Ardını oxu...
Universitetlərə qəbul üçün test üsulunun ləğv edilməsi müzakirələr yaradır. Hesab edilir ki, test üsulu şagirdləri sadəcə əzbərləməyə vadar edir. Nəticədə öyrəndikləri fənnin mövzularının mahiyyətini tam dərk etmirlər. Bəs test üsulu ləğv edilməlidirmi?

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, formatın dəyişməsinə ehtiyac var:

“Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin müasir dövrün tələbləri ölkəmizdə 32 ildir tətbiq edilən formatın dəyişməsini zəruri edir. Təsəvvür edin ki, mart ayında imtahan verən şagird, azı 6 ay sonra, avqustun sonunda tələbə olub-olmadığını bilir. Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir.

Qəbul imtahanlarının formatının dəyişdirilməsi təhsil sisteminin inkişafı və tələbələrin daha ədalətli qiymətləndirilməsi üçün vacibdir”.

Ekspert hesab edir ki, imtahanlarda iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də praktik düşünmə, problem həll etmə və analitik bacarıqlarını yoxlanmalıdır:

“Bu, tələbələrin gələcəkdə daha uğurlu olmasına kömək edə bilər. İmtahan formatına layihə əsaslı tapşırıqlar, yazılı esse və müzakirə sualları daxil edilməlidir. Bu, tələbələrin praktiki bilik və bacarıqlarını yoxlamağa imkan verər. Onlayn imtahanlar və interaktiv testlər imtahan prosesini daha çevik və əlçatan edə bilər. Bu, həm də tələbələrin texnologiya bacarıqlarını inkişaf etdirməyə kömək edər.

Tələbələr imtahan stressinin azaldılması üçün dəstək proqramları və psixoloji xidmətlərlə təmin edilməlidirlər. İmtahanlar tələbələrin psixoloji sağlamlığına mənfi təsir göstərməməlidir. Bu təkliflər Azərbaycanda qəbul imtahanlarının formatının dəyişdirilməsi və təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün bir başlanğıc nöqtəsi ola bilər. Hazırkı imtahanlar iştirakçılarda ciddi stress yaradır, bəzən isə həyatları üçün təhlükəyə çevrilir”.
 
Ardını oxu...
Şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova Tribunainfo.az-a şikayətini bildirib.

1984-cü ildən (40 il) Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi çalışan Minarə Seyidova işdən azad edilib.

Qeyd edək ki, iyul ayının 9-da orta tibb işçilərinin sertifikasiya imtahanından 3 balla kəsilən Minarə Seyidova Səhiyyə Nazirliyi Sertifikasiya Komitəsinə və Səhiyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq ona bildirilib ki, şəhid ailəsi olmağına baxmayaraq heç bir özəlliyiniz yoxdur.

Ardını oxu...

Minarə Seyidova imtahandan kəsildiyinə görə, nə maaş alır nə də 40 illik iş yerinə buraxılmır.

Şikayətçinin sözlərinə 6 ay ərzində təkrar imtahana buraxılacaq və həmin müddət ərzində də kursa getməlidir.

“Mən kimsəsiz insanam. Bəs mən necə dolanmalıyam?! Əvvəllər də belə hal baş verib. İşçilər arasında kəsilən də olub, maaşını alıb, işə də gəlib. İndi bu hal nə dərəcədə ədalətlidir? Mən cənab prezidentə və xanımına, eyni zamanda icra orqanlarına elektron məktub göndərmişəm, ancaq çox təəssüf ki, müraciətlərimə baxılmır”, – deyə şikayətçi bildirib.

Həyat yoldaşı şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyaclarını öz üzərinə götürən, iki övladını tibb bacıcı işləyərək min bir əziyyətlə boya -başa çatdıran Minarə Seyidova şikayətinə baxılmasını və güzəşt edilməsini tələb edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Son vaxtlar qeyri-qanuni şəkildə zəbt olunan torpaqlarda aparılan icazəsiz tikintilərin sökülməsinə başlanıb. Bu təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir. Bu addım insanlar arasında təşviş və narahatlıqla qarşılanıb. Evləri sənədsiz olan bir çox vətəndaş eyni aqibətlə üzləşməkdən narahatdır.

Görəsən, narahatlığa əsas varmı? Sənədsiz evlərin söküntüsü də gündəmdədirmi?

TEREF xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, söküntülərin aparılması, sadəcə, yeni tikilən və ya tikilməkdə olan evlərə aiddir:

“Söhbət təkcə yeni tikilən və heç bir sənədi olmayan tikililərdən gedir. Əgər hansısa ərazidə yaşayış varsa, fərdi yaşayış evinin söküntüsü üçün müvafiq olaraq, hökmən məhkəmə qərarı tələb olunur. Məhkəmə qərarı olarsa, bu zaman fərdi yaşayış evinin məcburi söküntüsü həyata keçirilə bilər. Məlum olduğu kimi, sənədsiz evlərlə bağlı müvafiq qərar qəbul ediləcək və onların hansının sənədləşdirilib-sənədləşdirilməyəcəyi daha aydın bildiriləcək. İnsan sağlamlığı üçün təhlükəli olan, yüksək gərginlikli elektrik, qaz və su xətlərinin üzərində yerləşən evlərin gələcəkdə yəqin ki, söküntüsü həyata keçiriləcək. Buna müvafiq olaraq, müəyyən icraedici qurumlar məhkəməyə müraciət edə bilər. Hal-hazırda qanunvericilik də tələb edir ki, əgər hər hansı yaşayış evi varsa, onun sökülməsi üçün ilk növbədə müvafiq məhkəmə qərarı olmalıdır. Söküntü yalnız yeni tikilən və tikilməkdə olan əmlaklara aid ediləcək”.

Ekspert sökülən evlərlə bağlı vətəndaşlara hansısa kompensasiyanın verilməyəcəyini qeyd edib:

“Həmin torpaq sahəsi əgər zəbt edilibsə, ona heç bir kompensasiya ödənilə bilməz. Bu tikililər ona görə sökülür ki, zəbt olunmuş torpaq sahələrində tikilib. Belə torpaqların heç bir hüquq müəyyənedici sənədləri olmur. Əgər hər hansı torpağın hüquq müəyyənedici sənədi varsa, orada tikinti aparmaq çox rahatdır. Söhbət yalnız qeyri-qanuni zəbt edilən torpaq sahələrində aparılan özbaşına tikililərdən gedir. Rayon icra hakimiyyətləri və digər icra strukturları da bu özbaşına tikililərin qarşısını alır”.
 
 

 



Ardını oxu...
Bakı şəhəri Nəsimi rayonunda qeydiyyatda olan və Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yaşayan Tağıyev Rafiq Bəhlul oğlu “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, gənc yaşlarından daxili işlər orqanlarında xidmət edib, müharibə veteranıdır 2-ci qrup Qarabağ əlilidir. Artıq yaşlandığı üçün qaynar şəhər mühiti onu sıxıb, o üzdən doğma Gədəbəy rayonunda Böyük Qaramurad kəndində özünə ev inşa etdirib.

Yazır ki, kəndə çəkilən ana qaz xətti onun tikdirdiyi fərdi yaşayış evindən 50 metr, köməkçi xətdən isə 170 metr aralıdan keçir. Həmin yerdən evinə boru xətti çəkdirmək maddi imkanı xaricindədir. Ümid edib ki, hökumət onun Vətən qarşısında keçmiş xidmətlərini, imtiyazlarını nəzərə alıb güzəştə gedər. Ona görə də aidiyyəti qurumlara – ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə, Gədəbəy Rayon İcra Hakimiyyətinə yazılı müraciətlər göndərərək köməklik göstərilməsini istəyib.

Ardını oxu...

Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov qaziyə qaz xəttinin alınması üçün 500 manat köməklik edəcəyinio vəd etsə də, sonradan imkan yoxdur deyib, vədinə xilaf çıxıb

Ardını oxu...

Vətəndaş Tağıyevin 27 iyun 2024-cü il tarixli, “Azəriqaz” İB rəhbərliyinə göndərdiyi müraciət Birliyin Şəmkir Regional Qaz İstismar İdarəsinə göndərilmişdir. İdarənin baş mühəndisi vətəndaşa yazdığı 18 iyul 2024-cü il tarixli cavab mətubunda bildirmişdir ki, müharibə veteranı, qazi və şəhid ailəsi statusuna malik şəxslərin müraciətləri əsasında onlara məxsus evlərin qazlaşdırılması, ərazidə küçə qaz xəttlərinin mövcud olduğu halda, müvafiq sənədlər təqdim eduildikdən sonra “Azəriqaz” İB-nin daxili imkanları hesabına həyata keçirilir. Lakin onun yaşayış evi kəndin qazlaşmayan hissəsində inşa olunmuşdur və qeyd olunan ərazidə mövcud küçə qaz kəməri ilə evin arasındakı məsafə 170 metr olduğuna görə evin qazlaşdırılması məsələsinə əraziyə küçə qaz kəməri çəkildikdən sonra baxıla bilər.

Ardını oxu...

Rafiq Tağıyev bu qənaətdədir ki, «Azəriqaz» ona yayındırıcı cavab verib. Çünki əvvəla yaşadığı kənddə küçələr hansısa plan əsasında deyil, evlər inşa olunduqca formalaşır. Evlər bir-birinə şəhərdə və rayon mərkəzlərində olduğu qədər yaxın tikilmir. Mövcud qazlaşıdırılmış evlərin bir-biri və onlarla əsas qaz borusu arasındakı uzaqlıq da çox vaxt 170 metr və daha artıq məsafə təşkil edir. Yəni, İdarənin baş mühəndisi Elçin Süleymanovun öz mülahizələrinə görə, kənddə daha bir küçə artdığını qəbul etməsi üçün hansı vaxta, neçə evin və biri-biri ilə hansı məsafədə tikilməli olduğunu təxmin etmək çətindir. Dolayısı ilə verilən cavab “Azəriqaz” İB-nin daxili imkanlarının 170 metr məsafədən imtiyazlı şəxsin evinə xətt çəkməyə yetmədiyinin etirafıdır. Baxmayaraq ki, ana xətt Rafiq Tağıyevin evindən 50 metr aralıdan keçir. Layihə çərçivəsində qazinin öz şəxsi hesabına çəkilməsinə də şərait yaratmırlar ki, guya 170 metr aralıdan keçən köməkçi xətdən çəkilməlidir.

VİDEO: https://www.youtube.com/shorts/tARgfWNZpIU

Sual olunur: Görəsən, vaxtaşırı və davamlı şəkildə qiyməti artırılan “Azəriqaz” xidmətindən gələn gəlirlər hara gedir? İB-nin bütün qalan xərcləri səmərəlidirmi ki, bircə nəfər qazinin ehtiyacını ödəmək üçün “daxili imkanlar” yetmir? Şınıx və başqa ucqar kəndlərdə rayon rəhbərliyində çalışan vəzifəli şəxslərə məxsus villalara və hələlik anklav ərazi olan erməni kəndindi olan Başkənddə tikdirdikləri obyektlərə 500 metrdən çox olan məsafəyə qaz xəttinin çəkilməsinə kimlər şərait yaradıb və bu qədər məsafəni çəkməyə pullar necə tapılır? Həmin villalar və obyektlər quru maaş hesabına inşa olunub?

Başkənd hələlik erməni kəndi olduğu halda Gədəbəy Qaz İstismarı İdarəsi qaz xəttini çəkərkən hansı ünvana sənədləşdiriblər və ödəniş pulunu hansı ünvandan qəbul edirlər?

Qarabağ qazisi Rafiq Tağıyev ümid edir ki, onun problemi ictimailəşdiriləndən sonra ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqətinə çatacaq.

Növbəti məqalələrimizdə İcra hakimiyyətinin rəhbər vəzifəlilərin, məşğulluq, Kommunal Müəssisələri Kombinatının, Yol İstismarı İdarəsinin, Yaşıllaşdırma vəs. müdirləri ilə əlbir olaraq fəhlə işindən tutmuş vəzifələrə neçəyə və necə düzəltmələri barədə geniş yazacağıq.

Mövzunu davam etdirəcəyik.

“Deryaz.az»
Ardını oxu...
İşçi: yalnız iş vaxtı ərzində və ya bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halında bu, işçi tərəfindən əmək vəzifələrini kobud surətdə pozulması halı hesab edilir.
Ağırlıq dərəcəsindən, ehtiyatsızlıq və qəsdən edilməsindən asılı olaraq işçi bu hallarda: əmək intizamı, maddi, inzibati və ya cinayıət məsuliyyətinə cəlb oluna bilər, eyni zamanda işçinin əmək müqaviləsi də bu əsasla ləğv oluna bilər.
İş vaxtı ərzində və ya bilavasitə iş yerində olmayan inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə görə işçi AR- nın Əmək Məcəlləsində nəzərdə tutulan qaydada maddi və ya intizamı məsuliyyəti daşımır, belə məsuliyyətə cəlb oluna bilməz, onunla bağlanmış Əmək müqaviləsi bu əsaslardan ləğv edilə bilməz.
İşçinin, iş yerində inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi dedikdə onun:AR Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və qanuni qüvvəyə minmiş qərarları nəzərdə tutulur.
Azər Quliyev.
TEREF
 
 
 
Ardını oxu...
Ölkə daxilində istirahətin qiyməti xaricə səfərlərin qiymətini keçməyə cəhd edir

Yay tətil üçün ən populyar mövsümdür. Hər kəsin yaxşı tətil haqqında öz fikri var. Bəziləri üçün bu - piyada məsafədə dənizi, təmiz hovuzu və bütün komfortu olan otel yeməkdir. Kimlər üçünsə - təbiətə səyahətlər, digərləri üçün - tarixi yerlərə ekskursiyalar. Onların ortaq bir cəhəti var - gündəlik işlərdən qaçmaq, işi bir müddət unutmaq və zehni olaraq yenidən işə başlamaq imkanı qazanmaq. Bəs bunu nə qədər adam özünə rəva görə bilər?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin birinci yarısında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 25,7% artaraq 995,2 min nəfər olub. Əsas istiqamətlər İran, Türkiyə, Gürcüstan və Rusiyadır.

Rəqəmlər nikbin görünür, lakin ölkə vətəndaşlarının əhəmiyyətli bir hissəsi üçün xaricə səyahət xəyaldır. Onlar üçün ölkədən kənara çıxmadan tətil də əlçatmaz lüksdür. Rəsmi qeydiyyat olmadan işləyənlər, təbii ki, məcburi olmasa, bir həftəlik də olsa, işlərinə fasilə verə bilmirlər.

Yada salaq ki, deputat Vüqar Bayramovun əvvəllər də dediyi kimi, Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur. Bu, o deməkdir ki, onların məzuniyyət hüququ yoxdur. Ancaq buna haqqı olanlar getdikcə ev işlərini görməyə və televizora baxmağa sərf edirlər - qalanı çox bahadır. Burada hansı istirahətdən söhbət gedə bilər?

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində deyib ki, bu yaxınlarda apardığı sorğunun iştirakçılarının əksəriyyəti bu yay tətilə çıxa bilməyəcəyini qeyd edib: “44% cavab verdi ki, qiymətlər “dişləyir” və buna görə də bu yay tətil etmirlər. 7%-i tətilə pul yığdıqları üçün getdiklərini söylədi. 22% hələ də şübhə altındadır və 27% bütün il boyu işlədiyini etiraf etdi”.

Həmsöhbətimiz xidmətlərin keyfiyyətinin qiymətlərə uyğun olmadığını, lakin əksər iş adamları üçün əsas məsələnin daha çox qazanmaq olduğunu, müştərinin razı olub-olmayacağı ilə maraqlanmadığını vurğulayıb: “Bu psixologiya dəyişdirilməli, yeni turizm məhsulları sınaqdan keçirilməli, yalnız bundan sonra istehlakçıya təqdim edilməlidir”.

Bir çox insanlar övladlarını havasız şəhərdən çıxarıb xarici kurortlara və ya ölkə daxilində gözəl təbiəti, meşəsi, dənizi olan harasa aparmaq istəyirlər. Ancaq bir neçə səbəbə görə bunu edə bilən insanların sayı getdikcə azalır.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev bu vəziyyəti belə izah edib: “Birincisi, bütün mal və xidmətlərin qiymətləri artıb. Əksəriyyət ərzaq almağa, kommunal xərcləri, dərmanları, yəni həyati vacib şeyləri ödəməyə kifayət qədər pulun olub-olmayacağından narahatdır. Yalnız bütün əsas ehtiyaclarınız ödənildikdə səyahət edə bilərsiniz. İkinci məqam mehmanxana və digər yerləşdirmə obyektlərinin, eləcə də bağ evlərinin kirayə qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır. Son vaxtlar getdikcə daha az və daha qısa müddətə bağ evləri icarəyə verilir. Əgər bir neçə il əvvəl çoxlu insanlar onları hər üç yay ayı üçün icarəyə götürürdüsə, indi belə vətəndaşlar azdır”.

“Bu gün başqa ölkələrə yalnız hava yolu ilə getmək olar və pandemiyadan sonra təyyarə biletləri xeyli bahalaşıb. Bu da daxili turizmə marağın artmasına səbəb olub. Tələbatın artması ilə əlaqədar ölkədə turizm xidmətlərinin qiyməti də artıb. Bir çox vətəndaşlar üçün maksimum hədəf həftəsonu paytaxtdan və şəhərdən kənara çıxmaqdır ki, bu da kifayət qədər baha başa gəlir. Sadəcə yaşayış üçün adambaşına gündə təxminən 50 manata güvənməlisən. Ancaq yemək və əyləncəyə pul xərcləməli olacaqsınız. Bəzən şirnikləndirici təkliflər olan istirahət evlərinin reklamlarına rast gəlmək olar, lakin onlarla vətəndaşları cəlb etmək onsuz da çətindir”, - deyə ekspert söyləyib.

Xaricdə istirahətə gəlincə, uzun illər azərbaycanlıların əsas istiqamətləri Türkiyə və Gürcüstan olub. İstirahətçilərin xeyli hissəsi Gürcüstana qatarla və ya avtobusla gedirdi, bu da pula xeyli qənaət demək idi. İndi aviabiletlər üçün pul ayırmaq lazımdır, hətta orada da qiymətlər qalxıb. Türkiyədə inflyasiya var ki, bu da turizm sektoruna mənfi təsir göstərir.

Ağayevin sözlərinə görə, bəzi yerlərdə hətta otel nömrələrinə turist vergisi də tətbiq ediblər: “Avropaya getmək pandemiyadan əvvəlkindən həm daha bahalı, həm də daha çətindir. Çoxlarına viza verilmir. Bəzi məlumatlara görə, hər on ikinci Azərbaycan vətəndaşı imtina alır. Maldiv adaları və Qoa kimi uzun məsafələrə səyahət də çox bahadır. Bütün istiqamətlərə aviabiletlərin qiyməti xeyli artıb və bu proses davam edəcək. Birincisi, yanacaq bahalaşıb, ikincisi, son vaxtlar uçuşların ekoloji komponenti haqqında getdikcə daha çox danışırlar və bəlkə də, karbon vergisi tətbiq olunacaq. Bütün bunları isə istehlakçı ödəyəcək”.

Qeyd edək ki, Avropa şirkətləri artıq zərərli emissiyaların azaldılması xərclərini ödəmək üçün uçuş qiymətlərini artırmalı olacaqlarını bildirirlər. Bu, bir çox insanı təyyarə ilə səyahət etməyi dayandırmağa məcbur edəcək.

Müəllif: Elya Belskaya
 
Ardını oxu...
Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər geri alına bilməz
Azər Quliyev.
 
Ardını oxu...
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

"Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə “Yol xəritəsi” və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda keçirilən tədbirdə dövlət qurumları və özəl sektorlardan olan nümayəndələr iştirak ediblər.

İclası giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, İşçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb.

Cari ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, Komitə tərəfindən yaradılan "Bir Pəncərə" prinsipi əsasında aparıldığını qeyd edib.

Maraqlıdır, Azərbaycanda tikintiyə icazə almaq asanlaşacaq? “Bir Pəncərə” prinsipi qəbul edildikdən sonra sənədsiz yaşayış evlərinin tikintisinə son qoyulacaq?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, elektron sənədləşdirmədən öncə sənədsiz yaşayış evlərini sənədləşdirmək mümkün idisə, indi bunu etmək çox çətin olacaq:

“Bildirim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən torpaqlar vətəndaşlara paylanıldı. Vətəndaşlar da onlara verilən pay torpaqlarını dəyər-dəyməz kimə gəldi satdılar. Məhz dövlət tərəfindən vətəndaşlara verilən pay torpaqlarını böyük bir hissəsi kənd təsərrüfatın yararlı idi.

Qeyd edim ki, məhz bu gün Bakı və Bakıətrafı ərazilərdə tikilən yaşayış evlərinin demək olar ki, böyük bir hissəsinin sənədi yoxdu. Hazırda sənədisiz evlərin bir çoxu təhlükəli ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında, hətta neft quyularının üzərində tikilib”.

Onun sözlərinə görə, artıq bir çox evlərin elektron qaydada sənədləşdirilməsi mövcud qanunvericiliyin tələbinə uyğun olaraq sənədləşdirilməsi çox çətindir:

“Çünki bələdiyyə sənədi ilə tikilən əksər yaşayış evləri tikinti normalarına uyğun inşa olunmayıb. Sənədsiz evlərlə bağlı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinə müraciət edilsə də, heç bir faydası olmur. Sadəcə olaraq, vətəndaşın müraciətini qeydə alırlar, mühəndis gəlib baxır, ancaq o evin sənədləşdirmir. Nəticə də vətəndaşın əmlakınını sənədləşdirilməsinə imtina verilir. Bu arada vətədaşın vaxtı gedir. Lakin amnistiya tətbiq edilərsə, o zaman vətəndaşların sənədsiz evləri sənədləşdirilə bilər”.

Ekspert qeyd edib ki, “Bir Pəncərə” prinsipi qəbul edilmədən öncə mütləq şəkildə sənədsiz evlərin sənədləşdirilməsi üçün qanunda yumşalmalar edilməlidir:

“Əgərləri istəyiriksə, elektron qaydada 500 mindən çox evlərin sənədləşdirilməsi və digər əmlak məsələri öz müsbət həllini tapsın, o zaman sənədsiz evlərin sadələşdirilməsi asanlaşdırılmalıdır.

Çünki evlərin sənədləşdirilməsi birbaşa olaraq iqtisadiyyat üçün faydalıdır. Belə ki, əmlak sığortası və digər vergilər vətəndaşlardan alındıqda dövlət büdcəsinə toplu halda pul axınına zəmin yaradacaqdır”.
 
Ardını oxu...
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Tribunainfo.az Palataya istinadən xəbər verir ki, iclasda ilk olaraq “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.
Daha sonra “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeliyindəki qurumlar tərəfindən dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditi”nin keçirilməsi müddətinin artırılması qərara alınıb, habelə “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı təsdiq edilib.
 
Ardını oxu...
Dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin müavinətinin hansı halda dayandırılacağı məlum olub.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb.

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat mövcud olduqda sosial ödənişlərin ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemi tərəfindən avtomatik olaraq dayandırılır.
 
 
 

Dünyapress TV

Xəbər lenti