Rusiyada ev sahibi itini -32°C temperaturda iki sutka boyunca eyvanda saxlayıb. Bakupost.az xəbər verir ki, səs-küyü ətrafa yayılan haskini bu vəziyyətdən xilasetmə işçiləri qurtarıblar. Onlar avtonərdivan vasitəsilə heyvanı eyvandan endiriblər. Daha sonra it qonşuların yanında isinib.