Ardını oxu...
Bakının Suraxanı rayonu Binə qəsəbəsində özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Ariz adlı şəxs bir qrup mülki geyimli şəxslə gəlib, vətəndaşın tikdiyi, hətta üstünü belə bağladığı evi söküb. Azinforum.az-a şikayət edən vətəndaş bildirir ki, tikintiyə icazə yoxdursa, onda niyə ətraf evlərlə doludur? : “Evi tikəndə buna mane olardılar. Hazır tikilini sökmək üçün məhkəmə qərarı olmalıdır. Buna məhəl qoymadılar. Əminəm ki, yeni təyin olunan icra başçısı Adil Əliyevin Ariz və onun dəstəsinin əməllərindən məlumatı yoxdur. Onlarla bağlı mütləq mənada hüquqi ölçü götürülməlidir”.
Bildirilir ki, Suraxanı ərazisində bütün tikinti və söküntü işlərinə Ariz adlı şəxs baxır. Videoda göy kostyumlu, telefonla danışan şəxs Arizdir…

 
Ardını oxu...
Ölkədə həllini gözləyən bir sıra sosial-iqtisadi problemlər var.

Bu gün ölkədə mövcud problemlərin həlli istiqamətində bir sıra yeni qanunlar qəbul edilməsinə baxmayaraq, hələ də cəmiyyət bəzi problemlərin aradan qaldırılmasını vacib hesab edir.

Qeyd edək ki, parlamentin növbəti iclasında da bəzi sosial-iqtisadi problemlərin müzakirəsi gözlənilir.

Bəs bu gün həllini gözləyən üç əsas sosial-iqtisadi problem hansıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info"-ya bildirdi ki, bu gün cəmiyyətin sosial-iqtisadi məsələlərlə bağlı ən çox gözləntiləri birincisi, “uşaq pulu” adlanan müavinət məsələdir:

“Ancaq bu tam da “uşaq pulu” deyil, başqa sosial məsələlər də həllini tapmalıdır. Yəni bunun alqoritmi başqa cür qurulmalıdır. Ancaq insanlara daha aydın olması üçün “uşaq pulu” məsələsinin həll oluması vacibdir.

Çünki cəmiyyətdə gözlənti həddindən artıq yüksəkdir. İkinci məsələ, kommunal xidmətlər və yaxud nəqliyyatda dövlət tərəfindən tənzimlənən qiymət artımının müəyyən məhdudiyyətləri olmalıdır.

İndiki qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Məsələn, sabah Tarif (qiymət) Şurası nəqliyyatda gediş haqqını 5 manat da edə bilər. Ancaq qanunvericilikdə, dünyanın bir çox ölkələrində dövlət tərəfindən tənzimlənən qiymətlərdə bir məhdudiyyət var. Yəni dövlət qurumları o məhdudiyyəti keçə bilməz. Bizdə belə bir məhdudiyyət yoxdur.

Düşünürəm ki, qanunla inflyasiyanın həcmindən daha çox qiymət artımına getməyi hökumətə qadağan etmək lazımdır. Bu zaman daha məntiqli olacaq.

Qiymət artımı inflyasiyaya bağlı olacaq. Məsələn, indi dizel yanacağıının qiyməti 25 faiz artdı, ancaq inflyasiya o qədər deyil.

Üçüncü məsələ isə insanların azad şəkildə kiçik və orta sahibkarlıqla məşğul olması üçün ciddi şəkildə vergi güzəştlərinə ehtiyac var.

Azərbaycanda vergilər kifayət qədər yüksəkdir. Bu kiçik və orta sahibkarlığın inkişafına müəyyən əngəllər yaradır. Bu, həm də sosial məsələdir.

Çünki vergilər azaldıqca kiçik və orta sahibkarlara daha çox pul qalır, onlar daha çox investisiya yatıra bilir, yeni iş yerləri yarada bilirlər.

Bu da sosial problemlərin həllində mühüm rol oynayır. Bu üç məsələ yeni parlamentin əsas hədəflərindən biri olmalıdır”.
 
Ardını oxu...
Ağstafa rayonu, Aşağı Göycəli kəndinin sakini Gülməmmədov Elməddin Cəmil oğlu tərəfindən “Hürriyyət” qəzetinin redakiyasına şikayət ərizəsi daxil olub. Şikayətçi iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı qəlpə yarası aldığından vəziyyəti yaxşı deyil, ancaq ona əlillik dərəcəsi verilmir:

“Mən, Gülməmmədov Elməddin Cəmil oğlu, bildirirəm ki, 2020-ci ilin sentyabrında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatı yerinə yetirərkən minamyotla vurulmuşam. Ayağımdan yaralanmışam, sol qolum işləmr, sinirlər tamamilə dağılıb, qapalı kəllə-beyin travması almışam.

8 dəfə “dəlixana”da yatmışam. Psixotrop dərmanlar içirəm. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicələr götürmüşəm. Respublika Əlillərin Bərpa Mərkəzindəki komissiyada olmuşam. Sənədlərə baxmadan imtina verirlər, düzgün diaqnoz qoymurlar. Deyəndə ki, sənədimə düzgün şəkildə baxılsın, deyir, borcumdur ki, axşama qədər oturub sənin sənədinə baxım?

Mənə əlillik dərəcəsi niyə vermirlər, bilmirəm. Zülm edirlər! Neçə dəfə intihara cəhd etmişəm. Heç özümdə olmuram, normal insan kimi deyiləm. Vətən üçün yarım canımdan da keçərəm, ona qurbandır! Xahiş edirəm ki, mənə kömək göstərilsin, çox çarəsizəm”.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov izah edir ki, Gülməmmədov Elməddin Cəmil oğlunda əlilliyin müəyyən edilməsinə əsas verən heç bir hal aşkar olunmayıb:

“Ağstafa rayon sakini 1995-ci il təvəllüdlü Gülməmmədov Elməddin Cəmil oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “Forma-88” göndərişi əsasında sonuncu dəfə 23.02.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.

Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilib”.

Cəmilə ƏZİMOVA
Ardını oxu...
Beyləqan rayon sakini Qədimov İlkin Museyib oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, may ayının 15-dən ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, yoxlanışa gəlmirlər:

“Mən, Qədimov İlkin Museyib oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirirəm ki, 2 övladım var. Yoldaşım işləmir, evdar qadındır. Adımıza torpaq sahəsi yoxdur.

May ayının 15-dən ünvanlı sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, hələ də gəlib baxış keçirən yoxdur. Vəziyyətimiz çox pisdir. Ehtiyacım olmasa, heç müraciət etməzdim. Bu qurum biz kasıblar üçün deyil. İmkanlı şəxs müraciət edir, dərhal yoxlama gəlir, amma kasıbın heç yerdə bəxti gətirmir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Dövlət sektorunda əmək haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır. Bu barədə Trend-in suallarını cavablandırarkən iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq son məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək.

“Noyabrın 1-də təqdim olunduqdan sonra məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ona xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.

Pensiyalar daha çox indeksləşdirilmə və eləcə də 2022-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə pensiyaçılara yardım verilməsi ilə artırılır. İndeksasiya 2025-ci ilin yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizini uyğun olaraq pensiyaların indeksiləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksiləşdirilmə faizini müəyyənləşdirmək mümkün olacaq. Çünki 2024-cü ilin ilk yarım ilinin sosial yekunları növbət ildə yanvarın 1-i üçün indeksiləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.

Müavinətlərin artırılması ilə bağlı da təkliflərdə Milli Məclisin iclaslarında təqdim olunub. Bu da birbaşa fiskal və maliyyə yükünə bağlıdır”, – deyə V.Bayramov bildirib.
 
Ardını oxu...
Qeyd:Cənab rəis üçün marifləndirmə. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyət başa çatandan sonra yox, məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.Həm də 4-cü bəndə də diqqət yetirin rəis☝
İşçilərə bütün növ məzuniyyətlərin verilməsi hansı qayda və şərtlərdə həyata keçirilir?
Xüsusən də işçiləri-məzuniyyət pulunun nə vaxt ödənilməsi daha çox maraqlandırır.Belə ki, bir çox hallarda məzuniyyət pulları işçinin aylıq əmək haqqı ilə bir yerdə ödənilir, bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin
tələblərinə uyğundurmu? Bildirirəm ki:
1.Bütün növməzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda): işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il,ay, gün göstərilməlidir
2.Məzuniyyətin verilməsi barədə əmr(qərar, sərəncam) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir,işçi onunla tanış edilir.
✅3. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
✅4.Əmək və ya kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa,məzuniyyət vaxtı üçün əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçilərin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.
5. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilir.
Əgər məzuniyyət pulu vaxtında ödənilmısə işçi məhkəməyə müraciət etməkə hər gecikdirilmiş gün üçün məzuniyyət pulunun azı bir faizi məbləğində ödənc tələb edı bilər
Azər Quliyev.
TEREF
 
 
 
Ardını oxu...
SOCAR prezident cənab Rövşən Nəcəf , onun sahə üzrə çoxsaylı məsul şəxsləri və müşavirləri.
Bildiyiniz kimi (bəlkə də bilmirsiniz ) bütün qanunlar Milli Məclisdə qəbul edilir, Azərbaycan Respublikasının Prezidenti imzalandıqdan sonra qanuni qüvvəyə minir.☝
Və sizlər (vitselər) də vəzifəyə cənab prezidentin sərəncamı ilə təyin olunursunuz.
Buna rəğmən, SOCAR strukturuna daxil olan əksər idarə və müəssisələrdə əmək qanunvericiliyi (ARƏM Maddə 45.4 və Maddə 70 e )pozulur , və məhz həmin maddələrə görə hər il çoxlu sayda insan işsiz qalır , siz isə susursunuz. (Bəs Sərəncam??) Belə ki,
ARƏM-nin Maddə 45.4. (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, ✅bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).
Qeyd: SOCAR dövlət şirkətidir və iş daimi xarakterə malikdir. Müvəqqəti müqavilə bağlanılmış işçilər də daimi xarakterə malik olan işə qəbul olunanlardır. Heç bir işçi müvəqqəti müqavilə bağlamaq istəməz. İş yeri tapdığı üçün o hər cür şərtə razı olur. Bu maddə işəgötürənə(hikkəli) imkan verir ki, arzuolunmaz, xoşu gəlməyən işçini rahatlıqla işdən azad etsin. Hətta elə işəgötürən(inşAllah cəzasız qalmaz.Bəndə cəzasız qalsa da Allah cəzasından qaça bilməyəcək) də var ki,işçi ilə bağladığı müvəqqəti müqavilənin uzanma müddətinə(əlavə bir həftə) bir gün qalmış müqavilə müddətini uzatmır. İşçini stress keçirməyə məcbur edir.
Bunun nəticəsində hər il çoxlu sayda insan öz iş yerini itirir.
Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər) tələblərinin pozulması.
SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir(????). Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz. Təqaüd yaşına çatmış neftçilərə qarşı tədbiq edilən bu siyasət vəzifəli şəxslərin yaxınlarına aid deyil.
Sonda:
Sizə kim haq verir bu qədər ədalətsizliyə?
Niyə ölkənin Əmək Məcəlləsini pozan vəzifəli şəxslər cəzalanmır ?Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Teymurlu Fərid Mahir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. F.Teymurlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından şikayətçidir:

“Mən, Teymurlu Fərid Mahir oğlu, bildirirəm ki, bu, sizə ikinci şikayətimdir. Ötən şikayətimdə bildirmişdim ki, “Azərişıq” və “Azərqaz” “abonent kodlarında uyğunsuzluq var” bəhanəsi ilə sosial yardım almaqla bağlı müraciətimə imtina cavabı vermişdilər…

Ailədə təkcə mən işləyirəm və 595 manat əmək haqqı alıram. Övladlarımız azyaşlı olduğu üçün yoldaşımdan işləməsi tələb olunmur.

14.04.2024-cü il tarixdə yenidən müraciət etdim, lakin yoxlama gəlib çıxmırdı. Məsələ ilə bağlı 01.07.2024-cü il tarixdə DSMF-nin Beyləqan rayon şöbəsinə yenidən şikayət etdim. Nəhayət, 03.07.2024- cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri ailəmizin məişət şəraitini yoxlamağa gəldilər. Yoxlama zamanı mən evdə olmamışam, işdə idim. Həm də, onsuz da təmsilçi həyat yoldaşımdır…

Yoxlama zamanı imtinaya səbəb olacaq heç bir problem görülməyib. Xeyli fikirləşəndən sonra yoldaşıma deyiblər ki, bir problem var, sizin kirayə müqaviləniz yoxdur. Bu səbəbdən də sizə imtina cavabı gələcək.

Bu vicdansızlar indi də bu yola əl atıblar. 4 aya yaxındır ki, sosial yardım ala bilmirəm. Ailədə 4 nəfərik - mən, həyat yoldaşım, 2 yaşlı oğlum və 1 yaşlı qızım. Vəziyyətimiz həqiqətən də çox çətindir. O qurumun adını sosial yardım deyil, “kasıblara işgəncə” verən qurum qoymaq lazımdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Sənədsiz evlərə daha çox Bakıda və Bakıətrafı ərazilərdə rast gəlinir. Bu evlərin sayı kifayət qədərdir. Həmin evləri tədricən rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti yeni elektron portal hazırlayır.

TEREF xəbər verir ki, yeni yaradılacaq portal bu evlərin taleyinə müsbət təsir edə bilər.
Məlum olduğu kimi, evlər üçün qoyulan bəzi tələblər var ki, sənədsiz evlər bu tələblərə cavab vermir.
Bəs bu evlərin aqibəti necə olacaq? Bu evlər söküləcək?
Əmlak eksperti Elnur Fəzrəliyevin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, həmin torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevriləcək.
Daha ətraflı video-materialda:

 
Ardını oxu...
Psixoloqlar ən çox boşanmalara səbəb olan altı əsas səbəbi müəyyən ediblər.

Bu barədə“Forbes” 1997-ci ildə kiçik bir araşdırma aparıb.

Bu araşdırma on il ərzində minlərlə evli cütlüyün məlumatları təhlil edib. Tədqiqatın uzun illər əvvəl olmasına baxmayaraq, onun nəticələri bu gün də aktuallığını qoruyur. Onları təqdim edirik:

Xəyanət

Aldatma boşanmaların əsas səbəblərindən biri olaraq qalır. Belə ki, xəyanət münasibətlərdə inam və emosional təhlükəsizliyi yüksək dərəcədə azaldır. Aldatma nəticəsində yaranan emosional bağlılığın və bütövlüyün pozulması inamı və münasibətləri tam bərpa etməyi çətinləşdirir.

Ağılsız yerə pul xərcləmək

Maddi fikir ayrılıqları da boşanmaların səbəbləri arasındadır. Tərəfdaşlardan birinin məsuliyyətsiz xərcləmə vərdişləri və uyğun olmayan maliyyə qərarları inciklik, stress və evliliyin pozulmasına səbəb ola bilər. Maddi sabitlik daha dərin hörmət, ünsiyyət və münasibətlərdə ümumi məqsədləri əks etdirir.

Alkoqol və narkotik istifadəsi

Alkoqol və narkotiklər də daxil olmaqla, zərərli maddələrdən sui-istifadə nikah üçün ciddi təhlükədir və çox vaxt boşanmaya səbəb olur. Bu pozğunluqlar davranışı dəyişdirə, emosional qeyri-sabitliyə səbəb ola və təhlükəli, gözlənilməz münasibət mühiti yarada bilər. Maddələrdən sui-istifadə maliyyə çətinlikləri və emosional uzaqlaşma kimi digər problemlərlə də əlaqələndirilir.

Qısqanclıq

Həddindən artıq qısqanclıq əlaqələri zəhərləyə, inamsızlığa və partnyorun davranışını idarə etmək cəhdlərinə səbəb ola bilər. Bu, zaman keçdikcə yaxınlığı və emosional əlaqəni məhv edən düşüncələrə gətirib çıxarır. Tədqiqatlar göstərir ki, daha çox kişilər münasibətlərdə qısqanclığı mənasız gərginlik kimi göstərirlər.

Aşağı əhval-ruhiyyə

Xroniki aşağı əhval-ruhiyyə və ya emosional qeyri-sabitlik evlilik münasibətlərini çətinləşdirir, evdə gözlənilməz və gərgin atmosfer yaradır. Əhvalın dəyişməsi tez-tez qarşıdurmalara və emosional uzaqlaşmaya səbəb olur. Bu da narazılıq hisslərinə və evlilik harmoniyasının pozulmasına gətirib çıxarır.

Narahat vərdişlər

Vaxt keçdikcə, əvvəlcə gözəl və ya dözülə bilən görünən kiçik vərdişlər və ya davranışlar evlilikdə yüksək dərəcədə qıcıqlanma və gərginlik mənbəyinə çevrilə bilər. Kiçik qıcıqlanmalar tez-tez mübahisələrə və ya emosional uzaqlaşmaya çevrilir.
 
 
 

Dünyapress TV

Xəbər lenti