Ardını oxu...
Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz aidiyyatı qurumları "Aztelekom"un bu qanunsuzluğu barədə tədbir görməyə səsləyib.
"Aztelekom" MMC internetin qiymətinin bahalaşmasından sonra internet xidmətindən imtina etmək istəyən abonentlərin cərimələndiyi barədə iddialara cavab verib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.
"Müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir".
Qurum Kütləvi İnformasiya Vasitələrində "Aztelekom" MMC tərəfindən təqdim edilən internet sürətinin müqavilə şərtlərinə uyğun olmadığı barədə məlumatlarla bağlı bildirib ki, internet xidmətinin təminatı abunəçilərlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. Lakin fərdi ev təsərrüfatlarında telekommunikasiya xidmətlərinin təminatında texniki nasazlığın baş verməsi mümkündür və belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqların aradan qaldırılması təmin edilir.

Qeyd edək ki, Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz aidiyyatı qurumları "Aztelekom"un bu qanunsuzluğu barədə tədbir görməyə səsləyib.
Ekspert bildirir ki, bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgiləyir.
""Aztelekom" MMC tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur. Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə, modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır".
Gündüz xatırladıb ki, "Aztelekom" dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, Huawei şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. İndi isə 15 avqust tarixdən başlayaraq, "Aztelekom" minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb. Bundan sonra, bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.

O. Gündüz onu da xatırladıb ki, Antiinhisar Dövlət Xidməti "Aztelekom" təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb.
İnternetin sürətinin zəif olması barədə şikayətlərə gəlincə, "Aztelekom" bu iddialara belə cavab verib:
"İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Birinci səbəb cihazların uyğunluğudur. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur. İkinci səbən modem və marşrutlaşdırıcının konfiqurasiyasıdır.
Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Üçüncü səbəb isə dalğaların konfiqurasiya olunmamasıdır. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq. Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda "Aztelekom" abunəçilərindən "170", "Bakıtelecom" abunəçilərindən isə "155" Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".
 
Ardını oxu...
Masallıda dövlətə məxsus bəzi ərazilərin məşhur istirahət mərkəzi "Viləş Palace Hotel"in sahibi tərəfindən icazəsiz zəbt edildiyini xəbər vermişdik.

Qaynarinfo otel haqqında yeni məlumatlar əldə edib.

Saytımıza daxil olan məlumata görə, sözügedən otelin "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu iddia edilir. Otel rəhbərliyi "Viləş Palace Hotel"in yerləşdiyi ərazidən kənarda da iaşə obyektlər tikdirib.

Lakin tikililər icazəsiz tikildiyi üçün iş adamı dövlət tərəfindən həmin ərazilər üzrə "çıxarış" ala bilmir.

Həmçinin sözügedən əraziyə görə sabiq deputatlardan birinin iş adamı olan qardaşı ilə də mübahisə yaşanır.

Qeyd edək ki, daha əvvəl "Viləş Palace" MMC ƏMX-nın "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi barəsində məhkəməyə müraciət etmişdi. İşə Şirvan İnzibati Məhkəməsində Rəşidə Quliyevanın sədrliyi ilə baxılacaq.
Ardını oxu...
“Veysəloğlu” Şirkətinə məxsus “Qidam” brendi adı altında satılan toyuq filesindən həşərat çıxıb.
Bununla bağlı XALQ.AZ-az göndərilən məlumatda qeyd olunub ki, “Qidam” toyuq əti aldım amma açdıqda dəhşətə gəldim. O, bununla bağlı redaksiyamıza foto və video da təqdim edib. Həmçinin bildirib ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə məlumat verilib. Hazırda məsələ araşdırılır.

“Veysəloğlu” şirkətinin sahibi iş adamı Aydın Talıbovdur. “Araz Supermarket” “Oba”mağazalar şəbəkəsi bu şirkətə məxsusdur.

 
 
 
Ardını oxu...
Azərbaycan siyasətində bəzi deputatların Milli Məclisi şəxsi mülkləri kimi görmələri və parlamentdəki mövqelərini əbədiləşdirməyə çalışmaları uzun müddətdir müzakirə mövzusudur.

Seçkilər başladığı andan etibarən, bəzi namizədlərin mandatlarını təmin etmə cəhdləri və bu mövqeyi nəsildən-nəslə ötürmək istəkləri ortaya çıxır. Milli Məclisin xalqı təmsil etmək üçün nəzərdə tutulduğu halda, bəzi deputatlar bu vəzifəni şəxsi maraqlarına xidmət edən bir vasitəyə çeviriblər.

Təəssüf ki, bu tendensiya, demokratik institutların zədələnməsinə və vətəndaşların siyasətə olan inamının azalmasına səbəb olur. Millətin rifahına xidmət etmək yerinə, uzun müddət vəzifədə qalan və deputatlıq səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə edənlər cəmiyyətin inkişafına mənfi təsir göstərir.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələrin bugünkü qonağı 5 il Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilən Heydər Əsədovdur.

Axtarış alətlərində sabiq nazirin barəsində apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Heydər müəllim 5 illik nazir olduğu zamanda sözün əsl mənasında çalışdığı nazirliyi böyrü üstə qoyub. 2018-ci ildə vəzifəsindən azad ediləndən sonra o, həbs ediləcəyi ilə bağlı təşvişə belə düşmüşdü, hətta sakitləşdirici dərmanlar qəbul etdiyi haqda iddialar vardı.

Bununla bağlı yerli mətbuatda onun haqqında gedən yazını qısa şəkildə təqdim edirik:

“Belə bir vaxtda isə o, itirdiyi vəzifə, rahat kreslo axtarışına çıxmışdı. Və günlərin birində Heydər Əsədovu depressiyadan çıxaran qərar verilmişdi: O, 2019-cu ildə Dövlət Dənizçilik Akademiyasına rektor təyin olundu. Bundan sonra Əsədov düşünürmüş ki, xalqdan oğurladıqları yüz milyonların hesabını daha ondan soran olmayacaq, 5 illik talan dövrünü araşdırmayacaqlar.

Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu.

Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu.

Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə” deməkdən çəkinmədi. İş o yerə çatdı ki, cənub zonasında öz yerində taxıl deyil, daha çox gəlir gətirən sitrus ağacları əkmək istəyən sahibkarlar ölkə rəhbərliyinə üz tutmalı oldular”.

Qeyd edək ki, oxucularımızı yormamaq üçün Heydər Əsədov və onun ailə biznesləri ilə bağlı yazılan sözügedən məqaləni tam şəkildə vermədik.

İndi isə deputatlıq eşqinə düşən Heydər müəllim artıq özünü Şirvanın yiyəsi kimi aparır, rəqiblərinə qarşı hörmətsizlik etməkdən belə çəkinmir. Belə ki, Ümid Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürən Peyman Sadıqov hakim partiyadan olan rəqibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu onun plakatlarını yararsız hala salmaqda ittiham edib. Heydər Əsədovu debata dəvət edən P. Sadıqov bu hərəkətləri çirkin bir mübarizə saydığını da qeyd edib.

Heydər müəllimin macəraları bununla da bitmir. Belə ki, bundan 3 gün əvvəl Heydər Əsədov seçicilərlə görüş keçirmək qərarına gəlsə də, onun növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib. Bundan sonra Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib. Bildirilir ki, o, vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb, ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər. Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.

Hər dəfə dediyimiz kimi, bu dəfə də sözümüzün üstündə duraraq təkrar edirik ki, bu xalqın gözü tərəzidir və bu millət mütləq ki, ağı qaradan seçə bilir. İnsanlar tərəfindən sevilməyən, KTN-dəki 5 illik hakimiyyəti dövründə nazirliyin bütün strukturlarını çapıb talayan cənab Əsədov bu dəfə deputat kimi qayıtmaq niyyətindədir…

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az
 
Ardını oxu...
Bildiyimiz kimi bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

TEREF Yenigundem-az-a istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər təşviqat kampaniyalarını aktiv şəkildə davam etdirir.

Belə namizədlərdən biri də Vətəndaş Həmrəyliyi Partiyasının 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimlidir. Bir sıra uğurlu görüşlər keçirən eks spikerin müavini bir mühüm məsələni görünür yadından çıxardıb. Professor Facebook səhifəsində özünü hələ də Milli Məclisin spikeri müavini kimi təqdim edir.

Fəzail müəllim spiker muavindirsə bəs onun yenidən deputatlığa namizəd olmasına nə ehtiyac var ?

Əgər bunu texniki səhv kimi qiymətləndirməli olsaq , onu da qeyd etməliyik ki , partiya sədrinin müavini seçicilərlə keçirdiyi bütün görüşləri dəqiqliklə özünün Facebook səhifəsində paylaşır . Bu cür dəqiqlik nümayiş etdirən Fəzail İbrahimli nədənsə hələ də spiker müavinliyindən getməyi ilə razılaşa bilmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rəsmi dövlət qəzeti-Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində Elm və Təhsil nazirliyi sərt tənqid edilib.

Tribunainfo.az xəbər verir ki, qəzet Salyan rayonundan şikayətçi vətəndaşın müraciətini “Bu nə təhsil qaydasıdır, baş açmaq olmur” sərlövhəsi ilə dərc edib.

“Azərbaycan” qəzetinin məqaləsini olduğu kimi təqdim edirik:

Mən Salyan rayonunun Şorsulu kəndində yaşayıram. Kəndimizdə bir ümumi orta, bir tam orta məktəb fəaliyyət göstərir. Oğlum 9-cu sinfə kimi yaşadığımız yerə yaxın olan ümumi orta məktəbdə oxuyub.
Dərslərindən də həmişə yaxşı qiymətlər alıb. Onu da qeyd edim ki, iki il əvvəl bu məktəb üçün müasir standartlar səviyyəsində yeni bina tikilib istifadəyə verilib.
Oğlumun 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirməsi üçün kəndimizdəki tam orta məktəbin direktoruna müraciət etdik. Lakin bizə bildirdilər ki, sizin övladınız ümumi orta məktəbdə təhsil alarkən xarici dil kimi ingilis dilini öyrənib. Ona görə də onun burada təhsil alması mümkün deyil, guya bu o zaman mümkün olardı ki, oğlum rus dilini öyrənmiş olsun.
Kəndimizdəki tam orta məktəbdə həm ingilis, həm də rus dili xarici dil kimi tədris edilən siniflər olsa da, bu məktəbə ingilis dilindən təhsil alan şagirdləri qəbul etmirlər. Sözləri budur ki, var, amma öz şagirdlərimiz üçündür. Guya bu, qanunun tələbidir. Beləliklə, oğlum nisbətən yaxında yerləşən Dayıkənd, Sarvan məktəblərindən hansınasa da qəbul edilmədi, daha uzaqdakı Qızılağac məktəbinə getməyə məcbur oldu.

Bu səbəbdən övladım dərslərindən də soyudu. Təqribən 20 kilometr aralıdakı məktəbə gedib-gəlmək asan deyil. Halbuki kəndimizdəki məktəb 2 kilometrlik məsafədədir. Başa düşə bilmirik ki, şagirdi 10 dəfə uzaqda yerləşən məktəbə yönləndirmək nə deməkdir. Bu nə təhsilə uyğundur, nə də insafa. 15-16 yaşlı şagirdə belə zülm edərlərmi? Qoy bu sualın cavabını Elm və Təhsil Nazirliyi versin. Pis-yaxşı 10-cu sinfi bitirib, qalıb daha bir ili.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şahin İsmayılovun üçüncü dəfə Beyləqandan deputatlığa namizədliyini YAP-ın irəli sürməsi rayon əhalsinin ciddi etirazına səbəb olub.

Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərində YAP-ın deputatlığa namizəd göstərdiyi birinci siyahıda adı olmayan, lakin ikinci siyahıda dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən 125 şəxs arasında 83 saylı dairədən Şahin İsmayılovun təkrar Beyləqan 83 saylı dairədən III dəfə deputatlığa namizədliyi rayonda ciddi etirazla qarşılanıb.

Noyabr 2015 və fevral 2020-ci illərdə seçicilər adından saxta mandat alan, Beyləqanda deputat olduğu son 9 il ərzində, xüsusən ölkəmiz üçün ən həssas dövrdə, yəni 2020-ci ildə 44 günlük Vətən müharibəsində Beyləqanda şəhid olanların dəfnində iştirak etmədiyi, ona görə 2021- ci ildə Kəbirli kəndində şəhid ailələri, qazilər və seçicilər tərəfindən deputat kimi yerində olmayan Şahin İsmayılov kənddən qovuldu. Az sonra həmin "deputatqovma" hadisəsi Beyləqanın Təzəkənd kəndində təkrar olundu.

Şahin İsmayılov Beyləqandan deputat mandatı aldıqdan sonra seçicilərlərlə görüşməyib, onları düşündürən problemləri həll etməyə təşəbbüs belə etməyib. Rayon sakinlərinin dediyinə görə, deputat Şahin İsmayılovun, hətta rayonda seçiciləri qəbul edib, onları dinləmək üçün deputat otağı belə yoxdur. O, yalnız Bakıda özünün şəxsi biznesini inkişaf etdirməklə məşğul olur, mandat aldığı dairədə seçicilərlə görüşmür və buna görə, beyləqanlılar Şahin İsmayılovun üçüncü dəfə təkrar Beyləqandan deputat seçilməsinə qarşı etiraz edirlər.

Beyləqanlılar rayondakı bütün vəzifələrə rayonda yaşamayan, insanları yaxından tanımayan, yalnız özlərinə var-dövlət və sərvət yığan adamların təyin olunmasından çox şikayətlənir, hətta deputatın da rayon sakinləri içərisindən seçilməməsinə ciddi etiraz edirlər.

Rayonun icra başçısı, RPŞ rəisi, Prokuroru, Məhkəmə hakimləri, DTX bölmə rəhbəri, SHXÇDX-nin rəsi, Regional maliyyə şöbəsinin rəisi, Təhsil sektorunun müdiri və rayonda olan digər həlledici vəzifələrə rayondan kənar insanların təyin edilməsi, hətta deputatın da əslən Beyləqan sakini yox, Bakıda yaşayan Şahin İsmayılovun olmasına rayon əhalisi ciddi etiraz edirlər.

Bundan əlavə, Bakı sakini Şahin İsmayılovun təkrar, 3-cü dəfə YAP tərəfindən Beyləqandan deputatlığa namizəd irəli sürülməsini beyləqanlılar xeyli sayda üzvü öz sırasında birləşdirən YAP Beyləqan RT-na hörmətsizlik kimi qəbul edir.

Eyni zamanda Şahin İsmayılovun heç bir deputat fəaliyyəti göstərmədiyi iki çağırış MM-ə seçkilərdə, yəni 9 il ərzində deputat təcrübəsi, 3-cü dəfə deputatlığa namizəd irəli sürülməsi 31 il ərzində fəaliyyət göstərən YAP Beyləqan RT-nın yerli partiya üzvlərindən bir nəfər deputatı hazırlamağa qabiliyyəti çatmaması deməkdir…

Azərbaycan müstəqillik qazanandan sonra Beyləqanda deputat mandatı alan kənar şəxslərin dosyesinə fikir verin:

1) 1995 – 2000 – ci illər I və II çağırış MM-ə seçkidə – Quliyev Novruz, rəhmətlik akademik Cəlal Əliyevin sumkagəzdirəni, əslən Cəbrayıllı, Bakı sakini;

2) 2005 – 2010 – ci illər, III çağırış MM-ə seçkidə, orta təhsilli Məmmədov Səfər, yerli, əslən Qərbi Azərbaycanlı;

3) 2010 – 2015 – ci illər, IV çağırış MM-ə seçkilərdə, Bakı sakini, Qaçqınlar Fondunun rəhbəri, Quliyev Ayaz İsmayıl oğlu, əslən Qərbi Azərbaycanlı;

4) 2015 – 2024 – ci illər, V – VI çağırış MM-ə seçkilərdə, Bakı sakini, Gənclər təşkilatının sədri İsmayılov Şahin Əmir oğlu, əslən Naxçıvanlı;

5) 2024 – cü il, VII çağırış MM-ə seçkilərdə deputatlığa 3-cü dəfə namizəd, Bakı sakini, Respubıika Gənclər təşkilatənın sədri İsmayılov Şahin Əmir oğlu, əslən Naxçıvanlı…

31 il ərzində YAP-ın Beyləqan rayonunda "at oynadan" yadlardan ibarət olan yağmaçı məmurlarına, deputatlarına yaxşı baxın, həzz alın, əziz beyləqanlılar!..

Qeyd: Şahin İsmayılova saxta mandat verən, sonda korrupsiya əməlinə görə vəzifələrindən azad edilən Beyləqan RİH-in başçıları Vaqif Abdullayevin (aprel 2012 – sentyabr 2018) və Asif Ağayevin ( oktyabr 2018 – iyun 2024) ünvanına beyləqanlılar hələ uzun müddət lənət oxuyacaqlar…/Paralel.az
 
Ardını oxu...
Gəncə şəhər sakini Həsənova Cənnət Niyaz qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxslərinə etiraz edir:

“Mən, Həsənova Cənnət Niyaz qızı, bildirim ki, 59 yaşım var, tək yaşayıram. Heç kəsdən köməyim yoxdur, yataqxanada yaşayıram. Evimin şəraiti də yoxdur.

Başımla bağlı ciddi xəstəliklərdən əziyyət çəkirəm, iş qabiliyyətim yoxdur. Bunu həkim sənədləri ilədə sübut edə bilərəm. Bədənimin bəzi yerlərində “qrija” əmələ gəlib. Xəstəliklərimin sayı-hesabı yoxdur. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bunu sübut etmək qeyri-mümkündür.

Gəncədə xəstəlik kağızları “od qiymətinə” satılır. Ciddi yoxlanış olsa görərlər ki, şəhərin 50-60 faizi qrupla pensiyaya çıxıb. Yəqinliklə deyirəm ki, həmin şəxslər heç bir qrupa layiq deyillər. Gördüklərim bunu mənə bir daha sübut edir.

Onu da bildirim ki, ürəyim də artıq mənimlə “savaşa başlayıb”. Yəni o da yaşamaq üçün mənə “savaş açıb”. Müalicə etməliyəm, imkan yoxdur. Bu qədər xəstəlikləri olan kimsəsiz qadına heç bir yardım olunmur. Nazirlik o qədər sağlam adama əlillik dərəcəsi verib ki, həqiqi əlillər qıraqda qalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sualım var. Mənim bildiyimə görə, əlillik dərəcəsi verilən şəxslər xəstə olmalıdır. Harda, hansı qanunda yazılıb ki, sağlam şəxslərə əlillik verilməlidir? Qanun bunu deyirsə, belə çıxır ki, illərim boşa gedib. Kaş, sağlam vaxtı mən də pulumu verib, hansısa qrupu almış olardım.

2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı, Gəncə Səhiyyə İdarəsinin göndərişi Respublika Klink Xəstəxanasında müalicə aldım. Oradan mənə sənəd verdilər ki, iş qabiliyyətim yoxdur. Gəncə şəhərində isə məndən istənilən məbləğə gücüm çatmır, bu səbəbdən də xəstəliklərimi təsdiqləmirlər.

Aprel ayının 11-dən iyul ayının 16-na kimi xəstəxanada yatdığım müddəti 20 gün kimi yazıblar”.

Haşiyə olaraq qeyd edək ki, 6 ay öncə Mehralıyeva Anarə Paşa qızının 1-ci qrup əlilliyinin saxta olduğu haqda redaksiyamıza məlumat daxil olmuşdu. Qarşı tərəfi qanunsuz yolalrla əlillik almaqda ittiham edən mənbə bildirirdi ki, Anarə Mehralıyeva əlillik dərəcəsini qohumunun vasitəsilə alıb. Yənin onun “ömürlük əlil” təyin olunmasına səbəb qohumu olub. Məsələ ilə bağlı nazirliklə əlaqə yaradıb, məlumatı dəqiləşdirmək istədik. 6 aylıq araşdırmadan sonra nazirlik adıçəkilən xanıma 2-ci qrup əlillik dərəcəsi təyin edib.

Təəssüflə qeyd edirik ki, belə neqativ hallar çoxdur. Bu kimi insanlar komissiyadan necə keçir və yaxud kimlər keçirir, bütün bunlar araşdırılmalı və ciddi nəzarət olunmalıdır.
 
 
 
Ardını oxu...
"Uzun müddət Yavada Niderland Hindistanının (İndoneziyanın) müstəmləkə aparatında məmur kimi xidmət etmiş niderlandlı Eduard Daues Dekkerin 1859-cu ildə “Maks Havelaar və ya Niderland ticarət cəmiyyətinin qəhvə hərracları” (“Max Havelaar of de koffiveilingen der Nederlandsche Handelmaatschappy”) kitabı çapdan çıxdı. Özünə Multatuli (“əzabkeş”; latın dilindəki multa tuli “çox əzab çəkdim” ifadəsindən) ləqəbi götürmüş Dekker Niderland məmuru olmasına baxmayaraq, bütün xidməti müddətində indoneziyalıların həyatının yüngülləşdirilməsinə çalışmışdır. Lakin bu fəaliyyətində o, müstəmləkə hakimiyyətinin və yerli feodallrın müqaviməti ilə qarşılaşdığından tutduğu rezident köməkçisi vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Çap etdirdiyi həmin kitabda Dekker müstəmləkəçiliyi ifşa edir, əzilən, istismar olunan insanların müdafiəsinə qalxırdı. İstefasından sonra ehtiyac içində yaşamağa məhkum olsa da, o, əqidəsindən dönməmişdi". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Həmin dövrün müstəmləkə Niderland Hindistanını xatırladan Azərbaycan Dillər Universitetinin əzilən, istismar olunan əməkdaşlarının Multatulisi olmaq da, görünür, mənim taleyimə yazılıbmış. Əlbəttə, hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə yol tapmış, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva kimi himayədarı olan müstəmləkəçi rektor Kamal Abdullayev istibdadı ilə mübarizə aparmaq o qədər də asan deyildir. Bununla belə, onu ifşa etmək fəaliyyətimi, onun iç üzünü bütün təfərrüatı ilə açıb ictimaiyyətə göstərmək işimi davam etdirirəm. Bütün bunlar çapa hazırlanmaqda olan “Kamalnamə və ya bir rektorun diplom hərracları” kitabımda əksini tapacaqdır.
Bu kitabda Kamal Abdullayevin təkcə despotik rektorluğu, diplom alveri, deyil, həm də elmi və ədəbi fəaliyyətindəki saxtakarlığı, ideya oğurluğu, saxta akademikliyi də geniş təsvir olunacaqdır.
Bu yazıda onlardan bəzi məqamlara toxunacağam.
Dəqiq xatırlamıram, 1983-cü, ya da 1984-cü il olardı. Həmin dövrdə mən Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin dissertantı idim. Bir dəfə əvvəllər müəllimim olmuş, o vaxt isə elmi rəhbərim olan A.K.Oqloblin Fransadan qonağı olacaqını dedi və məni şam yeməyinə evinə dəvət etdi. Axşam görüşərkən məlum oldu ki, qonaq qiyabi olaraq tanıdığım, İndoneziya ədəbiyyatı üzrə mütəxəssis Anri Şamber-Luardır (Henri Chambert-Loir). Çox maraqlı söhbətimiz oldu. Söhbət zamanı Anri dedi ki, siz – Sovet adamları çox xoşbəxtsiniz. Nəyə görə belə düşündüyünü soruşanda o, gözləmədiyimiz, lakin çox maraqlı bir çavab verdi: “... çünki necə yaşadığınızı bilmirsiniz”.
Kamal Abdullayevin Azərbaycan dilində yazı tərzi, özünün bu barədə fikirləri mənə Anrinin həmin o cavabını xatırladır. Mənə elə gəlir ki, Kamal Abdullayev Azərbaycan dilində necə yazdığını özü dərk etmir və elə bu səbəbdən ona elə gəlir ki, normativ Azərbaycan dili məhz onun yazdığı və danışdığı dildir.
Belə bir deyim var: “Utanmasan, oynamağa nə var?!” Kamal Abdullayevdə nə utanmaq vardır, nə də təvazökarlıq. Ona görə də 2023-cü ilin 21 iyulunda kulis.az saytına verdiyi müsahibədə utanmadan “Mənim dilimə iradı olanın Azərbaycan dilindən xəbəri yoxdur”, “Mən özümü dilimizin zadəganlarından hesab edirəm” deyir. Bərəkallah!”. 24 il ərzində hələ Azərbaycan əlifbası ilə yazmağı öyrənə bilməyən, “yəni” bağlayıcısından sonra vergül qoyan, elmi üslubda cümlələrinin çoxunu “və” birləşdirmə bağlayıcısı ilə başlayan, tire ilə defisi, onların funksiyalarını ayırd edə bilməyən, durğu işarələrinin işlənmə məqamlarından xəbərsiz olan bu akademik utanmadan özünü Azərbaycan dilinin zadəganı adlandırır. Əyanilik üçün onun “Azərbaycan dili sintaksisinin nəzəri məsələləri” kitabının 2016-cı ildə yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşrinə baxaq. Həmin kitabın təkcə 7-ci səhifəsində yuxarıda sadaladıqlarımın hamısını görmək olar:
“...Yəni, cümlə və mürəkkəb sintaktik bütöv – ünsiyyət vasitəsinin bu iki amili ...”
“Və məhz bu kitabda təqdim edilən şəkildə ayrılma (mürəkkəb cümləyə və tabeli mürəkkəb cümləyə) bizə belə gəlir ki, sintaktik səviyyənin dil aspektindən dolğunluğunu təmin edir”.
“Bu o məqsədlə edilmişdir ki, ...”
Amma bununla belə, monopredikativlik anlayışının ...”.
Kamal Abdullayevin Azərbaycan dilinin qaydalarından xəbrəsizliyini nümayiş etdirən belə nümunələri bütün kitab boyu görmək olar.
Məsələn:
“Və bu inkar öz-özlüyündə ...” (s.9)
“Və biz oxucunun da görəcəyi kimi, ...” (s.9),
“Yəni, məzmuna uyğun formanın (və pozisiyanın) əldə edilməsi ...” (s.27),
“O məktubu yazır” (s.58),
“O sənə yalvarır” (s.60).
Belə səhvlər, kitabda minlərlədir.
Özünü “Kitabi-Dədə Qorqud”un bilicisi hesab edən Kamal Abdulla hələ başa düşə bilməyib ki, “kitab” elə “dastan” mənasında işlənir. O isə yazır: “Məsələn, Azərbaycan ədəbi dil abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarını götürək” (s.222).
Kamal Abdullayev hələ onu da başa düşə bilməyib ki, “koqeziya” (s.289 və s.) rus dilindədir. Azərbaycan dilində ona “koheziya” deyilir.
Yazdıqlarım dəryadan bir qətrədir. Budur Kamal Abdullayevin normativ dili, budur Kamal Abdullayevin Azərbaycan dilinin zadəganı olması. Başqa bir sahənin mütəxəssisi olsaydı, bəlkə də, bunu ona bağışlamaq olardı, amma o, Azərbaycan dili mütəxəsisisdir və öz dilini Azərbaycan dilinin standartı hesab edir.
Kamal Abdullayevin normativ hesab etdiyi dilinin daha bir tərəfinə baxaq.
2023-cü ilin 10 aprelində APA-ya verdiyi müsahibədə Kamal Abdullayev deyir: “Fitri istedadın arxasında hökmən ingilis dili, rus dili durmalıdır”. Bərəkallah! “Fitri” sözü ərəb mənşəlidir (فطرى) və “yaradılışca xas olan, təbii” mənasında işlənir. Kamal Abdullayevin dediyindən belə çıxır ki, gələcəkdə fitri istedadı üzə çıxacaq uşaq artıq ana bətnində hökmən ingilis dilini, rus dilini bilməlidir. Başqa sözlə, məsələn, Mirələm Mirələmov ingilis dilini, yaxud rus dilini bilmirsə, onun muğam oxumaq istedadı fitri deyildir. Vallah adam bilmir ki, bu fikrə ağlasın, ya gülsün, ya bu sözləri xəstə təxəyyülün məhsulu, sayıqlama hesab etsin..."

DAVAMI VAR...
Ardını oxu...
98 saylı Bərdə Tərtər seçki dairəsində deputatlığa namizəd Xanlar Fətiyev Seçki Məcəlləsinin əsas müddəalarını pozaraq, qeyri qanuni üsullara əl ataraq seçki təbliğat və təşviqatımıza mane olmağa çalışır , öyrədilmiş təxribatçı şəxsləri görüşlərimizə göndərərək görüşlərimizi pozmağa cəhd edir.

Pravda.az-ın xəbərinə görə, bunu həmin seçki dairəsi üzrə namizədliyi qeydə alınan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev bildirib.

"Xanlar Fətiyevə xəbərdarlıq edirəm və ona bildirirəm: qanunun tələblərini pozma, Seçki Məcəlləsinin qaydalarına riayət et və xalqın səsini qazan. Digər qanunsuz fəaliyyətlərini kənara burax. Əks halda qanun qarşısında cavab verməli olacaqsan. Xanlar Fətiyevin "təbliğatçıları" polisin adını və rayon rəhbərliyini ləkələməyə, onların adından vətəndaşlara, bizə dəstək verən insanlara hədə qorxu gəlir, şantaj yolu ilə onları bu yoldan çəkindirməyə çalışırlar. Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər müəllimin, Bərdə Rayon İcra Hakimiyyətimin başçısı Vidadi İsayevin adı ilə sui-istifadə edərək vətəndaşları bizə dəstək verməkdən çəkinməyə məcbur edirlər. Xanlar Fətiyevi bu yoldan çəkinməyə, qanunsuzluğa yol verməməyə səsləyirəm, əks halda seçki qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmaq, birbaşa seçki məcəlləsinin pozulması, seçki prosesinə birbaşa müdaxilə halı kimi dəyərləndirilərək məsuliyyət daşıyacaq", - o qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti