Ardını oxu...
Müğənni Dilarə Kazımova RTV-də yayımlanan “Könüllü danış” layihəsinin qonağı olub.

Müğənni maraqlı etirafları ilə diqqət çəkib.

O, müsahibəsində həm seksual, həm aqressiv qadın olduğunu etiraf edib.

Ətraflı videomaterialda:

 
Ardını oxu...
"Türkiyədə aktyora, aktrisaya daha çox dəyər, qiymət verirlər".

TEREF xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva "Günə son" verilişində deyib.

Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib:

"Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən? Sən bunun qarşılığında məndən nə gözləyirsən? Sən çəkiliş pavilyonunda hansısa texniki problemə görə aktrisanı 6 saat necə gözlədə bilərsən? Mən seriallarda oynamaqdan birdəfəlik imtina etmişəm. Artıq 7-8 ildir ki heç bir serialda rol almıram". ("Bakı Vaxtı")
 
Ardını oxu...
Müğənni Beyons və reper Cey Zinin yeni aldığı evin Ceff Bezosun malikanəsindən baha olduğu ortaya çıxıb. Cütlük Amerikanın Realtor.com portalının tərtib etdiyi 2023-cü ilin ən bahalı daşınmaz əmlak əməliyyatları reytinqində birinci olub.

Ulduz cütlük və Amazon-un qurucusu ilə yanaşı, siyahıya avtomobil maqnatları Terri Taylor, eləcə də Maykl Kantanuççi daxil edilib. Keçən il onlar müvafiq olaraq 76 milyon və 170 milyon dollar dəyərində əmlak alıblar. “Estee Lauder” ətir və kosmetika imperiyasının varisi Uilyam Lauder Floridada dəbdəbəli malikanə üçün 155 milyon dollar ödəyib.

Beyons və Cey Zi Darien şəhərində 240 min kvadratmetrdən çox sahəsi olan xüsusi bir adanın müqaviləsi Kaliforniya üçün rekorda çevrilib. Alış cütlüyə 200 milyon dollara başa gəlib. Evlə yanaşı, məşhurlar mülkün keçmiş sahibi Uilyam Bell Jr-ın topladığı sənət əsərlərinin şəxsi kolleksiyasını da əldə ediblər. İlkin olaraq malikanənin dəyəri 295 milyon dollar olub.

Bezos beş ay ərzində “milyarderlər üçün bunker”də iki qonşu mülk almağa müvəffəq olub. Media maqnatı onlar üçün 79 milyon dollar və 68 milyon dollar ödəyib. Milyarder bununla dayanmaq fikrində deyil.(Lent.az)
 
Ardını oxu...
Türkiyəli məşhur cütlük Fahriyə Evcənlə Burak Özçivit yeni reklam təklifi alıblar.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük mebel şirkəti ilə 2 illik müqavilə imzalayıb.

Onlar bunun müqabilində 80 milyon lirə məvacib qazanacaq.
 
Ardını oxu...
“Meyxana sənəti əslində öz yerindədir, əladır. Sadəcə olaraq bir az şairlər dəyişib. Əvvəl çox şirin meyxanalar deyirdilər, köhnə lentlərə baxanda doymursan. Bu dəqiqə təzə dəb düşüb, hamı qışqırır. Az da olsa bəhrlə deyən cavanlara da rast gəlmək mümkündür. 15-16 yaşım olanda çadır toylarında Ağamirzə, Ağasəlim Çıldaq, Kərimlə, Nizami Rəmzi ilə meyxana demişəm. Meyxanaçı xalqın içindən çıxır, sadə adam olmalıdır. İndi bir çoxlarının qəbuluna düşmək olmur. Zəng edirsən özləri yox, prodüsserləri cavab verir. O vaxt hansı meyxanaçıların prodüsserləri olub ki?!”

Bunu Moderator.az-a açıqlamasında tanınmış meyxanaçı Vüqar Dağlı deyib. Meyxanaçı həmkarlarından gileyli danışıb.

“Vaxt var idi ki, restoran işlədirdim, heç meyxanaya ehtiyacım yox idi. Meyxanaçıların 80 faizi yanımda olub, yaxşı da pul qazanıblar. Amma nə olsun?! Gör indi onlar sənin yanındadır?! Etdiyimi deyən deyiləm, amma məcbur olursan. Deməsinlər ki, bilmir. Çox yaxşı bilirəm. Adam keçmişini unutmaz. Bir zəng edib hal-əhval tutmaq olmaz?! Toylarda bir-birlərinin paxıllığını çəkirlər. Bir-birinin ayağından çəkirlər. Dünya malına, pula görə. Vallah mən toylara gedəndə ev yiyəsinə təklif edirəm ki digər dostlar da gəlib meyxana desinlər. Bilirəm ki, ehtiyacları var” deyə meyxanaçı deyib.

Vüqar söyüşlə meyxana deyənləri qınayıb.

“Bütün meyxana aləmi bilir ki, mən sülh tərəfdarıyam, heç kəslə düşmənçiliyim olmayıb, dava-dalaşdan uzaq biriyəm. Meyxana söz döyüşüdür, əlbəyaxa döyüş növü deyil. Meyxananı elə demək lazımdır ki, mövzudan kənara çıxmayasan. O həddə çatdıranda əlbəttə ki, burada əlbəyaxa döyüş də olacaq. Görünür onlar da dava-dalaşla gündəmə gəlmək istəyirlər. Bu nəyə lazımdır ki? Hər kəs evinə bir parça çörək aparır. Təsəvvür et, söyüşlə meyxana deyirsən, səhər gətirib onun çörəyini balalarına yedizdirirsən. Belə meyxana deyənlərin qazandığı pulları da halal saymıram. Camaatın toyunu yasa çevirsən səhər səni kim dəvət edər ki?! Bəzi meyxanaçılar bu sənəti yaxşı təbliğ etmirlər. Səhər bu sənətdən getsəm, meyxana deyənlərin 80 faizi ilə salam-sağolumu kəsəcəm. Çünki mən bu sənətdə o qədər haqsızlıqlar, bir-birinin torbasını tikənləri görmüşəm ki. And olsun Allaha. Deyir “yemək var ki, yemək olmur, hər sözü də demək olmur”. Kiminsə çörəyinə bais olub, kiminsə haqqını yemək yaxşı hal deyil. Bu sənətdə kişi oğlu kişi çox azdır. Bir çoxlarının adını çəkə bilərəm, amma sonra gərək mən onlarla toyda rastlaşmayım, salam verməyim. Rəhmətlik Aydın Xırdalanlı deyirdi ki, “meyxana deyəndən mənə dost olar?” deyə meyxanaçı bildirib.

Vüqar Dağlı qadın meyxanaçılardan da danışıb.

“Qadın meyxanaçılar az da olsa var. Hal-hazırda Samirə Yusifqızıdır. Çox da gözəl meyxana deyir. Mənə elə gəlir ki, o elə oxusa yaxşıdır. Ona hörmətim var, gözəl müğənnidir. Amma meyxana kişi sənətidir. Qadına yaraşmır. Yəqin ki, mənim sözümdən inciməz, düz başa düşər. Xanım evdə olar. Müğənnidir, qadın toylarında olsun. Kişilərin arasında meyxana demək nə dərəcədə düzgündür?! Söyüş söyürlər, kişi söhbətləri edirlər. Bəlkə elə söhbət var ki, onu qadın eşitməli deyil?! İçkili insan da olur. Bilirəm ki, ona tələbat var, çox istəyirlər, dəvət edirlər” deyə meyxanaçı bildirib.
 

Ardını oxu...
Bakıda toyda gözlənilməz hadisə baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.
Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid edərək obyekt sahiblərini təhlükəsizlik qaydalarına əməl etmədiyinə görə qınayıblar.
Paytaxtda yerləşən şadlıq evlərinin bir neçəsindən verilən məlumata görə, artıq bəzi şadlıq evlərində bu, qadağan edilib.

Məsələ ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, qapalı məkanlarda, restoran və şadlıq saraylarında priotexniki vasitələrdən istifadə, alovla şouların təşkili yanğın təhlükəsi baxımından yolverilməzdir:

"Nəzərə almaq lazımdır ki, bu cür məkanlarda parça, kətan materialından qurulan dekorların kifayyət qədər yanğın riski mövcuddur. Ona görə də bu vasitələrdən açıq məkanlarda istifadə olunması məqsədəuyğundur. Həmçinin, yaranan kimyəvi tərkibli tüstünün toksiki xasssəli olduğunu düşünsək, gələn qonaqların həyat və sağlamlamlığına pis təsir göstərdiyini deyə bilərik. Əgər sözügedən vasitələrin qapalı məkanlarda istifadəsinə lüzum yaranarsa, bu sahədə həmin şəxsin bilik və bacarıqları olmalıdır. Hətta, istifadə olunacaq priotexniki vasitələrin, qığılcım yaradan alətlərin sertifikasiyası vacibdir. Bu kimi vasitələr dünyanın müxtəlif ölkələrində böyük, dəhşətli hadisələrin yaranmasına səbəb olub. Ötən il paytaxtdakı restoranların birində tavana fişəngdən düşən qığılcım nəticəsində 100-dən çox insan həyatını itirdi, çox sayda yaralılar oldu. Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır".
Ardını oxu...
Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı gizli qalan məqamları üzə çıxarıb.

Sənətçi qonaq olduğu dünyaca məşhur stilist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində illər əvvəl özündən yaşca kiçik müğənni bəylə eşq yaşadığını etiraf edib:

"Şou-biznesdə bir bəyə aşiq olduğum olub. Amma çərçivədən çıxmayıb. Yəni bildiyiniz "eşq, məhəbbət"ə gəlib çatmayıb. Çünki birdən bilmişəm ki, o şəxsin yaşı azdır. Həmin şəxs müğənni idi. Amma o Azərbaycanda yaşamır. Mənim məndən yaşı az olan bəylə münasibətim alınmaz. Kişi məndən ağıllı olmalıdır. Onun hökmü olmalıdır", - deyə Roza vurğulayıb.

 
Ardını oxu...
Xalq artisti Röya Ayxanın arxiv görüntüləri yayılıb.

Sözügedən videoda müğənninin mətbuat konfransı zamanı jurnalistlərlə söz savaş əks olunub. Həmin dövrdə etdirdiyi açıq-saçıq fotolarla gündəmə gələn sənətçi bu barədə verilən sualdan sonra əsəblərinə hakim ola bilməyib.

"Mən müğənniyəm, azad insanam, mənə hər bir şey olar" deyən Röyanın həmin gərgin anlarını təqdim edirik:

 
 
 
Ardını oxu...
"Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda müğənnilərin səhifəsinə "qaçıb" xoş olmayan şərhlər yazırlar. Şalvar geyinirsən "vay", "lasin" geyinirsən "vay"... Biz lüt gəzmirik ki... Əynimə şalvar geyinmişəm də..."

Bu sözləri müğənni Türkan Vəlizadə sosial şəbəkə hesabında çəkib paylaşdığı videoda deyib.

Sənətçi duet ortağı Pərviz Bülbülə ilə hava limanında çəkilən fotoda əyninə "lasin" geyindiyinə görə izləyicilər tərəfindən tənqid olunmasına sərt şəkildə reaksiya bildirib:

"Biz müğənniləri tənqid edənlərədir sözüm, bəyəm sizin evinizdə şalvar və "lasin" geyinən xanımlar yoxdur? Allah sizə göz verib, açın onları baxın da... Onların bəziləri də öz içimizdən (şou əhlini nəzərdə tutur - red.) olanlardı. Saxta profillərlə kimdən xoşları gəlmirsə, xoş olmayan şərhlər yazırlar. Onsuz da yazdığınız o pis şərhlər elə özünüzdə qalacaq. Ona görə də, gedin işinizlə məşğul olun. Bu şəkildə isə (duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə olan fotosunu ekranda nümayiş edir) mən "lasin" geyinmişəm. Gözünüzü yaxşı açın baxın!".

Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti