"GOLD STAR CITY" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasındakı 382-ci məhəllədə 4 ədəd 14 mərtəbəli yaşayış binası inşa ediləcək.
AzFakt.com xəbər verir ki, yeni yaşayış kompleksində 5400 kvadrat metr mərtəbəaltı avtomobil qarajı və 1500 tonluq hovuz nəzərdə tutulub.
Şirkətin inşa etdiyi yaşayış binalarında ümumilikdə 2,3,4,5 və 6 otaqdan ibarət 182 mənzil olacaq.
Qeyd edək ki, "GOLD STAR CITY" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə təsis edilib.
Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani, ev 15, mənzil 21 ünvanıdır, qanuni təmsilçisi isə Məmmədov Yədulla Səmədulla oğludur.
Onu da qeyd edək ki, Yədulla Məmmədovun oğlu Səmədulla Məmmədzadə 2023-cü ildə Bakıda dəhşətli avtomobil qəzası törətmişdi.
Həmin hadisədə iş adamının oğlu Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurmuşdu. Nəticədə M.Tağıyeva hadisə yerində ölmüşdü.
TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən 2, korpus 93 adlanan məhəllənin sakinlərindən gedir.
Onların sözlərinə görə, məhəlləyə yeni su xətti çəkilsə də, əvəzində xətdən hava gəlir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin əraziyə iki xətdən içməli su verilir. Köhnə xəttin tam ləğv edib yenilənməsi ilə bağlı isə layihə hazırlanır.
Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
G. Abbasova qeyd edib ki, bir-neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
"Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir".
Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı oğlan atası ilə dava edib və onu öldürüb. TEREF lent.az-a istinadən xəbər ki, hadisə Yeni il gecəsi Kulturı prospektindəki mənzildə baş verib.
İstintaq müəyyən edib ki, yeniyetmə çox sərxoş halda saat iki radələrində evə gəlib. Gənc oğlan atasından maşının açarlarını tələb edib və rədd cavabı alaraq mətbəx bıçağını götürüb. Yeniyetmə atasını sinəsindən bıçaqla vuraraq, öldürüb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yeniyetməni saxlayıb.
Cənubi Koreyanın cənub-qərb sahillərində balıqçı gəmisi saya oturub. Bu barədə Oxu.Az "Sinxua"ya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb.
Bildirilir ki, yerli vaxtla səhər saat 10:30-da göyərtəsində 22 ekipaj üzvü olan 9,7 tonluq gəmi Seuldan təxminən 410 km cənubda, Sinan dairəsinin inzibati sərhədləri daxilində yerləşən Kaqodo adasında qayalara çırpılıb.
Nəticədə göyərtədəki üç nəfərin ürəyi dayanıb. Xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Qalan 19 balıqçı isə sahil mühafizəsi və yaxınlıqdakı digər gəmilər tərəfindən xilas edilib.
2024-cü ilin dekabr ayının sonunda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) QSC təyyarəsinin gövdəsinin fotoşəkilləri xarici hücuma dəlalət edir.
Oxu.Az-ın məlumatına görə, eksklüziv görüntüləri "AnewZ" telekanalı təqdim edib.
Kadrlardan aydın olur ki, təyyarənin gövdəsinin daxilini də əhatə edən görüntülərdə xarici təsirə uyğun xəsarət izləri var. Xüsusilə qəlpə zədələri aydın görünür, bu isə quşlarla toqquşma və ya qaz balonunun partlaması kimi ilkin versiyaları şübhə altına alır.
Azərbaycanın hökumət mənbələrinin məlumatına görə, ilkin araşdırma göstərir ki, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemindən buraxılan raketlə vurulub.
Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xarici müdaxilə faktını təsdiqləyib, lakin onun sözlərinə görə, raketin növünü istintaq müəyyən edəcək.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya ərazisi üzərində Rusiyanın HHM sistemi tərəfindən qeyri-ixtiyari vurulduğunu bildirib. Prezident İlham Əliyev tam günahın etiraf edilməsini, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə və onların ailələrinə kompensasiya ödənilməsini tələb edib.
Gəncədə 2023-cü il oktyabrın 18-də partlayış baş vermiş binada bugünədək təmir işlərinin başlanmaması sakinlər arasında narazılıq yaradıb.
TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlər indiyədək binanın taleyi barədə heç bir məlumat almadıqlarını bildiriblər. Həmçinin ərazidə hər hansı işin görülməməsi prosesin uzanacağına işarə edir. Bu vəziyyət isə hazırda kirayədə yaşayan sakinlərin narahatlığını artırır.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yararsız vəziyyətə düşmüş mənzillərdən çıxmağa məcbur olan ailələrin hər birinə kirayə pulu ödənilir. Qeyd edilib ki, bu problem həllini tapana qədər ödənişlər davam etdiriləcək.
Binanın bərpası və ya yenidən tikilməsi məsələsinə gəldikdə, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə baş verən çoxmənzilli binaya Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilib. Baxış prosesində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər və texniki baxış nəticəsində akt tərtib olunub.
Həmin akt əsasında binada bərpa işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş verilib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sənədlər hazırlandıqdan sonra müvafiq qurumlarla razılaşdırılacaq və bundan sonra işlərə başlanılacaq.
Sakinlər isə prosesin sürətlənməsini və məskunlaşma problemlərinin tezliklə həllini gözləyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında dəyişiklik edib.
Musavat.com xəbər verir ki, qərara əsasən, bu Qərarda göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilsin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulsun.
Dövlət Neft Şirkətinə tapşırılıb ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etsin.
Pravda.az-ın xəbərinə görə, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Atef Şirkətlər Qrupu" MMC edib.
Mahiyyəti podrat müqaviləsi üzrə mübahisə olan iş hakim Günay Namazovanın icraatındadır. Baxış iclası yanvarın 23-də keçiriləcək.
Qeyd: Nizamnamə kapitalı 33 892 585 AZN olan "Atef Şirkətlər Qrupu"nun qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin dövlətə 359 181 manat borcu var. Nizamnamə kapitalı 906 061 960 AZN olan "Azərbaycan Dəmir Yolları"nın qanuni təmsilçisi isə Rövşən Mürvət oğlu Rüstəmovdur.