“Avrasiya Hospital”da lift qırıldı – Xəsarət alan varYaradılıb 16.12.2024 11:53 | Baxış sayı: 52Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.Ona tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır./”Qafqazinfo” Facebook-da paylaş