Ardını oxu...
2001-ci ildə Cahangir Hacıyev Beynəlxalq Bankın sədri təyin olunanda Zamirə Xəqani Bəşirovlə əlbir olub onun başını yeməyə başladı. Dünyanın "McMafia" adlandırdığı Hacıyevanın iki daşın arasında özünə belə "bacarıqlı" maliyyə fırıldaqçısını necə tapdığı və hansı şərtlərdə partnyor seçməsi özlüyündə maraqlıdır.
Ardını oxu...
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazır. Cavanşir Həsənli daha sonra yazır:
Zamirə Hacıyeva 2001-ci ildə - Cahangirin onu həbsə aparan təyinatı verildiyi il Parisdə ortaqlıq əsasında ECC MANAGEMENT SYSTEMS şirkətini qeydiyyatdan keçiriblər. Beynəlxalq Bankdan böyük məbləğdə pullar Londona bu şirkət vasitəsilə axıdılıb.
Ardını oxu...
Britaniya məhkəməsi "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində keçmiş bankirin arvadı ilə bağlı araşdırmalara başlayana qədər Fransadakı şirkət fəaliyyətdə olub. 2019-cu ildə onun fəaliyyətinə xitam verilib. Sənədlərə görə Zamirə Hacıyeva Parisdəki şirkətinin səhmlərini Londonda qeydiyyatdan keçirdikləri EUROPEAN TECHNOLOGIE LIMITED (hazırda KSANTEX TECHNOLOGIES LTD adlanır) şirkətinə etibar edib.
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakinləri yollarının təmirsiz olmasından şikayətçidirlər. Bununla əlaqədar olaraq, onlar Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Bakupost.az xəbər verir ki, ölkədəki quruculuq işlərini, xüsusən də COP29-a hazırlıqla əlaqədar paytaxt Bakı və ətraf rayonlarda aparılan abadlıq tədbirlərini yüksək qiymətləndirən və təqdir edən müraciət müəllifləri Şüvəlan qəsəbəsinin bağ massivi, Mirmöhsüm Ağa ziyarətgahının yaxınlığı, 90-cı Şüvəlan döngəsi, 1-ci Döngə və digər ərazilərdə ciddi abadlıq işləri aparılmasına ehtiyac olduğunu bildirirlər.
Onların sözlərinə görə, adıçəkilən ərazilərdə yollar tozlu-torpaqlı və keçilməzdir:
"Xeyli vaxtdır ki, bu yollara asfalt döşənməyib. Piyadalar üçünsə ümumiyyətlə, səkilər yoxdur. Bundan başqa, burada bütün yolların ətrafı zibillikdir və üfunət qoxuyur. Bu küçə və yollardan zibillərin yığışdırıldığını görməmişik. Mövcud antisanitariya vəziyyətində yaşamaq dəhşətlidir".
Müraciətin sonunda sakinlər qeyd olunanların nəzərə alınması və tədbir görülməsini xahiş ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvanda 207 min yumurta sahibkarların əllərindən alınıb. Bu yumurtaların hamısı Naxçıvandan kənarda istehsal olunub və yerli sahibkarlar tərəfindən Naxçıvana gətirilib. Rəsmi məlumatda müsadirə olunan yumurtaların keyfiyyətsiz olduğu bildirilur. Lakin, sahibkarlar “Gündəlik Naxçıvan” bildirirlər ki, yumuralar keyfiyyətli olub və standartlara da cavab verib.
Sahibkarlar həm də iddia edirlər ki, onlardan müsadirə olunan yumurtalar Naxçıvan Dövlət Gida Təhlükəsizliyi əməkdaşlarının əli ilə dükanlarda satışa çıxarılır.
Sahibkar K.M. deyir ki, Bakıdan gətirdiyi yumurtaların satışına icazə üçün agentlik əməkdaşları ondan rüşvət tələb ediblər. O, rüşvət verməkdən imtina etdikdən bir gün sonra 50 min ədəd yumurtası zorla əlindən alınıb:
“Yumurtanın maya dəyərinin iki qatın qədər qiymət oxudular. Məqsədləri odur ki, kənardan yumurta gətirilməsin, öz monopoliyalarında olan keyfiyyətsiz yerli yumurtaları satılsın. Bizim gətirdiyimiz yumurtalar həm böyükdü, həm də dadlı. Yerli sakinlər də bəyənirlər. Əgər yarasızdırsa, niyə bizdən müsadirə edib, dükanlarda satdırırlar. 50 min ədəd yumurtamı müsadiə etdilər ki, guya məhv olunacaq. Cəmi 500-600 yumurtanı yandırıb, nümayiş üçün videoya çəkdilər, qalanını satışa çıxardılar. 10 min manata yaxın ziyana saldılar məni. Tək mən deyiləm, başqa sahibkarların da başına eyni oyunu açıblar”.
Yerli sakinlər də kənardan gətirilən yumurtaların bazardan yığışdırılmasından narazıdırlar. Naxçıvan şəhər sakini Validə Babayeva deyir ki, bu yumurtalar daha ucuz və daha keyfiyyətlidirlər:
“Yerli yumurtalar çox keyfiyyətsizdir. Çox vaxt qırırsan, içi xarab çıxır. Dadı yox, qiyməti isə bahadır. Bakıdan gətirilən yumurtalar isə, həm iri, həm də dadlıdır. Hamısı oyundur. Toyuq fermalarının hərəsi bir məmura məxsusdur. Gördülər ki, maları satılmır, tez qıraqdan gələnə qadağa qoydular. Onları insanların güzaranı yox, öz cibləri düşündürür”.
 
Ardını oxu...
"Son günlər ölkə mediasında Laçın Abadlıq Xidmətinin rəisi Nəsimi Əsədovun qanunsuz əməlləri, habelə, qaranlıq yollarla əldə etdiyi böyük sərvətlər haqqında maraqlı məlumatlar yer almaqdadır. Uzun illərdir ki, Bakı Abadlıq Xidmətinin direktor müavini kimi büdcə pullarına qənim kəsilən, yalnız özünə deyil, bütün nəsil-nəcabətinə “gün ağlayan” Nəsimi Əsədov, hazırda Laçını soyub soğana çevirməkdədir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Sadə görünüşü ilə böyük pulları səssizcə və “təvazökar şəkildə” yeyən Nəsimi Əsədov, xalqa münasibətdə də qeyri-səmimi mövqe sərgiləməkdədir. Böyük yeyinti müəllifi olan bu şəxs Laçın sakinlərinin ehtiyaclarını ödəmək, onları narahat edən problemlərin həllindən canını qurtarmaq üçün olduqca hiyləgər taktika sərgiləyir. Belə ki, Nəsimi Əsədov ondan hər hansı məsələ ilə bağlı köməklik istəyən Laçın sakinlərinə “balaca adam” olduğunu, qərar vermək üçün heç bir
real yetkiyə malik olmadığını bildirir. Bununla da, Xidmət rəisi sadəcə bugünkü deyil, gələcək problemlərdən də “canını qurtarır”, bütün gücünü və zamanını büdcə pullarının mənimsənilməsinə sərf edir.

Dövlətin pulunu Ərəbzəngi kimi cibinə axıdan Nəsimi Əsədovun xalqa xidmətə çatanda məzlumi binəvaya çevrilməsi vətəndaşlar tərəfindən haqlı olaraq narazılıqla qarşılanmaqdadır. Laçıln sakinləri ümid edir ki, əlaqədar qurumlar Nəsimi Əsədovla bağlı məsələni araşdıracaq, onun qanunsuz yollarla əldə etdiyi milyonlarla manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunacaq".

DAVAMI OLACAQ... Bizi izləyin...
Ardını oxu...
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, bina 14 B sakini Qarayev Müsadif Mürvət oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqlardan danışıb. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi deyir ki, dövlət daxilində vəzifə tutaraq öz maraqları xatirinə heç bir qanunlara məhəl qoymayan, xalqı pozucu əməlləri ilə dövlətə, prezidentə qarşı qaldırmaq istəyən xəyanətkar məmurlar hələ də işlərini davam etdirməkdədirlər:

“Cənab Prezident!

Sizin dəfələrlə onlara qarşı etdiyiniz çıxış və xəbardarlıqlarınız (18.07.2021-ci il çıxışı) hələ də onları haqq yoluna qaytara bilmir. Məsələn, Quba Rayon Prokurorluğunda haqsızlıqlar baş alıb gedir. Quba rayon prokuroru Namiq Muradovun Respublika Prokurorluğunda himayədarı kimdirsə, heç bir qanunlara məhəl qoymadan Quba rayonunda olan oğruları, cinayətkarları, dələduzları müdafiə edir.

Belə dələduzlardan biri Quba rayon Qırız Dəhnə kəndinin Bələdiyyə sədri Nadir Məmmədovdur. Mən Nadir Məmmədovdan 2007-ci ildə köçkün kimi 0.12 sot torpaq sahəsi alıb, içərisində 2 otaqlı ev tikmişəm. O, həmin torpaq sahəsinə görə məndən “rüsüm ödəmək” adı ilə 10 min manat pul alıb.

Nadir Məmmədov əvvəl bələdiyyə sənədi, sonra isə əlavə 2000+1000 AZN pul alaraq mənə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə vermişdir(kod: 30305058).

Ailə vəziyyəti ilə əlaqədar axırıncı 3 ildə Bakı şəhərində yaşamalı oldum. Bələdiyyə sədri bundan istifadə edərək 2 otaqlı evimi Kamran adlı qonşumun əli ilə sökdürüb, evimin içərisində olan məişət əşyaları ilə birlikdə talan etmişlər. Onun əvəzində mənim sahəmin çox hissəsini Kamrana və başqa bir şəxsə satmışdır.

Həmin vaxtdan 1-il keçməsinə baxmayaraq Quba Rayon Prokurorluğunda heç kimə qarşı cinayət işi açılmamışdır. Və yaxud da Bələdiyyə sədrinə “gözün üstə qaşın var” deyən olmamışdır. Hansı ki, o, dəfələrlə dələduzluğa görə polisə, prokurorluğa düşüb, portalda adı dələduz kimi keçir, lakin ona qarşı prokurorluq heç bir tədbir görmür.

Quba Rayon Prokurorluğunda işin araşdırılması əvvəlcə Ramal Quliyevə həvalə edildi. Lakin Ramal Quluyev işi araşdırmaq əvəzinə, yalançı şahidlər tutaraq, həm Bələdiyyə sədrini, həm də evimi talan edən cinayətkarları müdafiə etməklə məşğul oldu. Belə ki, o, mənim şahidlərimin faktla bağlı dediyi sözləri təhrif edərək, qarşı tərəfin xeyrinə yazmış, özünün “şahid” kimi izahat aldığı şəxslərin izahatlarını isə şəxsən yazaraq dəlilləri ört-basdır etməyə çalışmışdır.

Ramal Quliyevin çıxardığı qanunsuz qərar mənim şikayətimdən sonra Respublika Prokurorluğunun İstintaqa nəzarət idarəsi tərəfindən ləğv edildi. Mən ərizəmdə Respublika Prokurorluğuna müraciət etdim ki, bu işdə Quba rayon prokuroru Namiq Muradov maraqlı olduğu üçün, bu iş ya qonşu rayonların birində, ya da Respublika Prokurorluğunda araşdırılmalıdır. Namiq Muradovun həvədarları buna da imkan vermədilər və işi yenidən Quba Rayon Prokurorluğuna göndərdilər.

Mən Namiq Muradovdan şikayət edirəm, mənim şikayətimi ona qaytarırlar ki, Qarayev Müsadif sizdən, sizin işinizdən şikayət edib, o işi araşdırın. Bu nə dərəcədə düzgündür?

Möhtərəm Prezident!

Axı, Siz öz çıxışınızda göstərdiniz ki, şikayət edilən məmurun şikayətini tədbir görülməsi üçün bəzən özünə göndərirlər, bu, yolverilməzdir. Bəs yolverilməzdirsə, niyə Sizin göstərişinizə məhəl qoyulmur?! Öz bildiklərini edib, yenidən işi Quba Rayon Prokurorluğuna göndərirlər.

Dəfələrlə Respublika Prokurorluğuna müraciət etmişəm ki, ədalətli araşdırma aparılması üçün bu işi başqa rayona göndərsinlər. Heç bir nəticə yoxdur, yenə də öz bildiklərini edirlər, mənim müraciətimə məhəl qoymurlar.

Bəs, Sizin göstəriş və çıxışlarınıza niyə məhəl qoyulmur? Onda bu adamlar kimlərə və hansı dövlətə qulluq edirlər? Və bizə hansı çıxış yolu qoyurlar? Biz nəyə, hansı yola əl atmalıyıq ki, haqqımızı tələb edə bilək?!

Cənab Prezident!

Məndən pulu alan (10 min AZN) bəllidir. Bələdiyyə sədri Nadir Məmmədov bu pulu 4 nəfər şahidin yanında alıb, 4-ü də təsdiq edir. Məndən pul alıb, əvvəl Bələdiyyə sənədi, sonra isə şəhadətnamə verən (kod: 30305058) bəlli, saxta sənəd verən müəssisə bəlli, adamların imzası bəlli, amma prokurorluq günahkarları tapa bilmir. Deməli, tapmaq istəmir.

Mənə saxta sənəd verən Nadir Məmmədovdur, amma müstəntiq sübut etməyə çalışır ki, sənədi mənə başqa adam verib. Guya Bələdiyyə sədri Nadir Məmmədovun bu işdən xəbəri yoxdur. Bu, absurddur. Bunu düşünən prokurorluq işçilərinə nə ad vermək olar?! Onlar sübut etməyə çalışırlar ki, Nadir Məmmədov məndən nə pul alıb, nə mənə torpaq verib, nə mənə saxta sənəd verib, nə mən orada ev tikib yaşamışam, nə də evimi söküb məişət əşyalarımı, tikinti materialları ilə birlikdə oğurlayıblar. Nadir Məmmədovun guya bunlardan xəbəri yoxdur. Elə bil, ümumiyyətlə, heç bir cinayət işi baş verməyib.

5-10 nəfər şahidin dediklərinin əvəzində təkcə Nadir Məmmədovun sözü prokurora yetərli olur. Axı, prokuror Namiq Muradovu bu haqsızlığı etməyə məcbur edən nədir? Hansı maraqdır? Bunu yuxarı aidiyyət inistansiya, ya da məhkəmə araşdırıb, həll etməlidir.

Quba Rayon Prokurorluğunda bir nəfər qonşudan, yəni evimi sökən Kamrandan soruşur ki, Nadir Məmmədov rüşvət ala bilər? O da deyir ki, yox. Yəni 4 nəfər şahidin təsdiqini kənara atıb, 1 nəfərin sözü ilə sübut etmək istəyirlər ki, Nadir pul almayıb.

2 otaqlı evimi söküb, evimin materiallarını daşımaqla bərabər, içindəki məişət əşyalarını da oğurlayıblar. Sifarişçi Nadir Məmmədov, aparan Kamrandır, bunlar da məlumdur. Amma ortada nə cinayətkar, nə də cinayət işi var. Sanki heç nə olmayıb. Quba Prokurorluğu isə evimin ölçüsünü azaltmaqla məşğuldur. Birinin adından 3x5, birinin adından 3x2 metr, Kamranın atasının adından isə, guya, 1.05x2 metr olduğunu sübut etməyə çalışırlar. Prokurorluğun müstəntiqləri əsl şahidlərdən mənim evimin ölçülərini soruşub bilsələr də, yazanda müstəntiqə sərf etmədiyinə görə, bilərəkdən qeyd etməyiblər. Halbuki, polis mayoru Sultanovla hadisə yerində olanda hələ evin söküntüləri, inşaat materiallarının qalıqları, yəni dəlillər var idi. Mayor Sultanov həmin yerin şəklini çəkdi və prokurorluğa göndərilən sənədlərin içərisinə qoydu. Lakin Ramal Quliyev həmin sənədi və şəhədatnaməni işin arasında yoxa çıxarıb. Qanun keşiyində durmaq istəyən prokuror bütün bu qanunsuzluqları nəyin xatirinə, hansı maraq xatirinə edib?!

Prokuror Namiq Muradov isə bütün bunlari bilə-bilə susur, ya Respublika Prokurorluğundakı İstintaqa Nəzarət idarəsinin məmurları tərəfindən məcbur edilir, ya da külli miqdarda maraq xatirinə.

Hər iki hal araşdırılmalıdır. Mən evimin söküldüyünü görüb mənə xəbər verən adamın və evimi tikən ustaların dəfələrlə şahid kimi izahatlarının alınmasını tələb etsəm də, bilərəkdən, məqsədli şəkildə bunları etmədilər. İndiki müstəntiq etmək istəsə də, Namiq Muradov buna imkan vermir. Çünki hər iki müstəntiq xırda bir işi görmək üçün belə, ona müraciət edirlər. Əgər Quba rayon prokuroru Namiq Muradov bu boyda rüşvətxorluğa, talançılığa və cinayətə bilə-bilə göz yumursa, deməli, bizi özbaşınalıq, itaətsizlik və hər kəsin öz işini özü həll etmək dövrünə gətirib çıxarmaq istəyir. Demək, Qubada pulun varsa, istədiyini edə bilərsən.

Quba Rayon Prokurorluğunda iş o yerə çatıb ki, bir ay bundan qabaq qovluqda olan izahat və sənədlər istənilən vaxt dəyişilə və yoxa çıxa bilər. Ona görə, hər 3 halda bu iş Quba Prokurorluğunda yox, başqa rayonlardan birinin prokurorluğunda yenidən araşdırılmalı və müstəntiq Ramal Quliyev CM-nin 291, 294, 295.1, 299.1, 309.1 və 313-cü maddələri tətbiq edilərək, cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmçinin, Bələdiyyə sədri, evimi sökdürüb talan etdirən Nadir Məmmədov, söküb daşıyan Kamran və digərləri haqqında CM-nın 171.1, 177.3.2, 178.1, 178.2.1, 178.2.3, 178.3.2, 181.2.4 maddələri tətbiq edilməklə, hüquq müstəvisində tədbir görülməlidir.

Möhtərəm Prezident!

Bu iş Sizin nəzarətinizə götürülməsə, çətin ki, öz həllini tapsın. Çünki Respublika Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəis müavini Fəqan Mahmudovu Quba zonasının kuratoru o dərəcədə yalanlarla inandırıb ki, artıq Fəqan Mahmudov Bələdiyyə sədri və müstəntiq R.Quliyevin xeyrinə qərar verib. Ona görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Baş prokuror Kamran Əliyevin bu işə müdaxiləsi mütləqdir. Çünki Quba Rayon Prokurorluğunun qanunsuzluğu bütün həddləri aşaraq, məsələləri siyasi müstəviyə çıxarmağa xidmət edir.

Cənab Prezident!

Quba Rayon Prokurorluğunda baxılan işin heç bir nəticəsinin olmayacağı əvvəldən məlum idi. Çünki Quba rayon prokuroru Namiq Muradov bu işdə maraqlı adamdır və bu halda məsələnin ədalətli həlli mümkün deyildir. Ona görə, bu iş ya başqa rayon prokurorluğunda, ya da Respublika Prokurorluğunda araşdırılmalıdır. Bu səbəbdən, Sizdən bir daha xahiş edirəm:

1. Quba Rayon Prokurorluğunda 17 noyabr 2023-cü il tarixli rədd qərarından sonra, Respublika Prokurorluğunda İstintaqa nəzarət idarəsinin həmin işin araşdırılmasını yenidən Quba Rayon Prokurorluğuna göndərilməsi dayandırılsın, iş başqa rayon prokurorluğunda araşdırılsın;

2. Mənim Qırız Dəhnə kəndində tikdiyim 2 otaqlı evimin sökülüb talan edilməsinə hüquqi qiymət verilsin, evimlə birlikdə ev əşyalarımın da qiymətləndirilib, dəyən ziyanın qarşılığı NadirMəmmədov tərəfindən ödənilsin və torpağımın yerində tikilən evin sökülməsi təmin edilməklə, cinayətkarlar məsuliyyətə cəlb edilsin;

3. Bələdiyyə sədri Nadir Məmmədovun mənə verdiyi(JT168F nömrəli, kod:30305058 olan) şəhədatnamənin nəyə görə qanunsuz verildiyinin günahkarı aşkar edilsin və sənədə görə “rüsüm” adı ilə ödədiyim 10 min AZN pulum mənə qaytarılsın;

4. Quba Rayon Prokurorunun köməkçisi R.Quliyev öz mənafeyi naminə cinayətkara himayədarlıq etdiyi, prokurorluq haqqında qanunun 5-ci maddəsinin tələblərini pozduğu üçün ona cinayət işi qaldırılsın;

5. Evimi söküb talan edən adamların haqqında cinayət işi qaldırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin və mənə dəyən ziyan ödənilsin;

6. Qubada dəfələrlə dələduzluğa görə məsuliyyətə cəlb edilən Nadir Məmmədov haqqında cinayət işi qaldırılsın;

7. Araşdırma zamanı şahidlərin verdiyi izahatlarla və başqa sənədlərlə tanış olmağım üçün şərait yaradılsın. Çünki işə mənim və şahidlərim haqqında saxta sənədlər və izahatlar tikilib;

8. Mənə dəyən maddi və mənəvi ziyan ödənilsin”.
Ardını oxu...
Xaçmazda sakinlər yerli icra hakimiyyətinin fəaliyyətsizliyindən, özbaşınalığından giley edir. Dia-az.İnfo xəbər verir ki, bu barədə vətəndaşlar adından edilən müraciətdə də qeyd olunur.

Sakinlər yazır: " "Sizin işiniz kabinet işi olmamalıdır" Bu sözləri Prezident İlham Əliyev Elnur Rzayevi ilk dəfə Xaçmazın başçısı kimi qəbul edəndə demisdi. Görünür Prezidentin bu tapşırığı da digər tapşırıqlar kimi havada qaldı. Xaçmazda vəziyyət gündən-günə pisləşir. Yollarımız darmadağın, işıqlarımız, suyumuz problem içində...

Bu hələ şəhərin mərkəzində belədir. Kəndlər nə gündədi bir Allah bilir, bir də o kəndlərdə yaşayan biz sakinlər... Bizim başçı da ancaq kabinetə gəlir, ordan da evə. Hər həftədə bir dəfə kəndlərə gedir, onda da müəllimləri, idarə isçilərini yığıb qəbul kecirir. Eyni sözləri deyir, qaçır gedir kabinetinə.

Bir dəfə də Xaçmazın küçələrinə çıxıb gəzib baxmır. Sağında-solunda oturan işçiləri də guya müavindilər.... Özü kimi yalnız kabinet müavinləri. Başçıları necə... özləri də elə. Bir dəfə də olsun adam içinə çıxıb camaatla maraqlanmırlar.

Rayonda ümumiyyətlə, əsaslı hec bir is görülmür. Problemi də deyəndə, deyirlər ki bizə pul ayrılmır... ancaq Qarabağa ayrılır. Yaxşı pul ayrılmırsa bu qədər imkan bunlar da hardandır?"
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 otaqlı mənzillərin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi gərdi sahibkar Ekaterina Mekhtieva qalib seçilib.

Tenderin şərtlərindən aydın olur ki, Ekaterina Mekhtievadan 9 ədəd 3, 6 ədəd isə 2 otaqlı mənzil alacaq.

Bunun müqabilində sahibkara 876 003 manat ödəniləcək. Bir mənzilin qiyməti ortalama 58 400 manata düşür.

Açıq mənbələrdə Ekaterina Mekhtieva haqqında heç bir məlumat yoxdur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
 

UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – İsveç oyununda millimiz hesabı açmağa çox yaxın olub.

“Qafqazinfo” xəbər verir ki, matçın 45+7-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Balaş Berke qonaqların qapısına penalti təyin edib.

Lakin topa yaxınlaşan Ramil Şeydayev ələ düşən şansı qola çevirə bilməyib.

Həmin anın videosunu təqdim edirik:

 
Ardını oxu...
Vəzifəli şəxslərin, deputatların əksəriyyətinin maaşı az qala hər kəsə məlumdur. Gəliri bəlli olan şəxsin maaşından artıq qiymətə aksesuar, geyim, avtomobil, daşınmaz əmlak alması ictimaiyyətdə birmənalı qarşılanmır. Məsələn, sosial şəbəkələrdə deputat Hicran Hüseynovanın çantası müzakirələrə səbəb olub. Belə ki, onun həmin çantanı 10 min manata aldığı iddia olunur. Lakin H.Hüseynova sözügedən çantanı Çindən ucuz qiymətə aldığını və orijinal olmadığını bildirib.

Sual yaranır: Geyimi, əmlakı maaşı ilə uyğun gəlməyən şəxslərin bu davranışı korrupsiya şübhəsi yaradırmı və onun barəsində istintaq orqanları araşdırma aparmalıdırmı?

Əgər bahalı əşya hədiyyədirsə, o zaman vəzifəli şəxs hansı həddə qədər hədiyyə götürə bilər? Konkret olaraq, qanun buna nə deyir?

Məsələ ilə bağlı danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, vəzifəli şəxslərin, dövlət məmurlarının az qala göz çıxaran şəxsi əmlakı mütləq anti-korrupsiya tədbirləri çərçivəsində qiymətləndirilməlidir.

O, məmurların, deputatların bizneslə məşğul ola bilmədiklərini qeyd edib:

“Dediyiniz kimi, onların maaşları bəllidir və qanunvericiliyə görə dövlət məmurları bizneslə məşğul ola bilməzlər. Əks halda, dövlət resurslarından şəxsi mənafeləri üçün faydalanmaq imkanı əldə edərlər. Bu isə istənilən ölkədə korrupsiyanın çiçəklənməsinə zəmin yarada və iqtisadiyyatı çökdürə bilər. Dünya dövlətləri məhz bu mənfi tendensiyanın qarşısını almaq üçün məmurlara bizneslə məşğul olmaq səlahiyyəti vermir. Əslində, Azərbaycan qanunvericiliyində də bu prinsip imperativ norma kimi təsbit olunub. Məncə, hüquq mühafizə orqanları, xüsusilə korrupsiyaya qarşı mübarizə idarələri qanunun bu tələblərini əldə rəhbər tutub bütün dövlət məmurlarının qazanc mənbələrini yoxlamalı, malik olduqları mülkiyyətin mənbələrini araşdırmalıdır”.

H.Oğuz deyib ki, məmurların əsasən də xaricdəki mülkiyyətləri ciddi şəkildə incələnməli və dövlətdən oğurladıqları pulların xaricə axıdılması ən böyük dövlət cinayəti kimi tövsif olunmalıdır:

“Çünki dövlət məmurlarının bu hərəkət və davranışlarının bir adı var: öz ölkəsinin müstəmləkəyə çevrilməsində və var-dövlətinin mənimsənilməsində imperialistlərlə əməkdaşlıq. Vaxtilə düşmən dövlətlər ələ keçirdikləri ölkələri bu şəkildə sömürüb, qənimət kimi xaricə daşıyırdılar. İndi isə sanki bu müstəmləkə siyasəti bizim korrupsioner məmurlar tərəfindən həyata keçirilir. Ölkəmizə düşməncəsinə yanaşan bütün korrupsionerlər layiqli cəzasını almasalar, vətənimizin tari-mar olunmasının qarşısını almaq mümkün olmayacaq, getdikcə zəifləyən dövlətçiliyimiz mövcudluq problemi ilə üzləşəcək. Bu baxımdan korrupsiyaya qarşı effektiv mübarizə ən ümdə təhlükəsizlik məsələsidir”.

Hüquqşünas Əkrəm Həsənov deyib ki, vəzifəli şəxs 55 manat dəyərində hədiyyə ala bilər:

“Hədiyyənin dəyərinin 55 manatdan yüksək olması artıq qanun pozuntusudur və korrupsiyaya bərabər tutulur. Əgər bahalı hədiyyə alarkən aşkar edilərsə, o zaman həmin şəxslər məsuliyyətə cəlb oluna bilər. Adətən, korrupsiya halları gizlin olur deyə, görə bilmirik. Hətta rüşvət də başqa şəxslər vasitəsilə ödənilir. Burada müxtləif variantlar mövcuddur. Dövlət işçisinin gəlirləri araşdırılmalıdır. Məsələn, dünyada məmurların gəlirləri və xərcləri bəyan edilir və buna bu qayda ilə nəzarət edirlər. Yəni sən hər il bəyan etməlisən ki, özün də daxil olmaqla ailə üzvlərinin gəliri və xərci nə qədərdir. Bizdə isə bu mexanizm yoxdur. 2005-ci ildə Azərbaycanda məmurların gəlirlərinin bəyan olunması haqqında qanun qəbul olunub. Lakin 19 ildir ki, bu qanunun sadəcə, adı var. Bəyannamə forması isə hələ də təsdiq olunmayıb”.

Globalinfo.az
 
 
 
Ardını oxu...
Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan sakinlər evlərinin söküləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar illərlə dar, təmirsiz evlərdə yaşamaqdan bezdiklərini, normal şəraitli mənzillərlə təmin olunmaq istədiklərini bildirirlər.

Deyirlər ki, hər il gəlib evlərinin ölçülərini götürürlər, söküntü vəd edirlər, di gəl ki, bir nəticə olmur.

Alatavalılar uzun müddətdir ki, gələnin-gedənin ağzına baxır, xoş bir xəbər eşidəcəklərinə ümid edirlər. Amma nə fayda…

“Mən 23 ildir ki, burada yaşayıram. İllərlə deyilir ki, Alatava sökülür. Gəlib ölçüb, gedirlər. Ancaq bir xəbər yoxdur. Gəlib söksünlər, biz də normal şəraitli mənzildə yaşayaq da”, -sakinlərdən biri deyir.

Doğrudur, rayonun bir hissəsində söküntüyə başlanılıb. Amma bu, çox da geniş ərazini əhatə etmir. Ən böyük problem isə budur ki, sakinlər onlara verilən kompensasiya ilə razılaşmırlar. Deyirlər ki, hər kvadrat metrə 1400-1500 manat təklif olunur ki, bu da onlara yeni ev almaq üçün sərf etmir. Elə bu səbəbdən də evləri nisbətən kiçik və dar olanlar satıb oradan çıxırlar.

“Elə pul versinlər ki, heç olmasa gedib özümüzə şərait qura bilək. İllərlə övladlarım kirayədə qalırlar. Heç olmasa balalarımla bir evə yığışa bilim. Nə qədər dar evdə kök salıb qalmaq olar”, -xanım sakin bildirir.

Mənzilləri yaxşı yerdə yerləşən və geniş olanlar isə şirkətlərlə mübarizədədirlər. Məhz elə bu səbəbdən də vətəndaşlar ərazidəki evlərini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.

Sakinlərin dediyinə görə, onların evlərinin ətrafını qazırlar və yaxud da ev yiyələri mənzildə ola-ola söküntü aparırlar.

“Ötən gün Alatavanın digər hissəsində sakin evdə olarkən söküntü aparmışdılar. Çox qorxmuşdu. Özləri qəsdən edirlər”.

Qısa desək, sakinlər rahat mənzilləri, sahibkarlar isə üzü yola, ucuz pulla razılaşan ev yiyələrini əl-əl axtarırlar. Onlar arasında razılığın isə izi-tozu görünmür.

Musavat.com sözügedən video-reportajı təqdim edir:

 
Ardını oxu...
Bakı şəhər sakini, əslən Ağdam rayonunun Üçoğlan kəndindən olan Süleymanov Vasif Qazı oğlu “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqlardan danışıb. Uzun müddət Rusiyada yaşadığını deyən V.Süleymanov bildirir ki, 2004-cü ildə Novosibirsk şəhərində həmyerlisi, qohumu (yeznəsinin qardaşı) Ərgənov İmran Kamran oğlu ilə ortaq tikinti şirkəti təsis edərək, ticarətlə məşğul olublar. V.Süleymanovun sözlərinə görə, şirkət onun adına olsa da, bank əməliyyatlarını şəriki həyata keçirib.

Şikayətçi deyir ki, bir müddət sonra ortağının maliyyə məsələlərində onu aldatdığnı hiss edib. Lakin hər dəfə aşkara çıxarılan məbləğlər kiçik olduğundan, oğurluq faktını üzə vurmamağa çalışıb. Düşünüb ki, qohumu nə vaxtsa öz əməlindən əl çəkər. Lakin bu alicənablıq sonra ona baha başa gəlib.

Vasif Süleymanov deyir ki, təxminən 2005-ci ildə Novosibirskdə dəmiryolu relsi istehsal olunan zavodla müqavilə bağlayaraq, böyük bir sexin təmir-tikinti işlərini görməyə başlayıblar. Öncədən tərəflər arasında Rusiya valyutası ilə 10 milyon rublluq (həmin dövr üçün 230 min dollarlıq) müqavilə bağlanıb. Bu vəsaitin 230 min dolları müəyyən zəruru xərclərə sərf olunsa da, 200 min dollar iki nəfər arasında bölünməli olub.

V.Süleymanov bildirir ki, tikinti işləri vaxtında başa çatıb, fəhlələrin zəhmət haqqı və digər xərclər şəxsi vəsaiti hesabına ödənildikdən sonra şərikindən zavodun şirkətə ödəməli olduğu 200 min dolları hesaba köçürüb-köçürmədiyini soruşub. İmran Ərgənov cavab verib ki, zavod hələ həmin vəsaiti köçürməyib.

Bir neçə gün sonra şəriki yenə pulun köçmədiyini dedikdə, Vasif Süleymanov ondan şübhələnərək, zavodun mühasibi ilə danışıb. Mühasib zavodun şirkətə ödəməli olduğu vəsaitin tam şəkildə 10 gün əvvəl hesaba köçürüldüyünü bildirib.

V.Süleymanov şərikindən ona çatan 100 min dolları tələb etdikdə, qarşı tərəf müxtəlif bəhanələr gətirərək, həmin pulu verməkdən imtina edib. Bundan sonra qohumlar arasında qalmaqal olub. Hətta iş o yerə çatıb ki, İmran Ərgənov Vasifin qardaşının üstünə silah da çəkib.

“Sonra İmranın böyük qardaşı ilə mənim aramda mübahisə oldu. Bu zaman onu yüngülvari itələdim, çəlimsiz adam idi, gedib divara dəydi, qolu cızıldı. Bu işi böyüdüb, məni axtarışa verdiilər”, - deyən şikayətçi bildirir ki, axtarışa verildikdə Qazaxıstanda olub. Təxminən, ay yarım sonra Qazaxıstandan Rusiyaya qayıdanda xüsusi xidmət orqanlarının əməkdaşları onun saxlayıb. “1 həftə sonra məni bir şərtlə buraxdılar ki, bu adamla işin olmayacaq”, - deyə V.Süleymanov bildirir.

Beləliklə, bir müddət sonra İmranın böyük qardaşı Müseyib rəhmətə gedir və onun cənazəsini ölkəyə gətirməli olurlar. Müseyibin də ona təxminən 15 min dollar borcu olduğu üçün Vasif Süleymanov Azərbaycana gəlib, yaxınlarından borcunu istəməyi düşünür. Onun kəndə gəlib borcunu tələb edəcəyini bilən mərhumun yaxınları, o cümlədən qardaşı İmran V.Süleymanovun dayısı vasitəsilə ondan xahiş edir ki, kəndə gəlməsin, yas mərasimini yola verdikdən sonra borcu qaytarılacaq. “Deyiblər ki, mərhumun “yeddisi”ndən sonra oturub araşdırarıq, borcu varsa, veriləcək”, - deyən şikayətçinin sözlərinə görə, Müseyib Ərgənovun 7-si günü ona məlumat gəlir ki, İmran və digər yaxınları kəndi tərk edir. Vasif Süleymanov dərhal bu işdə vasitəçi olan dayısına məlumat verir. Bundan sonra, dayısının müdaxiləsi ilə qarşı tərəf Müseyib Ərgənovun ona borclu olduğu 15 min dolları qaytarmağa məcbur olur. Bu zaman İmran Ərgənovun da ona borclu olmadığı haqda sənəd imzalatmağa çalışırlar. Lakin V.Süleymanov bundan imtina edir: “Dedim ki, mənə qaytarılan 15 min dollar Ərgənov Müseyib Kamran oğlunun borclu olduğu vəsaitdir, İmranın mənə olan 100 min dollar borcu qalır”.

Vasif Süleymanov onu da vurğuladı ki, 2-3 ay əvvəl İmran Ərgənovun Bakıya gələcəyini bildikdə, Azərbaycan xüsusi xidmət orqanlarına müraciət edib. Bu müraciətdən təxminən ay yarım sonra o, Türkiyədən Bakıya gələrkən hava limanında saxlanılıb. Lakin, bir neçə saat sorğu-sual edilsə də, borcunu boynuna almayıb və bu səbəbdən də sərbəst buraxılıb. Şikayətçi deyir ki, bu zaman onu üzləşdirməyə belə, ehtiyac görməyiblər.

Sonda aidiyyəti qurumlara müraciətə edən Vasif Süleymanov borcunun qaytarılmasına dəstək olmalarını xahiş edir.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiaydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti