Faiq Əliyevin “Bona Dea”sının işinə baxılacaq gün məlum oldu
Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” hospitalı ilə bağlı iş 21 fevral tarixinə təyin edilib. Hospital gömrük qaydalarını pozmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Bona Dea”nın İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
“Bona Dea”ilə bağlı işə Nizami rayon Məhkəməsində baxılır. 21 fevral tarixində hakim Nəriman Mehdiyevin sədrliyi ilə növbəti iclas keçiriləcək.

Xatırladaq ki, “Bona Dea” hospital 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Hospitalın baş icraçı direktoru Faiq Əliyev özü, hospitalın baş həkimi isə Musa Abbasov.
Qarşı tərəfi dinləməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti