Ardını oxu...
Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Putin arasında görüş baş tuta bilər.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu həftə Ankarada türkiyəli həmkarı İbrahim Kalın ilə Türkiyə və Suriya liderlərinin görüşünün tarixini və yerini müzakirə edib.
Bu barədə Türkiyə hökumətinin "Türkiye" qəzeti məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında on ildən artıq müddətdə ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər.
"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən gün Ankaraya səfər edib. O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüş zamanı Əsədin Ərdoğanla görüşünün tarixi və ölkəsi ilə bağlı məsləhətləşmələr aparıb" - qəzet yazır.
Narışkinin olduğu təyyarə çərşənbə günü gecə Türkiyə paytaxtına enib.
Qəzetin yazdığına görə, Türkiyə və Suriya liderlərinin görüşünə paralel olaraq Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, prezident Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, lakin tarix hələ müəyyən edilməyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü bildirib ki, o, Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üzərində işləyir, lakin konkret bir şey haqqında danışmaq hələ tezdir.
 
 
 
Ardını oxu...
ABŞ Dövlət katibi Entoni Blinken Laosda Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Blinkenlə Yi ikitərəfli, regional və qlobal məsələlər üzrə müzakirələr aparıblar.

Həmçinin məlumatda bildirilib ki, Blinken Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən ciddi narahatlığını çatdırıb:

"Çin Avropa təhlükəsizliyinə qarşı bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməsə, ABŞ bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək".
 
Ardını oxu...
Cümə axşamı Kremlin mətbuat xidməti tərəfindən yayılan videoda Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Bəşar Əl-Əsədlə Kremldə görüşdüyü nümayiş etdirilib.

Putin Əsədə Yaxın Şərqdə gərginliyin artmasından narahat olduğunu desə də, hər iki lider danışıqları ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Rusiya 2015-ci ilin sentyabrından bəri İranla birləşərək, Əsəd hökumətinə silahlı müxalif qruplarla döyüşmək və ölkənin əksər ərazilərində nəzarəti ələ keçirməsinə yardım üçün Suriyada hərbi kampaniya aparır. Rusiya hazırda hərbi resurslarının əsas hissəsini Ukraynada cəmləsə də, Suriyada hərbi bazalarını və qoşunlarını saxlayır.

Putin Əsədə "Bütövlükdə regionda vəziyyətin necə inkişaf etdiyi ilə bağlı fikriniz məni çox maraqlandırır. Təəssüf ki, eskalasiyaya meyl var, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir" deyib.

Kreml Putin və Əsədin görüşünün çərşənbə günü baş tutduğunu bildirib.

Putin və Əsəd sonuncu dəfə 2023-cü ilin martında Kremldə Suriyada 12 illik qiyamın vətəndaş müharibəsinə çevrilməsinin ildönümündə görüşüb. Həmin görüşdə Putin Rusiya ordusunun ölkədə sabitliyin yaradılmasındakı rolunu vurğulayıb.

Əsəd rusiyalı tərcüməçi vasitəsilə Putinə "Bu gün bütövlükdə dünyada və Avrasiya regionunda baş verən bütün hadisələri nəzərə alsaq, bugünkü görüşümüz çox vacib görünür" deyib.

Kreml Putinlə Əsədin danışıqlarının təfərrüatlarını açıqlamayıb. Lakin potensial müzakirə mövzularından biri Rusiya və Türkiyənin diplomatik münasibətlərin bərpası ətrafında olub.

Rusiya Əsəd hökumətinin ən güclü dəstəkçilərindən biridir, eyni zamanda Türkiyə ilə də yaxın əlaqələrə malikdir və münasibətlərin yenidən başlaması üçün səy göstərir.

Türkiyə Suriya ilə əlaqələri 2011-ci ildə hökumət əleyhinə kütləvi etirazlar və Suriya təhlükəsizlik qüvvələrinin amansız repressiyalarının hələ də davam edən vətəndaş müharibəsinə çevrildiyi üçün kəsib. Türkiyə Əsədi devirmək istəyən Suriya üsyançı qruplarını dəstəkləyib və hələ də müxalifətin nəzarətində olan şimal-qərbdə qüvvələrini saxlayır ki, bu da Dəməşqi qəzəbləndirir.

2022-ci ilin dekabrında Türkiyə, Suriya və Rusiya müdafiə nazirləri Moskvada danışıqlar aparıb. Bu, Türkiyə ilə Suriya arasında 2011-ci ildən bəri nazirlər səviyyəsində ilk görüş olub. Rusiya keçən il də Suriya və Türkiyə rəsmiləri arasında görüşlərə vasitəçilik edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Əsəd bu yaxınlarda diplomatik əlaqələrin bərpasında maraqlı olduqlarını bildirib.

Keçən həftə bir türk qəzeti Ərdoğanın avqustda Moskvada Əsədlə görüşəcəyini yazsa da, Türkiyə rəsmiləri xəbəri təkzib edərək, "həqiqəti əks etdirmir" deyiblər.

Bu ayın əvvəlində Ərdoğan Əsədi Türkiyədə və ya hansısa üçüncü ölkədə görüşə çağırdığını bildirib.

İyulun 15-də jurnalistlərə açıqlama verən Əsəd münasibətlərin normallaşması üçün Türkiyənin Suriyanın şimalından qoşunlarını çıxarmalı və Dəməşqin “terrorçu” kimi təsvir etdiyi üsyançı qruplara dəstəyi dayandırmalı olduğunu deyib.
 
Ardını oxu...
İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn Azərbaycanda səfərdədir.

Yakov Blitşteyn iyulun 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, iyulun 25-də isə iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.

Rəsmi məlumatlara görə, görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat istiqamətlərində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.

Görüüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Azərbaycan-İsrail əməkdaşlığı üçün əlavə imkan yarandığı qeyd edilib.


İyulun 25-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbaovla İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yakob Blitşteynin görüşündə İsrail şirkətləri ilə birgə investisiya layihələri, biznes ictimaiyyəti ilə əlaqələrin gücləndirilməsi, ticarət, sənaye, innovasiya və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın təşviq edilməsi məsələləri diqqət mərkəzində olub.
https://twitter.com/MikayilJabbarov/status/1816351327548542988?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1816351327548542988%7Ctwgr%5E54482b5c74c1ffa4b28f3b7a3da244b304e87467%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7712500.html
Ardını oxu...
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan sülh müqaviləsi üzrə təkliflərdən ibarət cavab paketi hazırlayır.

“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, – deyə Badalyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi hələlik bu barədə məlumat verməyib.

Yada salaq ki, 2022-ci ilin martında Bakı aşağıdakı beş prinsip əsasında sülhün bağlanmasını təklif edib:

– bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

– dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;

– dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;

– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Bundan sonra tərəflər bu prinsipləri özündə əks etdirən sülh müqavilələri layihələrinin mübadiləsinə başladılar.

Bu günlərdə İlham Əliyev bildirdi ki, saziş layihəsi 80-90 faiz razılaşdırılıb.

O, eyni zamanda, o, razılaşmanın vacib bəndlərini və onlar həll edilmədən razılaşmanın mümkünsüz olacağını qeyd edib: bu, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarının olduğu hissədə dəyişikliklərə ehtiyac və Ermənistanın Bakının şərtləri ilə Zəngəzur dəhlizinin açılmasına razılıq verməsidir.

Bundan başqa, Bakı ermənilərin Qarabağa qayıtması məsələsini azərbaycanlıların Ermənistandakı yaşayış yerlərinə qayıtmaq hüququ ilə əlaqələndirir.(Turan)
 
Ardını oxu...
Kreml Ermənistanın Rusiya ilə Qərb arasında tərəfdaş seçərkən Kiyev rejiminin yolu ilə getməyəcəyini gözləyir.

Bu barədə “Yeni Media” Festivalında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, - Peskov qeyd edib.
 
Ardını oxu...
Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib ki, Budapeştin dəyərləri Avropanın qalan hissəsindən çox fərqlidirsə, Macarıstanın Aİ üzvlüyünün dayandırılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyə dəyər.

Valtonenin fikrincə, Macarıstan ikitərəfli diplomatiyada bütün Aİ-ni təmsil etmək kimi davranmamalıdır. Belə ki, o, baş nazir Viktor Orbanın Rusiya Federasiyası və Çinə səfərini şərh edib. Bu, Macarıstanın fikirlərinin Avropa Birliyinin rəsmi mövqeyinə uyğun gəlməməsi ilə bağlıdır: “Əlbəttə, bu, hər bir ölkənin öz işidir, amma nə vaxtsa fikirlər bizim ümumi dəyərlərimizdən bu qədər fərqlidirsə, Avropa İttifaqının düzgün qrup olub-olmadığını soruşmağa dəyər” – deyə Finlandiya nazirliyinin rəhbəri qəzəblənib.

Bununla belə, o qeyd edir ki, Budapeştə Macarıstanın Aİ-yə üzvlük məsələsinə yenidən baxılmasının zəruriliyi barədə siqnal göndərməyəcək.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Oxu.Az xəbər verir ki, bu barədə "ANKA" nəşrinə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

"Prezidentimizin Moskvada Suriya Prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə o qeyd edib.
Ardını oxu...
ABŞ-nin keçmiş prezidenti, demokrat Barak Obama qarşıdan gələn prezident seçkisində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləməkdən imtina edib.

Ağ Evin keçmiş sahibi Demokrat Partiyasının görkəmli namizədlə nəticələnəcək bir proses təşkil edə biləcəyinə əmin olduğunu bildirib.

Barak Obamanın özü də əvvəllər ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki kampaniyasını tam dəstəklədiyini bildirsə də, onun həyat yoldaşının mövqeyini heç kim bilmirdi. Demokratik dairələrdə Baydenin seçki kampaniyasında Mişel Obama ilə əvəzlənməsinin mümkünlüyü ilə bağlı gizli müzakirələr gedirdi. Daha sonra onun ofisi bu məlumatı təkzib edib.
 
Ardını oxu...
ABŞ-nin vitse-prezidenti Kamala Harris ABŞ-də noyabrda keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətindədir.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.

"Prezident tərəfindən dəstəkləndiyimə görə şərəf hissi duyuram və namizədliyimi irəli sürmək niyyətindəyəm", - Harris bildirib.

Qeyd edək ki, bu gün Co Bayden prezidentlik yarışından geri çəkildiyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ prezidenti həmçinin həftənin sonunda xalqa müraciətində qərarı barədə daha geniş danışacağına söz verib.
TASS
 

Dünyapress TV

Xəbər lenti