Modelyerin atasını öldürənlər "Konkat Home"un sahibi Elnur Allahverdiyevin qohumlarıdır? - FOTO
Rəssam-modelyer Elnarə Bəkirovanın atası, iş adamı Kamran Bəkirovu qətlə yetirib, meyitini quyuya atmaqda ittiham olunan iki nəfər – Mustafa Zeynalov və Namiq Əliyevin il yarım davam edən məhkəməsi yekunlaşıb.
Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə onların hər biri 19 il azadlıqdan məhrum edilib.
Onlar son sözlərində zərərçəkmiş tərəfdən – mərhum Kamran Bəkirovun ailəsindən üzr istəyiblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739805443_2.jpg
Mustafa Zeynalov

Təqsirləndirilən şəxslərdən 70 yaşlı Mustafa Zeynalov üzünü hakimlərə tutataq, son sözündə deyib:
“Elə cəza verin, həbsxanada ölməyim”.
1955-ci il təvəllüdlü Mustafa Zeynalov hüquqşünasdır, vaxtilə müstəntiq işləyib. Polis orqanlarında çalışmış Mustafa Zeynalov sonradan rüşvət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. O, “Kontakt Home” mağazalar şəbəkəsində hüquq şöbəsinin müdiri vəzifəsində də çalışıb.
1984-cü il təvəllüdlü Namiq Əliyev isə bankda hüquq şöbəsinin müdiri olub, daha sonra mobil operatorlardan birində şöbə müdiri işləyib, dəfələrlə müxtəlif dövlət qurumlarına fərdi layihələr verib, dövlət tədbirləri keçirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739805443_3.jpg
Namiq Əliyev

Məhkəmədə zərərçəkmiş qismində Elnarə Bəkirova təqsirləndirilən şəxslərə ağır cəza tələb edib.
Prokuror Mustafa Zeynalov və Namiq Əliyevin hər birinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Cinayət işinin materiallarında göstərilib ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirov 2023-cü ilin aprelində Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində öldürülüb.
Qızı iddia edir ki, həmin vaxt onu aldadıb, birgə biznes qurmaq adı ilə görüşə çağırıb, qətlə yetiriblər. Ailə üzvlərinin sözlərinə görə, görüşə gedərkən onun üstündə 300 min manata qədər pul olub.
İttihama əsasən, Kamran Bəkirov pulunu ələ keçirmək məqsədilə öldürülüb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739805443_4.jpg
Kamran Bəkirov və Elnarə Bəkirova

Yerli mətbuatda yayılan iddialara və Elnarə Bəkirovanın bildirdiyinə görə, təqsirləndirilən şəxslərin hər ikisi 2020-2024-cü illərdə Milli Məclisin deputatı olan, “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyevin qohumlarıdır. Mustafa Zeynalov onun dayısı, Namiq Əliyev isə o biri dayısının kürəkənidir.
 
 

 


Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti