Ardını oxu...
Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerli vaxtla saat 16:15-də “Knyaznaya” stansiyasında baş verib. Murmanskdan Sankt-Peterburqa gedən 11 nömrəli sərnişin qatarının göyərtəsində 326 sərnişin olub.

İlkin məlumatlara görə, üç sərnişin qatarı və yük vaqonu relsdən çıxıb.

Zərərçəkənlərlə bağlı məlumat verilməyib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə və xilasetmə qrupları göndərilib. Murmansk vilayətinin qubernatoru Andrey Çibis vəziyyəti şəxsi nəzarətinə götürüb.

Şimal-Qərb Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

***

TASS-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Ardını oxu...

 
Ardını oxu...
Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.
 
Ardını oxu...
Odlar Yurdu Universitetinin magistraturasının tələbəsi Yunis Eyvazov dünyasını dəyişib.

Azpost.info bildirir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsində bildirlib.

22 yaşlı Yunis Eyvazov qəfil ürəktutmasından vəfat edib.

O, Azərbaycan Dillər Universiterinin bakalavr məzunu olub.
 
Ardını oxu....
Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında nizamnamə kapitalı 1 milyon 560 min manat olan “Şahbuz Office” MMC (VÖEN – 0201657711) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur.
Hünbət Qəhrəmanovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu bildirilir. Onun atası Elçin Qəhrəmanov Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Məlumat üçün bildirək ki, eyni tarixdə və eyni ünvanda – Nəsirəddin Tusi ev 4 ünvanında 1 milyon 700 min manat nizamnamə kapitalı ilə “Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb.
Bu şirkətin qanuni təmsilçisi isə “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevdir. İsa İsayev uzun illər Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvanbank” ASC-nin də rəhbərliyində təmsil olunub.
 
Ardını oxu...
53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə proses keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin əlavə şahid qismində dindirilməsi istənilib. Bildirib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb.

Təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli qeyd edib ki, həmin şəxslərin dindirilməsi istəyir.

Dövlət ittihamçısı Fariz Rzayev bildirib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyatı yoxdur. Dövlət ittihamçısı həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib.

Yerində müşavirə keçirən hakimlər qərar qəbul edib. Vəkilin vəsatəti təmin olunub və mudafiəçinin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.

Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Hakim əlavə edib ki, Leyla Babazadə 32 simkartdan istifadə edir, milyonlarla vəsait dövriyyə olunur, həmin pullardan sonda gedir Çin Respublikasının Honkonq şəhərinə gedir.

Hakim bildirib ki, Leyla Babazadə hər iclasda iştirak etməlidir, çünki onunla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxs isə bildirib ki, bu işdə Leyla Babazadənin heç günahı yoxdur: "Bu işdə mənim günahım var. Mən də cəzamı çəkirəm".

Amma hakim deyib ki, Leyla Babazadənin adı konkret işlərdə keçir. Onun sözlərinə görə, hərə öz işinə cavabdeh olmalıdır.

Cinayət işində olan sənədlər görə, polis əməkdaşları tərəfindən bank kartı götürülüb, həmin kartda 50 min pul olub. Hakim bununla bağlı soruşub. Təqsirləndirilən şəxs bu məsələni yadına sala bilməyib.

Hakim deyib ki, Leyla Babazadə də, Orxan Babazadə də, Mariya və digər şəxslə yazışmaları olub. Hakim bu yazışmaların nədən ibarət olduğunu təqsirləndirilən şəxsdən soruşub.

Təqsirləndirilən şəxs bildirib ki, müştərilərlə bağlı çətinliklər olduğu halda həmin şəxslərlə yazışmaları olub.

Hakim bildirib ki, təqsirləndirilən şəxs hesablardan çox sayda pullar çıxarılıb: "Mən bunları bir-bir açıqlayacam. Yazırsan ki, 50 min manata mebel almısan? Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm. Sən hardan əldə edibsən bu qədər pulu?".
Təqsirləndirilən şəxs deyib ki, 45-50 min manata mebeli ofis üçün alıb.

Növbəti proses dekabrın 25-də davam edəcək.

İstintaq sənədlərdən məlum olub ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da heç bir məbləğ geri qayıtmayıb.

Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
 
 
 
Ardını oxu...
Sumqayıt şəhərindəki 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına cəhd etməsi təhsil ictimaiyyətinin bu hadisəyə dair müzakirələr açmağına səbəb olub. Nəticədə müəllimlər bir daha hədəfə çevrilib.

Sosial şəbəkələrdəki müzakirələrdə böyük əksəriyyət Sumqayıtdakı hadisəyə görə 38 nömrəli məktəbin müəllimini ittiham edir, onu əsəblərinə hakim ola bilməmədkə qınayır.

Bəs şagirddə heçmi günah yoxdur?

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov müəllimin müdafiəsinə qalxıb:

“Bütün cəmiyyət müəllimi müqəddəs sayır, amma ən müqəddəs insanı belə bezdirəcək, özündən çıxaracaq vəziyyətə gətirən şagirdlər və onların valideynləri niyə sorğulanmır? Bir uşağa tərbiyə vermək ailənin vəzifəsidir, müəllimin yox. Müəllimin işi öyrətməkdir, amma indi o, sinifdə sanki nizam-intizamı bərpa etməyə çalışan “hakim” roluna çevrilib”.

Ekspert deyib ki, öz övladına düzgün davranmağı, hörmət etməyi, məsuliyyəti öyrətməyən valideyn müəllimdən nə tələb edə bilər?

“Siniflər idarəolunmaz vəziyyətdədir, şagirdlərin tərbiyəsi, davranışı artıq biabırçılıq həddindədir. Müəllimi günahlandırmadan öncə özünüzdən soruşun: Mən övladımı necə böyütmüşəm?”, - K.Əsədov müəllimləri qınayanlara səslənib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, Sumqayıt şəhərindəki 38 nömrəli məktəbdə "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
 
Ardını oxu...
TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, S.S.Axundov küçəsində baş verib.

Bakı şəhər sakini, 47 yaşlı Əhməd Xanməmməd oğlu Məmmədov yaşadığı beşmərtəbəli binanın damına çıxaraq özünü atıb.

Kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Bir müddət əvvəl Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində obyekt işlədən Vətən müharibəsi qazisi Sərxan Bünyadovun problemi həllini tapıb.

Bu barədə “Qafqazinfo”ya qazi özü məlumat verib.

S.Bünyadovun sözlərinə görə, yaxın günlərdə yeni obyekti işə başlayacaq: “Mənə tikinti şirkəti tərəfindən Yeni Günəşli qəsəbəsində həmin yerə yaxın ərazidə yeni obyekt yeri təklif olunub. Razılaşmışam, yaxın günlərdə həmin əraziyə qaraj qoyulacaq. Həmçinin tikinti şirkəti tərəfindən obyekt avadanlıqlarla da təmin olunacaq”.

Xatırladaq ki, peşəsi elektrik olan S.Bünyadova müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən qaraj tikmək üçün yer verilmişdi və o həmin ərazidə tikintiyə lisenziya alaraq kiçik obyekt inşa etmişdi. Lakin ötən həftə yaxınlıqda çoxmərtəbəli bina inşa edən “Məkan” MTK qaziyə məxsus obyekti onunla razılaşmadan sökmüşdü.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu məlum olub.

Məhkəmədə müəyyən edilib ki, bundan əvvəlki hakim tərkibində olan Əli Məmmədov Bakı Apellyasiya Məhkəməsinə təyin alıb. Bu səbəbdən yeni formalaşan hakim tərkibinə Gəncə Ağır Cinayətlər Məhkəməsində ezam olunan hakim Roman Ələkbərov daxil olub.

Hakim heyətinə yeni hakim daxil olduğu üçün məhkəmə istintaqı yenilənib.

Daha sonra prokuror ittiham aktını elan edib. 1 milyon 600 min manat dələduzluqda təqsirləndirilən Rauf İsfəndiyarov özünü təqsirli bilməyib.

Şahid qismində ifadə Günay Ağakişiyeva bildirib ki, onun hadisələrdən xəbəri olmayıb. O, Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlər üçün yaradılmış Cəbrayıl şəhərciyində yaşayır.

Şahid qeyd edib ki, həyat yoldaşı Mobil İbrahimov təqsirləndirilən şəxslə birlikdə ona əlillik düzəltməklə bağlı razılaşıblar: "Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və ondan istifadə edir. Lakin mənim heç hir xəstəliyim olmayıb və ya müayinədən keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə ay pensiya aldığımı bilmirəm".

Təqsirləndirilən şəxs etiraz edərək söyləyib ki, o, şahidi tanımır. Ümumi qaçqınlara yardım edib, amma siyahıda xanımın adını xatırlamır: "Öncəki adı Aygün olan Dəniz Əsədovanı Bağırovun qəbuluna göndərdim. Ona dedim ki, Bağırovdan xahiş etsin, əgər imkan olarsa, qaçqınların adlarına əlillik yazarsız. Amma şahidin o siyahıda olub-olmadığını bilmirəm".

Digər şahid Mobil İbrahimov öncəki şahidin həyat yoldaşıdır. O, bildirib ki, Mehdiyev adlı şəxsə 150 manat pul verib və əlillik pensiyası kartı alıb. Daha sonra 4000 manat da verəcəkmiş: "Mən o 4000 manatı ödəmədim. Yoldaşımın adına alınan pulu isə geri qaytarmışam".

Şahid Vüsalə Sadıqova deyib ki, Laçın rayon Mərkəzi Xəstəxanasında çalışıb: "Öncələr qeydiyyatçı kimi çalışmışam. 2017-2018-ci illərdə xəstəxananın məlumatlarını bazaya mən daxil edirdim. Daha sonra tutduğum vəzifə dəyişdi. Biz komissiyadan sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digəriləri tapşırırdı. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək idi. Məndən öncə bu vəzifədə Aygün (Dəniz Əsədova) adlı xanım çalışıb".

Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb: "Milli Qəhrəman Əliyar Əliyevin bacısı oğluyam. Tanışım İlqar adlı şəxs mənə dedi ki, dayın mənə çox kömək edib. Mən də sənə pensiya yazdıracam. Aylar keçdikdən sonra mənə kart verdi ki, buradan pensiya alarsız. İmkan olanda 3000 verərsiz. Öyrəndim ki, həmin tanışım mənim yerimə ödəyib. Sonra mən ona 3 min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. 5 il müddətində pensiya almışıq. Həmin məbləği imkan olmadığı üçün qaytarmamışıq".

Şahid Fəxriyyə Zəkirova orada təmizlikçi olaraq vəzifəsi tutub, lakin operator vəzifəsində çalışıb: "Ştat olmadığı üçün adım təmizlikçi kimi gedirdi. Özüm operator vəzifəsində çalışmışam. Mən gətirilən sənədləri sistemə vurmaqla məşğul olmuşam. Həkim komissiyasının rəyi olmadan sistemə heç nə daxil etmirdik. Əsas sənəd o sayılırdı. Mənə nə verilib, onu da yazmışam".

Şahid Elnarə Salahova bildirib ki, 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında nevropotoloq çalışıb. O da komissiyanın tərkibində olub. Xəstələri müayinə edib: "Əlillik forma 88 yolu ilə yazılırdı. Əvvəl müayinə aparılırdı. Kartlara da yazılırdı. Öncələr yalnızca sədr kartları imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları müayinə etməyə ehtiyac olmadığını bildirirdi".

Növbəti proses 2025-ci il yanvarın 7-də davam edəcək.

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttiham görə, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalıdığı 2016-2017-ci illərdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.

Bundan başqa, o, aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək daha 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.

İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Teleqraf.com
Ardını oxu...
Baz nazir bildirib ki, deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir.
Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində fəal iştirak Azərbaycanın Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Əli Əsədov bildirib ki, ötən ay Prezidentin Fərmanı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı ki, bu, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcək.
Baz nazir bildirib ki, deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir:
"Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir. Təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir".

O qeyd edib ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn il aparılması nəzərdə tutulub. Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.
 

Dünyapress TV

Xəbər lenti