Müğənni Səidə Sultan teleproqramlardan birində həmkarları Vəfa Şərifova, Nəfəs, Zeynəb Həsəni, Şəbnəm Tapdıq, Damla haqqında şok ifadələr işlədib.
Müğənni həmin müğənniləri qıjı, civi və sex işçisi adlandırıb.
“Onları düzəltmək mümkün deyil. Çünki onlar elə doğulublar. daxillərində “qıjılıq” var. “Civi”, sex işçisi yox, əsl musiqiçi olmaq lazımdır. Onların təkcə oxuduğu mahnılarda yox, görüntülərində belə problem var”, - müğənni bildirib.
Türkiyənin 70-ci illərdə məşhur müğənnisi və kino aktyoru olmuş Serpil Örümçer kasıblıq üzündən ciddi sosial problemlər yaşayır.
Azpost.info bildirir ki, 72 yaşlı Serpil Örümçer sosial şəbəkə üzərindən xalqa müraciətində işıq pulu və istilik üçün olan borcları ödəyə bilmədiyindən insanlardan yardım istəyib.
Məşhur türk müğənnisi Berkantın həyat yoldaşı, 1970-ci illərin gözəli “Miss Bacak” ləqəbli Serpil Örümcer ilk dəfə 1967-ci ildə “Milliyyət” qəzetinin təşkil etdiyi gözəllik yarışmasının qailibi olub. Serpil Örümcer daha sonra “Samanyolu” mahnısı ilə tanınan müğənni Berkantla ailə həyatı qurub.
90-cı illərdən bəri kasıb həyat yaşayan sənətçi uzun müddətdir yoxsulluqla mübarizə aparır.
Yaşı ilə əlaqədar səhhətində də problemlər olan məşhur sənətçi hesabı ödəmək üçün köhnə fotolarını satmağa başlayıb. Sosial media hesabında pərəstişkarlarına və dostlarına müraciət edən Örümcer, “Mən 70-ci illərin sənətçisi Serpil Örümcerəm. Bu şəkilləri xeyriyyə məqsədi ilə 200 lirəyə satıram, işıq, su, təbii qaz pulumu ödəmək istəyirəm. “Mənə kömək etsəniz, sizə öz imzalı fotoşəkillərimi göndərmək istərdim” -deyə müraciətində bildirib.
Onun müraciəti sosial şəbəkədə geniş rezonans verib.
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib.
Sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.
"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz, ruslara sataram".
Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan İnstaqram səhifəsi oğurlanıb. Bakupost.az xəbər verir ki, rəsmi qeydiyyatdan keçən səhifədəki paylaşımlar silinib. Sənətçinin profil fotosu da dəyişdirilib.
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) “onunla 10 il birgə yaşamışıq” deyən şəxs barəsində ilk dəfə açıqlama verib.
Bu haqda sənətçi qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində danışıb.
Şəbnəm bildirib ki, həmin insanla illərlə toylara gedib və yalan sözlər danışdığı üçün o şəxs üzr istəyib:
"Həmin şəxs oyrədilmişdi. Onun özü ilə danışıldı. O, dediyi sözlərə görə, üzr istədi. Söylədi ki, “ilk dəfə idi ki, efirə çıxırdım və səhv elədim”. Gərək bu kimi şeylər olmazdı.
Onunla illərlə toylara, məclislərə getmişik. Elə şeylər var ki, bunları demək olmaz. Öyrətsələr belə,... Axı nə qazandınız? Siz yenə yoxsunuz. Amma Şəbnəm yenə Şəbnəmdir. Sadəcə insanlar bir-birinə hörmət saxlamalıdır. Qəlb qırmaq Allahın sevmədiyi bir məsələdir. Həmin şəxslə mən özüm danışmadım. O, bir bəy üçün yaraşmayan sözlər dilə gətirdi. Belə şeyləri bir bəy etsə belə, danışmamalıdır. Amma etməyə-etməyə danışdığı üçün insanlar tərəfindən çox qınanıldı. Olunan zəngdə də o insan səhvini anlayıb, üzr istədi. Əvvəlcə düşündük ki, bunu kamera önündə etsin, sonra isə buna gərək görmədik. İstəmədik bu məsələni böyüdək".
TEREF referans.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olan xalq artistləri Niyaməddin Musayev və Flora Kərimova gözlənilməz hərəkətləri ilə gündəmə gəliblər.
Mahnı oxuduğu vaxt N. Musayev Flora Kərimovaya yaxınlaşaraq onu dodağından öpüb.
Tiktokda “Crazy Müjgan” adlı ilə məşhuraşan istifadəçi canlı yayım zamanı başına iş gəlib.
Milli.Az bildirir ki, o, qonşuları tərəfindən hücuma məruz qalıb. Tiktokerin döyülməsinə səbəb isə onun evinin qarşısında qonşunun icazəsiz hasar tikmək istəməsi olub.
Yaşanan olaydan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.
Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında “Gic kimi” adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.
Əli Mirəliyev “Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi” misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.
O, Röyanın bu ada layiq olmadığını da iddia edib:
“Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir.
Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?”
Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:
“Röya Aygünün də üstündən gedir. O, “geydirmə” oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır