Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıbYaradılıb 16.12.2024 09:26 | Baxış sayı: 58Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.TASS xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib. Facebook-da paylaş