Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, R.Zeynalova 2021-ci il dekabrın 22-də 39 yaşında general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Raul Zeynalov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə 23 dekabr 2021-ci ildə təyin edilib. Ondan əvvəl FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsində işləyib.
Ardını oxu...
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər:

“Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir.

Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq”.

Vurğulanıb ki, artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar:

“Sürücülərdən qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımı avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur. Sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər”.
 
 
 
Ardını oxu...
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Oliqarx Baku” adlı restoranda dava düşüb.
XALQ.AZ-ın məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli B.V. adlı şəxs hadisəyə görə saxlanılıb.
Belə ki, B.V. restoranda yeyib-içdikdən sonra bir nəfərlə mübahisə edib. Onların mübahisəsi davaya çevirilib. Dava restoranın həyətində də davam edib.
B.V. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə təqsirləndirilən şəxs qeyd olunan restoranda spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olduğu üçün öz hərəkətlərini dərk etmədiyini, əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunub. Qaynarinfo.az
Qeyd edək ki, “Oliqarx Baku” restoranında dava edən şəxs yüksək vəzifəli məmurun qohumu olduğu bildirilir. Daha ətraflı məlumat veriləcək.
 
Ardını oxu...
Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.

Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./”Qafqazinfo”
 
Ardını oxu...
Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

TASS xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.
 
Ardını oxu...
Erməni politoloq Andranik Miqranyanın İrəvanın “Zvartnots” hava limanında ölkəyə girişinə icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya erməniləri ittifaqının Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Miqranyan valideynlərinin məzarını ziyarət etmək üçün Ermənistana gedibmiş.

Hava limanında Miqranyana Ermənistana girişinin qadağan olunduğu bildirilib.

Qeyd edək ki, Miqranyan mütəmadi olaraq Rusiya KİV-lərində bu ölkənin xarici siyasət məsələləri ilə bağlı çıxış edən politoloqdur.
Ardını oxu...
"Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

"Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır.

Bizdə bütün indiqatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır:

"Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq".

Bəs universitetlərimizin hələ də reytinq problemi yaşamasına səbəb nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, əvvəlki illərə nisbətən bizim universitetlər artıq reytinqlər uğrunda ciddi mübarizə aparmağa başlayıb:

Onun sözlərinə görə, bu mübarizənin özü də müsbət dinamikadır:

“Artıq bizim universitetlər dünya səviyyəsində bir reytinqə girirlər Universitetlərin reytinqə düşməsi üçün bir çox məsələlər nəzərə alınmalıdır. Bizdə universitetlərdə tədqiqat problemi var.

Yəni universitet reytinqə girirsə, burada tədqiqat aparan alim hər hansı universiteti təmsil etməlidir. Məhz bu problem tezliklə həll olunmalıdır. Həmçinin, ali məktəbin reputasiyası və perestiji çox önəmlidir.

Bundan başqa işə götürənlərin prestijli olması da vacib rol oynayır. Yəni həmin universitetin məzunlarını kimlər işə götürür. Məsələn, İqtisad Universitetinin məzunu gedib marketdə satıcı işləyirsə, bu perestijli hesab olunmur. Yəni onun bitirdiyi təhsilə uyğun onu işə götürmüş sayılmır”.

Ekspert qeyd edib ki, reytinq məsələsində həll olunması vacib olan olduqca önəmli məsələlər var:

“Bundan başqa, müəllim-professor heyətinin tələbə sayına uyğunluğu əsas götürülən cəhətlərdən biridir. Həmçinin, Azərbaycan alimlərinin universitetdəki alimlərə istinad sayı da önəmlidir. Azərbaycan alimlərinin beynəlxalq jurnallarda məqalələrinin sayı, məqalələrin lokal yox, qlobal olması və s. məsələləri misal çəkə bilərik. Əlavə olaraq, reytinq cədvəlinə məlumatlar daxil olunarkən tam əhatəli daxil olmalıdır ki, qiymət verilə bilsin. Müxtəlif beynəlxalq retinqlər də var.

Məsələn, “Ul Greenmetric 2024" dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb. Bu da bir reytinq hesablayıcıdır. Orada əvvəl 4 Azərbaycan universiteti yer alırdısa, indi bu say 12-dir. Hazırda özəl universitetlər də reytinq uğrunda mübarizə aparır. Əvvəlki reytinqlərdə Sumqayıt Dövlət Universiteti vardı. Artıq reytinqlərdə region universitetlərindən Mingəçevir Dövlət Universitetini də görürük.

Artıq universitetlər səhvlərini düzəltməyə başlayıb və reytinq uğrunda mübarizəyə qalxır. Məhz universitet bundan sonra işə götürdüyü müəllim ilə və ya tələbəsi ilə maraqlanacaq ki, o işlə təmin olunsun. Həm tələbələrin, həm də universitetdə dərs keçən müəllim-professor heyətinin şəraitinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görüləcək. Yəni reytinq uğrunda mübarizə bu məsələlərin də müsbət dinamikada inkiŞafına şərait yaradır”.
 
Ardını oxu...
“Science” jurnalında dərc olunan yeni tədqiqat Günəşə bənzər ulduzların hər 100 ildən bir milyardlarla atom bombasına bərabər enerji buraxan partlayış yarada biləcəyini ortaya qoyub.

Mütəxəssislər Günəşdə də bu cür partlayış baş verə biləcəyi ehtimalını nəzərdən keçirirlər. Çünki bu hadisələr Yer kürəsində ciddi ekoloji və texnoloji fəsadlara səbəb ola bilər.

Partlayış adi Günəş alovlanmalarından minlərlə dəfə güclüdür. Bu hadisələr Yerin maqnit sahəsini poza, peykləri orbitdən çıxara, elektrik şəbəkələrini sıradan çıxara və qlobal rabitə sistemlərində fasilələr yarada bilər. Partlayışın təsiri Günəşdə baş verən qasırğalarla müqayisədə daha güclüdür və qlobal infrastruktura ciddi təhlükə yaradır. Bunun fəsadlarını anlamaq üçün ən əhəmiyyətli nümunə 1859-cu ildə baş verən “Karrinqton hadisəsi”dir. Bu hadisə nəticəsində Günəş təxminən 10 milyard ədəd 1 meqatonluq atom bombasının ekvivalent enerjisini sərbəst buraxıb. Bu partlayışın Yer üzərindəki təsirləri teleqraf xətlərinin yanması, cənubda Karib dənizinə qədər uzanan parlaq şəfəqin müşahidə edilməsi kimi qeydə alınıb. Alimlər qədim ağac halqalarında radiokarbon səviyyələrindəki qəfil artımları tədqiq edərək belə nəticəyə gəliblər ki, Karrinqton hadisəsi, Günəşin yarada biləcəyi ən güclü alovlanma deyil. Bu analizlər, Günəşin tarix boyu Karrinqton hadisəsindən yüzlərlə dəfə güclü partlayışlar yaratdığını göstərir.

Günəşə bənzər 56 min ulduz üzərində aparılan müşahidələr, bu cür parıltının düşündüyümüzdən daha müntəzəm baş verdiyini göstərir. Əvvəlki tədqiqatlarda bu cür hadisələrin bir neçə min ildən bir baş verdiyi irəli sürülmüşdü. Lakin yeni tədqiqat bu partlayışların hər 100 ildən bir baş verə biləcəyini ortaya qoyur. Məlum olub ki, müşahidə edilən ulduzların 30 faizi ikili ulduz sisteminə aiddir, yəni ortaq bir kütlə mərkəzi ətrafında fırlanan iki ulduzdan ibarətdir. Bu tapıntı Günəşdə də oxşar proseslərin baş verə biləcəyi ehtimalını artırır.

Tədqiqatçılar Günəşdə parıltının baş vermə ehtimalını birbaşa müəyyən edə bilməsələr də, belə bir hadisənin təsirlərinin olduqca təhlükəli olacağını qeyd edirlər. Partlayış Yerdə GPS, peyk rabitəsi və elektrik şəbəkələrində böyük fasilələrə səbəb ola bilər. Bu cür fəsadlar qlobal iqtisadiyyat, nəqliyyat sistemləri və məlumat infrastrukturuna ciddi ziyan vura bilər. Tədqiqatçılar bu riski qiymətləndirmək və qarşısını almaq üçün kosmik hava proqnozlaşdırma sistemlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar.

Araşdırma nəticələri göstərir ki, Günəşdə və ona bənzər ulduzlarda partlayışın baş verməsi Yerin texnoloji infrastrukturuna və qlobal iqtisadiyyata ciddi təhlükə yarada bilər. 1859-cu ildə baş vermiş Karrinqton hadisəsinin təsirləri bu təhlükənin miqyasını göstərir. Lakin daha güclü partlayış əvvəlki proqnozlardan fərqli olaraq, daha tez-tez baş verə bilər. Tədqiqatçılar proseslərin səbəblərini araşdırmağa və gələcəkdə mümkün risklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırırlar.

Mənbə: publika.az
 
Ardını oxu...
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.

Bu barədə nazir sosial şəbəkədə yazıb.

Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.

DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.
 
Ardını oxu...
Gürcüstanın Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb. "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var. Onların hamısının restoran işçiləri olduğu ehtimal edilir.

Meyitlərin üzərində zorakılıq əlamətlərinə rast gəlinməib.

Ehtimala görə, ölümlərin səbəbi dəm qazındən zəhərlənmədir.
 

Dünyapress TV

Xəbər lenti