Ardını oxu...
  

Bakıda toyda bədbəxt hadisə baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslarının birinin geyimi yanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.az

 
 
 
Ardını oxu...
Müğənni elit star Cəmilə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

TEREF shownews.az-a istinadən bildirir ki, "Xəbərin var?" verilişində qonaq olan sənətçi 50 ildir oxuyanlar var ki, 1 dənə də olsun hit mahnısı yoxdur. Cəmilə ad çəkməsə də, o verilişdə qonaq olan digər müğənni Vaqif Şıxəliyevin qulağına "Ruhəngiz Musəvi, Ruhəngiz Allahverdiyeva... nə mahnısı var ki?" sözlərini deyib.
Həmin sözlər müğənninin yaxasında olan mikrofondan aydın eşidilib.

 
Ardını oxu... -
Müğənni Castin Timberleyk çıxışı zamanı keçmiş sevgilisi dünya pop səhnəsinin ulduzu Britni Spirsin üzrxahlığına cavab verib.

Timberleyk Spirsin üzrxahlığını qəbul etməyib.

Castin son konserti zamanı bunları söyləyib:

“Mən fürsətdən istifadə edərək heç kəsdən üzr istəmirəm".

Bundan sonra o, Britnidən ayrıldıqdan sonra uzun müddətdir buraxdığı “Cry Me a River” adlı hitini ifa edib. Bir çoxları isə bu bəstənin Britniyə həsr olunduğuna inanır. Spirs bu ikibaşlı açıqlamaya səssiz qalmayıb.

Britni sosial şəbəkə hesabında qırmızı paltarda rəqs etdiyi yeni video yayımlayıb və keçmiş sevgilisini hüquqi addımlarla hədələyib və üzrxahlığını geri çevirib.
“Birinin haqqımda pis söz dediyini eşitdim. Məsələni məhkəmədə həll etmək, yoxsa evə gedib keçən dəfəki kimi ananın yanında ağlamaq istəyirsən? Peşman deyiləm!”, - deyə Britni yazıb.

Qeyd edək ki, Britni Spirs və Castin Timberleyk 1997-2002-ci illərdə tanış olublar. Onların münasibətlərinin pozulması səs küyə səbəb olmuşdu. Timberleyk müğənninin xəyanətinə işarə etmişdi. Britninin yazdığı xatirə kitabında xəyanət etmədiyini bildirsə də, Castin özü ona mesaj yazaraq ondan ayrılıb. Britni Spirsin qarşı tərəf haqda səsləndirdiyi açıqlamalarından sonra müğənni pərəstişkarları tərəfindən təqib edilib.


Mənbə: bizim.media
 
Ardını oxu...
Natalya Korotkina peşəkar rəqqasdır. Ən nüfuzlu beynəlxalq yarışların qalibi. "Ukrayna's Got Talent" ilə yanaşı, Natalya Almaniya, İtaliya və Rumıniyada analoji şoularda iştirak edib. Xaricdə onun istedadı layiqincə qiymətləndirildi. Axı o, od və sudur. O qədər parlaq və bənzərsiz ki, öz rəqsi ilə sizi gözəl dünyalara aparır.

O, Ukraynada və bütün dünyada ən görkəmli rəqqaslardan biridir. Həm də onun unikal üslubu, texnikası və səhnədəki ifadəli xarakteri sayəsində.

Onun dəqiq fiquru və hərəkətləri əladır. Natalya öz bədəninə ustalıqla nəzarət edir. Rəqs zamanı bu qədər əzələlərdən istifadə olunsa da, özünü asan kimi göstərsə də, təbii ki, bu, rəssamın yorucu məşqinin nəticəsidir.
zestradar.com

 
Ardını oxu...
Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə gündəmə gəlib.

Sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, həmcinsinə əl qaldıraraq, onu döyüb.

Şəbnəm bu hərəkətini həmkarı Türkan Vəlizadəyə görə atdığını söyləyib:

“Əvvəllər mən çox dava edirdim. Amma indi dalaşqan deyiləm. Çünki axırı yaxşı olmur. Söhbət qalmaqaldan yox, bildiyiniz əlbəyaxa dalaşmaqdan gedir. Özümə qadağa qoydum ki, heç kimlə dalaşmayacağam. Mənim üçün çox pis bitir. Ağlayırdım ki, mən niyə ona əl qaldırıb, döydüm. Gücüm yaxşıdır. Zamanında olub ki, bir insanı döymüşəm. Bir xanım Türkan Vəlizadənin xətrinə dəymişdi. Onu çox pis döymüşəm. Ondan sonra çox pis olmuşdum. Bir xanımı elə döyməməli idim. Amma o da yerini bilməmişdi və Türkanın çox pis xətrinə dəymişdi. Türkan hamıya sataşırdı və rahat idi ki, mən yanındayam. O döyülmək hadisəsi isə avtomobildə baş verib. O xanımı maşının içində döymüşdüm. Türkan isə məni qoyub qaçmışdı. Çox sevdiyim insanlara qarşı çox həssas oluram. Onları incidən insan zərrə qədər gözümdə olmur”.

 
Ardını oxu...
Hacı Şahin Həsənli ilə bağlı etirafını çoxunuz ilk dəfə eşidəcəksiniz.

Rəqqasə atası ilə bağlı yaşadığı peşmançılıqdan heç cürə xilas ola bilmədiyini görüncə sağlığında mərhum ilahiyyatçıya bütün yaşananları mesaj şəklində yazdığını bildirib.

Renka Hacı Şahinin ona yazdığı cavab mesajları barədə fikirlərini "Evdəkilərə salam" verilişində səsləndirib. Rəqqasə bildirib ki, Hacı Şahin ona elə bir dəstək sözləri yazıb ki, hələ bu vaxta kimi heç bir adam ona belə təsəlliverəcək sözləri deməmişdi və onu yaşadığı bu əzabdan xilas edib./ Titul.az
 
Ardını oxu...
Cennifer Lopez bazar ertəsi premyerası keçiriləcək "Can't Get Enough" adlı mahnısının remiksi olan yeni klipinin tizerini paylaşıb.
TEREF-ın lent.az-a istinadən xəbərinə görə, səkkiz saniyəlik tizerdə 54 yaşlı pop ulduzun açıq duşun altında dayanaraq qırmızı bikinili bədənini nümayiş etdirməsi göstərilir.
Rəqsi ifa edərkən onu bir neçə kişi rəqqas qucaqlayır.

Tizer indidən milyonlarla baxış toplayıb. Müğənninin yeni klipinin musiqi dünyasına bomba kimi düşəcəyi gözlənilir.
 
Ardını oxu...
Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda həyat yoldaşına xəyanət edən şəxslərdən söhbət açıb.
7Times.az xəbər verir ki, aparıcı canlı yayımda etdiyi açıqlama ilə dəhşətə gətirib.
Tolik bəzi qadınların ərlərinə xəyanətini efirdən bildirib:
“Mən xanımlar tanıyıram ki, əri normal yerdə işləyir, normal kişidir. Amma, o, ərinin adını batırır. Əri evdən çıxan kimi ərindən 15 yaş kiçik cavan oğlanı gətirir salır evinə”.
 

Ardını oxu...
“Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə. Elə bilir ki, onu heç kim görmür. Müğənnilərin də əksəriyyəti belədir. Etdikləri əməlləri elə bilirlər ki, ancaq özləri bilir. Tamaşaçıları aldatmaq mümkün deyil. Artıq hər şey sosial şəbəkədədir, gizlətmək mümkün deyil”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.

“Bir də görürsən ki, efirdə kiməsə maşın, ev hədiyyə olunur, gül gətirirlər. Guya camaat bilmir ki, bunu kim edir? Əlbəttə ki, özləri! Kimi aldadırlar?! Aparıcılara da reytinq lazımdır. Mənə də belə təkliflər olub, amma imtina etmişəm. Mən ucuz reklama getmərəm. Məni yetərincə xalq tanıyır və sevir. Maşının üstünə bantik də bağlayırlar. Hansı axmaq bu gün kiməsə havayı nəsə verir?! Uzaqbaşı bir ətir verər, 1500 manatlıq qızıl verər. Amma kimsə kiməsə ev, maşın hədiyyə edər?! Bəsdirin də! Özünüzü kimə göstərirsiniz, ay meymunlar! Nə demək istəyirsiniz? Sizin hər tərəfiniz qızıldır?! Mən “prostoy”-am? Mənim elə hər yerim brilliantdır, amma heç bir kişi indiyə qədər mənə nəsə hədiyyə etməyib! Çünki heç bir yerimi kiminsə qabağında açıb qoymamışam” deyə Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.
“Boş qalan kimi şayiə yayırlar ki, “Samirə Oqtay Kamillə danışmır, aralarında soyuqluq var”. Əksinə, münasibətimiz çox əladır, yeni işlər gəlir. Bu şayiələri yayanları da bilirəm ki, kimlərdir. Kimə nə sərf edir, onu da edir. Məni 10 dəfə “öldürüb dirildiblər”. Əvvəllər əsəbləşirdim, indi boş verirəm. Yalandan deyirlər ki, sevgilisi var. Allaha and olsun ki, heç kimlə nə sevgiliyəm, nə də ki, yaşayıram. Tövbə, balalarımın canı! Neçə ildir ki, kişiləşmişəm, qadınlığı unutmuşam. Mənə heç nə lazım deyil. Evdə 4 sevgilim var, biri anamdır, biri oğlum, biri qızım, biri də nəvəm. Ondan da artıq sevgili lazımdır mənə? Kimsə gəlib məndən istifadə edəcək ki, Samirə toylara gedir, gətirsin yeyib, yatım. Onun atasının başı haqqı! Mən elə kişini özümə yaxın qoymaram. Normal, ciddi adam olsa bəlkə də başqa məsələ! Mən heç bir kişinin ikinci saxladığı qadın olmaram! Özümə, şəxsiyyətimə hörmət edirəm. O qədər ucuz, aşağı səviyyədə deyiləm ki, gedib kiminsə yanında oturum ki, mənə nəsə versin! Onun təpəsinə dəysin! Mənə verdiyi pulla ona paltar tikərəm! Mənim heç kimin puluna ehtiyacım yoxdur. Həqiqi həyat yoldaşı, qulaq sirdaşı insana yaşlaşanda lazım olur. Amma alfons ərdənsə elə mənim kimi tək qalmaq yaxşıdır. Kül olsun o qadınların, müğənnilərin başına ki, yanında pulla kişi saxlayır. Bir meymun alıb saxlayaram yanımda, heç olmasa bilərəm ki, onunla şəkil çəkdirib, mənə pul verəcəklər” deyə o bildirib.

Samirə Yusifqızı xalq artisti ilə quda olacağı xəbərlərinə də ilk dəfə aydınlıq gətirib.

“Bu yalan xəbər deyildi. Xalq artisti deyəndə ki, guya mən ondan aşağı səviyyəli adam deyilik ki! Hər birimiz xalqın artistiyik, o da bizim kimi insandır, biz də onun kimi. Belə bir söhbət var idi, oğlu da qızıma yazırdı, gül-çiçək, hədiyyələr göndərirdi. Sadəcə qızım istəmədi, dedi ki, subay oğlandır, mən ailəli olub ayrılmışam, övladım var. Subay oğlana getməyim düzgün deyil. Qızım dedi ki, subaydırsa gedib subay qız alsın. Həm də dedi ki, oğluma cavan oğlan atalıq edə bilməz, ona bu hisslər yaddır. Uşağına görə qorxdu. Amma oğlan özü yaxşı uşaq idi, ailəsi də həmçinin. Həm də qızım bu sənətdə yeni-yeni addımlayır, dedi ki, təhsil almaq istəyirəm. Buna görə bu izdivac alınmadı, yox dedik. Əslinə qalsa mən də istəmərəm ki, şəxsi həyat haqda söz-söhbətlər yayılsın. Bu mənim şəxsi həyatımdır” deyə Samirə Yusifqızı deyib.
 

Dünyapress TV

Xəbər lenti