Ardını oxu...
Məşhur türkiyəli müğənni Murat Dalkılıç martın 7-də Londonda keçirilməsi planlaşdırılan konsert də daxil olmaqla, bir sıra tədbirlərini ləğv etməli olduğunu açıqlayıb.

40 yaşlı müğənni burnundakı problem səbəbindən doqquzuncu dəfə bıçaq altına girir.

Murat Dalkılıç 2019-cu ilin dekabr ayında qonaq olaraq qatıldığı bir proqramda burnundakı sümüklərin xaricə istiqamətlənməsi ilə bağlı anadangəlmə problemi olduğunu açıqlamışdı.

İbtidai məktəb illərindən bəri yaşadığı bu sağlamlıq problemindən bəhs edən Murat Dalkılıç səkkizinci burun əməliyyatından 3 ay sonra yenidən əməliyyat olunacağını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və sağalana qədər bütün konsertlərini ləğv etməli olduğunu bildirib, bilet alan hər kəsdən üzr istəyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
Ardını oxu...Türkiyəli aktrisa Serenay Sarıkaya şəxsi həyatı ilə gündəmə gəlib.
Türkiyəli aktrisa Serenay Sarıkaya şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın keçmiş sevgilisi Cem Yılmazla barışdığı iddia olunur. Buna səbəb isə onların sosial şəbəkədə yenidən biri-birini izləməsi olub.

Yayılan məlumatlara görə, Yılmaz çiçəklərlə aktrisanın evinə gedib və daha sonra barışıblar.
 
Ardını oxu...
Reper Kanye Uest və sevgilisi model Bianca Censori Milanda Marni brendinin şousunda görünüblər.

32gun.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb .

Bianca Censori alt paltarı olmayan qara dəri kostyumda poza verib. Görünüşü hündürdaban çəhrayı çəkmələrlə tamamlayıb. Ona yaş saç düzümü və gümüşü kölgələrlə makiyaj edilib. Kanye Uest qara şalvar və kapüşonlu küləkdən qorunmağa üstünlük verib.
 
Ardını oxu...
Rusiyalı supermodel İrina Şeyk Fransanın "Givenchy" moda evinin yeni geyim kolleksiyasının reklamında rol alıb.

Axşam.az xəbər verir ki, ağ-qara fotolarda model yarıçılpaq pozlar verib.

Həmin şəkilləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə arxiv görüntülərini paylaşıb.

Oxu.Az xəbər verir ki, sənətçi illər əvvəl konserti zamanı çəkilən görüntülərinə bunları yazıb:

“Təəssüf olsun ki, bəzi meyxana həvəskarları, hətta bəzi meyxanaçılar bu sənəti o qədər dar çərçivədə dərk edirlər ki, vaxtilə bu hadisələrin realda baş verdiyini hələ də ağılları həzm edə bilmir. Heç yuxuda da görə bilmirlər. Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır”.

 
 
 
Ardını oxu...
Quba polisi xüsusi əməliyyat keçirib.
TEREF Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Haşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.
 
Ardını oxu...
Leyla Şərifova vəfat edib.

Onu kim xatırlayır?

...Mətbuatda oxudum ki, Azərbaycan SSR və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şərifova bu il fevral ayının 19-da, 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.


Leyla Şərifova 1930-cu il 22 yanvar tarixdə anadan olub. Bəzi sənədlərdə onun 1931-ci ildə doğulduğu qeyd olunub.

Zənnimcə, birinci tarix daha doğrudur. Çünki 85-ci ildə onun ad günüylə, yəni 55 illiyi ilə bağlı konsrt verdiyi çoxlarının yadında ola bilər.

Mən bu xanımı tanıyırdım... O, bir zamanlar çox şöhrətli idi. Ona “Şərq bülbülü” də deyirdilər...

Tacikistandan 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.

Leyla xanım Bakıya niyə gəlmişdi? O, Tacikistanda da nüfuz sahibi idi, oranın Xalq artisti idi. Xanım Şərifova çox zəhmətkeş və müəyyən qədər şöhrətpərəst idi. Bir neçə dil bilir və həmin dillərdə oxuyur, hətta şeir yazırdı. O, istəyirdi ki, Azərbaycanın da Xalq artisti adını alsın. Daha sonra SSRİ xalq artisti adını almaq asan idi. O, Azərbaycanın Xalq artisti oldu, amma sonra Bakını tərk etdi...

Yeri gəlmişkən onu da demək lazımdır ki, vaxtilə Tacikistanda yüksək vəzifədə işləmiş, Leyla xanımla qonşu olmuş, müğənninin sənətinin pərəstişkarı kimi tanınan bir şəxs, onun Bakıya gəlməsində əsaslı rol oynamışdı. Dediyimiz kimi, L.Şərivova Bakıya həm də karyerasının yüksəlişi üçün gəlmişdi...

Leyla Şərifova Adil Bağırovun rəhbərlik etdiyi "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxışlar edib.

Müğənninin repertuarında əsasən türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları mühüm yer tutub.

Bəs mən Leyla xanımı haradan tanıyırdım?..

Məsələ burasında idi ki, Leyla Şərifova Bakıda olarkən AzTV-də solist kimi çalışırdı. Onu tez-tez Ədəbi dram, Musiqi və Gənclik redaksiyalarında görərdim. O vaxtlar mən TV-də bir sıra verilişlərin aparıcısı və ssenari müəllifi idim. Onun maraqlı söhbətləri vardı. Tacik-fars və Azərbaycan dillərində şeirlər söyləyərdi. İnanclı idi.

Yadımdadır, Leyla xanım 80-lərin sonlarında Almaniyaya köçdü. Gedərkən Montindəki evlərinin mebellərini mənim yaxın bir şair dostuma satdı. Onlar hər ikisi kövrəlmişdi. O da yadımdadır ki, müğənni xanımın alma yanaqlarını göz yaşları islatmışdı...

Sonralar eşitdim ki, Almaniyaya köçən Leyla xanım orada da yaradcılıq fəaliyyətini davam etdirir.

O, üç dəfə rəsmi ailə qurmuşdu. Sonuncu əri milliyyətcə əfqan olub. Adını yuxarıda çəkmədiyim şair dostumun dediyinə görə həmin adam Əfqanıstan hökmdarı, kral Zahir şahın yaxın qohumlarından biri idi.

Səhv etmirəmsə, Leyla Şərifovanın bir qızı var ki, o da indiki İqtisadiyyat Universitetini bitirmişdi...

Allah rəhmət eləsin.
Firuz Mustafa
 
 
 
Ardını oxu...
 

Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıblar.

Olay.az xəbər verir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəliblər.

Onları Elnur Həsənov barışdırıb. Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər.

Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar. Onların küsülülüyünə səbəb isə “Şəbi Hicran” albomu olmuşdu.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var.

TEREF Lent.az-a istinadən xəbər verir ki, meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib.

“Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır. Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir”, - o bildirib.

Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir.
 
Ardını oxu...
Əməkdar artist Nüşabə Ələsgərli estetik əməliyyatlardan danışıb.

OLAY yazır ki, o, verilişlərin birində estetik etdirən bir həmkarını tanımamasından bəhs edib.

“Bir yaxın dostumuzu gördüm, salamlaşdı, salamlaşdım. Bir də gedəndən sonra səsi mənə tanış gəldi. Dedim sən filankəssən? Xanım idi. Xətrini istədiyim, gözəl xanımdır. Zatən gözəl idi, yenə də gözəldir, amma o deyil”, - deyə Ələsgərli bildirib.
Daha sonra proqramda Əməkdar artist Lalə Məmmədovanın estetik əməliyyat etdirdiyindən söz açılıb. Bu zaman Nüşabə deyib ki, “Yaxşıdır, amma o deyil. Estetik əməliyyata kim pis baxır ki, çox gözəl”.

Qeyd edək ki, Lalə Məmmədova bədən şəkilləndirmə, üz gərmə, burun əməliyyatları etdirib.

Dünyapress TV

Xəbər lenti