İnsanlar mənzil qiymətinə telefon nömrələrini niyə alır və onlar kimlərdir?
"Təbii ki, bu nömrələr minimum 320 manat pensiya, yaxud da 400 manat əmək haqqı alanlar üçün deyil. Onlar istəsə də, ala bilməz".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ev qiymətinə satılan telefon nömrələrinin alıcılarından danışarkən deyib.

Ekspert bu nömrələrə ancaq imkanlı şəxslərin maraq göstərdiyini vurğulayıb:

"Onlar üçün 80 min manat elə ciddi əhəmiyyət daşımır. İmkanlıdır, pulları çoxdur, sərvəti üzərində istədiyi kimi qərar verə bilər. Bu nömrələri almaq istəyən vətəndaşların sayı çoxdur”.

Xalid Kərimli bahalı nömrələrin ancaq hərracda satıldığını diqqətə çatdırıb:

"Onların qiyməti hərracda müəyyənləşir. Bu nömrələri əldə etmək istəyənlər var və şirkət də bundan pul qazanmaq istəyir. Fərqlənmiş nömrələrin qiymətinin baha olması normal və təbiidir”.

Ekspert bahalı nömrələrin məhdud sayda olduğunu qeyd edib:

"Şirkət bunu bildiyindən pul qazanmaq istəyir. Hər şey qanun çərçivəsindədir”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmovun fikirincə, mobil telefon nömrələrinin yüksək qiymətlə satışa çıxarılması bir neçə psixoloji faktorla izah oluna bilər:

"Belə ki, bir qism insan unikal və yadda qalan nömrələrə sahib olmaqla sosial statuslarını və prestijlərini artırmağa çalışırlar. Asan yadda qalan və ya xüsusi mənası olan nömrələr onun sahibinə cəmiyyətdə üstünlük hissi bəxş edir. Digər tərəfdən, psixologiyada nadirlik prinsipi insanlara bir əşyanın və ya xidmətin az olduğunu düşündükdə onun dəyərini daha yüksək qiymətləndirməyə sövq edir. Məhdud sayda olan premium nömrələr bu prinsipə əsaslanaraq insanlarda daha çox maraq yaradır. Digər tərəfdən, hərrac formatı insanlarda rəqabət hissini gücləndirir və onlarda "əldən qaçırmaq qorxusu” yaradır. Bu faktor da qiymətlərin yüksəlməsinə səbəb olur və alıcının ani qərar verməsinə təsir göstərir. Eləcə də bəzi insanlar telefon nömrələrini şəxsi brendlərinin bir hissəsi kimi qəbul edirlər. Xüsusi və fərqli nömrələr onları digər insanlardan fərqləndirmək imkanı yaradır və bu, onların özgüvəni üçün vacib faktor ola bilər. Psixoloji baxımdan insanlar bəzən belə nömrələri gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə bir sərmayə kimi də görürlər. Bu perspektiv alış qərarına təsir edə bilir”.

Psixoloq əlavə edib ki, şirkətlərin yaratdığı reklam kampaniyaları və ictimai rəy də insanları belə nömrələrin alınmasına təşviq edir:

"İnsanlar digər nüfuzlu şəxslərin bu nömrələrə sahib olduğunu gördükdə onlar da eyni addımı atmağa meyilli olurlar. Bu cür psixoloji faktorlar yüksək qiymətlə satışa çıxarılan mobil nömrələrin cəlbediciliyini artırır və satışların uğurlu olmasına səbəb olur”.

Bahar Rüstəmli
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Kartlardan oğurluğa son qoyulacaq?! AMB banklar qarşısında sərt tələb qoyub
30 Yanvar 2025 Faciənin qarşısını almaq olardı – hotelin əməkdaşı Türkiyədəki yanğından danışdı
30 Yanvar 2025  Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
30 Yanvar 2025 Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var – “Mahal”ın sədrinə “stop” qoyuldu
29 Yanvar 2025 Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
28 Yanvar 2025 Tanınmış vəkilin fəaliyyəti dayandırıldı
28 Yanvar 2025 "Birbank"da yaranan problemin səbəbi açıqlandı - Balansı silinən şəxslər nə etməlidir?
27 Yanvar 2025 Aşpazlar niyə qaynar şorbaya alma atır?- Bu, mətbəxlərdə bir nömrəli HİYLƏDİR...
27 Yanvar 2025 Meşəlik ərazidə tikintinin qarşısı alındı - Sumqayıt Şəhər İcra Hakimiyyətinin iz itirmək cəhdləri
26 Yanvar 2025 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb
25 Yanvar 2025 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?
25 Yanvar 2025 Milli parkda ceyranın başını kəsən şəxs FHN-in keçmiş əməkdaşıdır
25 Yanvar 2025 Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
24 Yanvar 2025 Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur - FOTO
24 Yanvar 2025 “İstəyirlər ki, dünya əhalisinin sayını 7 milyarddan 1 milyarda salsınlar... ”-Meymunçiçəyi xəstəliyini qəsdən yayırlar-İDDİA+ÖZƏL
24 Yanvar 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
24 Yanvar 2025 Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
23 Yanvar 2025 Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
23 Yanvar 2025 Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
23 Yanvar 2025 Beşgünlük tətil başlayır

Dünyapress TV

Xəbər lenti