolunda, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayımlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus BMW markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı BMW markalı maşın toqquşub.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYP) sorğu verilib.
Ardını oxu...
Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qüvvəyə minib.

Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında" qərarda əskini tapıb.

Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.
Ardını oxu...
Azərbaycana Yeni il gəlib.

2025-ci il Şərq təqviminə əsasən, ilan ilidir. İlan ili tez-tez dəyişikliklər və yeni imkanlar ili hesab olunur ki, bu da onu digər illərdən fərqli edir. Şərq mədəniyyətinə və ənənələrinə əsasən, İlan ili ondan düzgün istifadə edənlərin ilidir.

Azərbaycanda Yeni illə əlaqədar 7 günlük tətil elan olunub.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib.

Oxu.Az kollektivi olaraq, 2025-ci ilin gəlişi münasibətilə Azərbaycan xalqını təbrik edir, insanlarımıza möhkəm cansağlığı və uğurlar arzulayırıq.
 
Ardını oxu...
Yeni il qapımızı döyür. 2025-ci ili xoş əhval-ruhiyyədə qarşılamaq üçün insanlar bayram hazırlıqlarına başlayıblar. Amma Miladi təqvimi Hicri-Qəməri təqvimi ilə üst-üstə düşmür. Bu da o deməkdir ki, 1 yanvar tarixi müsəlmanlar üçün bayram sayılmır.

Bəs, İslamda Yeni il necə qeyd olunur?

Hicri-Qəməri təqviminə görə, islamda Yeni il Məhərrəm ayının gəlişi ilə başlayır. Lakin müsəlman dünyasında Yeni ilin gəlişini qeyd etmək ənənəsi yoxdur. Hicri-Qəməri təqvimi Miladi təqvimdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Yəni islam inanclılar üçün il 11-12 gün qısadır.

Hicri-Qəməri təqvimi yaranışını Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən götürüb. Ona görə də Məhərrəm ayının ilk günü İslamda Yeni ilin başlanğıcı kimi qeyd edilir. Bu hesablamayla müsəlman təqviminə görə, il iyunun 26-da yenilənəcək. Yəni Günəşin batması ilə yeni 1447-ci il başlayacaq.

Onu da əlavə etmək lazımdır ki, İslamda Yeni il təntənəli şəkildə qeyd edilmir. Yeni ilin başlaması sadəcə, təqvim ilinin dəyişikliyi sayılır. İnanclılar həmin gün Məhəmməd peyğəmbəri, onun Mədinəyə hicrətini xatırlayır, namaz qılır, dua oxuyur, xeyir-dua diləyirlər.

Bundan əlavə, Məhərrəm ayının ilk günündə kasıblara, yoxsullara kömək etmək, sədəqə vermək, ailə və dostlara hədiyyələr vermək vacib və savab sayılır.

Qeyd edək ki, bir çox İslam pedaqoqları dünyəvi bayramlarda mövcud olan tərbiyəvi və əxlaqi aspektləri qəbul və qeyd edirlər. Məsələn, Yeni ildə əzizlərini ziyarət etmək, təbrikləşmək, pay vermək və sair kimi ənənələr əslində İslam dəyərlərinə tam uyğundur.

Surxay Atakişiyev, Bizim.Media
 
Ardını oxu...
77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.
Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.
 
Ardını oxu...
Rusiyada ev sahibi itini -32°C temperaturda iki sutka boyunca eyvanda saxlayıb.
Bakupost.az xəbər verir ki, səs-küyü ətrafa yayılan haskini bu vəziyyətdən xilasetmə işçiləri qurtarıblar. Onlar avtonərdivan vasitəsilə heyvanı eyvandan endiriblər.
Daha sonra it qonşuların yanında isinib.
 

   
Ardını oxu...
Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir.

Dəmiryol nəqliyyatında siqnalizasiyaya aid normativ və texniki sənədlər bu təlimatın tələblərinə uyğun olmalıdır.

Təlimatdakı siqnalların təyinatı barədə bu əlavədən tanış ola bilərsiniz.
 

Dünyapress TV

Xəbər lenti