Daha bir nazir vəzifədən gedir – “Rayonda ikən sürpriz zəng gəlib və…”
Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mediada yayılan məlumata görə, ötən seçkidə MOK-un vitse-prezidenti seçilən gənclər və idman naziri Fərid Qayıbov bu dəfə etimad qazanmayıb və vəzifəsini itirib.

Bu, F.Qayıbovun son 21 gündə itirdiyi ikinci vəzifəsi olub. Belə ki, Prezident İlham Əliyev ötən ayın 29-da 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən il Təşkilat Komitəsinin sədri olan Fərid Qayıbovu bu vəzifədə Baş nazirin müavini Samir Şərifov əvəz edib. Fərid Qayıbov isə Təşkilat Komitəsinin ilk iclasına S.Şərifovun müavini kimi qatılıb.

Fərid Qayıbovun indi MOK-dakı vəzifəsindən də uzaqlaşdırılması nazirin siyasi hakimiyyət nəzdindəki etimadı da itirmiş ola biləcəyini göstərə bilərmi?

Fərid Qayıbovla bağlı ən ciddi gərginlik Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən çıxarıldıqdan sonra yaşandı. Prezidentin Sərəncamından sonra nazir artıq sabiq sayılan müavini ilə selfi çəkdirib paylaşmışdı. Onun bu hərəkəti mediada kəskin şəkildə tənqid edildi.

Həmin vaxt “Qafqazinfo” nazir haqda kəskin tənqidi məqalə yazmışdı. Məqalədən bir abzası xatırladırıq: “Bu fotonu başqa necə izah etmək olar? Məsələn, biz gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir, ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək. Amma əvəzində Fərid Qayıbov bu gün onun vətəndaş qəbulunda iştirakını təmin edib, nazirliyin dövlət səviyyəli tədbirinə aparıb. Görünür, Fərid Qayıbov Mariana xanımın işdən çıxarılmayacağına çox əmin imiş. Amma onun unutduğu bir şey var idi: Cənab Prezidentin qətiyyəti!”

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz vəzifələrin daimi olmadığını xatırladaraq, qısa zaman ərzində iki vəzifəsindən uzaqlaşdıran nazirə çətin də olsa, bu reallıqla razılaşmağı məsləhət görüb.

O, nazirə istefa ərizəsi yazmağı məsləhət görüb:

“Məncə, hörmətli Fərid Qayıbov barəsində sərəncam imzalanmasını gözləmədən üzüsulu istefa ərizəsini yazsa, yaxşıdır. Üstəlik, səhv etmirəmsə, onun bolqar müavini Mariana Vasileva da bir ay əvvəl nazirlə bərabər Şamaxı və Qobustan rayon sakinləri ilə görüşərkən, paytaxtdan gələn telefon zəngi ilə bəd sürprizlə qarşılaşıb, işdən azad olunduğu xəbərini almışdı. Məhz bu zəngdən sonra nazirin vəzifə səlahiyyətləri üzərində aparılan budama əməliyyatı Fərid Qayıbovun da aqibətinin ürəkaçan olmayacağına işarədir”.

H.Oğuzun fikrincə, Fərid Qayıbovun bəzi səlahiyyətlərinin keçmiş maliyyə naziri Samir Şərifova tapşırılması da təsadüfi olmaya bilər:

“Bəziləri onun müavini Mariana Vasilevanın idmançılarla kobud davrandığına görə işdən azad olunduğuna inanırlar. Amma cəzalandırılmanın yalnız müavinlə məhdudlaşmaması, nazirin də bəzi səlahiyyətlərinin getdikcə budanması və onun bir sıra vəzifələrinin keçmiş maliyyə nazirinə tapşırılması problemin daha dərin olması ehtimalını ağıla gətirir. Mümkündür ki, onun bəzi vəzifələrinin sabiq maliyyə nazirinə tapşırılması nazirlikdə maliyyə maxinasiyalarının baş verməsi ilə əlaqədar ola bilər. Görünür, Azərbaycan siyasi iradəsi məhz bu ehtimalı nəzərə alıb, Fərid Qayıbovun bir neçə illik fəaliyyətini ciddi araşdırmaq missiyasını Samir Şərifova həvalə edib. Təbii ki, bu, mənim ağlıma gələn ilk ehtimaldır. Əsl həqiqət isə yaxın günlərdə və ya həftələrdə məlum olacaq”.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti