Ardını oxu...
Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan 2009-cu il тəvəllüdlü Aqil Nəcəfovu xəstəxanada ziyarət edib.

Yenicag.az xəbər verir ki, millət vəkili yeniyetmənin hazırkı vəziyyəti ilə maraqlanıb, tezliklə sağlamlığına qovuşub təhsilinə davam etməsini arzulayaraq, valideynlərinə onun vəziyyətini daim nəzarətdə saxlayacağını bildirib.

Qeyd edək ki, yeniyetmə Neftçala rayonunun Xolqarabucaq kəndində avtomobil vurması nəticəsində ağır qəzaya düşüb. Qəza nəticəsində 10-cu sinif şagirdi ağır kəllə-beyin travması alıb.

Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Təyyarə yerdən açılan atəş nəticəsində zədələnib...Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir"

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən Rusiya ərazində vurulan və bunun nəticəsində qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü - iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı.

Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq.

Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib.

Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi.

Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdi bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır.

Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi.

“Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq.

Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

Ekipaj üzvlərinin fəaliyyətini nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti onları yüksək mükafatlarla təltif edib.

Ekipaj üzvlərinin ailələrinə, həmçinin təyyarə qəzasında həlak olanların hamısının ailələrinə bir daha başsağlığı vermək istəyirəm. Məhz ekipaj heyətinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığı sayəsində 30-a yaxın insanın həyatını xilas etmək mümkün oldu.

Yəqin ki, siz də bu faciəvi xəbərin dünya mediasında necə işıqlandırıldığını izləyirsiniz. Bütün digər məsələlərlə yanaşı, ekspertlər məhz pilotların peşəkarlığını və qəhrəmanlığını qeyd edirlər, eyni zamanda, ekipaj heyətinin bütün digər üzvlərinin. Çünki belə bir şəraitdə qəza enişi etmək və Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində demək olar ki, idarəolunmaz halda olan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Heç kim özünü itirmədi, hərçənd artıq dediyim kimi, ekipaj üzvləri başa düşürdülər ki, sağ qalmaq şansı demək olar, yoxdur. Görünür, pilotlar əmin idilər ki, bu, onların sonuncu reysidir, amma bununla belə, insanları xilas etmək üçün hər şeyi etdilər. Qəhrəmanlıq da bundan ibarətdir. Əgər pilotların nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıq meyarları varsa, bunu məhz belə adlandırmaq lazımdır.

Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik. Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.

Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.

“Qara qutu”ların Braziliyaya göndərilməsi də ondan xəbər verir ki, biz obyektivlik tələb edirik. Mən artıq bu barədə ekipajla vida mərasimindən sonra da demişəm. Əgər biz ilk dəqiqələrdən və ya saatlardan Rusiya Federasiyası rəsmi dairələri tərəfindən bu faciəni obyektiv araşdırmaq cəhdini görsəydik, onda çox güman ki, “qara qutu”ların Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən açılmasının həyata keçirilməsinə razılıq verərdik. Biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub. Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq.

Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.

Bir daha mənim başsağlığımı qəbul edin və əmin olun ki, biz bu məsələni, bu araşdırmanı sonadək başa çatdıracağıq.

X X X

Sonra təltifolunma mərasimi keçirildi.
 
Ardını oxu...
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS xəbər verir ki, prosesdə təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilib. Bildirib ki, 2017-ci ilin əvvəlində Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunub. 2017-ci ildən 2018-ci ilə qədər komitə sədri vəzifəsini icra etsə də adı çəkilən işlərlə heç bir əlaqəsi olmayıb: “Baş nazirin birinci müavini Asəf Məmmədov tikintiyə başçılıq edirdi. 2018-ci ildə Asəf Məmmədov vəzifədən azad edildikdən sonra Vasif Talıbov məni yanına çağırıb muxtar respublikanın inkişafından və görülən işlərdən danışdı, dedi ki, bundan sonra bu işlərə sən nəzarət edəcəksən. Vasif Talıbov bildirdi ki, yığılan 10 faizlər idarələrdən toplanılıb sənə veriləcək, sən də həmin vəsaitləri Seymur Talıbova verməlisən".

“Seymur Talıbova Hacıniyyət kəndindəki ofisində 20 milyon manat vermişəm”

Hicran Rüstəmov bildirib ki, 2000-2002-ci ildən etibarən Maliyyə Nazirliyinin işçiləri ilə birlikdə görülən işlərin keyfiyyəti yoxlanılır, ölçü işləri aparılır, Maliyyə Nazirliyində yaradılan elektron portal hesabına görülən işlər sistemə işlənilir və işin sonuna 10% əlavə olunurdu: "Bu 10 faizlər və görülən işlər toplanaraq yekun cəm hesablanır, görülən işlərin siyahısı çıxarılır, Nazirlər Kabinetinə təqdim edilirdi. Bundan sonra Nazirlər Kabineti bu siyahını Vasif Talıbova göndərir, Vasif Talıbov işlərə baxdıqdan sonra Baş nazir, maliyyə naziri və mənim iştirakım ilə müşavirə keçirir, görülən iş müzakirə olunurdu. Yekunda Nazirlər Kabinetinin sərəncamı əsasında vəsaitlər idarələrin hesablarına köçürülür, köçürüldükdən sonra “Gəmiqaya”, ”Nəqşicahan”, “Cahan” kimi şirkətlərin gördüyü işin 10 faizi onların hesabında qalır, həmin vəsaitin sonrakı taleyi barədə məlumatım olmurdu. Sadəcə olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyyət göstərən 7 kiçik tikinti idarəsi gördükləri işin 10 faizini komitəyə təhvil verirdi, bu da aylıq təxminən 400-500 min manat idi. Mən də həmin məbləği aidiyyəti üzrə təhvil verirdim. Aylıq 400-500 min olmaqla ümumilikdə nağdlaşdırılan təxminən 15.000.000-20.000.000 (on beş milyon-iyirmi milyon) manatı Vasif Talıbovun göstərişi ilə şəxsən Seymur Talıbova onun Hacıniyyət kəndindəki ofisində təhvil vermişəm.

“48 milyon manat ayrıldı, 36 milyon manatı xərcləndi”

Təqsirləndirilən şəxs deyib ki, ittiham aktında qeyd olunan 245.126.590,00 (iki yüz qırx beş milyon yüz iyirmi altı min beş yüz doxsan) manatın 104.000.000 (yüz dörd milyon) manatı dövlət vəsaiti hesabına tikilən obyektlərin pulu idi: "Vəsaitdən nağdlaşdırılaraq komitəyə təhvil verilmiş 15.000.000-20.000.000 (on beş milyon-iyirmi milyon) manatdan əlavə qalan təxmini 210.000.000 (iki yüz on milyon) manatdan çox vəsaitin hara köçürüldüyü, kimə çatdığı barədə məlumatım olmayıb. Mənim dövrümdə 104.000.000 (yüz dörd milyon) manat sərf olunub, onu da Nazirlər Kabinetinin sərəncamı əsasında podratçı şirkətlərə vermişəm. Vəsaitin bir hissəsi Naxçıvan şəhərində olan qazanxanaların, dam örtüklərinin təmirinə xərclənib, Culfa-Ordubad yoluna ayrılan 64.000.000 (altmış dörd milyon) manatdan 30.000.000 (otuz milyon) manatı sərf olunub, 30.000.000 (otuz milyon) milyon manatı isə Nazirlər Kabinetinin sərəncamı ilə birbaşa “Gəmiqaya” şirkətinin hesabına köçürülüb. Sədərək gömrüyünün tikintisinə 48 milyon vəsait ayrılıb, onun 36 milyon manatı sərf olunub, 12 milyon manatı yenə də Nazirlər Kabinetinin sərəncamı ilə ya “Nəqşicahan” şirkətinin hesabına köçürülüb”.

Sonda təqsirləndirilən şəxsə qarşı məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə H. Rüstəmov 12 il azadlıqdan məhrum edilib. Hökmə görə, təqsirləndirilən şəxsə təyin edilmiş 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilib.
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: "Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib".
 

Ardını oxu...
"GOLD STAR CITY" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasındakı 382-ci məhəllədə 4 ədəd 14 mərtəbəli yaşayış binası inşa ediləcək.

AzFakt.com xəbər verir ki, yeni yaşayış kompleksində 5400 kvadrat metr mərtəbəaltı avtomobil qarajı və 1500 tonluq hovuz nəzərdə tutulub.

Şirkətin inşa etdiyi yaşayış binalarında ümumilikdə 2,3,4,5 və 6 otaqdan ibarət 182 mənzil olacaq.

Qeyd edək ki, "GOLD STAR CITY" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildə təsis edilib.

Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani, ev 15, mənzil 21 ünvanıdır, qanuni təmsilçisi isə Məmmədov Yədulla Səmədulla oğludur.

Onu da qeyd edək ki, Yədulla Məmmədovun oğlu Səmədulla Məmmədzadə 2023-cü ildə Bakıda dəhşətli avtomobil qəzası törətmişdi.

Həmin hadisədə iş adamının oğlu Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurmuşdu. Nəticədə M.Tağıyeva hadisə yerində ölmüşdü.
Ardını oxu...
Binəqədi qəsəbəsinin bir hissəsi susuz qalıb.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən 2, korpus 93 adlanan məhəllənin sakinlərindən gedir.

Onların sözlərinə görə, məhəlləyə yeni su xətti çəkilsə də, əvəzində xətdən hava gəlir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin əraziyə iki xətdən içməli su verilir. Köhnə xəttin tam ləğv edib yenilənməsi ilə bağlı isə layihə hazırlanır.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

G. Abbasova qeyd edib ki, bir-neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 6-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Yanvarın 5-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

"Bakıda və Abşeron yarımadasında isə yanvarın 5-də şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir".
 
Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı oğlan atası ilə dava edib və onu öldürüb.
TEREF lent.az-a istinadən xəbər ki, hadisə Yeni il gecəsi Kulturı prospektindəki mənzildə baş verib.

İstintaq müəyyən edib ki, yeniyetmə çox sərxoş halda saat iki radələrində evə gəlib. Gənc oğlan atasından maşının açarlarını tələb edib və rədd cavabı alaraq mətbəx bıçağını götürüb. Yeniyetmə atasını sinəsindən bıçaqla vuraraq, öldürüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yeniyetməni saxlayıb.

Faktla bağlı cinayət işi açılıb.
 
Ardını oxu...
Cənubi Koreyanın cənub-qərb sahillərində balıqçı gəmisi saya oturub.
Bu barədə Oxu.Az "Sinxua"ya istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb.

Bildirilir ki, yerli vaxtla səhər saat 10:30-da göyərtəsində 22 ekipaj üzvü olan 9,7 tonluq gəmi Seuldan təxminən 410 km cənubda, Sinan dairəsinin inzibati sərhədləri daxilində yerləşən Kaqodo adasında qayalara çırpılıb.

Nəticədə göyərtədəki üç nəfərin ürəyi dayanıb. Xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Qalan 19 balıqçı isə sahil mühafizəsi və yaxınlıqdakı digər gəmilər tərəfindən xilas edilib.

Dünyapress TV

Xəbər lenti