Ardını oxu...
“Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb”.

Bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var: “Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil.

Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır.

Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binalar tikilməsi nəzərdə tutulub, hardasa, park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik”.

Maraqlıdır, qəzalı vəziyyətdə olan evlər söküləndə, əmlak bazarında nələr baş verəcək?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, son dövrlər daşınmaz əmlak qiymətləri 40 faiz bahalaşıb:

“Daşınmaz əmlak bazarında bahalaşma Bakı şəhərindən başlayaraq bütün ölkəmizi əhatə etdi. Buna səbəb daşınmaz əmlak bazarındakı tikinti şirkətləri arasında rəqabətsizlikdir. Əvvəllər bina tikmək üçün icazə səlahiyyətləri Bakı Şəhər İcra Hakimiyyətində idi. Lakin 2018-ci ildən sonra bu səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi.

O qurum da çox az sayda şirkətə tikinti üçün icazə verdi. Bu səbəbdən tikinti şirkətləri arasında rəqabətsizlik mühiti formalaşdı və əmlak bazarında fantastik bahalaşma müşahidə olundu”.

Ekspert xatırladıb ki, qəzalı vəziyyətdə olan binada yaşamaq təhlükəlidir:

“Bakı şəhərində qəza vəziyyətində olan 1100 bina var. Bu binalar ardıcıllıqla sökülür. O binaları sökmək və binalarda yaşayan sakinləri köcürmək, həmçinin yerləşdirmək olduqca çətin prosesdir. Lakin bu prosesləri mütləq şəkildə icra etmək lazımdır. Əks halda bədbəxt hadisələrlə üzləşə bilərik”.

O qeyd edib ki, Bakı şəhərində bina tikintisi bir neçə etapda icra olunub:

“Paytaxtımızda bina tikintisi ilk etapda 2004-2009- cu, ikinci etapda 2016-2018- ci illəri əhatə edib. Həmin dövrdə, yəni 2016 -cı ildə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, pilot olaraq təkcə Bakı Şəhəri İcra Hakimiyyətinə deyil, həm də yerli icra hakimiyyəti orqanlarına bina tikintisi üçün icazənin verilməsi səlahiyyəti həvalə olunub. Bu qərarla yerli icra hakimiyyəti orqanlarına qəzalı vəziyyətdə olan binaların yerində yenilərinin tikintisinə icazə verilmişdi. Lakin bu qərarın dəyişməsi əmlak bazarına mənfi təsir göstərdi”.

E.Azadov hesab edir ki, qəzalı vəziyyətdə olan binaları sökməyə az sayda tikinti şirkəti qadırdir:

“Yaxın 10 il ərzində qəzalı vəziyyətdə olan 1100 binanı sökməyə, yerinə başqa yaşayış kompleksi tikməyə qadir çox az sayda tikinti şirkəti var. O şirkətlərin resursları məhdud olduğundan, qəzalı vəziyyətdə olan binanı köcürməyə imkanları yoxdur. Amma yaxın 10 il ərzində o binalarda hər hansısa bədbəxt hadisə baş verərsə, fəsadları daha ağır ola bilər. Bu səbəbdən bina tikintisinin əlçatanlılğını təmin etmək lazımdır”.

Ekspert qəzalı vəziyyətdə olan binalar barədə nümunə göstərib:

“Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi müvafiq qərarə əsasən, 1- ci mikrorayonda qəzalı vəziyyətdə olan 40-dan çox binanın təmiri və bərpası icra olunmalı idi. Lakin hələ də icra olunmayıb. Həmçinin yol kənarında çox sayda bina var. Lakin demək olar ki, heç bir tikinti şirkəti o binaların təmiri və ya yenidən tikilməsində maraqlı deyil. Bunun da əsas səbəbi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tətbiq etdiyi tikinti normalarıdır. Bu normalar tikinti şirkətlərinə iqtisadi baxımından sərf etmir”.
 
Ardını oxu...
Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.
Bu barədə “Report”a sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.
Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar tez-tez baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.
 
 
 
Ardını oxu...
Bakıda bir çox parklanma yerləri bağlanıb. Bu barədə sosial şəbəkələrdə videolar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, qadağalara rəğmən, sürücülər hələ də həmin ərazilərdə avtomobillərini saxlayırlar. Onlar bu nişanların niyə bağlandığından məlumatsızdılar.

Məsələ ilə bağlı aidiyyatı qurumlardan Milli.Az-a verilən məlumata görə, bu, COP29 tədbiri ilə bağlıdır. Belə ki, tədbir günlərində, nişanların tutulduğu ərazilərdə hərəkətin intensivliyini təmin etmək məqsədilə parkinq xidməti fəaliyyət göstərməyəcək.
 

Ardını oxu...
  

Noyabrın 11-də Bakının Bulvar hissəsindəki sahildə dəniz canlısı aşkarlanıb.

Musavat.com bildirir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov öz feysbuk səhifəsində məlumat paylaşıb.

Daha ətraflı videoda:

 

 
 
 
 
 
 
 
 
00:24
 
00:24
 
 
 

 

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq ediləcək.

Musavat.com-un məlumatına əsasən, nəqliyyat vasitələri üçün məhdudiyyət tətbiq ediləcək küçə və prospektlər aşağıdakılardır:

- Hava Limanı şosesi

- Heydər Əliyev prospekti

- Neftçilər prospekti

- Yusif Səfərov küçəsi

- Niyazi küçəsi

- İstiqlaliyyət küçəsi

- Lermontov küçəsi

- Mikayıl Huseynov küçəsi

- Xəqani Rüstəmov küçəsi

- Teymur Elçin küçəsi

- Mehdi Hüseyn küçəsi.

Bu gündən Bakıya giriş hissələrdə müvəqqəti postlar da qurulacaq. Bunu Xəzər TV-yə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

Onun sözlərinə görə, COP29 günlərində paytaxda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək.

Şəhərdə sıxlığın yaşanmaması üçün cənubdan da girişdə müvəqqəti postlar olacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.

 

   

Ardını oxu...
11 noyabr tarixindən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı “ASAN Xidmət” mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") məlumat verilib.
Bildirilib ki, 11, 12 və 13 noyabr tarixlərinə hazır sənədlərini 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan isə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.
Ardını oxu...
İspaniyada yüksək rütbəli polis məmuru 20 milyon avronu evinin divarının arxasında gizlətdiyi üçün saxlanılıb.

İspaniyada polislə bağlı böyük qalmaqal baş verir.

"Bild" xəbər verir ki, Madrid Milli Polisinin iqtisadi cinayətlərlə mübarizə şöbəsinin rəisi Oskar Sançes Gil narkotik karteli ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

İstintaq zamanı o, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyada ittiham olunub. Gillə yanaşı, onun həyat yoldaşı, həmçinin bir polis məmuru və daha 13 nəfər həbs edilib. Bu barədə İspaniya mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl İspaniyanın Alxesiras limanında bananların arasında gizlədilən 13 ton rekord kokain partiyası aşkar edilib. Ancaq indi narkotik mafiyasına uğurlu zərbə böyük bir polis qalmaqalına çevrilə bilər.

Müstəntiqlər Sançesin Madridətrafı qəsəbədəki evində axtarış zamanı divarın arxasında gizlədilmiş 20 milyon avrodan çox pul tapıblar. Bu pul müstəntiqlərin fikrincə, qanunsuz fəaliyyətdən əldə edilə bilər. Bundan başqa, polis əməkdaşının kabinetindən bir milyon avroya yaxın nağd pul da aşkarlanıb.

 
 
 
Ardını oxu...
"OBA” Marketlər Şəbəkəsi 8 Noyabr Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid əməkdaşlarının ailələrini ziyarət edib.

Qaynarinfo xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib.

"OBA” əməkdaşları şəhidlərin ailələrinə hər zaman qayğı və dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Yaxın qonşunuz "OBA” hər zaman sosial məsuliyyət layihələri ilə şəhidlərin xatirəsini uca tutduğunu göstərib.

Marketlər şəbəkəsi şəhid ailələrinə dərin hörmət və minnətdarlığını ifadə edərək onların yanlarında olmağı əsas məqsədlərdən biri hesab edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Astara rayonunda vəzifəli şəxslər arasındakı mübahisə inzibati xətanın törədilməsi ilə nəticələnib.

TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Burzubənd kəndindəki məktəbin direktoru 1987-ci il təvəllüdlü Z.Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, məktəb direktoru övladını aylıq 180 manat ödənişlə Astara şəhərindəki "Məryəm Kids" bağçasında loqopedik təlimə yazdırıb. Lakin təlimi keçməli olan mərkəzin əməkdaşı bir müddət sonra işdən çıxıb və göstərdiyi xidmət yarımçıq qalıb.

Bundan sonra məktəb direktoru mərkəzin təsisçisi və direktoru olan şəxslə əlaqə saxlayaraq verdiyi pulu geri tələb edib və qarşı tərəf ödənişin 70 faizini geri qaytaracağına söz verib. Lakin razılaşdırılmış vaxtda pul qaytarılmadığı üçün Z.Rəfiyev bağçaya gedərək orada səs-küy salıb, direktoru söyərək təhqir edib.

Bağça rəhbərinin şikayətindən sonra Z.Rəfiyev barəsində protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin dünən çıxardığı qərarla məktəb direktoru 50 manat cərimə edilib.
Ardını oxu...
Avstraliyada dünyanın başqa yerlərində görünməyən çoxlu qeyri-adi heyvanlar var. Ancaq ümumiyyətlə burada görməyi gözləmədiyiniz heyvanlar pinqvinlərdir. Amma bu yaxınlarda Avstraliya çimərliklərindən birində sörfçülər tərəfindən pinqvin görülüb.

Qaynarinfo bu barədə "ABC News Australia"ya istinadən xəbər verir.

Danimarka şəhəri (Avstraliyanın cənub-qərb sahili) yaxınlığında sörfinqlə məşğul olan Aaron Fuyler çimərlikdə pinqvin görərək təəccüblənib.

"O, nəhəng, dəniz quşundan çox böyük idi. Biz düşündük ki, sudan çıxan bu şey nədir? Və onun sudan ördək kimi çıxan quyruğu var idi", deyə Fuyler bildirib.

Onun sözlərinə görə, imperator pinqvin kimi tanınan quşun boyu bir metrə yaxın olub və insanlardan heç qorxmurmuş.

Mütəxəssislər hesab edirlər ki, imperator pinqvin Avstraliyanın cənub ucundakı çimərliyə birbaşa Antarktidadan gəlib. Yəni o, 3400 km-dən çox məsafə qət etməli olub. Bu, həmin quş növü üçün indiyə qədər qeydə alınan ən uzun səyahətdir. Bu, həm də vəhşi təbiətdə bir imperator pinqvininin görüldüyü ən şimal nöqtəsidir.

İndi pinqvinə heyvan hüquqları müdafiəçiləri baxır. Onun Avstraliyada qalacağı, yoxsa vətəni Antarktidaya dönəcəyi hələ ki, bəlli deyil.
 

Dünyapress TV

Xəbər lenti