Ardını oxu...
NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib: "NATO Çini düşmən hesab etmir, lakin Çin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”.
Bildirim ki, Rusiya-Ukrayna müharibəsi Avro-Atlantik və Hind-Sakit okean regionları arasında artan geosiyasi qarşılıqlı asılılıqları vurğulayır.
Çin bu asılılıqları məharətlə özünün ekspansiyası naminə istifadə edir. Əlbəttə ki, Çin NATO-nun Avro-Atlantik məkanın təhlükəsizlik nizamındakı mərkəzi rolunu əlindən almağa çalışır.
Üstəlik Asiya qitəsində öz təsir imkanlarını genişləndirir ki, bu da NATO-nun Çinin strateji yüksəlişi ətrafında üzləşdiyi çətinlikləri göstərir. Deməli, Çin Asiya ilə yanaşı, Avropa qitəsində də yetkinləşmiş strateji bacarıqlara sahiblənir ki, bu da Pekinin Avrasiya üzrə nəhəng vizyonunu üzə çıxarır.
NATO baş katibinin bəyanatı Çinin qeyd olunan vizyon üzrə NATO-nun maraqları ilə uyğun olmayan siyasətinə eyhamları özündə cəmləyir. NATO-nun nə bəyanat verməsindən asılı olmayaraq, o, Çini təhlükəli rəqib kimi görür.
Çünki NATO-nun lideri ABŞ 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında Çini uzunmüddətki strateji rəqib kimi təsvir edib. Bu isə NATO-nun Avropa qanadı üzərində də öhdəlik və çağırışlar qoymaqdadır.
Rusiya-Ukrayna müharibəsi fonunda NATO Çinin yüksəlişini daha aydın müşahidə edir. Həm də ona görə ki, NATO Rusiya və Çinin eyni vaxtda birlikdə yaratdığı geosiyasi hərəkətlənmələri görür.
Bu hərəkətlənmələr Çinin Avro-Atlantik məkanda qiymətli aktivlər əldə etməsi ilə nəticələnir ki, NATO bundan bərk narahatdır.
Yəni cənab Yens Stoltenberq bildirir ki, Çin Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik boşluqlarına dolaraq Avropada “inqilabi dəyişikliklərin” nəticələrindən böyük pay qoparmağa çalışır.
Beləliklə, Çinin ambisiyaları və iddialı davranışları NATO nizamına əsaslanan Avropanın təhlükəsizliyinə problemlər gətirir. Bunların müşayiətində Çinin nüvə arsenalını genişləndirməsi də NATO-nun genişlənmə radiusu önündə maneələr yaradır.
Aqşin Kərimov
TEREF
 
 
 
Ardını oxu...
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna probleminin həlli ilə bağlı istənilən dialoqa açıq olduğunu bildirib.

Peskov bu barədə Moskvada jurnalistlərə açıqlama verərkən deyib.

“Rusiya Ukrayna ilə vasitəçilər vasitəsilə danışıqlara hazırdırmı? sualına Peskov, “Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyət və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu dəfələrlə dilə gətirib” deyib.

Mətbuat katibi Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı suala “Əlbəttə, bu vəziyyət təkcə Minski deyil, həm də Moskvanı narahat edir” deyə cavab verib.
 
Ardını oxu...
“Hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik...28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”, - dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb: “Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, Azərbaycanın daxili məsələsidir.

“Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev deyib.
 
Ardını oxu...
NATO-nun baş katibi vəzifəsindən getməyə hazırlaşan Yens Stoltenberq hesab edir ki, ABŞ qarşıdakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Şimali Atlantika Alyansının güclü müttəfiqi olaraq qalacaq.

“Report” xəbər verir ki, o, bu fikri “Yomiuri Shimbun” qəzetinə müsahibəsində bildirib.

"ABŞ-də hər iki partiyanın Ukraynaya güclü dəstəyi var. Kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ NATO-nun güclü müttəfiqi olaraq qalacaq", - o deyib.

Bundan əvvəl Atlantik Şurasının ekspertləri qeyd edirdilər ki, Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, ABŞ alyansdan çıxmasa belə, NATO-nu zəiflədə bilər. Yenidən ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə aparan Tramp özü NATO-nun fəaliyyətindən narazılığını bildirib. O, noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, Avropa tərəfdaşlarının öz təhlükəsizliyi üçün daha çox maliyyə məsuliyyəti daşımayacaqları təqdirdə ABŞ-nin Şimali Atlantika Alyansından çıxması ilə təhdid edib.
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq, dövlətdə xaosa səbəb olmağa çalışır.

“Report” xəbər verir ki, bunu fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib.

Filippo Makronu Konstitusiyanın ona fövqəladə səlahiyyətlər verəcək müstəsna maddəsinə müraciət etmək niyyətində təqsirləndirilib.

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birliy"in mütləq çoxluq qazanması mümkündür, lakin bu hələ həll olunmayıb. Səs çoxluğunun heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir " Filippo izah edib.

Siyasətçinin sözlərinə görə, Fransa prezidenti Konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirdi. “Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb", - Filippo əlavə edib.
 
Ardını oxu...
Macarıstan Rusiyanın Ukraynaya qarşı müharibəsi və Miqrasiya da daxil olmaqla bir sıra məsələlərdə Avropa Birliyi (AB) rəhbərliyi ilə ciddi fikir ayrılıqları şəraitində altı ay müddətinə AB Şurasına sədrlik etməyə başlayır.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, ölkə iyulun 1-də Aİ-yə Belçikadan estafeti qəbul edir ki, dekabrın sonunda rotasiya əsasında Polşaya təhvil versin.

Budapeşt və Brüssel arasındakı çətin münasibətlər hətta sədrlik şüarının seçilməsinə də təsir edib: "Avropanı yenidən böyük edək!". O, ABŞ-nin sabiq prezidenti Donald Trampın hazırkı Aİ rəhbərliyi tərəfindən dəstəklənməyən seçkiqabağı şüarına bənzəyir, lakin Macarıstanın Baş naziri Viktor Orban açıq şəkildə onun tərəfindədir.
Ardını oxu...
İranda cümə günü keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Rəsmilər ikinci turun olacağını deyirlər.

İlkin rəsmi nəticələrə görə, islahatçı qanadın yeganə namizədi, etnik azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir.

Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci gəlir.

BBC Farsca yazır ki, nə cənab Cəlili, nə də cənab Pezeşkian səslərin 50 faizni qazanmasa, gələn cümə günü ikinci tur olacaq.

Məsud Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və onun nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir.

Əslən azərbaycanlı olan və açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb.

İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Səid Cəlili mühafizəkar qanadın təmsilçidir və İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində (1980-88) bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib.

Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

Prezident seçkisində səsvermə gecə saat 12-də başa çatıb.

Səsvermə İran vaxtilə saat 6-da bitməli olsa da, 3 dəfə 2 saat olmaqla artırılıb, BBC Farsca yazıb.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Namizədlərdən birinin əslən İran azərbaycanlısı olduğu deyilir. Onun seçki marafonunda Rəşid Behbudovun ifa etdiyi "Azərbaycanım" mahnısı səsləndirilib.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

Bundan sonra o, iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.

Mənbə: Yenisafak.com
 
Ardını oxu...
İran prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Farhikhtegan" qəzeti məlumat yayıb.

Birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.

Birinci turda üç mühafizəkar - parlament sədri Məhəmmədbağır Qalibaf, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edib.
 

Ardını oxu...
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri prosesinə start verəcək.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı MSK-nın iyunun 29-da iclası keçiriləcək.

İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiqlənəcək.

Toplantıda həmçinin işçi və ekspert qrupları yaradılacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Dünyapress TV

Xəbər lenti