Əmlak oliqarxlarının Qarabağ planları...
Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəis müavini Elçin Yusubovun Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə nümayəndəsi təyin edilməsi ona yaxın şəxslər tərəfindən böyük coşqu ilə qarşılanmışdı. Əmlak Komitəsində tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov artıq hakimiyyət içində öz komandasını qurmaq niyyətindədir. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov milyonçuya çevrilib. İndi isə Yusibov bu kadrını nəzarətində olan rayonlardan birinə icra başçısı gətirmək istəyir. Bununla bağlı media.tv-yə daxil olan məlumata görə artıq Taleh Bəşirov hazırlıqlarını görüb və təyinatını gözləyir. Elçin Yusibovla Taleh Bəşirovun Əmlak Məsələləri Dövlət Xidmətindəki “torpaq və obyekt özəlləşdirmə” fəaliyyətini nəzərə alsaq bu iki məmurun Qarabağda hansı oyunlar quracağını təsəvvür etmək çətin deyil.

cumhuriyyet.net
 

Dünyapress TV

Xəbər lenti