Ardını oxu...
Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sistemi tətbiq olunana qədər insanlar aylarla, illərlə hansısa xəstəliklə yaşayırdılar. Xüsusən də cərrahi müdaxilənin vacib olduğu xəstəliklərdən əziyyət çəkənlər. Çünki xəstəxanalarda, əsasən də özəl klinikalarda tibbi müayinə və əməliyyat xərcləri yüksək idi. Çoxlarının bu xərcləri qarşılamaq imkanı olmurdu.

Ancaq İTS-nin tətbiqindən, sığorta zərfinin genişlənməsindən sonra vəziyyət xeyli dəyişib və səhiyyə xidmətinin əlçatanlığı getdikcə daha da artır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin mayında açıqladığı "2023-cü il üzrə fəaliyyətə dair hesabat" da dediklərimizi təsdiq edir. Belə ki, ötən il dövlət tibb müəssisələrinə 5 milyon şəxs 22 milyondan çox müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan yararlanıb. İTS-nin tətbiq olunduğu tibb müəssisələri üzrə 2023-cü il ərzində 33%-i (1 664 080 ) uşaq olmaqla (0-17 yaş) 5 011 538 vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2022-ci il ilə müqayisədə bu göstərici 10% artıb.
İTS-nin tətbiqi ilə icra olunan cərrahiyyə əməliyyatlarının sayında da artım müşahidə olunur. 2022-ci illə müqayisədə 2023-cü ildə cərrahi əməliyyatların sayı da 10% artıb.

İTS-nin bir çox insanlara sağlamlıqlarını yaxşılaşdırmaq imkanı yaratdığına dair başqa arqument və rəqəmlər də gətirmək olar. Amma buna ehtiyac yoxdur. Çünki yeni sistemin tətbiqinin müsbət nəticələrini heç kim inkar etmir. Ancaq təəssüf ki, İTS ilə bilavasitə cərrahiyyə əməliyyatlarının icrası zamanı bir çox qanunsuz, hətta deyərdik ki, dələduzluq əməllərinə yol verilir ki, bu da yalnız həkimlərin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, icbari sığortaya cavabdeh qurumların gördüyü işə kölgə salır.
Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Onların belə neqativ hallara münasibəti necədir?
Bu barədə bir qədər sonra...

DƏLƏDUZLUĞUN İMPLANT SƏVİYYƏSİ

Hələliksə həmin neqativ halların yalnız biri barədə danışmaq istəyirik.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda cərrahiyə əməliyyatlarının sayı ildən-ilə artır. Son vaxtlar cərrahların ən çox həyata keçirdiyi əməliyyatlardan biri də fəqərələrarası disk yırtığının aradan qaldırılması ilə bağlıdır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, İTS sistemində əsas qanunsuzluqlardan biri bu əməliyyatın icrası zamanı həyata keçirilir.
Belə ki, cərrahlar icbari tibbi sığorta ilə əməliyyata gələn pasiyentlərə fiksasiya əməliyyatı edirlər. Yəni əməliyyatdan əlavə pasiyentlərin fəqərələri arasına implant yerləşdirirlər.
Məsələ burasındadır ki, bu implantlardan xüsusi göstərişlə, yalnız zəruri hallarda istifadə olunmalıdır.

Mütəxəssislərin bildirdiyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir.

Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər.
Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?
Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə əməliyyat zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir.
Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyat üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər.

HƏKİMLƏRİ DƏLƏDUZLUĞA MƏCBUR EDƏN AMİL
Qeyd edək ki, rəsmi statistika da son vaxtlar icbari tibbi sığorta hesabına fəqərələrarası disk yırtığı əməliyyatlarının sayının artdığını göstərir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya bildirilib ki, təkcə 2024-cü ilin ilk 6 ayı ərzində 2014 sayda fəqərələrarası disk yırtığı əməliyyatı icra olunub:
"Bunlardan 792-si TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, 1222-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həkim göstərişi əsasında aparılıb".
Göründüyü kimi, ildə təqribən 4 mindən artıq fəqərələrarası disk yırtığı əməliyyatı İTS ödənişləri ilə ya dövlət xəstəxanalarında, ya da Agentliklə müqaviləsi olan klinikalarda həyata keçirilir.

Maraqlıdır, bəs İTS-nin dövlət xəsətxanalarında işləyən cərrahlar niyə bu dələduzluğa əl atırlar?

Araşdırmalarımız zamanı bu sualın cavabı da aydın oldu. Proses barədə bilgili olan həkimlərdən aldığımız məlumata görə, sözügedən əməliyyatların xeyli hissəsi məhz dövlət xəstəxanaları və ya İTS ilə müqaviləsi olan klinikalara yönləndirilir:
"Həkimlərə deyirlər ki, gedib özəl klinikalarda işləməyin, gəlin dövlətdə işləyin, sizə əməliyyat verəcəyik. İşə cəlb olunanlara fiks maaş verirlər. Məsələn, hazırda uzman həkimlərə 5-8 min manat arası maaş verilir. Adi həkimlərə isə 1100-1400 manat. O da baxır hansı sahənin həkimidir. Çoxtapılan həkimdirsə, ona 1100 manatdan artıq maaş vermirlər. Xəstədən də xüsusi hallar xaric pul almağa qoymurlar. Həkim də baxır ki, 1 əməliyyatdan ona 17-25 manat bonus yazılır. Ona görə də heç kim 17-25 manata görə xəstə ilə üz-üzə qalmaq istəmir. Çünki bu riskə dəymir. Deyək ki, 1100 manat maaş alan cərrah ayda lap 100 əməliyyat edir. 20 manatdan götürsək, maaşdan əlavə 2000 manat bonus alır. Ümumilikdə aylıq qazancı 3000-3500 manat olur. O da düşünür ki, 12 il əziyyət çəkib 3-4 minə görə oxumamışam ki... Ona görə də belə həkimlər xəstə yaxınlarını aldadıb guya, xəstənin fiksasiya əməliyyatına ehtiyacı olduğunu bildirilər".
İndi isə qayıdaq yuxarıda qoyduğumuz suallara: TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Pasiyentin müvafiq tibbi göstəriş arasında əməliyyat olunmasına kim nəzarət etməlidir?
Məsələ ilə bağlı hər iki dövlət qurumuna sorğu ünvanladıq, davamı olacaq...
Elnur
BakuPost
 
Ardını oxu...
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Şamaxı şəhərinin Meysəri kəndində Üzüm və Şərab Festivalının keçirilməsi işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub və “AQS Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 578.220,06 manat məbləğində satınalma müqaviləsi bağladığını satınalmaların internet portalında 06.09.2024-cü ildə dərc edib.

Bu məlumatdan göründüyü kimi Dövlət Turizm Agentliyi ilə “AQS Group” MMC arasında satınalma müqaviləsi 06.09.2024-cü ildə bağlanılıb. Amma “Azərtac” xəbər verir ki, “sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub.”

Maraqlıdır satınalma müqaviləsi bağlanıldıqdan bir gün sonra “AQS Group” bu festifalı necə təşkil edə bilib? Burada stendlərin qurulması və müəyyən işlərin həyata keçirilməsi ən azı bir həftə vaxt tələb edir. Görsənən odur ki, Dövlət Turizm Agentliyi əvvəlcədən işləri “AQS Group” MMC-yə həvalə edib, sonra isə satınalma müqaviləsi bağlayıb.

Mediada 8 sentyabrda yayılan məlumatlarda bildirilir ki, festivalın açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər, çoxsaylı qonaqlar iştirak edib.

Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunan festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edir.

Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr), Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr), Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr), Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen & Rəssam (8 sentyabr), Roman&Nirvana Band (8 sentyabr), Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr),festivalın hər iki günündə Dj Amalov çıxış edir.

Apardığımız araşdırmalar zamanı açıq mənbələrdən “AQS Group” MMC-nin fəaliyyət sferası barədə məlumat tapa bilmədik. Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “AQS Group” ( VÖEN 2002652131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.05.2013-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, QÜLLƏ, ev 16, qanuni təmsilçisinin isə Babayev Vüqar Əbdüləli oğlunun olduğu göstərilir. Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk qanuni təmsilçisi və yaxud təsisçisi 2016-cı ilə qədər Abdullayev Sabiq Sabir oğlu olub. MMC-yə Həkimov Fərid Şamil oğlu, Tağıyev Azər Azad oğlu, Səlimzadə Səlim Səttar oğlu müxtəlif vaxtlarda rəhbərlik ediblər.

Açıq mənbələr üzərindən apardığımız araşdırmada məlum oldu ki, “AQS Group” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Abdullayev Sabiq Sabir oğlu həm də dövlət məmurudur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 08 fevral 2017-ci ildə verilən məlumatda Komitə sədrinin əmrinə əsasən Abdullayev Sabiq Sabir oğlunun komitə yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edildiyi bildirilir. Bunadək Sabiq Abdullayev adıçəkilən xidmətdə rəis müavini olub.

Qeyd edək ki, “AQS Group” MMC bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü il 7-12 may tarixlərində Şuşa şəhərində “Şuşa-İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimin və İslam Dünyasının Mədəniyyət Forumunun təşkil edilməsi üzrə keçirdiyi tenderin də qalibi olmuşdu və sözügedən cəmiyyətdən 892.670 manat dəyəri olan sifariş almışdı.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Ölkə başçısının məlum Sərəncamından cəmi üç gün sonra Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

Xatırlatmaq istərdik ki, Dövlət Turizm Agentliyi iyun ayında “Caspian Energy Uzbekistan”ın sədri Əliyev Tehran Rizvan oğlunun həmtəsisçisi və dirketoru olduğu “Vitam” MMC ilə Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işlərinin satın alınması üzrə 543.187,04 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Görsənən odur ki, Dövlət Turizm Agentliyi satınalmalarda ancaq dövlət məmurlarına məxsus şirkətlərlə işbirliyi qurur.

Aktualinfo.org
Ardını oxu...
" "Təmiz Qaz" QSC tərəfindən 2024-cü il ərzində güya sayğacın giriş və çıxışında respublika üzrə 75.000 dən artıq sızma aşkar edilmiş sayğacın flyans birləşməsində olan plomb qırılmış və yenisi ilə əvəz edilmişdir. Qeyd edək ki, aşkar edimiş hər sızma və onun icrasina görə "Azəriqaz" İB tərəfindən "Təmiz Qaz" QSC təkilatına müəyyən olunmuş vəsaitlər ödəyir...." Dia-az.İnfo xəbər verir ki, bu ilginc fakt "Azəriqaz" işçiləri tərəfidən ictimailəşib.
Məlumatda daha sonra deyilir: "İndi gəlin görək bu sızmalar və sızmanın aradan qaldırlması üçün görülən işlər, İstifadə olunan Qaz İstismar xidmətlərinin metroloq mühəndislərindən götürülmüş işin icrası üçün yazılan nömrəli ,3 nüsxəli aktlar, və plastik plomblar düzgün istifadə olunubmu, Birmənalı şəkildə hamısı saxta yanlış yerə istifadə olunmuş hesab edirik.
"Təmiz Qaz"ın əməkdaşları ərazidə boş yerə sızma olmadan plombu qırıb və vətəndaş olmadan belə sayğacı plomblayır. Buna misal olaraq bir ipucu veririk... Tutaq ki, 800 abonentlik bir kənddir və "Təmiz Qaz"ın qrafikində bu kənd 5 iş günü ərzində yoxlanılmalıdr. Kəndin girəcəyində və ya sonunda 50 sayğacın plombu qırılır və yenidən plomblanır səbəb? Kəndin ortasında axrında sızma yox, ancaq kəndin girəcəyinə elə sızma olsun? Əgər sızma realdırsa bir kənddə niyə ora baxan nəzarətciyə tədbir görülmür?
Qeyd edək ki, 9 iyul 2014-cü il tarixində əsası qoyulan “Təmiz Qaz” layihəsi 2016-cı ilin mart ayından etibarən müstəqil şirkət kimi fəaliyyətə başlamışdır. Hazırda “Təmiz Qaz” QSC müxtəlif müəssisə və təşkilatların sifarişi əsasında Azərbaycan Respublikasının şəhər və rayonlarında geniş spektrli xidmətlər həyata keçirir
“Təmiz Qaz” QSC-nin başlıca fəaliyyət sahələri xarici yeraltı, yerüstü qaz kəmərlərinin və üzərindəki qaz avadanlıqlarının, texnoloji (qaz, su, telefon, kanalizasiya) quyularının qabaqcıl vasitələrlə texniki baxışının keçirilməsi, sazlama və təmir işlərinin yerinə yetirilməsini əhatə edir".
Hər halda bu faktların hüquq-mühafizə orqanları tərəfindən araşdırlması vacibdir...
 
Ardını oxu...
Sosial problem
SOCAR Aparatının rəhbəri cənab Hafiz Zeynalovun və aidiyyəti üzrə məsul şəxslərin diqqətinə!
SOCAR KQİT İşçilərləri yazır:
-2021 ci ildən sonra bizim işə gedib gəlmək problem olub . Nəqliyyat yoxdu .Əvvəl Koroglu metrosundan gəmiyə kimi avtobus ayırırdiılar, indi isə özumuz gedirik .Taksilər qalxib əvvəl 15-16 azn olan yol indi 25-30 manatdi ictimayi nəqliyyatla gəlmək olmur cunki 15-16 gunun ərzaqını ozumuz gətiririk. Dənizdən cıxanda elə olur ki gecə olur saatlarla taksi gözdəməli oluruq .Azneft İB işçiləri üçün maşın ayırır amma KQİT yox .müqavilədə yazilib iş yerinə işəgötürən çatdirmalıdır. Hər ay ən azi 60 manat taksiyə pul veririk (20 yanvar dubəndi və əks istiqamət) xaish edirəm bu barədə yazın bəlkə KQİT nin rəhbəri görər bəlkədə onun xəbəri yoxdu cunki Tresti döndəriblər qoruga icəri girib hec kimə söz demək olmur
Taksilər də posta kimi aparır ordan gemiyə azi 2 km yol var piyada vallah ordaki vəziyyəti kim gorsə deyər siz SOCAR işçisisiz yoxsa 2 ci dunya muharibəsi əsirləri
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Bu ilki seçkilər ZAHİRƏN əvvəlkilərdən daha "MƏDƏNİ” keçdi: seçkiqabağı görüşlərə ciddi əngəl olmadı, polis gözə dəymirdi, karusel əvvəlki səviyyədə deyildi. Amma bu seçkilər SAXTAKARLIQ SƏVİYYƏSİNƏ görə əvvəlkiləri üstələdi.

İqtidar bu dəfə belə bir mövqe tutmuşdu: "kim təbliğat aparırsa, aparsın (Mitinq forması istisna olmaqla), polis mane olmasın, məntəqədə kim kimə istəyirsə səs versin- bunun əhəmiyyəti yoxdur; əsas DSK-larda səslərin necə yazılmasıdır.

Dəhşətli eybəcərlik də bunda idi: heç bir məntəqədə seçki protokolu tərtib edilmədi, iştirak edən seçicilərin sayı DSK-larda 5-10 dəfə artırıldı (əsasən, istədikləri namizədlərin xeyrinə).

Ümumi söz olmasın deyə, fakt kimi, BİR MƏNTƏQƏDƏ seçkilərin həqiqi nəticəsini və necə yazılmasını sizə deyim (bu və bunun kimi saysız-hesabsız faktlar Azərbaycanda seçkilərin necə keçirilməsini aydın göstərir).

Mən, Müsavatın səlahiyyətli nümayəndəsi kimi, 8 saylı dairənin 33 saylı məntəqəsində səhər saat 7-dən gecə məntəqə bağlanana qədər fasiləsiz müşahidə apardım (məndən başqa daha 6-7 müşahidəçi vardı). Heç bir əlavə bülleten atmağa imkan vermədik (doğrusu, buna cəhd də olmadı).

Sədr qutuları açmaq istəmirdi, çalışırdı ki, müşahidəçilər bezib getsinlər (bəziləri getdi), 3 saat işi dayandırdılar (guya ləğv olunan bülletenlərin kənarını kəsirlər). Bildirdim ki, "səhərə qədər qalsanız da, mən də sizinlə qalacam”. Yalnız bundan sonra məcbur olub, qutuları açdılar: cəmi 60 BÜLLETEN çıxdı, imzaların sayı da bu qədər idi-düz gəldi. Kimlərin neçə səs aldığını düz elan etdilər (mən özüm bülletenə toxunmadan bir-bir baxdım: mənə göstərdilər). Bura qədər çox yaxşı.

Amma nə qədər tələb etdiksə, karbonlaşdırılmış protokolu yazmadılar. Məntəqə sədri Tehran Musayev özünü xəstəliyə vurdu: "Bu vəziyyətdə protokolu yazsam, qiyməti 2000 manat (!) olan kağızı-karbonlaşdırılmış protokolu korlayaram”.

Bildirdim ki, bu vəziyyətdə (məncə, artistlik edirdi) katib doldurmalıdır. Etmədilər və məntəqəni tərk etdilər.

Məntəqədə təkcə mən qaldım. Gözətçi bildirdi ki, qapını bağlamaq istəyir. Saatı videoda göstərməklə boş məntəqənin mənzərəsini çəkib çıxmalı oldum.

EYBƏCƏR SAXTAKARLIQ NƏDƏDİR?

MSK-nın rəsmi məlumatında göstərilib ki, bizim məntəqədə 382 SEÇİCİ (6,3 DƏFƏ ÇOX!) səs verib, AZAYA 182 səs yazıblar (əslində 22 idi), YAP-ın namizədinə 117 səs yazıblar (11 idi).

Qeyd1. Seçki qanununa görə proses fasiləsiz aparılmalıdır, karbonlaşdırılmış protokol doldurulmamış və üçüncü nüsxəsi məntəqədə elanlar lövhəsinə vurulmamış komissiya üzvləri məntəqəni bağlaya bilməz.

Qeyd2. Videodakı şəxs gözətçidir: mənim çıxmağımı gözləyir.

Yazı AMEA-nın baş elmi işçisi, Müsavat Partiyasının Divan üzvü Mirbaba Babayevin feysbuk səhifəsindən götürülüb.
 
Ardını oxu...
İnternet tarifinin qiyməti 25 manat oldu, ancaq sürət və keyfiyyət verilən pula dəymir. 25 manata 100 mbit/s internet veriləcəyi vəd olunsa da, xidmətin keyfiyyətində heç bir müsbət dəyişiklik yoxdur. Sosial şəbəkə istifadəçiləri bu haqda "Aztelekom" şirkətinin rəsmi "Facebook" səhifəsində öz iradlarını bildiriblər. İstifadəçilərin qeyd etdiyinə görə, şirkətin çağrı mərkəzindən yaranmış problemlə əlaqədar verilən ən yaxşı məsləhət "söndür-yandır, düzələcək" olur.
Baxış İsmayıloğlu yazır ki, 170 Çağrı Mərkəzinə zəng etdikdə, ən yaxşı halda sırada 40-cı adam olursan, növbə sənə gəldikdə, deyirlər, "söndür-yandır, düzələcək". Görəsən, nə zaman düzələr?

İstifadəçilər şirkətə müraciət ünvanlayırlar ki, 100 mbit/s internetlə nələrin mümkün olduğunu hamı yaxşı bilir, yaxşı olar ki, şirkət, olmayan internetlə nələrin edilə biləcəyi barədə də məsləhətlər versin.

Bəzi internet istifadəçiləri verdikləri pul müqabilində internet sürəti artmasa, göstərilən "xidmət"dən cərimə olunma ehtimalına baxmadan imtina edəcəklərini bildirirlər. Məlumat üçün qeyd edək ki, "Aztelekom" göstərilən xidmətdən imtina edildiyi halda, abonentin 140 AZN miqdarında cərimələnməsi barədə istifadəçilərə məlumat verib. Vətəndaşların sorğusuna verilən cavabda qeyd olunur ki, 12 aylıq abunə şərtləri pozulduğu halda internet modem üçün 110 AZN + 30 AZN qoşulmama haqqı ödənilməlidir. Bu da "mədəni" dildə cərimə deməkdir. Çünki xidmət keyfiyyəti ödənilən məbləğdən qat-qat aşağıdırsa, istifadəçinin internet xidmətindən imtina etmək hüququ var.

Şirkətin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir: "Abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. Abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə, telekommunikasiya xidmətini dayandıra bilər. Tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir. Müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi, müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab edilir".

İstifadəçilərin əksəriyyəti onlarla provayderlər arasında müqavilənin imzalanmadığını qeyd edirlər. İnternet çəkilişi zamanı onlara heç bir müqavilə təqdim olunmayıb.

Digər tərəfdən, belə bir sual da yaranır ki, əgər bağlanılan müqavilənin şərtlərini elə şirkətin özü pozursa, o zaman şirkəti kim cərimələyək? Hansı ki, vətəndaşlar müqaviləni elə şirkətin pozduğunu, ödənilən məbləğ qarşılığında vəd olunan internet sürətinin verilmədiyini bildirirlər. Belə olduğu təqdirdə, sadə vətəndaşların hüquqlarını kimin qoruyacağı sual altına düşür.
 

Ardını oxu...
"...5 ilə yaxındır məhkəmələrdəyəm. Məhkəmələri udsam da, bir faydası yoxdur. Əlimdə məhkəmə qərarı var. Torpaq ərazimə daxil olan qonşum ərazimi tərk etmir. Dərd orasındadır ki, Ali və İnzibati Məhkəmələrin qərarını icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsi problemə biganə yanaşır, aylardır vaxt uzadır. Məhkəmənin sənədini dəfələrlə təqdim etsək də, müxtəlif bəhanələrlə yayınmağa çalışırlar. Artıq yorulmuşam. 5 il səbr etdim. Amma indi məsələni işıqlandırmaq və ictimailəşdirmək qərarına gəldim. Bəlkə camaatdan utanarlar, qanuni haqqım olan ərazimi mənə geri qaytararlar. Adam ərazimi qanunsuz şəkildə zəbt edib, beş illik məhkəmə prosesi də bu adamın etdiyi əməlin yanlış olduğunu və torpağı sahibinə geri qaytarmasını əmr edir. Həmin əmri də icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsidir. Amma nə ərazimə girən adamdan, nə də o idarədən ən kiçik bir tərpəniş belə yoxdur. İnsan yanıb, tökülür".
Yuxarıdakı fikirlər Göyçay rayon sakini, Birinci Qarabağ Müharibəsi iştirakçısı Tərlan Fərzəliyevə məxsusdur. Vətəndaş Bizimyol.info xəbər portalına şikayəti üzrə müraciət edib. Vətəndaş, Göyçay rayonu, Yeniarx kəndi ərazisində torpağını zəbt etmiş qonşusu barədə beş illik məhkəmə prosesini udub və Şəki İnzibati Məhkəməsi 16 saylı Ucar Ərazi İdarəsinə torpaq sahəsinin koordinatlarının qanunauyğun şəkildə yenidən baxılması öhdəliyini qoyub. Daha sonra Ali Məhkəmə İnzibati Məhkəmənin bu qərarını təsdiqləyib və işin icrası üçün yenidən adıçəkilən yerli İdarəyə bildiriş göndərilib. Bir neçə məhkəmənin açıq-aşkar hökmü "heç" sayılır. Nə torpağı zəbt edən qonşu, nə də 16 saylı Ucar Ərazi İdarəsi hökmün icrasına uyğun hərəkət etmir.

"Bu torpaqlar sovet dönəmində aqrar islahatlar zamanı qeyri-dəqiq cihazlarla ölçülmüşdü və ərazilərdə olduqca ciddi koordinat sürüşmələri meydana gəlmişdi. O dönəmdən son vaxtlara kimi yanlış bölüşdürülən bu torpaqlar üstündə məhkəmə prosesləri bitib-tükənmək bilmirdi. Daha sonra cənab prezident problemli torpaq sahələrinin yenidən və ədalətli şəkildə bölüşdürülməsini təmin edən fərman imzaladı. 818 saylı bu fərmanda Torpaqların Elektron Kadastr Uçot Sisteminin yaradılması tapşırılır. Bu fərmanda göstəriş belədir ki, həmin problemli ərazilər yenidən işlənsin, camaat zülm çəkməsin. Fərmanın qanunvericilik sahəsində heç bir problem olmasa da, icrasında belə ciddi problemlər yaranıb. Problemi yaradan da keçmiş sovet sisteminin qeyri-dəqiq ərazi bölgüsü idi.

Daha sonra bir Türkiyə şirkətinə bu məsələnin həlli tapşırıldı. Onlar da torpağı işləyib, sənədlərini Əmlak Komitəsinə təhvil verib, getdilər. Bölüşdürülmüş bu torpaqlarda kiməsə artıq və ya əskik pay düşübsə, qanunvericiliklə o torpaq sahiblərinin yazılı razılığı ilə məsələ həllini tapmalıdır. Həmin şirkət yazılı razılığın arxasına düşmədi. Çünki onda gərək bu işi 2045-dək ancaq bitirərdilər. Ancaq bu da vətəndaş kimi bizim problemimiz deyil. Hər halda, prezident şirkətdən daha yaxşı bilir nəyi nə zaman və necə etmək lazımdır. Onun fərmanında da qeyd olunur ki, ölçüyə uyğunlaşdırıla bilməyən həmin torpaqlarla bağlı yazılı razılaşma edilsin. Ancaq şirkət bundan boyun qaçırıb. Nə Astarada, nə Qazaxda, nə Xaçmazda - torpaq bölgüsünü keçirdikləri heç bir yerdə yazılı razılıq məsələsinə toxunmayıblar. Eləcə torpağı bölüb, təhvil verib, çıxıb gediblər.

Biz bu problemi məhkəmə yolu ilə həll etməyə məcbur olduq. Mülki Məhkəmə hökm çıxarıb ki, torpaqlarımı zəbt edən adam oranı boşaldıb, ərazini təhvil versin. İnzibati Məhkəmədə də Reyestr Xidmətini udmuşuq və orda da məhkəmənin göstərişi budur ki, sənədləri düzəltsin. Burda da düzəliş olunmalı sahə 15 ha göstərilir. 15 ha sahənin koordinatının düzəldilməsi öhdəliyi qoyulub. Mən o torpağa investisiya qoyub, bağ salmışam. İndi məhkəmənin sənədi, hökmü mənim üçün mötəbərdir. Sonradan keçirilmiş aqrar islahatı mötəbər hesab edirəm. Aqrar islahat nəticəsində hüquq əldə etmiş vətəndaş dövlət orqanı olan Notariusda alqı-satqı etməyə gedir, bir sıra əməliyyatlar keçirir, amma heç birinin faydası olmur. Deyilir ki, "burada 8-ci qonşunun torpaq problemi var və onu sənin hesabına həll etmək istəyirəm". Bir vətəndaşın problemini digər vətəndaşın hesabına həll etmək olmaz. Mən o ərazidə taxıl və ya yonca əksəydim, problem olmazdı. Axı mən ora yüksək investisiya yatırmışam, bağ salmışam. Pulumu o torpağa yatırmışam ki, gələcəkdə nəsə olacaq. İndi illərdir məhkəmələri uda-uda gedirik, ancaq nəticə yoxdur. Nə qərar icra edilir, nə də ərazimi zəbt edən şəxs torpağımdan çıxır" - deyə, rayon sakini şikayət müraciətində qeyd edib.

Müraciətlə əlaqədar Bizimyol.info xəbər portalı Əmlak Komitəsinə sorğu göndərib. Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ortada olduqca mürəkkəb bir proses olduğuna görə, uzunmüddətli araşdırılma aparılmalıdır. Sorğudan 12 gün ötməsinə və ortada açıq-aşkar məhkəmə hökm olmasına baxmayaraq, araşdırmanın nəticəsi təqdim edilməyib. Yaranmış vəziyyətlə əlaqədar İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti də məlumatlandırılıb.
 
Ardını oxu...
“Araz” supermarketlərində vaxtı keçmiş məsullar satılır.

Bu barədə Bakupost.az -a vətəndaş Rüstəm Rüstəmov şikayət edib.

Şikayətçinin sözlərinə görə, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 58 ünvanında yerləşən “Araz” marketdən kəsmik və salat alıb. Evə gəldikdən sonra məhsulların vaxtının keçdiyini və onların qıcqırdığını görüb:
“Dünən axşam işdən gələrkən bazarlıq etdim. Marketdə olarkən aldığım kəsmik və salatın tarixinə baxmadım. Evdə salatı yemək istəyəndə gördüm ki, qıcqırıb. Həmin axşam düşub məhsulu qaytardım. Səhər isə kəsmiklə çay içəndə kəsmiyin gömgöy olduğunu gördüm. İşə gedəndə “Araz”a girib mühafizəçiyə verdim. Axşam qayıdarkən məndən məhsulun qəbzini istədilər. Bildirdim ki, qəbz sizdədir. Üzrxahlıq edib, ödənişi qaytarmaq istədilər. Lakin əsəbiləşib pullu belə götürmədim”.
Şikayətçi bununla bagli AQTA-ya müraciət edib:
“Dəfələrlə başıma belə hadisə gəlib. Başa düşə bilmirəm, işçilər hara baxır?! Piştaxtalara niyə nəzarət olunmur?! Ötən günlərdə də balıq almışdım. O da xarab çıxmış, hətta iylənmişdi. Evdə uşaqlar var, yeyib zəhərlənsələr, kim cavab verəcək?!”.

Məsələ ilə bağlı “Araz” supermarketinə sorğu ünvanladıq. Hələlik cavab yoxdur.

Qeyd edək ki, son vaxtlar redaksiyamıza “Araz” supermarketində tez-tez oxşar məzmunlu şikayətlər daxil olur.

Bir müddət öncə 20-ci sahə dairəsi yaxınlığındakı “Araz” supermarketdə alış-veriş edən alıcı Bakupost.az -a 2.99 AZN-ə xurma aldığını, evə getdikdəın sonra xurmada gözlə aydın seçilən ağ qurdlar aşkar edildiyini bildirmişdi. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim etmişdi. Bakupost.az -ın məsələ ilə bağlı hazırladığı materialdan sonra həmin xurmalar “Araz” supermarketdə satışdan yığışdırılmışdı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

       
Ardını oxu...
Ərazini pis qoxu və üfunət iyi bürüyüb… Kanalizasiya suları daşaraq avtomobil yolunu keçilməz edib…
Xezerxeber.az xəbər verir ki, Xırdalanda avtomobil yolunun bu cür vəziyyətə düşməsinin əsas səbəbi iki gündür davam edən və çarəsinə bir tədbir görülməyən kanalizasiya sularıdır. Sakinlər iddia edirlər ki, kanalizasiya suları içməli su hövzəsi olan Ceyranbatan gölünə də axır.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, yaranmış vəziyyətdən xəbərdardırlar. İdarə yeni yaradıldığından hazırda təhvil – təslim işləri həyata keçirilir.
Ancaq buna baxmayaraq qurum əməkdaşları tərəfindən sakinlərin haqlı şikayətləri araşdırılıb və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

 
 
 
Ardını oxu...
Azərbaycan Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.

Aparılan qiymətləndirmələr zamanı bir sıra problemlər aşkarlanıb.

Onlardan biri kimi cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.

Dövlətin maliyyələşdirdiyi 5,1 milyon manatlıq damazlıq heyvanların təsərrüfatlarda olmamasının səbəbi nədir?

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, həmin heyvanlara xərc çəkilib:

“Sənədlərdə yazılıb, guya ki, bu heyvanlar hardansa alınıb, bahalı damazlıq heyvanlardır. Bir müddət öncə Azərbaycana fantastik qiymətlərə iribuynuzlu heyvanlar alıb gətirirdilər. O heyvanların gətirilməsi üçün vəsait ayrılıb. Məsələn, 100 baş inək gətirmək lazımdır, onlar 20 baş gətiriblər. Burada 80 baş inəyin pulu isə yoxa çıxıb. Ona görə də həmin heyvanlar təsərrüfatlarda yoxdur. Yaxud bir hissəsini doğrudan da gətiriblər, amma tələf olub.

Tələf olanda onun hesabatı verilməli, aktı yazılmalıdır ki, hansı səbəbdən tələf olub. Çünki bu layihədir, risklər də nəzərə alınır.

Heyvanların xəstələnmə ehtimalı da göz altına alınır və ona da vəsait ayrılır”.

Ekspert bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı risklər də olub:

“Həmin heyvanlarda narahatlıqlar baş verərsə, baytarlıq tədbirləri görülməli idi. Həmin baytarlıq tədbirləri də görülmədiyinə görə gətirilən heyvanların böyük əksəriyyəti tələf olub. Yəni o baytarlıq tədbirlərinə ayrılan vəsaitin hara xərclənməsi belə müəmmalıdır. Ona görə həmin heyvanlar indi təsərrüfatlarda yoxdur”.

Dünyapress TV

Xəbər lenti