|
Tamaşaçılarını tez-tez kökəlib arıqlaması ilə təəccübləndirən amerikalı müğənni Kristina Aqilyera səhnəyə son çıxışı ilə yenə heyrət yaradıb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, müğənni Las-Vqasda verdiyi konsertdə səhnəyə çox arıqlamış formada çıxıb. Sosial şəbəkələrdə müğənnin görüntüləri xeyli müzakirə olunub.
Aqilyera 3 il öncə 35 kiloqram arıqladıqdan sonra yenidən kökəlmişdi.
O "Tha esh Diet" firmasından hazır pəhriz yeməkləri alaraq və idman vasitəsilə formaya düşdüyünü bildirib.