Ardını oxu...
Sumqayıtın Corat bağları, General Məhəmməd Əsədov küçəsində çirkab su küçə boyunca axır.

Xezerxeber.az-ın məlumatına görə, çirkabın axıdılması üçün ödəniş alınsa da, xidmət göstərilmir. Kanalizasiya xəttinin düzgün işləməməsi ərazini keçilməz hala salıb, çirkab küçə boyunca axır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, özləri küçəyə illər öncə kustar üsulla xətt çəksələr də, sonradan əhali sayı artdığına görə, borular yükləməyə tab gətirməyib. Hazırda 100-ə yaxın ailənin yaşadığı küçə xoşagəlməz haldadır.

Sakinlərin sözlərinə görə, ərazi “Azərsu ASC”nin Bağlar su-kanal idarəsinin balansındadır.

Problemlə bağlı dəfələrlə aiddiyyəti orqana müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsindən bildirilib ki, sakinlərin haqlı şikayəti çox qısa vaxt ərzində həll ediləcək.

Kustar üsulla çəkilən kanalizasiya xətləri əhali sayı nəzərə alınmaqla yeniləri ilə əvəzlənəcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Baxımsız vəziyyətdə olan yol...

Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunun Məmmədli kəndinin yolu uzun illərdir baxımsızlıqdan bu hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, Məmmədli kəndinə qədər olan yeddi km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də, sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.

Məmmədli kəndi Bərdə rayonunun ən ucqar yaşayış məntəqələrindən biridir. Kəndlə şəhər mərkəzi arasındakı məsafə 40 km-dən çoxdur. 200 fərdi yaşayış evi olan kənddə 1000 nəfərə yaxın sakin yolsuzluqdan əziyyət çəkir.

Sakinlər şəhər mərkəzinə tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 43 saylı Yol İstismar İdarəsindən bildirib ki, sözü gedən avtomobil yolunun bərpası ilə bağlı aidiyyəti üzrə məlumat verilib.

Dövlət proqramı əsasında yolun bərpası nəzərdə tutulub və vəsait ayrılan kimi avtomobil yoluna asfalt örtüyü çəkiləcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Millət vəkili İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının idarə etdiyi avtomobilin idarəetməni itirməsi nəticəsində ağıryol nəqliyyat hadisəsi baş verib.

6 avtomobilə ziyan dəydiyi bildirilir. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Şahidlərin bildirdiyinə görə hadisə törədən şəxs öz avtomobilini ərazidə qoyaraq qaçıb.Amma qəza barədə hələ ki, heç yerdə məlumat yoxdur. Orxan Nərimanlının yaxınları da xəbəri təsdiqləyib.

Nəzərinizə çatdırım ki, Orxan Nərimanlı Heydər Əsədovun kürəkənidir.

Bas vermiş hadisə ilə bağlı Orxan Nərimanlının barəsində 511.3- ci maddə ilə 2 ay həbs qəti imkan tədbiri seçilib./7News.Az
 
Ardını oxu...
Bir müddət öncə Azərbaycanın Rumıniyadakı səfiri təyin olunan Qüdsi Osmanovun son vaxtlar xüsusi olaraq reklam edilməsi səbəbsiz deyilmiş. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin keçmiş magistri Qüdsi Osmanovun karyerasında kəskin yüksəliş gözlənilir. Onun bu yaxınlarda Azərbaycan xarici işlər nazirinin təyin oluna bilər. Məlumatda qeyd olunur ki, bu təyinatda Rusiya ilə yanaşı Azərbaycan hakimiyyətində söz sahibi olan qruplaşmalardan biri, həm də etnik prinsiplər üzərində formalaşmış qrup Qüdsi Osmanovun xarici işlər nazirinin müavini təyin olunmasında maraqlıdır.
Qüdsi Osmanovun Rusiya bağlılığı
Qeyd edək ki, 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş Qüdsi Osmanovun demək olar ki, bütün şüurlu ömrü Rusiya ilə bağlıdır. Keçmiş SSRİ-nin ordusunda hərbi xidmətlə yanaşı Qüdsi Osmanov ali təhslini də Rusiya, keçmiş Leninqirad, indiki Sankt-Peterburq şəhərində alıb. Rəsmi tərcümeyi-halında göstərdiyi məlumata görə, Elmar Məmmədyarovun gələcək müavini əvvəlcə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini, sonra isə Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının “Beynəlxalq iqtisadiyyat” fakültəsinin magistraturasını bitirməsi isə Qüdsi Osmanovun Şimal qonşumuzun diplomatik kadrı olmasından xəbir verir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının məzunlarının Moskvanın maraqlarının əleyhinə getməsi, Rusiyanın əleyhidarına çevrilməsi hallarına faktiki olaraq rast gəlmək mümkün deyil. Akadmiya məzunlarına alışan Rusiyanın maraqlarını özlərinin şəxsi maraqlarından belə üstün tutmaq refleksi aşılanır.
Məlumata görə, Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının pedoqoji heyəti məzunlarının Moskvaya xüsusi xidmət orqanlarının Andropov Akademiyasının məzunlarından daha sədaqətli olması ilə xüsusi qürur hissi keçirir və bunu virğulamaqdan qürur duyurlar. Buna görə, Azərbaycanda bir çoxları haqlı olaraq Qüdsi Osmanovun Azərbaycanın maraqları ilə Rusiyanın maraqları toqquşan zaman Bakının maraqlarını Moskvanın maraqlarından üstün tutacağına şübhə edirlər.
Ardını oxu...
Ukrayna təbliğatı edən səfirin Ukrayna xəyanəti
Son vaxtlar Ukrayna olayları ilə bağlı səfir Qüdsi Osmanovun reklam işlərinə rəğmən onun zamanında Ukraynanın ərazi bütövlüyünə sayğısızllıq göstərməsi faktı da var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir il öncə Ukrayna Baş Prokurorluğu, işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş, Azərbaycanın Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib. Bu barədə Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçekno mətbuata məlumat verib. Həmin məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Azərbaycanın Molodovadakı Səfiri Qüdsi Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, Rusiya Prezidenti V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi barədə informasiya müəyyən edilmişdir.
6 fevral 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədovun, Rusiya və Azərbaycan vətəndaşı, Azərbaycanın Moldovadakı Səfiri vəzifəsini tutan, 16 fevral 1966-cı ildə doğulmuş, Qüdsi Dursun oğlu Osmanov barəsində, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinə (Ukraynanın ərazi bütövlüyünə və milli suverenliyinə qəsd) uyğun olaraq araşdırma başladılması üçün, Ukrayna Baş Prokuroru, xanım, İ.Venediktovaya, Ukrayna Təhlükəsizlik Xidmətinin Sədri İ.Bakanova, MN Baş Kəşfiyyat İdarəsinin Rəisi K.Budanova və Xarici İşlər Naziri D.Kulebaya göndərdiyi rəsmi məktublar əsasında xüsusi və məxfi araşdırma aparılmasına qərar verilmişdir. Həmiçinin 11 fevral 2021-ci tarixdə Ukrayna Baş Prokuroluğu Krım Muxtar Respublikası Prokurorunun müavini N.Süleymanova əlavə olaraq tədqiqat aparılması üçün üçün xüsusi təlimat da verilib.
Oğru elə bağırır ki…
Azərbaycanın müasir diplomatik xidmət sistemində ilk dəfə belə bir hadisə baş verir: bir ölkədəki səfir başqa ölkələrdə Azərbaycan Respublikasını təmsil edən fövqəladə və səlahiyyətli səfir həmkarlarını sərt tənqid edir, üstəlik, qeyri-etik ifadələrlə onları aşağılayır. Söhbət Moldovadakı səfir Qüdsi Osmanovun təəccüb doğuran və birmənalı qarşılanmayan çıxışından gedir. Bir neçə gün əvvəl İstanbul hava limanında (!) Ukraynadan təxliyyə olunmuş həmvətənlərimizlə görüşən səfir Azərbaycanın Türkiyədəki Səfirliyində çalışanları nəzərdə tutaraq “onların hamısı öz cəzasını alacaq, dövlət heç kimi boş buraxmır, dovşanı arabayla tutur. Əgər dünən burada bir əclaf sizi qarşılasaydı, düzgün söhbət etsəydi, indi burada problem olmazdı. Xeyli adam Bakıya çatardı…”, deyib.
Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, onun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir. Azərbaycanın Moldova Respublikasındakı səfiri, yaxın zamanlarda ölkənin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərindən birinə çevrilməsi gözlənilən Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqalları heç bir şərh vermədən cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışara, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar. 2011-ci ilin Novruz bayramında da Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü”. Bəs belə “cəsarətli” bəyanat verən dipıomat özü kimdir?Bu və digər iddialarla bağlı videokadrları da diqqətinizə çatdırrırıq:

“Beşinci kalon” izi..
Belə görünür ki, yuxarıda sadalanam məqamlar Qüdsi Osmanovun nazir müavini təyin olunmasına çalışan qruplaşmanı narahat etmir. Qüdsi Osmanovun regionçuluq prinsipləri əsasında mənsub olduğu hakimiyyət daxili qruplaşma isə özünün kadrlarını ali hakimiyətdə daha çox mövqelərə yerləşdirməkdə o qədər israrlıdır ki, kadrların Azərbaycan milli dövlətçiliyinə bağlılığının olub-olmamsına önəm vermir. Hətta bəzi siaysətçilər etnik prinsiplər əsasında formalaşan bu qruplaşmanın Azərbaycan milli dövlətçiliyi anlayışından çox uzaq olduğunu dəfələrlə bəyan ediblər. Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, onun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir. Azərbaycanın Moldova Respublikasındakı səfiri, yaxın zamanlarda ölkənin Xarici İşlər Nazirliyinin rəhbər şəxslərindən birinə çevrilməsi gözlənilən Qüdsi Osmanovun adının hallandığı ciddi qalmaqalları heç bir şərh vermədən cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “2015-ci ildə Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov rus qızlarına “padxod etmə görüntüləri ilə mətbuatın gündəminə gəlmişdi. İddia olunurdu ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır. Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışara, dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar.
Erməni separatizmindən qorxu və PKK ilişkisi…
Qüdsi Osmanovla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımızda o da məlum oldu ki8, 44 günlük Vətən müharbəsi zamanı Azərbaycanın Moldovadakı Səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyib. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya siyasi elitası, Rusiya xüsusi xidmət orqanları ilə əlaqalərinin artıq sübüt edilməsinə ehtiyac yoxdur. 28 avqust-5 sentyabr 2020-ci il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”-nın qondarma “parlamentinin” sədri Artur Tovmasyan Yerevan-Moskva-Kişiney hava yolu və Kişinyov-Tiraspol quru yolu ilə Moldova Respublikasının ərazisindən keçməklə, qondarma “Dağlıq Respublikasının” vəzifəli şəxsləri olan 10 nəfərlik nümayəndə heyəti ilə qondarma “Prednestrovye Moldova Respublikasına” səfər edərək 2 sentyabr, separatçı “Prednestrovyanın” müstəqillik günündə nümayişkəranə sürətdə iştirak etmişlər, bunu Ermənistan, Moldova və Rusiya mətbuatında geniş yayımlamışlar. 31 avqust 2020-ci il tarixində isə qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “parlamnetinin” sədri” Artur Tovmasyan qondarma “Prednestrovye Moldova Respublikasının” prezindenti vadim Krasnoselski ilə rəsmi olaraq görüşür, bu tədbir Moldova, Rusiya və Prednestrovye mətbuatında geniş yayımlanır. Səfər və tədbirlər birbaşa Azərbaycanın milli suverenliyinə qarşı yönəlmiş bir tədbirə çevrilir. Lakin Qüdsi Osmanov bu səfərə məqsədyönlü şəkildə, heç bir halda mane olmur, ümumiyyətlə Moldova Respublikası dövlət qurumları qarşısında heç bir etiraz mövqeyi səqrgiləmir”.
 
 
 
Ardını oxu...
"Dərdimiz bir deyil... iki deyil... Bu yaxınlarda daha bir qanun pozunusunun şahidi olduq". Dia-az.info bildirir ki, bu barədə "Azneft" İsehsalat Birliyinin fəhlələri adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri bildirir: "Novruz Bayramı ilə əlaqədar olaraq hər il bizə biletlər və hədiyyələr verilirdi. İndi son 2 ildir ki, biz işçilər heç bir bayram bileti almırıq və ancaq hədiyyələr verilir.

Keçən həftəsonu Həmkarlar Təşkilatında işləyən nümayəndəyə bildirdim ki, biz hər il həm bileti həm də hədiyyələri alırdıq... indi niyə verilmir.

Mənə bildirildi ki sizin idarənin həmkarlar nümayəndəsi bildirib ki bizim işçilər uşaqları konsertə aparmır deyə ancaq hədiyyələr verilir.

Bu məsələ qanuni qaydada necə olur... Əslində bu aşkar şəkildə yeyinidir. Konsertin pulunu ciblərinə qoyurlar..."
 
Ardını oxu...
Baş Prokurorluq bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyərkən vətəndaşların diqqət yetirməli olduğu məqamlarla bağlı müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri mütəmadi olaraq təhlil edilir və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, gələcəkdə baş verməməsi, korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməkdədir. Müraciətlərin bir hissəsindən görünür ki, vətəndaşların narahat edən məsələlərdən biri də üzərində bələdiyyə mülkiyyəti olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi zamanı qarşılaşılan korrupsiya ilə əlaqədar hüquqpozmalardır:

"Odur ki, xoşagələməz hadisələrin qarşısının alınması üçün vətəndaşların bu sahədə bir sıra zəruri məlumatları bilmələri faydalı olardı. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. "Bələdiyyələrin status haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, bələdiyyələr milli qanunvericilik əsasında təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:

1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.

Yerli özünüdarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində görülmüş müsbət işlərlə yanaşı, bu sahədə bir sıra xarakterik korrupsiya hüquqpozmaları da mövcuddur.

Məsələn, bələdiyyələr 2007-ci il dekabr ayının 1-dən etibarən öz qərarları ilə torpaq alqı-satqısı həyata keçirə bilməzlər. Belə ki, həmin tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi nəzərdə tutulur.

Aparılmış təhlillərin nəticəsi göstərir ki, mövcud qaydalara baxmayaraq, torpaq sahələri hərracdankənar satılır, yəni bələdiyyələr tərəfindən köhnə tarixlə, 01.12.2007-ci ilə qədər olan dövrə dair qərarlar qəbul olunur və protokolların müvafiq vərəqələri dəyişdirilir.
Bundan əlavə, "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 dekabr 2008-ci il tarixdə qüvvəyə minmiş Qanun ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqə yolu ilə əldə edilməsinin mümkünlüyü yeni qayda kimi müəyyən edilib.

Bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri, habelə satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə əhaliyə məlumat verməlidirlər".
 

İqtisadçı iddia edir ki, sərhəddə məhdudiyyətin əsas səbəblərindən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır

“2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Buna mən imza atmışam. Bu, qanunauyğun olaraq baş nazir kimi mənim səlahiyyətimdir. Bu yaxınlarda da yenə 3 aylıq sərhədləri bağlamışam”.

Bunu martın 15-də Milli Məclisdə deputatların sərhədlərin bağlı saxlanması ilə bağlı iradlarına cavab verərkən baş nazir Əli Əsədov deyib. Baş nazir onu bildirib ki, quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb. Ancaq 2023-cü ilin göstəricisini açıqlamayıb. 

“Azpolitika.info bu mövzudakı yazıda iddia edir ki,  2023-cü il ÜDM artımı rəsmi statistikaya görə, cəmi 1.1 faiz olub. “Biz ölkə olaraq bu göstərici üzrə keçmiş SSRİ məkanında ən sonuncu yerdəyik. Yaxşı olardı ki, baş nazir "mən bağlamışam" deyərkən, bunun da izahını verəydi və nəhayət, bu qapanmanın səbəblərini açıqlayaydı", - deyə saytın yazısında qeyd edilir. 

Rəsmi izahat olmadığından çox səsləndirilən versiyalardan biri təhlükəsizlikdir: “Təhlükəsizlik məsələsinə baxsaq, regionda söz sahibinə çevrilmiş, güclü ordusu, sərt hüquq-mühafizə sistemi, kifayət qədər yeni texnologiyalarla təmin olunmuş sərhəd və peşəkar təhlükəsizlik xidməti orqanları, güc strukturları olan Azərbaycan kimi bir dövlətin öz təhlükəsizliyini sərhədlərin bağlı saxlanması yolu ilə təmin etməsi iddiası, yumşaq desək, inandırıcı görünmür. Yuxarıda sadaladıqlarımızın heç yarısına da malik olmayan qonşu Gürcüstan və Ermənistan quru sərhədlərini çoxdan açdığı halda, bizim bağlı saxlamağımız ən azından anlaşılmazdır”.  

Onu da bildirək ki, ABŞ Dövlət Departamenti özünün illik hesabatında quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

Ardını oxu...

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə Gununsesi.info-ya deyib ki, karantin rejiminin uzadılması bir tək sərhədə görədir: “Dünyada artıq karantin yoxdur. Azərbaycan hökuməti illər əvvəl karantin rejimi ilə bağlı qərar verərkən həmin protokollara istinad etmişdi. ÜST də çoxdan protokolları ləğv edib. Ona görə də hökumətinin israrla "karantin var" deməsi inandırıcı deyil". O hesab edir ki, sərhəddə məhdudiyyətin saxlanmasının əsas səbəblərdən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır: “Bu da çox yanlış bir yoldur və iqtisadi aktivliyə mənfi təsir göstərir. Rəsmi rəqəmlər də bunu sübut edir. Keçən il MDB məkanında Azərbaycan ümumi daxili məhsulu ən az artan ölkə oldu - bizdə ÜDM cəmi 1 faiz civarında artdı. Bunun səbəblərindən biri məhz quru sərhədlərin bağlı olmasıdır”.  Bu vəziyyət nə qədər davam edəcək və s. suallarla ekspertlərə müraciət etdik. 

Ardını oxu...

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a öncə bildirdi ki, quru sərhədlərin bağlı olmasının ölkənin iqtisadiyyatına ciddi ziyan vurmasına dair fikirlər əsaslı deyil: “Sərhədlərin bağlı olduğu dövrdə ölkədə idxal və ixracın həcmində baş vermiş dəyişikliklərin sərhədlərin bağlı olması ilə əlaqəsi yoxdur. Çünki biz ölkədən kənara istədiyimiz məhsulu ixrac edir və ya kənardan lazım olan nə varsa, onu da idxal edə bilirik. Əksinə, quru sərhədlərin bağlı olduğu dövrdə qeyri-neft sektorundan ixracımızın həcmi sürətlə artmışdı. Deməli, iqtisadiyyatdakı durumu quru sərhədlərin bağlı olması ilə əlaqələndirmək düzgün deyil”. 

Bəs nədən hökumət quru sərhədlərin bağlı saxlanmasında bu qədər israrlıdır? İqtisadçının mövqeyi belədir: “Hesab edirəm ki, məsələnin hökumət tərəfindən bəyan olunmayan bir neçə qlobal səbəbləri var. Bu gün Azərbaycana qarşı ciddi və haqsız təzyiqlər mövcuddur. Bizə düşmən olan güclər ölkə daxilində müxtəlif şəbəkələri qurub yaratmaqla hər vəchlə daxili sabitliyi pozmağa çalışırlar. Bu yaxınlarda ölkəmizdə İranın böyük dindar casus şəbəkəsinin ifşa edilməsi dediklərimizin bir nümunəsidir. Bəlkə də çoxlarımız düşmən qüvvələrin Azərbaycanda İslam dini vasitəsilə etmək istədiklərinin fərqində deyillər. Son onilliklər ərzində İslamın Azərbaycanda həm eninə, həm də dərininə sürətlə genişləndiyini görməmək mümkün deyil. Bunu kim və ya kimlər edir? Sanki biz bölgədə İrandan sonra ikinci İslam dövləti yaratmağı hədəfləmişik. Ancaq bu belə deyil!

Unutmayaq - dünyanın ən güclü silahı təbliğatdır. Düzgün qurulmuş təbliğatla istənilən insanın beynini ən qısa zaman kəsiyində yuyub, onun baxışlarını 180 dərəcə dəyişmək mümkündür. Baxın, son illər ərzində Azərbaycanda məhz bu dediyimiz baş verir. İslama bağlanan kütlələrin son illərdə keçirdikləri bəzi aksiyaların miqyasını yada salmağı tövsiyə edərdim. Bir sözlə, dövlət baş verən bütün prosesləri görür və onlara uyğun qərarlar qəbul edir. Əgər dövlət bu addımları atmasa, bir müddətdən sonra biz acı nəticələrlə üz-üzə qalmış olarıq. Bizə kənardan eybəcərlik ixrac edənləri durdurmalıyıq və bu gün dövlətimiz bunu edir". 

Sabiq nazir bir səbəb də açıqladı: “Quru sərhədlərin bağlı saxlanmasının bir başqa səbəbi şimal və cənub qonşularımız olan Rusiya və İranla bağlı baş verən proseslərdir. Bu gün bütün sivil dünya var gücü ilə bu iki ölkənin üzərinə gedir və bütün imkanları bir araya gətirərək hər iki ölkəni içəridən dağıtmağa çalışır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hərbi toqquşmaların ali hədəflərindən biri və birincisi də elə budur. Bu baş verərsə, nələrin olacağını göz önünə gətirmək lazımdır. Əhalisinin sayı 145 milyondan çox olan Rusiyada və 87 milyona yaxın insanın yaşadığı İranda vətəndaş qarşıdurmasının nə demək olduğunu və onun qonşu ölkələr üçün hansı fəsadlar yarada biləcəyini bir anlıq təsəvvür edək. Baş verəcək daxili qarşıdurmalar fonunda bu ölkələrdən əhalinin 3-5%-nin qaçqın kimi öz ölkəsini tərk edərək qonşu ölkələrin ərazisinə keçməsinin nə demək olduğunu göz önünə alaq. Baxın, dövlət bütün bunları hesablayır. Biz bu gün  sərhədləri açıb sabah bu hadisələr baş verəndə onu qapadarıqsa, bizi dünyada heç kim başa düşməz. Ancaq sərhədlər əzəldən bağlıdırsa, bu zaman bizə heç kim irad bildirə bilməz. Düşünürəm ki, sərhədlərin bağlı saxlanmasının iki əsas səbəbi məhz bunlardır”.

Ardını oxu...

Azər Badamov

Deputat Azər Badamov da fərqli düşünmür: “2023-cü ildə Azərbaycanda ÜDM-in 1,1%-ə düşməsinin quru sərhədlərin bağlı qalması ilə heç bir bağlılığı yoxdur. Çünki quru sərhədlərin bağlı olduğu 2022-ci ildə ÜDM 5,6%, 2022-ci ildə isə 5,7% olub. 2023-cü ildə sərhədləri açıq Avropanın inkişaf etmiş ölkələrində iqtisadi fəallıq aşağı olub. Qonşu ölkələrlə iqtisadi əməkdaşlığımız günü-gündən artmaqdadır. O cümlədən qonşu dövlətlərlə xarici ticarət dövriyyəmiz də artır. Quru sərhədlərimizin bağlı qalmasının qonşu ölkələlərlə iqtisadi əlaqələrin inkişafına və davam etdirilməsinə bir təsiri yoxdur. Bu baxımdan quru sərhədlərin bağlı qalmasının da iqtisadiyyatın azalması ilə bir bağlılığı yoxdur. İqtisadiyyatın 2022-ci ilə nisbətən 2023-cü ildə azalmasının başqa səbəblərini tapmaq lazımdır. 2024-cü ildə isə Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2,7% artacağını proqnozlaşdırır. Qeyd edə bilərik ki, 2024-cü ilin ilk aylarının iqtisadi inkişaf dinamikası pozitivdir. Bu, bir daha 2024-cü ildə 2023-cü ilə nisbətən iqtisadiyyatda artımların olacağını deməyimizə imkan verir. Sərhədlərin açılması ilk növbədə insanların qonşu respublikalara gediş-gəlişi üçün vacibdir. Çünki biz qonşu ölkələrlə sıx bağlıyıq. Hətta qohumluq əlaqələri olan ailələr çoxdur. Quru sərhədlər bağlı olduğundan onlar bir-birini ziyarət edə bilmirlər, məclislərdə iştirak etmək və bir-birinin yanında olmaq imkanından xaricdirlər. Bununla yanaşı, baş nazir yenə üç ay quru sərhədlərin bağlı saxlanılması ilə bağlı bir qərarı imzalayıbsa, burada bizim bilmədiyimiz məsələlər var deməkdir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Qalmaqallı sabiq jek müdiri MTK yaradıb, binalar tikir
"Günəşli İnşaat” Mənzil Tikinti Kooperativi pay alqı-satqısı və sədrin dəyişməsini elan edib.

TEREF xəbər verir ki, MTK 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi isə Mustafayev Laçın İsmayıl oğludur. L.Mustafayev bu şirkəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri vəzifəsindən çıxarılandan sonra yaradıb.

Bir müddət əvvəl MTK-nın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 7 ünvanında apardığı tikinti işləri sakinlərin narazılığına səbəb olub. Həmin vaxt sakinlər içərisində ağacların da olduğu həmin ərazidən meydança kimi, uşaqların oynadığı məkan kimi istifadə edildiyini əsas gətirərək etirazlarını bildiriblər.

Lakin Suraxanı RİH inşaat işlərinin qanuni şəkildə həyata keçirildiyini və BŞİH tərəfindən 1.24 ha torpaq sahəsinin "Günəşli İnşaat" MTK-ya ayrıldığı barədə açıqlama yayıb.

Xatırladaq ki, L.Mustafayevin adı mətbuatda qalmaqallarla hallanıb.

İqtisadiyyat.az
 

Dünyapress TV

Xəbər lenti