Ardını oxu...
Referans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanlı bloqer Ramal İsayev ölümünü paylaşıb.

Tanınmış bloqer bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

R.İsayev özünü öldürmə səbəbini digər tanınmış azərbaycanlı bloqerlər Elmira Namazova və Tural Namazovla əlaqələndirib.

Daha ətraflı videoda:
Ardını oxu...
“Sənəti olmayan özünü sənətkar, məktəb-təhsil görməyən isə özünü peşəkar müğənni hesab edir”.

Bu fikirləri Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bayağı müğənnilərlə ciddi sənətkarlar arasında fərq qoyulmadığını təəssüflə bildirib:

“Artıq elə bir zaman gəlib ki, sənətkarla sənəti olmayanlar arasında fərq qoyulmur. Tərbiyəsizlik, ədəbsizlik baş alıb gedir. Sənəti olmayan özünü sənətkar, məktəb-təhsil görməyən isə özünü peşəkar müğənni hesab edir. Kimlərinsə sayəsində irəli gedənlər sənət aləmində, efirlərdə meydan sulayır.

Baxırsan, layiq olmayanlar fəxri adlara sahibdirlər, amma əsl sənəti olanlar qalıb qıraqda. Hansı kanalı açırsan, eyni müğənnilər, eyni söhbətlər… Bu kanaldan çıxıb, o biri kanala gedirlər. Günah onları efirə dəvət edənlərdədir. Bütün günü televiziya və radiolarda primitiv musiqiər təbliğ olunur. Bayağı oxuyanlar çıxıb sənətdən başqa hər şeydən danışırlar. Sənət nümayiş etdirən yoxdur.

Musiqidə keyfiyyət göstəricisi çox aşağı düşüb. Sənət yarışması deyil, sanki dedi-qodu, qamaqal yarışmasına qatılıblar. Musiqimizdə baş alıb gedən bu xaosun qarşısı alınmalıdır. Bunun üçün peşəkarlar, əsl sənətkarlar kənara çəkilməməlidir. Göstərməlidirlər ki, əsl sənət necə oulr. Çünki sənətkarlar geri çəkildikcə, meydan elələrinə qalır”.
Ardını oxu...
Müğənni Nüşabə Musayeva ona zəng edərək pul istəyən izləyicisini biabır edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında həmin şəxsin nömrəsini paylaşan ifaçı zəng edən şəxsin ondan pul istədiyini, yox cavabı aldıqda isə ona qarğışlar yağdırdığını bildirib:

“Bir “fışfıntı” bu nömrədən zəng edib pul istədi. Köməkçim deyir ki, bu nömrə toylarla bağlıdır, deyir, yox, mənə kömək lazımdır. Yenə də köməkçim bildirdi ki, kömək edə bilməyəcəyik, əgər toyla bağlı sözünüz yoxdursa, bu nömrəni yığmayın. Bir də geri zəng edib ağzına gələni deyib qarğış edir, sonra telefonu bağlayır.

Buradan bu tip sırtıq, üzsüz, “moşennik”lərə səslənirəm: iş nömrəm yalnız toylarla bağlı zənglər üçündür. Mən də kiminsə dədəsinə borclu deyiləm! Kim mənə nə arzu edirsə, min misli özünə, əzizlərinə qismət olsun. Evdə oturduğum yerdə məni narahat edib təhqir və qarğış səsləndirən zibil, sənin yerin elə oradır! Allah hər kəsə ürəyinin payını verir”.

Xanım sənətçi gün ərzində minlərlə insanın ona zəng vuraraq pul istəməsinə üsyan edib:

“Bəsdir, insanı yaxşılıq etməkdən də peşman etdiniz, iyrəndirdiniz! Elə bil mənimlə birgə əziyyət çəkib pul qazanıblar, ya da mən hər gələn zəngə pul paylamalıyam.

Gündə minlərlə zəng gəlir, bu nədir belə ölkənin yarısı dilənir. Bəsdir! Mən ifaçıyam, ay insanlar, milyonçu deyiləm, bank üstündə oturmamışam. Gedin, əziyyət çəkin, işləyin və qazanın!”
 
Ardını oxu...
Aparıcı Vüsalə Əlizadə türkiyəli müğənni Rafel El Romanın klipində çəkilib.

Axşam.az xəbər verir ki, ifaçı "Her şeye rağmen" adlı mahnısını ekranlaşdırıb.

Rafet bildirib ki, klipdəki kadrlar Bakıda Heydər Əliyev Sarayında verdiyi konsertdə lentə alınıb. Belə ki, konsert zamanı Vüsalə və Rafet səhnədə kiçik səhnəcik hazırlayıblar.

 
Ardını oxu...
"Ərimlə mən sadəcə axmaq idik".

32gun.az bildirir ki, bunu bloger Valeriya Çekalina (təxəllüsü Lerçik) İnternet auditoriyasına onun və ərinin vergi idarəsinə pul ödəməməsinin səbəblərini açıq şəkildə söyləyib.

Onun sözlərinə görə, bu tələsik qərar “yanlış insanların” təsiri nəticəsində verilib .

"Nə deyə bilərəm, axmaq idilər" dedi Valeriya abunəçilərinə səmimi şəkildə etiraf edib.

Qızın daha sonra izah edib ki, bu, onun və əri üçün yaxşı bir dərs oldu, buna görə də hər kəs bu cür öhdəliklərə daha diqqətli olmalıdır.
 
Ardını oxu...
Müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib.

OLAY yazır ki, o, “Mən özüm gedərəm” adlı ifasına çəkilən klipi yayımlayıb. Sənətçi bildirib ki, mahnının sözləri Cəvahirə məxsusdur, musiqi prodüseri isə Afşin Azəridir. Bundan əlavə Məlikzadə açıqlama bölməsində yeni layihəsi ilə bağlı bunları yazıb:

“Bu mahnının klipini çəkəndə ağlıma gəlməzdi ki, dərdimi, sevincimi paylaşdığım tək dostum - atamın ölüm xəbərini eşidərəm. Sonuncu dəfə o gülən gözlərinə baxa bilmədim. Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan”.
Qeyd edək ki, Çinarənin atası Məlik bəy ötən ilin noyabrında metroda qəfil dünyasını dəyişmişdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“İctimai TV”də yayımlanan “Maska” şousunun növbəti buraxılışı baş tutub.

Bu dəfə “Molla Nəsrəddin” obrazında olan iştirakçı hədəf seçilib. Münsiflər onun maskasının açılmasını istəyiblər. Münsiflər maska altında gizlənən şəxslə bağlı müxtəlif versiyalar irəli sürüblər.

Sonda “Molla Nəsrəddin” obrazını oynayan iştirakçının aparıcı Tural Əsədov olduğu ortaya çıxıb.

Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

 
Ardını oxu...
Əməkdar artist Rəşad İlyasov oğlu Mirzə ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, övladı ilə birgə istirahətdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən sənətçi onun doğum günü olduğunu yazaraq, təbrik edib.

Rəşad "Təbrik edirəm, əzizim Mirzə - 21.01.2024" qısa şərhini yazıb.

Sözgedən postda İlyasovun izləyiciləri Mirzənin atasına bənzədiyini yazaraq onu ad günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, həkim-pediatr Gülnarə adlı xanımla ailəli olan Rəşad İlyasovun Leyla adında bir qızı da var.
 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video qınaq hədəfinə tuş gəlib.

Sözügedən paylaşımda yeniyetmə oğlanın yaşlı qadına qarşı etdiyi uyğunsuz hərəkət əks olunub. "TikTok" platforması üçün video çəkən istifadəçi yaşlı qadına yaxınlaşaraq etdiyi hərəkətlərlə onu narahat etməyə başlayıb.

Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən şiddətlə qınanıb.

Qeyd edək ki, bu, gəncin ilk belə hərəkəti deyil. Bundan öncə də ictimaiyyət arasında davranış qaydasını pozan bənzər videoaları sosial şəbəkədə yayılmışdı.

Həmin görüntünü təqdim edirik:

 
Ardını oxu...
Müğənni Səidə Sultan teleproqramlardan birində həmkarları Vəfa Şərifova, Nəfəs, Zeynəb Həsəni, Şəbnəm Tapdıq, Damla haqqında şok ifadələr işlədib.

Müğənni həmin müğənniləri qıjı, civi və sex işçisi adlandırıb.

“Onları düzəltmək mümkün deyil. Çünki onlar elə doğulublar. daxillərində “qıjılıq” var. “Civi”, sex işçisi yox, əsl musiqiçi olmaq lazımdır. Onların təkcə oxuduğu mahnılarda yox, görüntülərində belə problem var”, - müğənni bildirib.

 
 
 

Dünyapress TV

Xəbər lenti