Ardını oxu...
Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbi bağlana, şagird və müəllimlər isə başqa məktəbə köçürülə bilər.
Hər halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakupost.az -ın sorğusuna cavabından belə aydın olur.
Sorğunun cavabına keçməzdən öncə qeyd edək ki, sakinlərin iddiasına görə, sözügedən məktəb gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Arxa tərəfdən oraya yol yoxdur. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən neçə vaxtıdr ki, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərlə məktəbin direktoru arasında qarşıdurma yaşanır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən həmin ərazidə məktəb binasının fəaliyyətinin qanuni olub-olmamasına dair sorğumuza cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Sorğuya cavabdan o da aydın olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, müvafiq tədbirlərin görülməsini xahiş edib.
Ardını oxu...
Ardını oxu...
Lakin təəssüf ki, üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, adı çəkilən dövlət qurumları məsələ ilə bağlı tədbirlər görməyiblər. Halbuki sakinlərin Bakupost.az -a bildirdiyinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyi özü də onların müraciəti əsasında əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyini təsdiq edib. Bundan sonra hətta digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olunsa da, direktor Piyalə Xudayarova bununla razılaşmayıb. Sakinlərin dediyinə görə, direktorun məhz həmin ərazidə fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var. Bu barədə bir qədər sonra...

Hələliksə onu qeyd edək ki, dünən Elm və Təhsil naziri Emin Əmrullayev də qəzalı, eləcə də böyük kollektivi olmayan məktəblərin köçürülməsi ilə bağlı məsələyə toxunub. Nazir bildirib ki, hər il qəzalı məktəblərin sayı azalır:
"Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq".
Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:
“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.
Qeyd edək ki, Laçin qaçqın məktəbinin direktoru Piyalə Xudaverdiyevanın dediyinə görə, rəhbərlik etdiyi doqquzillik təhsil müəssisəsinin cəmi 60 şagirdi və 20 müəllimi var. Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var.
Göründüyü kimi, həm təhlükəli ərazidə yerləşməsi, həm də saxlanılması iqtisadi baxımdan əlverişli olmadığı üçün Laçin qaçqın məktəbi ərazidəki digər məktəblərə köçürülə bilər. Məsələ burasındadır ki, məktəbin təxliyyə yolu da yoxdur. Bir tərəfi uçurum, digər tərəfləri isə müxtəlif tikililər olan məktəbin yeganə dar yolu sakinlərin həyətindən keçir. Yanğın, sürüşmə və ya hər hansı digər fövqəladə hadisə baş verərsə, təxliyyə yolu olmadığından məktəbdə faciə yaşana bilər. Yəqin ki, Elm və Təhsil Nazirliyi həm sakinlərin, həm də məktəb kollektivinin təhlükəsizliyini nəzərə alaraq, bu məsələyə əncam çəkəcək.
Direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəblərinə gəlincə, sakinlər iddia edir ki, məktəbdə yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.

Sakinlərin sözlərinə görə, məktəbdə çalışanların böyük əksəriyyətinin eyni soyadları daşıması da, Laçın qaçqın məktəbinin ailə şirkətinə çevrildiyindən xəbər verir. Belə ki, məktəbin müəllimlərindən Məhəmməd Xudayarov direktor Piyalə Xudayarovanın həyat yoldaşıdır. Digər müəllim Habil Xudayarovun da onların qohumu olduğu deyilir.
Laçın qaçqın məktəbində çalışanlardan 5 nəfər isə Mayılov soyadını daşıyır. Müəllimlərdən Bəhlul Mayılov məktəbdə kitabxanaçı işləyən Xanə Mayılovanın həyat yoldaşıdır. Mayılov soydalı digər iki müəllim - Rafael Mayılov və Qətibə Mayılova da ər-arvaddırlar. Məktəbdə Qoşqar Mayılov adlı daha bir müəllim dərs deyir.
Lakin bu məktəbdə çalışan qohumların tam siyahısı deyil. Belə ki, Laçın qaçqın məktəbində 3 nəfər də Güləliyev soyadını daşıyır: Azər Güləliyev (müəllim), Rafael Güləliyev (müəllim) və Şəfəq Güləliyeva. Qeyd edək ki, R.Güləliyev də Ş.Güləliyevanın həyat yoldaşıdır.
Sakinlərin iddiasına görə, direktor Piyalə Xudayarova yaxın qohumlarını məktəbə cəlb edərək, müxtəlif maliyyə maxinasıyaları həyata keçirirlər:
"Onların digər məktəbə köçmək istəməməsinin arxasında da bu amil dayanır. Çünki qohumluq əlaqələri və maxinasiyalar faş ola bilər".

Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında məktəbdə yeyinti hallarının olması ilə bağlı ittihamları rədd edib:
“Balaca kollektivimiz var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk”.
Qeyd edək ki, Şərqi Zəngəzur Təhsil İdarəsindən də Bakupost.az -a bildiriblər ki, vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq. Doğrudanmı, dövlət qurumları nəhayət ki, vəd etdikləri addımları atacaq və neçə vaxtdır sakinlərlə məktəb rəhbərliyi arasında yaranan qarşıdurmaya son qoyulacaq? Hər halda tədris ilinin başlanmasına sayılı günlər qalıb və tezliklə bu sualın cavabı aydın olacaq...

 
 
 
Ardını oxu...
“Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri ciddi bir tranformasiyadan keçməsidir”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır: “Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir. Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz? Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var”.

2025-ci ildə 80 illik yubileyi qeyd olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. AMEA-nın əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur? Niyə Azərbaycanın alimləri elmi kəşflərə imza ata bilmirlər?

Əməkdar elm xadimi Şahlar Əsgərov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, heç bir ölkə elmsiz bir addım belə ata bilməz: “Mən bu mövzu ilə bağlı bir neçə real vəziyyəti misal çəkəcəyəm, hər kəs özü nəticə çıxarsın. Gəncəyə çatanda magistral yolunun sağ-solunda rəssam tərəfindən yağlı boya ilə çəkilmiş şəhidlərimizin portreti vurulub. Bu, sıravi insanın istəyidir, şəhidlərə hörmət əlaməti olaraq. Bəs elm nə deyir? Elm deyir ki, belə etmək düzgün deyil və yol göstərir. Elm deyir ki, bu çəkdiyiniz şəkli bir tərəfə qoyun, Gəncənin meydançasında Qarabağ müharibəsi şəhidlərini əks etdirən, heykəltaraş tərəfindən hazırlanmış monumental bir əsər qoyun. Hansı düzgündür? Əlbəttə, elm deyən düzdür, çünki bu şəkillərin ömrü açıq havada, küləkdə, yağışın altında uzaq başı 20 il olacaq. Amma monumental əsər yüz, iki yüz, beş yüz il yaşayar. Elm deyir ki, pulu havayı yerə xərcləmə.

İkinci bir misalı təhsillə bağlı qeyd etmək lazımdır. Orta təhsilin elmi prinsipi necə olmalıdır. Bu suala müəllim cavab verə bilməz, amma alim verə bilər. Alimə görə uşaq məktəbə şəxsi mənafe ilə gəlir, amma orta məktəbi ictimai mənafe ilə bitirməlidir. “Qələm, məktəb, müəllim mənimdir” deyən uşaq məktəbi bitirəndə ölkə, paytaxt, vətən bizimdir deməlidir. İctimai mənafe uşaq böyüdükcə inkişaf etməlidir. 10-11-ci sinfi bitirəndə vətənpərvər olmalıdır. 3-cü sinif uşağına vətənpərvər deyə bilməzsən, onun vətəni anasıdır, evidir. Üçüncü misalı da mütləq qeyd etmək lazımdır. On il bundan əvvəl Türkiyə inkişaf etməkdə olan ölkələrin sırasında idi. Onlara “ikinci dünya dövlətləri” deyirlər. Bu gün Türkiyə birinci dünya dövlətinə çevrilib. Məhz elmin hesabına Türkiyə birinci dünya dövlətinə çevrildi. On il qabaq Türkiyə trikotaj məhsullar istehsal edirdi. Yəni spesifik əmək sərf olunan məhsullar idi. İndi Türkiyə PUA-lar istehsal edir. Bu da Türkiyəni birinci dünya dövlətləri siyahısına çıxarıb. Çünki təqribən 20 il bundan qabaq Türkiyənin 70 universiteti var idi, indi onların sayı 230-dur. Baxın, elmin təsiri buradadır. Şou-biznes əhlini təbliğ etməyin, öləndən sonra adları da yaddan çıxacaq. Amma Aristotelin, İbn Sinanın, Xudu Məmmədovun adları heç vaxt yaddan çıxmır".

Təhsil eksperti Elşən Qafarov da hesab edir ki, alimlərimizin elmi tədqiqat aparmaq bacarığı yoxdur və problem buradan qaynaqlanır: “Hazırda alimlərimiz titul qazanır, daha sonra ali məktəblərdə dərs deyir, fərqli əmək haqqı alır, elə bu qədər... Çox nadir hallarda beynəlxalq səviyyəyə çıxan, məqalələri dərc edilən alimlərimiz olur. Lakin qeyd edim ki, bu məsələ ilə bağlı dövlətimiz artıq addımlar atır. Belə ki, Prezidentin sərəncamı ilə "Xaricdə təhsil"in ikinci proqramı təsdiq olunub və artıq daha çox magistrant və doktorantlar xarici ölkələrin aparıcı ali məktəblərinə təhsil almağa göndərilir. Ümid edirik ki, gələcəkdə onlar təhsillərini başa vurub, ölkəyə geri döndükdən sonra bu sahədə bir dönüş olacaq".

Qeyd edək ki, tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. “AD Scientific Index” təşkilatı tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir. “AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22,350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) üzrə alimlərin reytinqini müəyyənləşdirir.

2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb. Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.

“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.
 

Ardını oxu...
"Bu Anar Bayramovdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədridir. Həmin Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə qurumdur..." Dia-az.İnfo xəbər verir ki, bunu özünün "facebook" səhifəsində tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Ardını oxu...
Anar Bayramov

O daha sonra əlavə edib: "Eyni zamanda Anar Bayramov “A-Qroup Sığorta Şirkəti”nin Direktorlar Şurasının üzvüdür. Yəni faktiki olaraq nəinki sadə məmur, Agentlik rəhbəri özəl sığorta şirkətinin rəhbər şəxslərindən biridir. Özü də həmin sığorta şirkətində 2002-ci ildən çalışır, İdarə Heyətinin sədri də olub. Amma 2021-ci ildən dövlət işinə keçdikdən sonra da özəl qurumda fəaliyyətinə xitam verməyib.
Son illər ərzində publik hüquqi şəxs statusunda xeyli qurum yaradılıb. Faktiki olaraq dövlət orqanlarının səlahiyyətləri onlara verilir. Amma dövlət orqanlarında çalışanlardan fərqli olaraq publik hüquqi şəxslərin işçiləri dövlət qulluqçuları hesab edilmir. Qanunda boşluq var: publik hüquqi şəxslərin işçilərinə hər hansı digər fəaliyyətlə məşğul olmaq qadağan edilmir. Onlar da bundan sui-istifadə edərək dövlət işində ola-ola özəl bizneslə də aşkar şəkildə məşğul olurlar. Yəni dövlətdən maaş ala-ala iş vaxtı ərzində bizneslə də məşğuldurlar. Özü də bunu heç gizlətmirlər də.
Məsələnin etik aspekti (dövlətdən maaş ala-ala iş vaxtı ərzində biznes fəaliyyəti) bir tərəfə. Əsas həm də odur ki, faktiki olaraq məmur, hətta rəhbər olan şəxslər özəl sektora müdaxilə edirlər və nəticədə ciddi maraqlar toqquşması yaranır. Bilmirsən, dövlət maraqlarını rəhbər tuturlar, yoxsa özəl maraqları..."
 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsi ləğv edilib.

Qaynarinfo-nun məlumatına görə, general-mayor Baba Salayevin rəhbəri olduğu təhsil mərkəzinin fəaliyyəti barədə qısa məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilir.

Azərbaycanda dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının rəsmi saytının olmasına baxmayaraq, 21-ci əsirdə sözügedən akademiyanın saytının ləğv edilməsi müəmmalı qərar kimi qiymətləndirilir.

Nəticədə akademiya haqqında geniş və ətraflı məlumat almaq mümkün deyil.

Akademiya nazirliyin idarə və təşkilatların siyahısında yer alır.
Ardını oxu...
Hazırda akademiyanın müəllim kontingenti, onların hansısa elmi tədqiqatı, məqalələri və s. haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, bu ilin aprel ayına qədər akademiyanın rəhbər şəxslərinin adı yer alan sayt mövcud idi. 24.04.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursu tam yeniləndikdən sonra sözügedən veb səhfə silinib.

Xatırladaq ki, müasir dövrdə təhsil sahəsində veb saytlar əvəzolunmaz alətlərdən birinə çevrilib. Bu saytlar təkcə informasiya paylaşımı üçün deyil, həm də tədris prosesinin təkmilləşdirilməsi, tələbə və müəllimlər arasındakı əlaqələrin gücləndirilməsi və idarəetmə funksiyalarının optimallaşdırılması üçün istifadə olunur.

Təhsil saytları tələbələr, valideynlər, müəllimlər və digər maraqlı tərəflər üçün vacib məlumat mənbəyidir. Bu saytlar vasitəsilə tədris proqramları, qəbul şərtləri, dərs cədvəlləri və təhsil müəssisəsinin fəaliyyətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.

FHN-nin saytında 27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası barəsində elan qoyulub. Elanda Elm və Təhsil Nazirliyinin www.portal.edu.az elektron portalında təhsilin bakalavr səviyyəsinə qəbul olmuş tələbələrin qeydiyyatından keçmələri və pambıq parçadan qara rəngdə corab (azı 3 cüt), paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi götürüb Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yaxınlaşmaları tövsiyə edilir.
 
Ardını oxu...
Bakının artıq əksər rayonlarında piyada səkilərinin zəbt edilərək avtomobil parklanması üçün ayrılması adi hal alıb. Daha bir səkidə parklanma yeri Nərimanov rayonu Təbriz küçəsində yeni yaşayış binasının qarşısında yaradılıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlər bildirib ki, hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması xahişi ilə müraciət ediblər. Hətta Nərimanov rayon İcra Hakimiyyəti bununla bağlı yerli mənzil-kommunal təsərrüfatı qurumuna tapşırıq da verib. Amma sakinlər bu günlərdə səkinin həmin hissəsinin parkinqə çevrildiyini, zibil qutularının da oradan götürüldüyünü görüblər.
Səkilərə nəzarətin yerli icra hakimiyyətlərinin səlahiyyətində olduğunu nəzərə alan sakinlər, tezliklə problemin həll edilməsini tələb edir. Sakinlər səkilərin piyadalara qaytarılmasını və oranın avtomobillərdən təmizlənməsini istəyir.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Neçə müddətdir ki, Şərur Regional Tibb Mərkəzində baş verən qanunsuzluqlardan, xüsusən də bu qurumun rəhbəri Bayram Mikayılovun ölçüyəgəlməz əməllərindən ictimaiyyəti məlumatlandırmaqdayıq. Dia-az.İnfo xəbər verir ki, bu kimi fakt təqdimatları bundan sonra da davam edəcək...

Bu arada isə redaksiyamıza Bayram Mikayılovun yeni "kadr islahatları" ilə bağlı informasiya daxil olub.

Naxçıvandakı mənbələrdən aldığımız bilgiyə görə, Mikayılov cənabları nədənsə əndişə keçirir və tələsik surətdə kadr "islahatları" həyata keçirir.

Mənbə bildirir: "Bayram Mikayılov son sürətlə xəstəxanaya işçi götürməyə davam edir. Bu gün (dünən nəzəedə tutulur -red.) işə götürülən 2 mühafizəçidən 5 min manat alınaraq işlə təmin edilib..."

Mənbə iddia edir ki, bu addımlar daha çox tələsik pul qazanma niyyətinə bənzəyir...

Məsələ diqqətimizdədir.
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəis müavini Elçin Yusubovun Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə nümayəndəsi təyin edilməsi ona yaxın şəxslər tərəfindən böyük coşqu ilə qarşılanmışdı. Əmlak Komitəsində tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov artıq hakimiyyət içində öz komandasını qurmaq niyyətindədir. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov milyonçuya çevrilib. İndi isə Yusibov bu kadrını nəzarətində olan rayonlardan birinə icra başçısı gətirmək istəyir. Bununla bağlı media.tv-yə daxil olan məlumata görə artıq Taleh Bəşirov hazırlıqlarını görüb və təyinatını gözləyir. Elçin Yusibovla Taleh Bəşirovun Əmlak Məsələləri Dövlət Xidmətindəki “torpaq və obyekt özəlləşdirmə” fəaliyyətini nəzərə alsaq bu iki məmurun Qarabağda hansı oyunlar quracağını təsəvvür etmək çətin deyil.

cumhuriyyet.net
 
Ardını oxu...
Bakının Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Kosmos” restoranından şikayət var.

Əliyar Əliyev 22 ünvanında yerləşən restoranın xidmətlərindən istifadə edən müştərilərdən TNS-ə daxil olan şikayətdə bildirilib ki, iaşə obyektində xidmət yox dərəcəsindədir.

“Orada yediyimiz yeməklərin keyfiyyətindən çox narazıyıq. Müştətilərə göstərilən xidmət də bərbad vəziyyətdədir. Yeməkdən sonra hesabı ödəyən zaman bizə çek verilməsindən imtina edildi. Məlum oldu ki, restoranda ümumiyyətlə, kassa aparatı yoxdur. Bundan başqa, restorandakı işçilər əmək müqaviləsi olmadan işlədilir”, - deyə şikayətdə qeyd edilib.

Bildirilib ki, kassa aparatı və işçilərlə müqavilə olmadan fəaliyyət göstərən restoranda qanun pozuntuları bununla bitmir. İaşə obyektində antisanitariya hökm sürür. Döşəmə və divarlar təmizlənmir, mətbəxdə tullantılarla yeməklər, müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş boş qablar bir yerdə saxlanılıb. Bundan başqa, hazır yeməklər, digər ərzaqlar sanitar qaydalara əməl olunmadan, necə və harda gəldi saxlanılır: “Hər tərəfdə natəmizlik hökm sürür. Belə şərtlər altında xidmət göstərən obyektin fəaliyyətinə niyə nəzarət olunmur? Restoran rəhbərliyi qanunları pozmaqla yanaşı, müştərilərin sağlamlığına təhdid yaradacaq qidalar təqdim edir”.

Müştərilər resroranda çəkdikləri fotoları saytımıza təqdim ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən şəxslərə cinayət işi açılıb.

“AzPolitika” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Artıq işin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti