Ardını oxu...
Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manşet.Az-a açıqlama verib.

"Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.
 
Ardını oxu...
“Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində sakinlər içməli suya möhtac qalıblar. Düşünün ki, 21-ci əsrdə Bakının əsas kəndlərindən birində su yoxdur” .

Tribunainfo.az məlumat verir ki, bunu 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Gələcək Azərbaycan Partiyasının deputatlığa namizədi Aslan Həmidli bildirib. Onun sözlərinə görə,

illərdir Maştağa ərazisinə vəkillik etmiş şəxsə müraciətlər edilsə də, heç bir reaksiya olmayıb: “Vətəndaş seçmədiyi deputatın üzünü illərdir görmür.

Maştağanın böyük hissəsi Eldar Quliyev tərəfindən alınıb. Maştağada olan kafelər, restoranlar, çayxanalar, ət dükanları və s obyektlərin tək sahibi Eldar Quliyevdir.

Sosial sorğularda onu göstərir ki, xalq Eldar Quliyevi qəti şəkildə istəmir. Gələn il 74 yaşına girəcək olan Eldar Quliyevin nə etmək istədiyini heç özü də bilmir…”

Qeyd edək ki, bu dairədən deputat Eldar Quliyev yenidən namizəddir.
Ardını oxu...
1 Sentyabr- parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası bir neçə gündür ki, davam edir.

Prosesə qatılan YAP başda olmaqla ölkənin əksər siyasi partiyaları ilə yanaşı müstəqil namizədlər də seçicilərlə görüşür.

Deputatlığa namizədlərin seçicilərlə görüşündə bir məqam xüsusi diqqəti çəkir.

Belə ki, kiçik seçici qrupları ilə görüşdə məntiqlə həmin şəxslərin problemlərinin öyrənilməsi, buna dair vədlərdən danışılmalı olduğu halda ancaq sosial şəbəkələrdə yayılan məlumatlarda başqa şeydən söhbət gedilir.

Məsələn 123 Saylı Kəlbəcər Seçki Dairəsindən hökumətin dəstəklədiyi namizəd Mircəlil Qasımlı özünün seçicilərlə görüşündə yalnız 44 Günlük Müharibədən bəhs edir.

Hara gedir, eyni yazılı çıxışı oxuyub oradan aralanır.

Sanki torpaqları o azad edib və bu onun şəxsi uğurlarına yazıldığından özünün piarında istifadə edir.

Sitat: “Mircəlil Qasımlı bildirmişdir ki, 44 Günlük müharibədə Azərbaycan öz suverenliyini bərpa etdi, torpaqları işğaldan azad etdi. Artıq ölkəmizdə başqa bir dövr- həmin ərazilərin bərpası gündəmdədir”.

Bunu acqarnına AzTV-dən onsuz da hər gün eşidir.

Sənin işin vəkili olmaq istədəyin insanın problemlərini öyrənmək, hansısa vəd verməkdir.

Ancaq Mircəlil əlində aidyyatı orqanlara vurduğu teleqram və şikayət ərizələrinin bir topa qəbzi ilə yanına gələn seçicinin maraqlarını kənara atır.

Məsələn o, deyə bilər ki, mən deputat olanda ayrı-ayrı özəl ali məktəblərdə təhsil alan kəlbəcərli tələbələrin təhsil haqlarında müyəyyən güzəştlər üçün həmin təhsil ocaqlarının rəhbərliyindən şəxsi xahişdə buluna bilərəm.

Yaxud, mıhkəmə-hüquq sisteminin qeyri-adekvat münasibəti ilə üzləşən həmyerlilərinin probleminə biganə qalmayacağına dair vədlər verə bilər.

Bu sadəcə bir nümunədir.

Təəssüf ki, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və digər namizədlər kimi təşviqat kampaniyası aparan yoxdur.
Gununsesi.info
 

Ardını oxu...
Şamaxı rayon sakini Elmira Hüseyinova deyir ki, oğlu həyat yoldaşından ayrıldıqdan sonra, məhkəməyə müraciət edərək ona məxsus olan torpaqda tikilmiş sənədsiz evdən pay tələb edib.

Dia-az.İnfo xəbər verir ki, şikayətçinin sözlərinə görə Şamaxı rayonunun hakimi Natiq İsmayılaov rüşvət qarşılığında gəlninin iddasını təmin edib, və sənədsiz evi 30 min manat dəyərində qiymətləndirərək, gəlninlə 15 min manat pul verilməsi ilə bağlı qərar qəbul edib.

Elmira Hüseyinova bu qərarı qanunsuz hesab edir və bu məsələnin araşdırılmasını xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
2023- cü ilin mart ayında aşbazlara ərizə yazdırıb dövlət bağçasından azad edib "El Oba QSC" MMC şirkətinə qəbul etdilər. Vaxtı- vaxtında əmək haqlarını ödəmirdilər. 40 dərəcə istidə isti peçin qarşısında 200 uşağa yemək hazırlıyan aşpazların 2 aydı əmək haqlarını ödəmirlər. İşçilər bildirir ki, dövlət bağçasının balasında olan mətbəxin yenidən qurulmasını istəyirlər. Maaşların verilməməsi ilə əlaqədar MMC-yə müraciət edilmişdir. MMC-dən məlumat verildi ki, Təhsil Nazirliyi onların maaşlarını vermir. Əgər Təhsil Nazirliyi aşpazların müavinətini verirdisə, bəs niyə MMC şirkəti Nazirlik ilə razılşama edib bu işi götürüb? İşçilərin də təklifi budurki, onları əvvəlki iş yerlərinə qaytarsınlar. Əks halda cənab prezidentə müraciət edəcəklər.(tehsilmedia)
Dia-az.İnfo xəbər verir ki, Keçən ilin məlumatına görə, Elm və Təhsil Nazirliyi Təchizat İdarəsi tərəfindən “EL-OBA” QSC ilə 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 11.109.016,17 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 20.02.2023-cü il tarixdə açıqlanıb.
Qeyd edək ki, Bakı şəhəri Nizami rayonunda 34, Nərimanov rayonunda isə 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 173 578 manat vəsait ayırıb.
“EL-OBA” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev 6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Maşalla oğlu Niftiyevdir. Elektron mediada QSC nin illik maliyyə hesabatları yayılıb. Göstərilir ki, “El-Oba” QSC 2022-ci ili 446 min manat xalis mənfəət ilə yekunlaşdırıb. 2021-ci ildə şirkətin xalis zərəri 339 min manat təşkil etmişdir. Şirkətin bina, qurğu və avadanlıqların amortizasiyası üzrə gəlir və xərcləri 8 561 manat olub. Əvvəlki il bu göstərici 9 137 manat təşkil edib. “El-Oba” QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə “El-Oba” QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı 2022-ci ilin dekabr ayına olan məlumatda qida təhlükəsizliyi qeydiyyatından imtina edilən sahibkarlıq subyektləri haqqında məlumatda “El-Oba” QSC-nin də adı keçir. Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə “El-Oba” QSC-nin ictimai iaşə xidməti göstərməsinə icazə verilməyib. Cəmi bir ay sonra QSC iaşə xidmətinin göstərilməsi ilə bağlı 11 milyon manat dəyəri olan tender udub.
Yəni göründüyü kimi, bu qurumun yetərincə gəlirləri olsa da, nədənsə 9işçi maaşlarını verməkdə problem yaşayır və bu işdə ETN-i günahkar kimi təqdim edir...
Ardını oxu...
Azərbaycanda dələdzuluq işi ilə məşğul olan bəzi şəxslərə dövlət vəzifəsində işləyən məmurların himayə etməsi barədə müxtəlif məlumatlar mövcuddur.
AzFakt.com-a daxil olan məlumata görə belə məmurlardan biri də Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Belə ki, gömrük işçisinin vəzifəsindən istifadə edərək Sadıqova Lyudmila Adil qızı adlı bir dələduz xanımı himayə etdiyi iddia edilir. Qeyd edək ki, adı dələduzluqda hallanan Lyudmila Sadıqova son işlədiyi yerdə sahibkarın 50 min manata yaxın vəsaitini mənimsəyərək qaçıb.
Bildirilir ki, Lyudmila Sadıqova əməlləri barədə hüquq mühafizə orqanlarına şikayətlər edilməsinə baxmayaraq, hansısa gizli əl onu törətdiyi cinayət əməlinin cəzasından yayınmağa köməklik edir. Məlumata görə Lyudmila Sadıqovanı himayə edən məhz Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Deyilənə görə Lyudmila Sadıqova hazırda Lənkəran rayonunda yaşayır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bizim dairədən vətəndaşlarla görüşləri təkcə mən keçirirəm. Bu görüşlər icra hakimiyyətinin təşkil etdiyi görüşlər deyil. Canlı və real görüşlərdi. Bu ərazilərdə, xüsusilə Xəzər rayonu Binə qəsəbəsi, Qala qəsəbəsində əsas problem sudur. İnsanlar susuz qalıb. Bakıda, paytaxt şəhərdə, XXI əsrdə su problemi olmamalıdır. Xəzər rayon icra başçısı problemi atır “Azərsu”yun üstünə, “Azərsu” atır icra başçısının üstünə. Təsvir edin, “Azərsu” nümayəndəsi gəlib bildirib ki, sizin küçədə şəhid yoxdu deyə bura su çəkmirik. Bu deyiləcək sözdü? Bu dərəcədə biabırcı vəziyyətdir.

Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 13 saylı Xəzər İkinci Seçki Dairəsindən deputatlığa namizədi Əhəd Məmmədov bildirib. O qeyd edib ki, burada insanlar icra hakimiyyətindən, “Azərsu”dan şikayətçidirlər: “Su yox, yol problemi bitmək bilmir, bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər deyir, ayrı-seçkilik edirlər, hansı küçədə şəhid varsa, oranı düzəldirlər, yol çəkirlər. Bundan əlavə, qeydiyyatsız evlər çoxdur. Sakinlər heç bilmirlər ki, küçələri necə adlanır. Sabah bu insanlar harada, necə səs verəcək? Mən artıq neçənci görüşdür ki, keçirirəm, ancaq bu problemlərdən danışılır.
Minimum rəqabətli seçki olsa, şəffaf keçirilsə mən özümün seçiləcəyini düşünürəm. Bu təkcə özümə aid deyil, AĞ Partiyanın Xəzər rayon təşkilatı partiya daxilində ən güclü təşkilatlardandır. Bizim Xəzər rayonu təşkilatımız hələ seçkidən əvvəl suya görə 2 min imza yığmışdı. Yəni bu rayonda bizim partiyanı yaxşı tanıyırlar. Liderimizin də populyarlığı, özümüzün fəaliyyəti şanslarımızı artırır”.

Rəqibləri barədə danışan Ə.Məmmədli bildirib ki, bu dairədə bir real rəqibim var, o da Gülşən xanım Paşayevadır: “Onun isə heç bir fəaliyyəti yoxdur. Dostlar bir videosunu göstərdi mənə ki, onu da icra başçısı təşkil edib. Ağ avtobusla, ağ səliqəli geyinmiş uşaqlarla qapalı bir yerdə görüş keçirib. Orada məlum məsələdir ki, müəllimləri və sair yığıblar. Bu xanım seçicilərlə bir dəfə də görüşməyib. Qapalı yerdə, icra başçısının təşkil etdiyi görüş görüş deyil. Bu, inzibati resursların hesabına təbliğat görüntüsüdür.

Mən mediadan da istifadə edərək Gülşən xanım Paşayevanı debata çağırıram. Harada istəyir görüşək, yeri də özü seçsin, hətta öz istədiyi jurnalisti moderator seçsin, debata çıxaq. Xəzər rayonunun problemlərindən tutmuş Respublikanın problemlərinə qədər danışaq, debat edək. İnsanlar da tanısın, qiymət versinlər”.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi (DGK) və "Araz Supermarket" MMC arasında məhkəmə çəkişməsi davam edir.

Komitənin iddiası ilə bağlı növbəti proses Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə avqustun 28-də keçiriləcək.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.

Dünyapress TV

Xəbər lenti