Tanınmış azərbaycanlı bəstəkara pornoqrafiya İTTİHAMI
Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilməsi o zaman ciddi narazılıqla qarşılanmışdı, indi də onun bu təşkilatdan çıxarılması tələb edilir. Söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.

“Tüpürüm sizin ağzınıza” adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

“Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza” - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyir ki, bu, “gizli pornoqrafiya” nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan “Tüpürüm sizin ağzınıza” şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edir ki, AYB onunla bağlı ciddi tədbir görməlidir.

Bu arada məlumat yayılıb ki, AYB sədri Anar Rzayev deyib ki, sözügedən şeirlə tanış olduqdan sonra qərar verilə bilər: “Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozanlar AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”.

Qalmaqalla bağlı Əməkdar artist, bəstəkar-müğənni, AYB üzvü Elza Seyidcahan “Yeni Müsavat”a danışıb: “Sənət elə bir şeydir ki, təqdim edirsən və onu oxucuların düşüncəsinə həvalə edirsən. Oxucuların da düşüncəsi müxtəlifdir. Mənim oxucularımın arasında ziyalılar da, qeyri-ziyalılar da var. Sadə insanlar var ki, onlar mənim yazdığım fəlsəfəni, fikrin dərinliyini düşündüyümdən də artıq mənə onu təqdim edirlər. Mənə deyirsiniz ki, bəziləri şeirimdəki ifadələrin pornoqrafik olduğunu düşünür. Buna cavab olaraq deyə bilərəm ki, kimə nə lazımdırsa şeirimlərində onu görür. Bir də ki, pornoqrafiyanın nəyi pisdir ki? Kim pornoqrafiyadan qaçıb? Bu dəqiqə əksəriyyət pornoqrafiyaya acdır. Ona görə də şeirlərimdə pornoqrafiya görürlər. Məgər dünyadakı bütün canlılar - insanlar, heyvanlar pornoqrafiya üzərində inkişaf etmirmi? Hətta ağaclar belə... Beləliklə, əgər kimsə şeirimdə pornoqrafiya görürsə, deməli, onu görmək istəyir, ona pornoqrafiya lazımdır. Amma mən o şeiri pornoqrafiya düşünüb yazmamışdım. Allahın dili ilə insanlara deyirəm ki, ağzınıza bal alın, gözəl sözlər alın ki, ağzınızdan gözəl sözlər çıxsın. Yəni sadəcə, insanlara üsyan etmişəm ki, kimsəni pis sözlərinizlə incitməyin, sındırmayın”.

Əməkdar artist AYB sədri yazıçı Anarın onun barəsində səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib: “Anar müəllim doğru deyir, Azərbaycan klassiklərini təhqir edənlər cəzalanıb və yəqin ki, belə də davam edəcək. Allah Anar müəllimə cansağlığı versin, ömrünün sonuna qədər AYB-nin sədrlik kürsüsündə əyləşsin. AYB-yə üzv seçiləndə mənə zəng edib, ilk təbrik edən Anar müəllim oldu. Digər gözəl şairlərimizə də ayrı-ayrılıqda çox təşəkkür edirəm ki, mənim quruma üzv seçilməyim üçün rəy veriblər”.

AYB-nin sədr müavini Rəşad Məcid isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yaranmış qalmaqalla bağlı Elza Seyidcahan AYB-nin üzvü kimi quruma çağırılıb, onunla söhbət aparılacaq: “Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq. Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm. Sadəcə, onu elə səsləndirir ki, qarşısında oturanlar ondan "uzaqgedən" nəticələr çıxardırlar və deyirlər ki, bu təhqirdedicidir. Adətən bu cür şeirlərlə bağlı Elza Seyidcahan danışarkən Nəsiminin şeirini, qəzələni misal gətirir, o da belə şeirlər yazıb. Burada söz oyunu olur. Elza Seyidcahan istəyir ki, qarşısındakını söz oyunu ilə şoka salsın, silkələsin. Ondan da hərə özünə uyğun nəticələr çıxardır. Elza Seyidcahanın hərdən fərqli, maraqlı, diqqətçəkən şeirləri də olur. Həmin şeirlərdə bir üsyan, etiraz var. Poeziyanın da mahiyyəti budur. O ki qaldı sosial şəbəkə istifadəçilərinə, onlar da fərqli-fərqli insanlardır. Bəzən ən yaxşı ağıllı sözə etinasız qalıb, ən mənasız sözü göylərə qaldıran sosial şəbəkə dövründə yaşayırıq".

Bölmənin digər xəbərləri

19 Sentyabr 2024  Elza bu televiziya kanallarını məhkəməyə verdi - "Anar müəllimi narahat ediblər..."
19 Sentyabr 2024 "Sən Səmədin arvadı deyilsən" - Efirdə gərginlik
19 Sentyabr 2024 Hadisənin səhnədə səmimi anları - VİDEO
19 Sentyabr 2024 Xumarın ona yaxınlaşan kişiyə REAKSİYASI - VİDEO
18 Sentyabr 2024 Məşhur müğənninin başı dərddə: Məhkəməlik oldu (VİDEO)
17 Sentyabr 2024 Sevdanın Səməd Səmədovla bağlı paylaşımı
17 Sentyabr 2024 Restoranda döyülən Türkan: - “Köməyimə o gəldi”
17 Sentyabr 2024 "Toyda tək olsaydım indi fatihə oxuyurdunuz"
17 Sentyabr 2024 Aleyna Tilkidən İdil Bilgenə DƏSTƏK
16 Sentyabr 2024 Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
16 Sentyabr 2024 "Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi..."
15 Sentyabr 2024 “Bu gün 1677 yaşım oldu”
15 Sentyabr 2024 Elza Seyidcahan bu şeirə görə AYB-dən çıxarılır? – Anar DANIŞDI
14 Sentyabr 2024 Şadlıq sarayının Elman Rüstəmova məxsus olmasının müğənninin döyülməsinə nə dəxli var axı? - HƏQİQƏTƏN DƏ...
13 Sentyabr 2024 Toyda fonoqram oxuduğu üçün döyülərək xəstəxanalıq edilən Kərimdən AÇIQLAMA
12 Sentyabr 2024 Tramp Amerikanın məşhur müğənnisini TƏHDİD ETDİ
11 Sentyabr 2024  “Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”
11 Sentyabr 2024 Müğənni Kərimi toyda DÖYDÜLƏR: saxlanılanlar var - hadisənin hansı səbəbdən baş verdiyi...
11 Sentyabr 2024 "Bu sahədə "həci prinsipi" işləmir - Deputatdan sərt açıqlama
10 Sentyabr 2024  Röyanın “Gönder”i illərdir zirvədən enmir - SİYAHI

Dünyapress TV

Xəbər lenti