Ardını oxu...
Bakı şəhər sakini, əslən Ağdam rayonunun Üçoğlan kəndindən olan Süleymanov Vasif Qazı oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqlardan danışıb. Uzun müddət Rusiyada yaşadığını deyən V.Süleymanov bildirir ki, 2004-cü ildə Novosibirsk şəhərində həmyerlisi, qohumu (yeznəsinin qardaşı) Ərgənov İmran Kamran oğlu ilə ortaq tikinti şirkəti təsis edərək, ticarətlə məşğul olublar. V.Süleymanovun sözlərinə görə, şirkət onun adına olsa da, bank əməliyyatlarını şəriki həyata keçirib.

Şikayətçi deyir ki, bir müddət sonra ortağının maliyyə məsələlərində onu aldatdığnı hiss edib. Lakin hər dəfə aşkara çıxarılan məbləğlər kiçik olduğundan, oğurluq faktını üzə vurmamağa çalışıb. Düşünüb ki, qohumu nə vaxtsa öz əməlindən əl çəkər. Lakin bu alicənablıq sonra ona baha başa gəlib.

Vasif Süleymanov deyir ki, təxminən 2005-ci ildə Novosibirskdə dəmiryolu relsi istehsal olunan zavodla müqavilə bağlayaraq, böyük bir sexin təmir-tikinti işlərini görməyə başlayıblar. Öncədən tərəflər arasında Rusiya valyutası ilə 10 milyon rublluq (həmin dövr üçün 230 min dollarlıq) müqavilə bağlanıb. Bu vəsaitin 230 min dolları müəyyən zəruru xərclərə sərf olunsa da, 200 min dollar iki nəfər arasında bölünməli olub.

V.Süleymanov bildirir ki, tikinti işləri vaxtında başa çatıb, fəhlələrin zəhmət haqqı və digər xərclər şəxsi vəsaiti hesabına ödənildikdən sonra şərikindən zavodun şirkətə ödəməli olduğu 200 min dolları hesaba köçürüb-köçürmədiyini soruşub. İmran Ərgənov cavab verib ki, zavod hələ həmin vəsaiti köçürməyib.

Bir neçə gün sonra şəriki yenə pulun köçmədiyini dedikdə, Vasif Süleymanov ondan şübhələnərək, zavodun mühasibi ilə danışıb. Mühasib zavodun şirkətə ödəməli olduğu vəsaitin tam şəkildə 10 gün əvvəl hesaba köçürüldüyünü bildirib.

V.Süleymanov şərikindən ona çatan 100 min dolları tələb etdikdə, qarşı tərəf müxtəlif bəhanələr gətirərək, həmin pulu verməkdən imtina edib. Bundan sonra qohumlar arasında qalmaqal olub. Hətta iş o yerə çatıb ki, İmran Ərgənov Vasifin qardaşının üstünə silah da çəkib.

“Sonra İmranın böyük qardaşı ilə mənim aramda mübahisə oldu. Bu zaman onu yüngülvari itələdim, çəlimsiz adam idi, gedib divara dəydi, qolu cızıldı. Bu işi böyüdüb, məni axtarışa verdiilər”, - deyən şikayətçi bildirir ki, axtarışa verildikdə Qazaxıstanda olub. Təxminən, ay yarım sonra Qazaxıstandan Rusiyaya qayıdanda xüsusi xidmət orqanlarının əməkdaşları onun saxlayıb. “1 həftə sonra məni bir şərtlə buraxdılar ki, bu adamla işin olmayacaq”, - deyə V.Süleymanov bildirir.

Beləliklə, bir müddət sonra İmranın böyük qardaşı Müseyib rəhmətə gedir və onun cənazəsini ölkəyə gətirməli olurlar. Müseyibin də ona təxminən 15 min dollar borcu olduğu üçün Vasif Süleymanov Azərbaycana gəlib, yaxınlarından borcunu istəməyi düşünür. Onun kəndə gəlib borcunu tələb edəcəyini bilən mərhumun yaxınları, o cümlədən qardaşı İmran V.Süleymanovun dayısı vasitəsilə ondan xahiş edir ki, kəndə gəlməsin, yas mərasimini yola verdikdən sonra borcu qaytarılacaq. “Deyiblər ki, mərhumun “yeddisi”ndən sonra oturub araşdırarıq, borcu varsa, veriləcək”, - deyən şikayətçinin sözlərinə görə, Müseyib Ərgənovun 7-si günü ona məlumat gəlir ki, İmran və digər yaxınları kəndi tərk edir. Vasif Süleymanov dərhal bu işdə vasitəçi olan dayısına məlumat verir. Bundan sonra, dayısının müdaxiləsi ilə qarşı tərəf Müseyib Ərgənovun ona borclu olduğu 15 min dolları qaytarmağa məcbur olur. Bu zaman İmran Ərgənovun da ona borclu olmadığı haqda sənəd imzalatmağa çalışırlar. Lakin V.Süleymanov bundan imtina edir: “Dedim ki, mənə qaytarılan 15 min dollar Ərgənov Müseyib Kamran oğlunun borclu olduğu vəsaitdir, İmranın mənə olan 100 min dollar borcu qalır”.

Vasif Süleymanov onu da vurğuladı ki, 2-3 ay əvvəl İmran Ərgənovun Bakıya gələcəyini bildikdə, Azərbaycan xüsusi xidmət orqanlarına müraciət edib. Bu müraciətdən təxminən ay yarım sonra o, Türkiyədən Bakıya gələrkən hava limanında saxlanılıb. Lakin, bir neçə saat sorğu-sual edilsə də, borcunu boynuna almayıb və bu səbəbdən də sərbəst buraxılıb. Şikayətçi deyir ki, bu zaman onu üzləşdirməyə belə, ehtiyac görməyiblər.

Sonda aidiyyəti qurumlara müraciətə edən Vasif Süleymanov borcunun qaytarılmasına dəstək olmalarını xahiş edir.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiaydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Aztelecom” internetin qiymətini 25 manat etdikdən sonra istəsə 100 meqabitə qədər sürətli internet verə bilər, bir çox modemlə bu mümkündür. Ancaq özləri bilərəkdən bunu etmirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Aztelecom” abunəçisi Elvin Nadirov yazıb. O bildirib ki, 25 manat ödəsə də internetin sürəti vay-fay 2.4 ghzdə maksimum 48 və ya 49 megabitdir:
“Bununla bağlı telefon qovşağına müraciət etdikdə mənə vay-fay 2.4 ghzdə internetin sürətinin bundan artıq ola bilməyəcəyini söylədilər. 2.4 ghzdə internet sürətinin 600 mb-ə qədər yüksələcəyini bildiyim üçün bununla razılaşmadım və qovşaq işçiləri evə modemi sazlamaq üçün gəldilər. İşçilər modemə baxış keçirdikdən sonra bununla bağlı öz rəhbərlərinə məlumat verdilər. Telefon qovşağının işçiləri öz rəhbərlikləri ilə dəfələrlə telefonla danışdıqdan sonra modem sazlamasını yenidən etdilər, bundan sonra bir neçə dəqiqəlik vay-fay 2.4 ghzdə 100 meqabitə qədər və hətta 100 mb-dən də sürətli internet almağa başladı.
İşçilər ərazidən uzaqlaşdıqdan sonra internetin sürəti əvvəlki kimi 48 meqabitə düşdü. Vay-fay 2.4 ghzdə 100 meqabit və ondan da çox sürət almaq mümkündür və istəsələr bu sürəti bizə verə bilərlər. Ancaq özləri bilərəkdən vermirlər”.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda “tender kralı” olan şirkətlər az deyil. Bunu müəyyən etmək üçün rəsmi saytlara baxmaq kifayət edir. Bir də internet axtarışları zamanı boy-boy düzüldüklərini görmək olar.
Tribunainfo.az xəbər verir ki, belə şirkətlərdən biri “KM SERVİCES” MMC-dir. Bu şirkətin nə zaman yarandığı barədə məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir. Amma onun da haqqında geniş məlumat yoxdur.
Sözügedən şirkət son 3 gündə iki tender udub. Onlardan biri Mingəçevir Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə bağlanmış satınalma müqaviləsidir. Həmin müqaviləyə əsasən MMC MKTB üçün 2024-cü ildə mal-materialların satınalınmasını həyata keçirməlidir. Buna görə isə şirkətə 215.266,37 manat ödəniləcək.
Amma şirkət ölkənin bu başında satınalma işlərini həyata keçirdiyi bir vaxtda, ölkənin o biri başında, yəni Naxçıvanda yol çəkməyi üzərinə götürüb. “Culfa” Yol-Təmir İstismar MMC ilə bağlanılmış satınalma müqaviləsinə də tikinti mal-materialları almalıdır. Buna görə isə 254.181,01 manat ödəniş alacaq. Sonradan məlum olub ki, bu şirkət həm də Culfada yol çəkəcək.
Lakin “KM SERVİCES” təkcə yol çəkib, tikinti materialları almaqla kifayətlənmir. O, həmçinin elektrik malları bazarında da “gücünü” sınamağa başlayıb. Düzdür, bu proses iki il öncədən start götürsə də, kiçik tenderlərə qatılmır. Şirkətin hələ bir müddət əvvəl “Bakı Metropoliteni” ilə bağladığı müqavilədən də bu aydın görünür. Məsələ belədir ki, “KM SERVİCES” MMC metropoliten üçün elektrik mühərrikləri üçün sarğı materialların satın alınmasını reallaşdırıb. Bu zaman şirkətə 133 008.96 manat verilib.
Bir şirkətin eyni vaxtda üç müxtəlif işlə məşğul olması hər nə qədər inandırıcı görünsə də, bir o qədər də təəccüblüdür. Bizim ölkəmizdə bu işi bacara biləcək MMC-lərin sayı barmaqla sayılacaq qədərdir. Hətta iri şirkətlər, holdinqlər belə eyni vaxtda bir neçə işi görməkdən çəkinirlər. Amma “KM SERVİCES” üçün bunu demək çox çətindir. Çünki şirkət sözün həqiqi mənasında “hərşeyşünas”dır. Yoxsa, Mingəçevirdə mal materail alıb, Culfada yol çəkib, metropolitenə də sarğı satmaq hər şirkətin “hünəri” deyil.
 
Ardını oxu...
“Xəzər” TV-nin efirində “Unibank”ın kredit faizini daha da aşağı salması reklam edilir. Reklamda bildirilir ki, 50 min manata qədər krediti indi cəmi 9.5 %-dən başlayaraq, həm də 60 aya qədər müddətə əldə etmək mümkündür. Ancaq sözügedən kredit üçün banka müraciət edənlər bunun yalan olduğunu bildirir.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə də “Unibank”ın yeni kredit kampaniyası tənqid edilir. Şərhlərdə yeni kampaniyanın müştəri cəlb etmək üçün yeni yalan olduğunu yazırlar.
Zəfər Laçın adlı vətəndaş bildirib ki, bu ancaq reklamdır:
“Filiala yaxınlaşanda yüz hoqqa verir əməkdaşlarınız. Yəni 9.5 faiz olur 25, 30 faiz”.
Vüsal Zeynalov da reklamın yalan olduğunu bildirib:
“Burada belə deyilir. Rəsmi saytda 11 faiz yazılır. Yəni kredit kalkulyatorunda. Niyə mütəriləri aldadırsınız”.
Zöhrab Həsənov da reklama aldananlardandır:
“İnanmayın, yalandı. 11 faiz adından alıb 27 faizlə ödəyirəm. Mən yandım, siz yanmayın”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.

Əvvəlcə məlumat üçün deyək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.

Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanım rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.

Maraqlıdır ki, həmin vaxt Kamilə Əliyeva susmağı üstün tutub. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb.

Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılıb.

Kamilə Əliyevə isə bununla razılaşmır. Əliyeva şikayətində yazır, Bakı Oksford Məktəbinin 1/2 hissəlik payı ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir.

Digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Əliyeva da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya-Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.

Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasaən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.

Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Ardını oxu...
Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev ƏƏSMN və DSMF-nin rəhbərliyinin əmək normalarının pozulmasına göz yumur
Redaksiyamıza Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi, dalan 1, ev 18 ünvanda yaşayan Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Müəllif Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli 2-1(105)-290/2022 saylı Qərarının icra olunmamasından şikayətçidir. Belə məlum olur ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəf tutaraq, süni maneələrlə Məhkəmə Qərarının icrasını əngəlləyir. Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı cənab Babayevi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Baş redaktor!
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən qanunsuz işdən azad olmağım barədə 20040011806 nömrəli, 27.07.2020-ci il tarixli əmrin mənə aid olan hissəsinin ləğv edilməsi və işə bərpa ilə əlaqədar iddiam Sumqayıt İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin olunmayıb.
Həmin iddiamla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2021-ci il tarixdə, 2-1(105)-401 /2021 nömrəli Qərarı ilə Apellyasiya şikayətim təmin olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “işə bərpa olunmağım və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə” iddiama qarşı qəbul edilmiş 2-1(105)-401/2021 №-li Qərarından 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişəm. Həmin kassasiya şikayətim qismən təmin olunaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli Qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılıb və həmin məhkəmənin 06.07.2022-ci il tarixdə, 2-1(105)-290/2022 nömrəli Qərarı ilə iddiam təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli 2-l(102)-2026/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunmağım və işsiz qaldığım müddətin pulumun ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli Qərarı öz qüvvəsində qalıb. Lakin həm Sumqayıt Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin İnzibati Kollegiyasının mənim müvafiq işlə təmin olunma və işsiz qaldığım müddətin pulunun ödənilməsi barədə Qərarların icrası nədənsə, mənim iddia tələbimi 5 aprel 2021 -ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin etməyən, mənim haqsız yerə illərlə işsiz qalmağıma və bu səbəbdən əzab-əziyyət çəkməyimə səbəbkar olmuş məhkəməyə – Sumqayıt İnzibati Məhkəməsinin hakiminə göndərilmişdir. Hakim uzun müddət qərarın icrasını yubadıb. Azərbaycan Respublikası “İcra haqqında” qanunun 7.2. maddəsində göstərilib: “Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. ”Həmin qanunun 13.1.1 maddəsində göstərilib: “bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində;”- icra vərəqəsi göndərilməlidir. Göstərilən qanunun bu tələblərini pozan hakim haqqında saysız-hesabsız şikayətlərimə əhəmiyyət verilmədi və heç bir cəza tədbiri görülmədi.
Hakim mənimlə əlaqədar orqanlara dəfələrlə yazdığım şikayət məktublarından sonra (Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə, Konstitusiya-hüquq Şurasına, Apellyasiya Məhkəməsinə, İnzibati Məhkəməyə və digər əlaqədar yuxarı təşkilatlara) nəhayət, 1 il 3 aydan sonra 23.12.2023-cü il tarixdə məhkəmə Qərarı Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərib. Məlumat verirəm ki, qərar icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən qəbul edilib. Azərbaycan Respublikası İcra və Probasiya haqqında Qanunun 8.3.-cü maddəsində göstərilib:“İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.”İcra məmuru Qanunun bu tələbini pozmuş, bu günədək icraata başlamaq haqqında qərarın surətini mənə göndərməmişdir. Mən Sumqayıt İnzibati Məhkəməsinin 28.11.2023-cü il tarixli məktubuna əsasən icra sənədinin Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərdildiyindən məlumatım olub. Bundan sonra şəxsən özüm İcra və Probasiya şöbəsinə getmişəm və icra məmuru B.Babayevin qəbulunda olmuşam.O zaman da B.Babayev icraata başlamaq haqqında qərarın surətini mənə vermədi. 25.06.2024-cüiltarixdə B.Babayevin 070 288-06-03 nömrəli mobil telefonuna zəng edərək icraata başlamaq haqqında qərarın surətini istəsəm də, yenə də B.Babayev sənədi göndərməkdən imtina etdi. Məhkəmə qərarının B.Babayevin qəbul etməsindən 8 ay keçməsinə baxmayaraq Bəxtiyar Babayev heç bir hüquqi tədbir görməyib.“İnzibati mübahisələrə dair işlər üzrə qərarlarının icrasını təmin edilməsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun 19.11.2021-ci il tarixli qərarının 25, 26, 27, 28 və 29-cu bəndlərinin tələblərinə uyğun qanuni prosedurları icra etmir. Dəfələrlə Bəxtiyar Babayevə bildirmişəm ki, (3 dəfə rəsmi məktub göndərmişəm, 1 dəfə də qəbulunda olmuşam, bir neçə telefon zəngləri etmişəm) ƏƏSMN və DSMF – mövcud əmək normalarına uymayan vəzifə – arxivçi vəzifəsini mənə təklif edir. Bəxtiyar Babayevə bildirmişəm ki, DSMF-nin Quba Regional Mərkəzi və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş ştat cədvəlində belə vəzifə yoxdur. Belə ki ƏƏSMN və DSMF rəhbərlikləri qanuni vəzifə səlahiyyətlərini aşmış, qanuna zidd olaraq şəxsi mülahizələrinə əsaslanmış, qanunlara düzəliş edərək adqoydu etdikləri vəzifələri – bir vaxtadək kargüzar, sonradan isə arxivçi vəzifələrini təklif etmişdir.
Lakin Bəxtiyar Babayev bu qeydimə əhəmiyyət vermir, DSMF-nin mənə təklif etdiyi arxivçi vəzifəsini qəbul etməyi təhrik və təşviq edir. Bildirir ki, DSMF bu qanunsuzluğu – ştat cədvəlində olmayan vəzifəni sizə təklif edə bilməz. Halbuki, mən bu faktı təsdiq edən sənədlərin surətlərini B.Babayevə göndərmişəm. Hətta 14.08.2020-ci il tarixdə “ştatdankənar işçi” adı ilə ƏƏSMN-in mənimlə bağlamaq istədikləri 2CA91JN000200 №-li əmək müqaviləsinin surətini də göndərmişəm.
Lakin B.Babayev tərəf saxlayır. ƏƏSMN və DSMF-nin rəhbərliyinin əmək normalarının pozulmasına göz yumur. Cənab B.Babayev ƏƏSMN və ya DSMF-dən Nazirlər Kabinetinin təsdiq etdiyi ştat cədvəlini tələb etsə, ƏƏSMN və DSMF tərəfindən mənə təklif olunan həmin vəzifə adlarının mövcud olmadığını görərdi. Lakin B.Babayev ƏƏSMN-in şifahi sözlərini Tabu olaraq qəbul edir. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 1077 saylı, 31.08.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının 7.2.2-ci bəndində göstərilib:“ Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin.”Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63.1-ci maddəsində göstərilib; “Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.”. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu normativ aktlarda göstırilən tələblərə əməl etmirlər. Rəhbərlik öz şəxsi fikirlərini qanun əvəzi əsas götürür.
Cənab B.Babayev bu faktları araşdırmadan təkid və təşviq edir ki, mən təklif olunan arxivçi vəzifəsini qəbul edim. Mənştat cədvəlimdə mövcud olmayan vəzifəninecə qəbul edim?!
Bir faktı da bildirmək istəyirəm ki,ƏƏSMN-nin rəhbərliyi mənimlə bağlanacaq əmək müqaviləsinin müddətini mənim imzalayacağım tarixdən olmasını istəyir. Belə olan halda bəs mənim illərlə işsiz qaldığım müddətin pulunu kim ödəyəcək?!
Cənab B.Babayev təkidlə mənim ƏƏSMN-nin rəhbərliyi ilə inadlaşmamağı bildirir. Mən inad etmirəm! Məhkəmə qərarının qanuni yolla həllini istəyirəm. Bu isə mənim Konstitusion və Vətəndaşlıq haqqımdır!
Çox qəribədir! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir istiqamət profili də əlillərin hüquqlarını qorumaq, onlara güzəştləri təmin etmək, iş şəraitini yaxşılaşdırmaqdır. Mən 2-ci qrup əliləm. Lakin mən niyə bunun əksini görürəm?! ƏƏSMN-nin mənimlə qərəzli münasibətinin səbəi nədir? Bu qurum mənim kimi əlilləri, sosial müdafiəyə ehtiyacı olanları qorumaq üçün yaranmayıbmı?
Əmək Məcəlləsinə əsasən bütün təşkilatlarda əlillər üçün bron iş yerləri saxlanılmalıdır. ƏƏSMN-nin niyə bunu unudur? (Əlillik sənədimin surətini B.Babayevə göndərmişəm.)
ƏƏSMN-nin rəhbərliyi məni çox hörmət etdikləri üçün yox, məhz Azərbaycan Qanunlarına hörmətsizlik edərək, öz şəxsi ambisiyalarını qanunlaşdıraraq məni işdən çıxarıb, illərlə işsiz qoyublar!
Bu da məhkəmə qərarı ilə öz təsdiqini tapıb. Lakin məhkəmə qərarının icrasını illərlə yubadan və bundan heç bir cəza almayan ƏƏSMN-nin rəhbərliyi yenə də qanunsuz iş təkliflərindən geri çəkilmir. Buna da cənab B.Babayev göz yumur.
Ərizəmdə göstərdiyim faktlara əsaslanaraq bildirirəm ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına 06.07.2022-ci il tarixli 2-1(105)-290/2022No-li Qərarının icrasını cənab B.Babayev qəsdən yubadır, ədalətin və hüququn yox, gücün yanında durur. Çox xahiş edirəm B.Babayevdən tələb edin ki, ədalətin və hüququn yanında, gücün qarşısında dursun.
Hətta Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yazdığım şikayət ərizələri də cavabsız qalıb. ƏƏSMN-nin rəhbərliyinin inadı, gücü və qanun tanımamazlığı qarşısında Qanunlarımız və İcra Mexanizmiaciz qalıb! ƏƏSMN-nin rəhbərliyinin mənimlə aşağı kastadan olan isan kimi rəftarı görməzdən gəlinir.
Məlumat verirəm ki, ƏƏSMN-nin və DSMF-nin monotonlaşmış Birliyinin rəhbərliyi tərəfindən bu iki qurumda (DSMF publik şəxs olaraq ƏƏSMN-i tərəfindən təsis olunub), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imza və təsdiq etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi Əmək normalarına dair Qanun və Fərmanlar, Əmək Məcəlləsinin müddəaları pozulur.
Belə ki bu qurumda Azərbaycan Respublikası Prezidentinin 1077 saylı, 31.08.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını 7-2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə adları və sayına dair ştat cədvəlinə uyğun hərəkət edilmir. Bu qurumlarda ştat cədvəlinə uyğun olmayan vəzifə adı müəyyən olunur, işçilərin sayı bu formada çoxaldılır. Bununla da hörmətli prezidentimizin imza etdiyi Qanun və Fərmanlardan müddəalar həmfikir olmadıqlarını nümayiş etdirirlər. Bu məqsədlə əmək normalarına dair prezidentin imzaladığı Qanun və Fərmanları düzəliş və təhrif edirlər. Buna misal olaraq ƏƏSMN-nin rəhbərliyinin mənimlə “ştatdankənar işçi” adı ilə bağlamaq istədikləri əmək müqaviləsini nümunə göstərə bilərəm. ƏƏSMN-nin əmək normalarını kobudcasına pozmasına göz yuman aidiyyəti orqanlara şikayətlərim nəticəsiz qalır. Belə başa düşməliyəmmi ki, həmin təşkilatlardakı məsul şəxslər də ƏƏSMN-nin və DSMF-nin rəhbərliyi ilə həmfikirdirlər?! Hörmətli Prezidentimizin imza etdiyi Qanun və Fərmanlar qəsdənmi icra olunmur.
 
Ardını oxu...
"Harmony İndustrial Construction and Engineering Group" MMC valyuta tənzimi qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də şirkət barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Xalidə Əlisoyun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildən fəaliyyət göstərir.

Şirkətin nizamnamə kapitalı 165010 manat, qanuni təmsilçisi və direktoru Orucov Əlövsət Bilal oğludur.

Xatırladaq ki, şirkət indiyədək başda “Azərişıq” olmaqla, bəzi dövlət qurumlarının elan etdikləri milyonlarla manat dəyərində olan tenderlərin dəfələrlə qalibi olub.
 
 
 
Ardını oxu...
"İstanbul CFC” restoranlar şəbəkəsinin Xudu Məmmədov 41 ünvanında (Həzi Aslanov metrostansiyası yaxınlığında) yerləşən filialında ofisiant işləyən Elçin Duman oğlu Nəsirov işdən çıxarıldığını deyir.

Meydan TV-yə danışan Elçin Nəsirov bildirir ki, filialın rəhbəri Furkan Muhammed Çavdar ona təzyiq göstərib ki, işdən çıxması ilə əlaqədar ərizə yazsın: "Hadisə bu gün, sentyabrın 1-də baş verib. Bizim restoranın üç zalı var. Hər zalda da 2-3 ofisiant işləyir. Hər gün zallarda ofisiant bölgüsü olur. Əlavə ofisiantın işləməsi bizə sərf etmir. Belə olanda faiz itirmiş oluruq. Gündəlik adam başına ən aşağısı, 25-30 manat bəxşiş olur. Ofisiant çox olanda toplanan pul aramızda bölünür. Mən deməmişəm ki, çətinliyim var, yanıma ofisiant verin. Əziz adlı ofisiant bizim zala yaxınlaşanda ona dedim ki, burada əlavə işçiyə ehtiyac yoxdur, siz gedin. Bilmirdim ki, göstərişi Furkan bəy verib”.

Şikayətçi deyir ki, hadisədən xəbər tutan Furkan Muhammed Çavdar ona qəzəblənib və işdən çıxarıb: "Furkan bəy dedi ki, obyekt rəhbəri mənəm. Söyüşlə dedi ki, xoşun gəlmir, işdən çıx. Mən də cavabında bildirdim ki, ofisiantı sizin göndərdiyinizi bilmirdim. Həm də işi çatdırırıq, əlavə adama ehtiyac yoxdur. Furkan bəy məni "Banket zalı”na apardı. Söyüş söyərək, əlini stola çırparaq, dedi ki, ərizəni yaz, işdən çıx. Mən də dedim ki, 15 gün möhlətim var. Siz məni qəbahətim olmadığı halda, durduğum yerdə işdən çıxara bilməzsiniz. O da cavabında dedi ki, onsuz da sənin yazacağın ərizə 15 gün əvvəldən hesablanacaq. Şikayət edəcəyimi bildirəndə dedi ki, get, ürəyin hara istəyir, ora da şikayət et. 15 gün möhlət vermədən yerindəcə ərizə yazdırıb, məni işdən çıxardılar”.

Elçin Nəsirov iddia edib ki, restoran rəhbərliyi vergidən yayınır.

"Maaşımızın az hissəsini kartla ödəyirlər. Yerdə qalanını isə nəğd şəkildə əlbəəl verirlər. Məsələ ilə bağlı Əmək Müfəttişliyinə də müraciət etmişəm”, – şikayətçi deyib.

Furkan Muhammed Çavdar Meydan TV-yə bildirib ki, Elçin Nəsirov digər iş yoldaşları ilə yola getmədiyinə görə işdən çıxarılıb: "Bizim təxminən üç şöbəmiz var. Heç bir işçini durduğu yerdə və yaxud da hansısa işçinin kefinə görə işdən çıxarmırıq. Hazırda 200-250 nəfər azərbaycanlı işçimiz var. Burada birlik, bərabərlik içərisində işləyirik. Həmin şəxsi iş yerindəki yoldaşlarına qarşı davranışlarına görə işdən çıxarmışıq. Digər ofisiant yoldaşları ərizə yazıb, Elçin Nəsirovdan narazı olduqlarını bildiriblər. Bu, birinci dəfə də deyil. Bunu sübut da edə bilərəm. Sonuncu dəfə hay-küy, xoşagəlməz sözləşmə fonunda restoran meneceri olaraq hadisəyə müdaxilə etmək məcburiyyətində qaldım. Ərizəsini yazdı, işdən çıxardıq. O, ərizədə də: "Təkrar olaraq etdiyim bir neçə hərəkətdən dolayı müdiriyyət işdən çıxmağımı tələb edir, mən də bunu qəbul edirəm”, – deyə yazıb”.

Vergidən yayınmaq iddiasına gəlincə, Furkan Muhammed Çavdar bunu böhtan adlandırıb: "Belə şey ola bilməz. Şirkətimiz böyükdür. Bakıda iki "Mado”, bir neçə "Peynirci baba”, üç "İstanbul CFC” şöbəmiz var. Yəni tək bir qida sektorunda deyilik. Vergidən yayınma kimi söhbətin olması mümkünsüzdür. Ara qızışandan sonra üzr istəmək əvəzinə, gedib, şikayət edirsə, vallah, dəvədən böyük fil var. Problem yoxdur, istədiyi yerə şikayət edə bilər. Gəlib, yoxlama da apara bilərlər. Biz heç bir yerə qaçmırıq. Olduğumuz yerdəyik. İstəyirlərsə, gəlib bir-bir işçilərdən soruşsunlar. Bizdən çıxan adam halallaşıb, gedir. İş, etiklik çərçivəsində bir insan digərini əzirsə, buna biganə qala bilmərəm”.

2024-cü ilin mayında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzili də aşpaz işlədiyi "İstanbul CFC” restoranlar şəbəkəsinin Xudu Məmmədov 41 ünvanında (Həzi Aslanov metrostansiyası yaxınlığında) yerləşən filialında restoran sahibinin işçilərin şəxsi əşyalarını yoxlamasına etiraz etdiyi üçün işdən çıxarılmışdı.
 
Ardını oxu...
Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.

Bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb. O bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, Ə.Fərmanoğlu məşhur türk serialı "Möhtəşəm Yüz il"də epizodik bir rolda çıxış edib.
 
Ardını oxu...
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, "Milliyet", "Cumhuriyyet", "Son dakika", "Haberler.com", "Ensonhaber", "Son dakika", "Haber Global" kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb.

"Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkisində səs verdilər", "Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi", "Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir", "YSK sədri Ahmet Yener: Azərbaycanda seçki nizamlı və şəffaf şəraitdə keçirilib", "Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk", "30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir", "Qardaş ölkə Azərbaycan seçki prosesində" kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkinin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkisi keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçki üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: "Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkini bütün torpaqlarda keçirilir. Seçkinin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkinin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir".

Azərbaycan Milli Məclisinə keçirilən seçki, o cümlədən Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkisinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov "Vestnik Kavkaza" agentliyinə müsahibəsində bu seçkinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: "Bu baxımdan biz bu gün ümummilli lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik". O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkisinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

"News.ru" nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçki demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. "Seçki ədalətli, açıq və əlçatan keçib", - deyə Nataliya Kosixina bildirib.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkisinin nöqsansız keçdiyini deyib.

"Mir" Dövlətlərarası Teleşirkətinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

"Belarus seqodnya" nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi də parlament seçkisinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşahidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

"Rossiyskaya qazeta" nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkidir. Azərbaycanda Prezident seçkisinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğurunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

"İnterfaks" agentliyi ekzitpolun nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti