Ardını oxu...
“Türkiyə ilə Azərbaycan qardaş və müttəfiq dövlətdir. Ölkələrimizi bir-birinə ayrılmaz tellər bağlayır. Milli birlik ən yüksək səviyyədədir. “Şuşa Bəyannaməsi” ilə dövlətlərarası münasibətlər daha da möhkəmlənib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana səfərini şərh edərkən deyib:

“Ona görə də qardaş ölkələr arasında nümayəndə heyətlərinin mütəmadi səfərləri gözləniləndir və əhəmiyyətlidir. Bu baxımdan dünyada tanınmış siyasi xadim olan Mövlud Çavuşoğlunun Azərbaycana səfəri və Qərbi Azərbaycanla bağlı tədbirə qatılması önəmlidir. Türkiyənin dövlət olaraq bu məsələyə həssas yanaşdığını görmək bizi sevindirir.

Qərbi Azərbaycan mövzusu Azərbaycanın prioritetləri sırasında yer alır və kifayət qədər aktual məsələdir. Sülh danışıqları prosesində də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsi mühüm məqama sahibdir. Amma Ermənistan hər vəchlə çalışır ki, bundan boyun qaçırsın. Özü isə Qarabağdan könüllü köçən ermənilərin birtərəfli olaraq Azərbaycana qayıdışını təmin etməyə çalışır. Bu baxımdan Qərbi Azərbaycan mövzusunun gündəmdə saxlanılması və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin keçirilməsi önəmli məsələdir”.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
 
Ardını oxu...
Bir çox kafe və restoranlarda müştərilər üçün nəzərdə tutulan endirimli setlər mövcuddur. Təklif olunan qida seçimini və içkilərin həcmini nəzərə aldıqda, qiymətlərin olduqca aşağı olması heyrət doğurur. Xüsusilə ətli xörəklərin keyfiyyətcə aşağı olması şübhəsi var. Buna görə də setdən istifadə etməyə bəziləri tərəddüd edir.

Mövzu ilə Yenisabah.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, ucuz setlərin demək olar ki, heç bir ziyanı yoxdur:

“COP29-la bağlı bir çox sahələrdə işlər müvəqqəti dayanıb və insanların çoxu istirahət üçün müxtəlif yerlərə gedib. Bu isə restoranların müştəri bazasına mənfi təsir göstərir. Restoranlar əllərində olan ətin və digər qida məhsullarının xarab olmasını əngəlləmək və tez satmaq üçün aşağı qiymətlərə müxtəlif setlər hazırlayır. Bundan həm müştərilər məmnun qalır, həm də restoran ərzaq bazasını yeniləyə bilir.

Onların pis ətdən istifadə etdiyini desək, insafsız olarıq. Artıq AQTA nəzarəti elə gücləndirib ki, ölkədə keyfiyyətsiz ət satanlar demək olar ki, yoxdur. Odur ki, ucuz set menyularının heç bir ziyanı yoxdur. Əksinə, faydası var ki, insanlar ailələri ilə birlikdə bu cür endirimlərdən istifadə edə bilir”.

Ağa Salamov qeyd edib ki, hazırda restoranlar arasında güclü rəqabət var və endirimli setlərin təklif edilməsi də daha çox müştəri cəlbinə hesablanıb:

“Əlbəttə, elə yerlər var ki, oralarda pis ətlər satılır. Belə istisnalar var. Yenə deyirəm, əsas məsələ ətin keyfiyyətidir. Restoranlar əti AQTA-nın nəzarəti altında olan kəsim məntəqələrindən almalı və düzgün şərtlər altında saxlanmasına diqqət etməlidir. Bu zaman setin də heç bir problem yoxdur.

Hazırda ictimai-iaşə bazarında ciddi rəqabət var. Hər tin başında restoran yerləşir. Belə olduqda isə sahibkarlar müxtəlif marketinq üsullarına əl atır. Set menyular müştəri cəlb etmək baxımından olduqca effektivdir”.
 
Ardını oxu...
“Baku Elektroniks”in “Black Friday” (Qara Cümə) endirimləri ilə bağlı növbəti dəfə narazılıq yaşanıb.

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə Aysel İsmayılova adlı müştərinin yaydığı şikayətə görə, mağazanın Nərimanov filialından “Black Friday” endirimi zamanı 5 adda məhsula 2256,76 manat ödəyib, əlavə olaraq alınan məhsullar üçün sifarişi əsasında əlavə ödənişlə VİP zəmanət tətbiq olunub:

““LG” markalı (“TV LG Qned”) TV-də bir müddət sonra qüsurlar ortaya çıxdı. Qeyd edim ki, TV çox az istifadə olunub və bu səbəbdən nasasızlıq gec üzə çıxıb. 2024-cü ilin sentyabr ayında TV-də yaranmış problemlə əlaqədar “Baku Electroniks” mağazasına müraciətimə əsasən, servisə yönəltdilər. Servisin ilkin baxışı zamanı TV-nin ekranının dəyişdirilməsinə ehtiyac olduğu bildirildi. Yeni alınmış məhsul üçün əsas hissə-detal olan ekranın dəyişdirilməsinin məqsədəuyğun olmadığını bildirərək, təmir təklifini qəbul etmədik. Evdə uşaq və ya müdaxilə edəcək heç kimsənin olmadığını bildirdik. Zavod defekti olduğundan yenisi ilə əvəz olunmasını istədik, lakin heç bir müsbət geri dönüş almadıq. İqtisadiyyat Nazirliyinə şikayət edəcəyimizi bildirdikdən bir müddət sonra servis yenidən TV-yə baxış keçirdi, TV-nin həqiqətən də az işləndiyinin sübutu kimi işlənmə saatının şəklini çəkərək getdilər. Yenidən heç bir geri dönüş olmadığı üçün servisə müraciət etdik. Servis “biz bu məsələyə baxmırıq, mağazaya müraciət edin” deyərək mağazaya yaxınlaşmağımızın lazım olduğunu bildirdi. Buna əsaslanıb mağazaya yaxınlaşdıqda isə yalnız satış həyata keçirildiyini, servis rəyi tələb olunduğu bildirildi. Servis isə aylardır rəy vermir ve tələb etdikdə isə bir az gec olacağını bildirdilər. Nəticədə, “Baku Elektorniks” satış etdiyi defektli məhsulu (VİP zəmanətli) yenisi ilə əvəz etmək əvəzinə, təmirə yönəltmək və problemli məsələni ləngitməklə zəmanət müddətinin bitməsinə zərurət yaradır. Bilirlər ki, zəmanət 24.11.2024 tarixində bitir. Bu səbəbdən mövzunu uzadırlar. Bu cür mağazalardan alış-veriş edəndə ehtiyatlı olun. Xüsusilə “Black Friday” zamanı” - o qeyd edib.

Pravda.az-ın sorğusuna cavab olaraq “Baku Elektroniks”dən bildirilib ki, şirkət zəmanət müddətinin bitməsinə 2 gün qalmasına baxmayaraq, müştərinin məhsulunun qüsurunu aradan qaldırmağı ödənişsiz olaraq öhdəsinə götürüb, əlavə olaraq 6 ay da zəmanət müddəti verir.
 
 


 
Ardını oxu...
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olması barədə məlumat yayılıb.

Yayılan əlumatda bildirilir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib. Xidmətdən medianın sorğusuna cavab olaraq bildirilib ki, Penitensiar xidmətdə rəisin müşaviri vəzifəsi yoxdur: “Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub”,

Xatırladaq ki,Rauf Qasımzadənin atası Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış, Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Aktualinfo.org-a verilən məlumata görə Rauf Qasımzadə buna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun köməkçisi olub. Onun yeni vəzifəyə təyinatında Cavid Qurbanovun rolu olduğu bildirilir.

Qeyd edək ki, Cavid Qurbanov uzun illər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 24 may 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Verilən məlumatlara görə Rauf Qasımzadənin Bakıda geniş biznes şəbəkəsi var. Onun hər gün işə ən son model “Porsche” markalı avtomobillə gəlib-getdiyi bildirilir.

Qeyd edək ki, Penitensiar xidmətin rəisi general-mayor Mirsaleh Seyidovdu. O, 2023-cü il iyul ayının 10-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

Aktualinfo.org
 
Ardını oxu...
Türkiyənin tanınmış şoumeni və aparıcısı Acun Ilıcalı barədə araşdırma başladılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, buna səbəb qanunsuz mərc oyunları reklamı və təşviq iddialarıdır.

Həmçinin “TV8” və “Exxen” rəqəmsal platformasının səlahiyyətli şəxsləri haqqında da araşdırmalar başladılıb.

İstintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir. (Report)
 
Ardını oxu...
“Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq".

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, digər qaldırılan məsələ elmlə bağlıdır: "Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürülüəcək".

Ardını oxu...
 

Hindistandan olan kiçik uşaq valideynləri ilə birlikdə qamış yığmağa getdikdən sonra bəbirin hücumuna məruz qalıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ETV Bharat məlumat yayıb.

 

Hadisə Uttar Pradeş ştatında, Katarniaqhat Vəhşi Təbiət Qoruğunun yaxınlığında yerləşən Sitarnaampura kəndində baş verib. Ata və ana biçin üçün işləyərkən yaxınlıqda oynayan dörd yaşlı oğulları da onlarla bərabər olub.

 

Bu zaman tarlada gizlənən bəbir az sonra oğlana hücum edərək onu tutub və kanala sürükləyib. Uşağın qışqırtısını eşidən yerli sakinlər yırtıcını qovublar.

 

Qorxmuş heyvan qurbanı tərk edərək qaçıb, lakin uşaq artıq ciddi xəsarətlər alıbmış. Həkimlər onu tibb müəssisəsinə çatdırsalar da, xəstəni xilas etmək mümkün olmayıb.

 

Hökumət nümayəndələrinin sözlərinə görə, ata və anaya artıq maddi yardım edilib. Onlar da gələcəkdə kompensasiya ala biləcəklər.

 

Yerli sakinlər meşə idarəsinin əməkdaşlarına yaxınlaşaraq bəbirin daha insanlara hücum etməməsi üçün tutulmasını tələb ediblər.

 

İnci 


Ardını oxu...
 

Vyetnamda inanılmaz hadisə baş verib. Bir ata qızının onun qızı ola bilməyəcək qədər gözəl olduğunu düşünüb. O, qızının onun olmadığına şübhə edib

 

Sfera.az bildirir ki, DNT testi verən ata öyrəndiyi həqiqət qarşısında şoka düşüb. Amma bir müddət sonra bu həqiqətin arxasındakı sirr pərdəsi açılıb. 

 

Əslində ailənin keçmişində hər kəsi təəccübləndirən bir hadisə olub.

 

Vyetnamlı ata qızının ona heç bənzəmədiyini və qızının çox gözəl olduğunu düşünüb.

 

Adı açıqlanmayan ata həyat yoldaşının ona xəyanət etdiyini düşünməyə başlayıb. Vyetnamın ən sıx məskunlaşdığı Ho Chi Minh şəhərində yaşayan ailə başçısı qızına DNT testi etdirməyə qərar verib.

 

Ardını oxu...

 

DNT testində atanın haqlı olduğu sübuta yetirilib. Gözəl qız Lan onun qızı deyilmiş.

 

Həqiqəti öyrəndikdən sonra çox kədərlənən kişi bir gecə evə sərxoş gəlib. O, həyat yoldaşına DNT nəticələrini göstərib və onu xəyanətdə ittiham edib.

 

Həyat yoldaşı Honq ərini aldatmadığını deyib. Daha sonra ana və qızı paytaxt Hanoya köçmək qərarına gəliblər.

 

Yeni məktəbə başlayan Lan onunla eyni tarixdə eyni xəstəxanada doğulan qızla tanış olur. Aralarındakı səmimiyyət get-gedə artıb. 

 

Birgə ad günü şənliyi zamanı Lanın anası Honq qızının yeni rəfiqəsinin əslində ona çox bənzədiyini görüb.

 

Lanın anası Honq da DNT testi keçirib. Test nəticəsində məlum olub ki, o, Lanın anası yox, rəfiqəsinin anasıdır. 

 

Həyat yoldaşını günahlandıran ata yanılıb. Lan əslində nə anasının, nə də atasının övladı imiş.

 

Məktəbdə tanış olduğu Lan və rəfiqəsi xəstəxanada çaş-baş qalıblar. Honq və ərinin əsl uşaqları Lanın rəfiqəsi olub.

 

Ardını oxu...

 

Bu fakt ortaya çıxan kimi ailələr birlikdə daha çox vaxt keçirməyə başlayıblar. Uşaqların bu vəziyyətə necə reaksiya verməsi isə bilinmir.

 

Təsadüfən faktların tam öyrənilməsindən sonra ailələrin xəstəxananı məhkəməyə verib-verməyəcəyi hələlik məlum deyil.

 

Xanım 


Bakıda COP29 çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirdiyi sonuncu panel müzakirə “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfransı çərçivəsində keçirilən panel müzakirələrin kənd təsərrüfatının gələcəyinə xidmət etdiyini, kollektiv fəaliyyətin qlobal qida sistemlərinin iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və davamlı inkişaf çağırışlarına cavab verməsi prosesinə töhfə verəcəyini qeyd edib.

Nazir kənd təsərrüfatının gələcəyinin innovasiya, texnologiya və inklüzivlikdən asılı olduğunu vurğulayıb. O bildirib ki, bu məqsədlə Azərbaycan hökuməti fermerlərə məhsuldarlığı optimallaşdıran, resurslara qənaət edən və iqlimə davamlılığı artıran süni intellekt və rəqəmsal alətlər də daxil olmaqla qabaqcıl texnologiyaların mənimsənilməsinə kömək edən təşəbbüslərə üstünlük verir. Bu yanaşma təkcə məhsuldarlığı artırmaq üçün deyil, həm də davamlı kənd təsərrüfatı təcrübələrinin təməlini yaratmaq üçün vacibdir.

Nazir tədbir iştirakçılarını fermerlərin, qadınların və gənclərin səlahiyyətlərini gücləndirməyə, həll yollarını paylaşmağa və qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyi hədəfləyən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü dəstəkləməyə çağırıb: “Biz inanırıq ki, bu təşəbbüs altında birləşməklə, davamlılığı gücləndirən və hətta iqlim qeyri-müəyyənliyi qarşısında fermerlərə inkişaf etməyə imkan verən güclü şəbəkə yarada bilərik”.

Panel müzakirələrdə çıxış edən yerli və xarici mütəxəssislər qeyd ediblər ki, məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşma tələb olunur. Onların fikrincə, innovasiyaların inteqrasiya edilməsi, insan potensialının və inklüzivliyin inkişaf etdirilməsi gələcəkdə kənd təsərrüfatının uğurunu müəyyən edəcək. Natiqlər vurğulayıblar ki, müasir dövrdə qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. Bildirilib ki, aqrar sahədə istehsalın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.

 

Dünyapress TV

Xəbər lenti