Qocalar evində 3 nəfəri öldürən kişi: "Məqsədim müdiri qorxutmaq idi"Antalyada qocalar evində İzzettin Suğut adlı şəxs 3 nəfəri bıçaqlayaraq öldürüb.
TEREF Sonxeber.az-a istinadən xəbər verir ki, o məhkəmədə ifadəsində 5 ildir qocalar evində yaşadığını və xəstəxanaya getmək üçün rəhbərliyin ona nəqliyyat vasitəsi ayırmadığını bildirib.
O, bu səbəbdən rəhbərliklə mübahisə edib. Suğut: "Epilepsiya xəstəsiyəm. Beynimdə ağır qan sızması var. Müdir məni çağırdı. "Xəstəxanaya taksi ilə gedəcəksən" dedi. Mən pulum olmadığını dedim və mənə qocalar evi maşını verməsini istədim. Lakin etiraz etdi.
Hadisə baş verən gün qocalar evinin müdiri dəhlizdə məni söydü, vurdu. "Səni burdan qovacağam" dedi.
O qəzəblə mətbəxə getdim və tapa bildiyim ilk bıçağı götürdüm. Sonra dostum Əli Serdar Batıra hücum etdim. Səlcuq Goncegül stulda oturmuşdu onu da vurdum. Məqsədim sadəcə müdiri qorxutmaq idi. Ahmet Özdemireli də bıçaqlamışam, amma niyə bıçaqladığımı xatırlamıram", - deyə bildirib.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və şahidlərin dindirilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün iclası təxirə salıb.
Rusiya İstintaq Komitəsinin əməkdaşları Orenburqda azyaşlı oğlunu satmaq istəyən şəxsi saxlayıb.
TEREF xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"21 yaşlı müttəhim 2023-cü il təvəllüdlü uşağı 1,5 milyon rubla (25 299 AZN) satmağa cəhd edib", - KİV komitəyə istinadən yazıb.
Həmin şəxs "Yetkinlik yaşına çatmayanların köməksiz vəziyyətdə alveri" maddəsi ilə saxlanılıb. Oğlan xəstəxanadadır, onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Bildirilir ki, 1,5 milyon rubla satmağa çalışdıqları bir il yarımlıq körpənin anası da həbsxanadadır. /Unikal/
“Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4 178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.
"Əslində, Bakı şəhəri bu qədər adam üçün hesablanıb. 2,5 milyon insan Bakıda rahat yaşaya bilər. Amma Statistika Komitəsinin hansı rəqəmi elan etməsindən asılı olmayaraq, bu gün Bakı şəhərində 5 milyondan çox əhali var. Bundan əlavə, yarım milyon əhali də gəlib-gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Dövlət Statistika Komitəsinin Bakı şəhərində yaşayan əhali sayının 2024-cü il yanvarln 1-də 2 344 888 nəfər olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, gün ərzində Bakı şəhərində 5 milyon əhali hərəkət edir:
"Bu isə Bakı kimi şəhər üçün iki dəfə çoxdur. Ona görə də Bakıda tıxac problemi var. Axşam-səhər əhali işə gedib-gələndə metroda, nəqliyyatda sıxlıq yaranır. Tıxaclar gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi müşahidə olunur. 5 milyondan çox əhalisi olan şəhərin nəqliyyatını riyazi proqramlarla idarə edirlər. Mən özüm Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişəm ki, şəhərin nəqliyyat sistemi hansı proqramla idarə edilir? Mənə cavab verdilər ki, nəqliyyat niyə riyazi proqramla idarə olunmalıdır, heç bir riyazi proqram yoxdur. Amma dünyada 5 milyon əhalisi olan 2-ci bir şəhər yoxdur ki, onun nəqliyyat sistemi riyazi proqramlardan biri ilə idarə olunmasın. Bu səbəbdən əhali Bakı şəhərində problem yaşayır".
Akif Nəsirli Bakının sıx şəhər olduğunu xatırladıb:
"Əslində isə geniş küçələrə, prospektlərə, şəhər içində bağlara, yaşıllıqlara malik olmalıdır. Bundan əlavə, onun meqapolisi də sıx tikilir. Son illər Xırdalan şəhəri salınıb. Masazırda şəhər salınıb, Sulutəpədə fərdi yaşayış evləri tikilib. Bunlar Bakının mərkəzində necədirsə, elə həmin ərazilərdə də sıx şəkildədir. Yolları dar, binalar bir-birinin içində tikilir və s.".
Akif Nəsirli qeyd edib ki, Bakı şəhəri daş heykəllərdən ibarətdir:
"Bu da həm ekoloji, həm də psixoloji cəhətdən Bakını dözülməz bir şəhərə çevirib".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində yaşayan əhalinin sayı 2024-cü il yanvarln 1-i vəziyyətinə 2 344 888 nəfər olub. Bundan 1 150 030 nəfərini kişilər, 1 194 858 nəfərini qadınlar təşkil edib.
Türkan qəsəbə yerləşən Elmar Mirzəyev adına 6 nömrəli xüsusi internat məktəbinin qarşısı keçilməz olub. Belə ki, yağış yağdıqdan sonra məktəbin qarşısında yaranan gölməçə günlərlə çəkilmir.
Sakinlərin narahatlığına səbəb budur ki, bu hal bir dəfə baş vermir. Onlar iddia edirlər ki, hər il payız girəndən yaza qədər eyni problemlə üz-üzə qalırlar. Aidiyyatı qurumlara dəfələrlə müraciyyət etsələr də məsələ öz həllini tapmır.
Bu barədə ARB TV-nin "Günə Son” verilişində sujet yayımlanıb.
Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi 11 ünvanında yaşayan Məmmədov Məzun Hümbət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi müraciətinə müvafiq qurumların heç bir reaksiya verməməsinə etiraz edir. Odur ki, rəsmi qurumlardan əlini üzən Məzun Məmmədov saytımız vasitəsilə bu dəfə Prezidenti İlham Əliyevə müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Rəsmi qurumlara etdiyim müraciətlər cavabsız qaldığl üçün, məcbur qalıb Sizə müraciət edirəm!
Bildirim ki, 2006-cı ildə Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsi 11 ünvanında yerləşən hazır tikilmiş və müvafiq sənədləri qaydasında olan evi almışam. Evin müvafiq sənədləri tam qaydasında olduğundan, Sizin çıxarışsız həyət evlərinin çıxaşlarının verilməsi barədə verdiyiniz sərəncama əsasən, mənə də torpağa və evə çıxarış verilmişdir.
Oktyabr ayının 13-də, səhər tezdən yaşadığım evdə çökmə baş verdi. Mən bu barədə dərhal aidiyyəti qurumlara məlumat verdim. Ailə üzvülərimi isə arxa pəncərədən, qonşunun həyətindən təxliyə etdim.
Bəzi qurumların əməkdaşları gəlib baxış keçirdilər və evin yaşayış üçün tam yararsız olduğu haqda qərar verildi.
Məlumat verim ki, 7 nəfər ailə üzvümlə bərabər artıq 46 gündür evimizi tərk etmişik. Hazırda çox çətin vəziyyətə düşmüşük, pensiya ilə dolandığım üçün evimi təmir etdirmək imkanım yoxdur.
Mənim bu vəziyyətimi demək olar ki, bütün televiziyalar saytlar çəkib, saytlar bu haqda məqalələr dərc edib. Lakin indiyədək biə kömək edən yoxdur.
Cənab Prezident!
Onu da bildirim ki, Sizə məktub və teleqramla da müraciətim etmişəm. Sizdən evimin kompensasiyasının verilməsi üçün bizə yardım etməyinizi xahiş edirəm. Heç bir qurum bizimlə maraqlanmır, kiimsə məsuliyyəti öz üzərinə götürmək istəmir.
Havanın soyuq vaxtında evsiz qalmışıq, necə edəcəyimizi bilmirik. Bir ailənin həyatı təhlükədədir, amma bu, səlahiyyətli qurumların heç vecinə də deyil. Biz, vətəndaş olaraq, hər bir problemin həll edilməsi ilə bağlı Prezidentə müraciət etməliyik?! Üstəlik, mən uşaq deyiləm ki, hansısa bir qurum kobud cavab versin.
Bildirim ki, bu işlə təkcə “Azərsu”nun əməkdaşları məşğuldurlar. Rayon İcra Hakimiyyəti qəti bu hadisə ilə maraqlanmır.
Cənab Prezident!
Sizdən həm özümün, həm də ailəmin adından xahiş edirəm, tapşırıq verin, səlahiyyətli qurumlar bu məsələ ilə maraqlansınlar.
Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən qurumların mövqeyini də dərc etməyə hazırıq.
Yasamal rayon bələdiyyəsinin keçmiş sədri Zakir Cəfərov və bələdiyyənin icra aparatı, vergi və ödənişlər şöbəsinin sabiq müdiri Həmid Həmidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.
Qaynarinfo-nun məlumatına görə, kassasiya şikayətinin təqsirləndirilən şəxslər verib. Tahir Kazımov iş üzrə hakim təyin edilib.
Zakir Cəfərovla Həmid Həmidov bir müddət əvvəl saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.
İttihama görə, 2007-ci ildən 2020-ci ilə kimi Yasamal bələdiyyəsinin sədri olmuş Zakir Cəfərov vəzifə səlahiyyətlərini aşmaqda və qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol verib. Zakir Cəfərov və qeyriləri birləşərək Qarabağ qazisindən və digər zərərçəkmiş şəxslərdən bələdiyyə mülkiyyətində olan torpaqları dövlət qeydiyyatına asanlıqla alındıra biləcəyinə inandıraraq 310 min manat alıblar.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Zakir Cəfərov 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilib. Zakir Cəfərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Sabiq bələdiyyə sədrinin Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 2a, mənzil 67-də yerləşən əmlakı, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 16-da yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 0,12 ha olan həyətyanı torpaq sahəsi, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs ləğv edilib və əmlaklar onun sərəncamına verilib.
Həmid Həmidov isə 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
Məlum olduğu kimi, ölkədə noyabrın 11-dən 22-dək keçirilən COP29 beynəlxalq tədbiri səbəbilə orta məktəblərdə payız tətilinin müddəti uzadıldı.
Payız tətili noyabrın 12-dən 22-dək davam etdi.
Bu amil tədris ilinin növbəti tətil günlərinin sayının azalmasına və yaxud dərs ilinin uzanmasına təsir edəcəkmi?
Bu barədə TNS-in sorğusu Elm və Təhsil Nazirliyi tərəfindən cavablandırılıb.
Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 371 nömrəli qərarına əsasən, cari tədris ilində payız tətili 2024-cü ilin 12-22 noyabr tarixlərini əhatə edib, bununla əlaqədar təhsil müəssisələrinə tapşırıq verilib: “Təhsil proqramlarının tam mənimsənilməsini təmin etmək məqsədilə illik planda sadə və əlaqəli mövzuların birləşdirilməsi, bir sıra mövzuların müstəqil öyrənmə üçün ayrılması, ilboyu təkrar və ümumiləşdirilmələrə daha çox diqqətin ayrılması ümumi təhsil müəssisələrinə tapşırılıb.
Qeyd olunanları nəzərə alaraq, bildiririk ki, növbəti tətil günləri və ya tədris ilinin müddəti ilə bağlı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb”/news24
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib.
Bu barədə Tribunainfo.az “Təmiz Şəhər” ASC-yə istinadən xəbər verir.
Ötən dövr ərzində 30 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.
Qeyd edək ki,ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi ilə bağlı bu linkdən tanış olmaq olar.