Ardını oxu...
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcəkdi. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dünənki mətbuat konfransında bildirmişdi. Diplomat bildirmişdi ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir. Həmçinin vurğulamışdı ki, İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Bəqayi əlavə etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq deyə Bəqayi söyləmişdi. Daha sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi. Bəqainin eyni sözləri iki fərqli informasiya kimi yayıldı: birində yalnız Türkiyə-İran sərhədindən danışılır, digərində isə “sərhəd” ifadəsi “Zəngəzur dəhlizi” sözləri ilə əvəz edilir. İlk baxışdaca ziddiyyət göz qabağındaydı: Bəqai Zəngəzur dəhlizi haqda “siyasi deyil, texniki məsələdir” sözlərini işlədə bilməzdi. Zəngəzurla bağlı “texniki məsələni” həll etmək üçün İran nümayəndə heyəti niyə müzakirə üçün Türkiyəyə getməlidir? Hətta bu məsələdə Türkiyə israrlı olsa belə, bu niyə “nəqliyyatçıların həll edəcəyi məsələ” (Bəqainin sözləridir) kimi təqdim edilir Bəqai ayrı-ayrı mövzular haqda necə tam eyni sözlərlə - yalnız “sərhəd” sözünün yerinə “Zəngəzur dəhlizi”ni işlətməklə - danışa bilər? Bunlar təsdiqləyirdi ki, Bəqai Türkiyə-İran sərhədindən danışır, Zəngəzur dəhlizindən deyil. Eyni zamanda, İranın əsas xəbər agentlikləri də, Türkiyə mediası da Bəqainin sərhəd açıqlamasını yaymışdı, Zəngəzuru deyil. Bütün deyilənlərə baxmayraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytıdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib.

Siyasi şərhçi Tural İrfan “Sherg.az”a söyləyib ki, İran Zəngəzur məsələsinin əleyhinədir və buna hər vəchlə maneə yaradır:

“Həmçinin bu da məlumdur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, digər maraqlı dövlətlər üçün də əhəmiyyət kəsb edir. Ona görə İrana Türkiyənin təzyiqi təbiidir. İran, Türkiyə və Azərbaycana qarşı mümkün qədər maneələr yaratmağa çalışır. Eyni zamanda hər iki dövlətin Zəngəzur dəhlizi məsələsinin həllindən sonra iqtisadi, hərbi və başqa sahələrdə daha da sıx, siyasi, hərbi, coğrafi əlaqələrindən narahatdır. Bu baxımdan Türkiyənin də müxtəlif yollarla İrana təsir göstərməsi normaldır və bu barədə danışıqların, hətta görüşlərin olması da mümkündür. Ancaq yanıldıcı informasiya manipulyasiyası mütəmadi olaraq İran mediası tərəfindən tirajlanır. Çünki İranda hakimiyyət bir nöqtədən idarə olunmur. Ali dini liderə, Prezidentə, Sepah kimi qurumlara bağlı medialar var ki, çox zaman bunların yaydığı xəbərlər həqiqəti əks etdirmir. Yaxud birini təkzib edən məmulatlar olur. Bu, onların hakim dairələri arasındakı münaqişəli durumdan xəbər verir. Eyni zamanda mühafizəkar qrupla, islahatçı qrupun arasındakı dərin fərqdən qaynaqlanır. Riyakar siyasət yürüdən, çox zaman siyasi diplomatik ənənələrdən çox orta əsr adətləri ilə çıxış edən İran rəsmiləri region dövlətlərini nəzərə almadan siyasət aparması doğru hesab edir ki, bu zaman da maraqlar toqquşur. Bunu da İran zorla, təhdid və terror dili ilə həll etmək istəyir. Çox zaman ikili, ziddiyətli bəyanatlar verirlər. Hesab edirəm ki, İran xarici işlər nazirinin ziddiyət dolu açıqlamaları və fars mediasının təxribatçı açıqlamaları İran siyasətində və dövlət idarəçiliyindəki təlatümləri, çaşqınlığı, ziddiyəti göstərir.
Zəngəzur məsələsi isə mütləq həllini tapacaq. İran istəsə də istəməsə də bu məsələnin gec-tez həll olunması Türkiyənin sayəsində mümkün olacaq”.
 

Ardını oxu...


Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini artıq daha yaxşı təsəvvür edir və ABŞ və Qərbin uydurma “erməni dövləti”ni xilas edə bilməyəcəyinin fərqindədir... Ona görə də, hazırda siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil...

"Yeni Müsavat xəbər verir ki, Cənubi Qafqazda sülh prosesinin dalana dirənməsində əsasən iki səbəb daha ön planda yer alır. Belə ki, rəsmi İrəvan bir tərəfdən, Ermənistan cəmiyyətinin sərt reaksiyasından çəkinir. Ona görə də, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində praktiki addımlar atmağa cəsarət göstərmir. Xüsusilə də, Paşinyan hakimiyyətinin bundan sonrakı siyasi mərhələdə Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərinin təsiri altında olacağı da qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvan üçün situasiyanın nə qədər qəliz olduğunu təxmin etmək o qədər də çətin deyil.

Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarından da tamamilə asılı vəziyyətə düşüb. Belə asılılıq isə Paşinyan hakimiyyətini regional sülh prosesində müstəqil siyasi iradə nümayiş etdirmək şansından məhrum buraxır. Çünki Ermənistanın beynəlxalq himayədarlarının – ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik prioritetləri hələlik regional sülh prosesi ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də Cənubi Qafqazda daha çox silahlı toqquşmalarda maraqlı olan Ermənistanın beynəlxalq himayədarları sülh prosesinin uğur qazanmasına əngəl törətməyə cəhd göstərirlər.

Əslində, regional sülh prosesinə qarşı əsas təhlükə də məhz Cənubi Qafqaza aidiyyatı olmayan Qərb siyasi dairələrinin kobud kənar müdaxiləsindən qaynaqlanır. Belə ki, Ermənistanı "geopolitik müstəmləkə"yə çevirməyə nail olmuş ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda yalnız pozuculuq fəaliyyəti ilə bu regionda öz hədəflərini reallaşdırmağa can atırlar. Bu baxımdan, rəsmi İrəvanın ABŞ və Qərbin birbaşa icazəsi olmadan Azərbaycanla yekun sülh sazişinin imzalamağa cəsarət edəcəyi qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Ermənistanın Azərbaycanla yekun sülh sazişini imzalamağa nə vaxt hazır ola biləcəyi müəmmalı olaraq, qalmaqdadır.

Ancaq rəsmi İrəvan nə qədər sülh prosesini manipulyasiya etməyə çalışsa da, əslində, hazırda zaman Ermənistanın əleyhinə işləyir. Düzdür, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Ermənistana verdiyi dəstəyə ümidlərini hələlik qorumaqda davam edir. Bununla belə, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalayaraq, Ermənistanın inkişaf perspektivlərinin önünü açmaq imkanlarının böyük ölçüdə itirilə biləcəyini də artıq anlamağa başlayıb. Və bu baxımdan, Ermənistanın hakim siyasi dairələrində müəyyən təlaşın olması əslində, o qədər də təəccüblü deyil.

Məsələ ondadır ki, Suriya böhranının nizamlanması ilə bağlı prosesin indiki nəticələri Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi narahatlıq doğurub. Belə ki, rəsmi İrəvan İranın Ermənistana davamlı dəstəyinə böyük ümidlər bəsləyirdi. Eyni zamanda, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvanın Kremllə ciddi ziddiyyətləri olsa da, Rusiyanın Türkiyənin Cənubi Qafqazda tam yerləşməsi qarşısında əsas bloklayıcı geopolitik faktor kimi qəbul edirdi. Və bu baxımdan, rəsmi İrəvan üçün həm Rusiyanın, həm də İranın Cənubi Qafqaza təsir gücünün qorunub, saxlanması böyük əhəmiyyət daşıyır.

Ancaq Suriyada Rusiya və İranın məğlub olaraq, geri çəkilmək məcburiyyətində qalması indi rəsmi İrəvanı ciddi şəkildə narahat etməyə başlayıb. Çünki Suriyada “proksi qüvvələri” sıradan çıxarılaraq, zəiflədilmiş İranın Cənubi Qafqaza təsir imkanları da ciddi şəkildə məhdudlaşıb. Buna paralel olaraq, hən Suriyada məğlub olan, həm də Ukrayna “savaş bataqlığı”nda hərbi-siyasi potensialının tükətmək üzrə olan Rusiyanın da Cənubi Qafqazda çevik manevr imkanları artıq şübhə doğurmaqdadır. Və bu, o deməkdir ki, Ermənistan üçün böyük önəm daşıyan Rusiya-İran cütlüyü hazırda Cənubi Qafqazda cərəyan edən proseslərə təsir mexanizmlərindən uzaq qalmağa başlayıb.

Bütün bunlar Ermənistan cəmiyyətində Türk İttifaqı ilə bağlı dərin xof yaradıb. Belə ki, indi erməni siyasi dairələri Türkiyənin Suriyadan sonra Cənubi Qafqaza da yerləşməyə çalışa biləcəyindən narahardırlar. Əsas iddilarsa ondan ibarətdir ki, Rusiya və İranın Cənubi Qafqazda təsir mexanizmlərinin sıradan çıxmaqda olduğu bir şəraitdə Türkiyənin bu regiona yolu tamamilə açılıb. Ona görə də, Türkiyə Azərbaycanla ortaq şəkildə Cənubi Qafqazı tamamilə nəzarət altına almaq imkanlarını artırıb. Və bu, ilk növbədə Ermənistanın gələcək taleyini ciddi təhlükə altına sala biləcək faktor hesab olunur.

Belə anlaşılır ki, erməni siyasi dairələri Türkiyə və Azərbaycanın ortaq geopolitik addımları qarşısında ABŞ və Qərbin Ermənistana dəstəyinin yetərli olmayacağı qənaətinə gəlməyə başlayıblar. Yəni, hesab olunur ki, Türk İttifaqı yaxın vaxtlarda Cənubi Qafqazda həlledici səviyyədə hərəkətə keçərsə, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı xilas etməkdə gücsüz qala bilər. Əslində, erməni siyasi dairələrinin bu qənaəti həqiqətdən o qədər də uzaq deyil. Və Paşinyan hakimiyyətinin Qərbə güvənərək, sülh prosesini manipulyasiya etməsi, indi Ermənistanı çıxılmaz vəziyyətə salmaq üzrədir.

Maraqlıdır ki, son vaxtlar Ermənistanın hərbi-siyasi dairələri iki paralel iqtiqamətlər üzrə addımlar atmaqla, diqqəti çəkirlər. Belə ki, Ermənistan ordusu Azərbaycanla sərhəd bölgəsində atəşkəsi yenidən pozmağa başlayıb. Bəzi ehtimallara görə, bu, Paşinyan hakimiyyətini Azərbaycanla yekun sülh sazişini imzalamaq şansından məhrum buraxmaq məqsədilə edilir. Digər tərəfdənsə, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə növbəti dəfə yekun sülh sazişinin imzalanmasının qaçılmazlığı barədə mesajlar verməyə başlayıb. Və bu baxımdan, Ermənistan cəmiyyətində sülh tərəfdarları ilə savaşa üstünlük verənlər arasında kəskin qarşıdurmanın olduğöunu da düşünmək olar.

Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanı gözləyən real təhlükənin əhatə dairəsini erməni radikal-revanist müxalif qüvvələrdən daha yaxşı anlayır. Hər halda, erməni radikal-revanşistlərin Azərbaycanla növbəti savaşa nail olacaqları təqdirdə, ABŞ və Qərbin Ermənistanı xilas edə bilməyəcəyinin fərqindədir. Və bu halda, Ermənistanın gələcək taleyinin ciddi suallar doğuracağını elə indidən də təxmin etmək olar.

Ona görə də, Türk İttifaqının tezliklə hərəkətə keçəcəyi barədə “yaxınlaşan fəlakət” mesajı verən Paşinyan hakimiyyəti indi əvvəlcə Azərbaycanla yekun sülh sazişinin imzalanması, ardıncasa Türkiyə ilə münasibətlərin normallaşdırılmasının yeganə çıxış yolu olduğunu təbliğ etməyə çalışır. Belə davam edərsə, son vaxtlara qədər siyasi manipulyasiyalar edərək, zaman qazanmağa cəhd göstərən rəsmi İrəvanın Azərbaycanla yekun sülh sazişini imzalamaq üçün yalvarmaq məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.
Ardını oxu...
Ötən ilin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə məqsədli “Pantsir S” raketi ilə vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur.

Təyyarənin Qroznı səmasında hücuma məruz qalmasından sonra enişinə icazə verilməməsi, həmçinin Rusiyadan səsləndirilən bir-biri ilə tutarsız müxtəlif açıqlamalar Azərbaycanda birmənalı qarşılanmadı. Hadisənin əsas səbəbi ortaya çıxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib qəzanın bu ölkənin hava məkanında baş verməsinə görə üzr istəsə də, günahkarların cəzalandırılması ilə bağlı məsələ hələ də öz həllini tapmayıb.

Həmçinin Bakının Moskvaya qarşı irəli sürdüyü əsas şərtlərdən biri olan kompensasiyanın ödənilməsinə də Kremldən aydınlıq gətirilməyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Azərbaycan tərəfinin reaksiyası kifayət qədər praqmatik, haqlı və davamlıdır:

“Rusiya dövləti və başda Vladimir Putinin heç bir zaman üzr etdikləri səhvə görə istəməmələri hər kəsə məlumdur. Bu cür durumun onların siyasi simalarına və imiclərinə zərbə olduğunu hesab edirlər. Sonuncu dəfə Rusiya liderləri təyyarə qəzasına görə, 1990-cı ildə Sovet dövründə Koreya hava yollarına aid təyyarənin vurulması üçün üzr istəmişdi. Maraqlıdır ki, bu, qəzadan 9-10 il sonra baş verdi.

Prezident İlham Əliyevin ardıcıl mövqeyi Rusiyanı fakt qarşısında qoydu. Hər nə qədər Rusiya liderləri ictimai rəylə hesablaşmağı sevməsələr də, son illərdə baş verən qlobal dəyişikliklər fonunda Moskvanın post-sovet məkanına artan ehtiyacına görə Putin praqmatik davranmağa məcbur qaldı. Xüsusilə Ukraynanın Rusiya qazının tranzitinə qadağa qoymasından sonra Azərbaycan, Qazaxıstan və Türkiyənin burada rolu gücləndi. O baxımdan Rusiya hazırda 15 milyard kubmetrə yaxın qazı məhz Türk axını vasitəsilə ixrac edə bilər. Eyni zamanda Çinə ixracda Qazaxıstan önəmli rola malikdir. Bütün bunlar bizə onu deməyə əsas verir ki, Rusiya rəhbərliyinin ən azından üzrdən sonra müxtəlif kompensasiya tədbirlərini icra etməsi mümkündür”.

Ekspertin sözlərinə görə, 38 nəfərin ölümü ilə nəticələnən qəzaya görə Rusiyada kimlərinsə həbsi gözləniləndir:

“Əks halda bu, Azərbaycan və Rusiya münasibətlərində ciddi böhran yarada bilər. Buna baxmayaraq düşünürəm ki, Kreml rəhbərliyi Bakı ilə gərginliyin artmasına imkan verməyəcək. Ümumiyyətlə, münasibətlərdə enişli-yoxuşlu hallara baxmayaraq Rusiya və Azərbaycan dəyişən geosiyasi vəziyyətdə strateji xəttin pozulmamasına çalışır. Lakin bu o demək deyil ki, Bakı öz mövqeyini ifadə etməyəcək. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman dostyana davranıb və ondan da eyni münasibəti gözləmək haqqına sahibdir. Bu, həm də Azərbaycanın kifayət qədər müstəqil siyasət aparmasından qaynaqlanır və Moskva rəhbərliyi bu cür ölkələrə xüsusi əhəmiyyət verir”.
 
Ardını oxu...
ABŞ Qərb ölkələri ilə Rusiya arasında nüvə münaqişəsi riskinin istənilən artımını son dərəcə təhlükəli hesab edir.

Bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyini düşündüyündən Moskvanın nüvə ritorikasından son dərəcə narahat olub.

“Bu ehtimal 5 faizdən 15 faizə qədər artsa belə, təhlükədir. Nüvə silahından danışırıq, bundan daha ciddi bir şey yoxdur” - Blinken deyib və əlavə edib ki, Pekinin siyasəti çox güman ki, Ukraynadakı münaqişədə nüvə silahından istifadə təhlükəsini azaltmağa kömək edib.

“Çinin Rusiya ilə əlaqə saxladığını və bunu etməməsi barədə xəbərdarlıq etdiyini düşünməyimiz üçün əsasımız var. Pekin Vaşinqtonun onlara Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdıra biləcəyi barədə məlumat verməsindən sonra da mövqeyini Moskvaya çatdırmış ola bilər”, - o vurğulayıb.

ABŞ-Çin münasibətlərinin dinamikasından danışan Blinken Çini “bir əlində iki qarpız saxlamaq”da ittiham edib, Pekinin Qərblə sıx ticarət əlaqələri saxlamaqla bərabər, Qərb ölkələrinin etirazlarına baxmayaraq, Rusiyanı ikili təyinatlı mallarla təmin etdiyini söyləyib.

“Pekinə qarşı sanksiya siyasətindən dərhal effekt olmayacaq. Amma düşünürəm ki, Çinin mövqeyi getdikcə daha da çətinləşir. Çin elitasına qarşı atdığımız addımları qətiyyən bəyənmirlər. Düşünürəm ki, lazım gələrsə, növbəti addımlar da atılacaq, ola bilsin, elə üzümüzə gələn həftələrdə”, - o əlavə edib.
 
Ardını oxu...
Politoloq İlqar Vəlizadə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü və bunun ölkə üçün perspektivlərindən söz açıb.
Dekabrın 19-da Misirin paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının XI sammiti keçirilib. Əvvəllər təşkilat iştirakçıların sayına görə “İslam səkkizliyi” və ya D-8 adlanırdı. Tədbirin diqqətəlayiq hadisəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi, bundan sonra İslam Səkkizliyinin İslam Doqquzluğuna (D-9) çevrilməsi olub.
“İslam səkkizliyi” dövrün çağırışlarına cavab kimi
Azərbaycanın adıçəkilən quruma üzvlüyünə qədər İqtisadi Əməkdaşlıq Təşkilatına Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxil idi. Onun yaradılması 1997-ci il iyunun 15-də bu formatda dövlət və hökumət başçılarının birinci zirvə toplantısının bəyannaməsinin qəbul edilməsi ilə İstanbulda rəsmi olaraq elan edilib.
“İslam səkkizliyi”nin təşəbbüskarı Türkiyə, daha doğrusu onun o vaxtkı baş naziri Nəcmeddin Ərbakan idi – Türkiyənin ilk islamyönlü baş naziri, həm də ölkədə siyasi İslamın qurucusu adlandırılan bir adam. Ərbakan İslam həmrəyliyinin qızğın tərəfdarı idi və hesab edirdi ki, İslam dünyası ölkələri beynəlxalq arenada oxşar mövqelərdən çıxış etməlidirlər. Bundan əlavə, o hesab edirdi ki, İslam ölkələri öz sosial-iqtisadi problemlərini həll etmək üçün daha fəal şəkildə güclərini birləşdirməlidirlər.
Təsadüfi deyil ki, D-8-in məqsədləri qlobal iqtisadiyyatda üzv dövlətlərin mövqeyini yaxşılaşdırmaq, qarşılıqlı ticarətdə şaxələndirmək və yeni imkanlar yaratmaq, beynəlxalq səviyyədə qərarların qəbulunda iştirakın genişləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi olub.
Sonrakı illərdə format kifayət qədər inkişaf etməməsinə baxmayaraq, liderlərinin görüşləri kifayət qədər müntəzəm idi. Bundan əlavə, iştirakçıların tərkibinə nəzər salsanız, demək olar ki, hamısı öz regionlarında iqtisadi liderlərdir və onları regional güclər adlandırmaq olar.
İştirakçı ölkələrin əhalisi bu gün 1,2 milyard nəfərdir, onlar 7,5 milyon kvadratmetrdən çox ərazidə yerləşir. km, ümumi ÜDM isə 4 trilyon dollara çatır. Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı - indi D-9 - regional təşkilatdan daha çox qlobal təşkilatdır, bunu üzvlərinin tərkibi sübut edir.
Bundan əlavə, D-9 onların digər beynəlxalq və ya regional təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərə mənfi təsir göstərməyən bir forumdur. Buna əlavə etməliyik ki, təşkilatın katibliyi İstanbulda yerləşir, baş katibi isə Nigeriya nümayəndəsi İsaaka Abdulkadir İmamdır.
Qahirə Bəyannaməsi yeni səhifə kimi
Yeni şəraitdə bir çox əvvəlki qlobal əməkdaşlıq formatları öz effektivliyini itirməyə başladığından və yeniləri hələ zamanla lazımi şəkildə sınaqdan keçirilmədiyindən, müəyyən təcrübəyə malik D-9 kimi təşkilatlar gələcək üçün yaxşı zəmin yarada bilər. Bundan başqa, Türkiyə tərəfi daha əvvəl D-8-i İslam İyirmiliyinə çevirmək planlarını dilə gətirib.
Uzun müddətdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi başa çatdıqdan sonra, özünü tamhüquqlu regional güc kimi təsdiqləyərək - uzunmüddətli maraqlarının reallaşdırılmasını nəzərə alaraq, Azərbaycan 2023-cü ilin aprelində D-8-ə üzv olmaq üçün müraciət edib. Qeyd edək ki, İslam doqquzunun iki ölkəsi Azərbaycanla qonşudur. Bunlar Türkiyə və İrandır. Digər dövlət Pakistan isə müxtəlif sahələrdə Bakı ilə ən yaxın əlaqələri saxlayır. Bu hal Bakını bu formatdakı dövlətlərə daha da yaxınlaşdırır.
Azərbaycan İslam doqquzluğunun digər ölkələri ilə, xüsusən də son illərdə kifayət qədər intensiv dialoq aparır. Məsələn, sammitin ev sahibini - Misiri götürək. Tərəflər artıq ən yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsi aparıb və gələcək illər üçün əməkdaşlıq strategiyasını müəyyən ediblər.
Təşkilatın hazırkı gündəliyi ilə bağlı demək lazımdır ki, bu gün ən mühüm məsələlər dayanıqlı inkişafın təmin edilməsi, qlobal böhranların nəticələri ilə mübarizə, üzv dövlətlərin öz xalqları üçün daha ədalətli və firavan gələcək yaratmaq istəyidir. Bütün bunlar sammitin yekununda qəbul edilmiş Qahirə Bəyannaməsində öz əksini tapıb.
O, xüsusilə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, elm və texnologiya və sənaye də daxil olmaqla kritik sektorlarda tərəfdaşlığın dərinləşdirilməsi zərurətini vurğulayır. Kiçik və orta sahibkarlığın inkişafının zəruriliyi vurğulanır. Məhz bu sektorlar üzv ölkələrdə iqtisadi artımı stimullaşdırmaq və davamlılığı gücləndirmək üçün zəruri hesab olunur.
Qahirə Bəyannaməsinin əsas elementi 2020-2030-cu illər üçün Onillik Yol Xəritəsinin həyata keçirilməsi üzrə səylərin təsdiqidir. Bu strateji plan üzvlər arasında iqtisadi əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.
Bəyannamədə təbii fəlakətlərin idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi də vurğulanır. Liderlər təbii fəlakətlərə daha yaxşı hazırlaşmaq və onlara cavab vermək üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və bilik mübadiləsinin təşviqinə diqqət yetirmək barədə razılığa gəliblər.
Bu, qlobal çağırışlar qarşısında kollektiv fəaliyyətə artan ehtiyacı əks etdirir. Bəyannamənin digər prioritet bəndi səhiyyə sahəsində əməkdaşlıqdır. Misirin səhiyyə nazirləri ilə texniki qurumlar arasında müntəzəm görüşlər keçirmək təklifi bütün iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.
Bu təşəbbüs sağlamlıq böhranlarına davamlılığı artırmaq, həmçinin birgə öyrənmə və təcrübə mübadiləsi məqsədi daşıyır.
Qadınların iqtisadi səlahiyyətlərinin artırılması iqtisadi artım və davamlı inkişaf üçün mühüm amil kimi aydın şəkildə müəyyən edilib. Bəyannamə qadınların iqtisadi fəaliyyətdə tam iştirak etmələri üçün imkanların yaradılmasının vacibliyini bir daha təsdiqləyir.
Azərbaycan və başqaları: Suriyanın bərpası
Ən aktiv müzakirə mövzusuna çevrilən əsas siyasi mövzular arasında Suriyanın münaqişədən sonra yenidən qurulması da var. Eyni zamanda, hər kəs bu prosesdə iştirak etməyə hazır olduğunu bildiriи.
Nümayəndə heyətinə rəhbərlik edən Azərbaycanın baş naziri Əli Əsədov bildirib ki, Bakı bütün məsələlərin Suriya xalqının iradəsinə uyğun olaraq və daxili siyasi dialoq yolu ilə həll olunacağına ümid edir.
“Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında səylərini əsirgəməyəcək. Bu istiqamətdə əməli addımlar atmaq üçün qardaş Türkiyə ilə sıx təmaslarımızı davam etdiririk”, - Əsədov вунши.

Müşahidəçilər qeyd ediblər ki, son 11 ildə Qahirəyə səfər edən ilk İran lideri olan ölkə prezidenti Məsud Pezeşkian həmkarlarından daha çox narahat görünür. Suriyada rejim dəyişikliyindən sonra İran bölgədəki əsas vəkil qüvvəsi olan Hizbullah ilə əlaqəni kəsib və Şərqi Aralıq dənizindəki nüfuzu xeyli zəifləyib.
İsraillə müharibədə daha çox darmadağın olmuş Hizbullah artıq regiondakı siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək o qədər də güclü qüvvə kimi görünmür. Amma Türkiyə, əksinə, həm Suriyada, həm də bütövlükdə regionda mövqelərini gücləndirərək, vəziyyətə cavabdeh olan ölkəyə çevrilib.
Sammitdə çıxış edən prezident Ərdoğan Əsəd rejiminin devrilməsinin “yeni ümid səhifəsi açdığını” vurğulayıb. Bununla yanaşı Misir lideri Əs-Sisi Suriyada heç kimi kənarda qoymayan və milli barışıq üçün əsaslar qoyan yekun siyasi prosesin keçirilməsinə çağırıb.
Türkiyə Suriyada vətəndaş müharibəsinin son qalibi kimi ortaya çıxsa da, Misir, əksinə, Suriya ordusunun məhv edilməsindən və İsrailin Qolan təpələrini işğal etməsindən dərin narahatdır.
Məhz buna görə də Misir, Türkiyə və İran liderlərinin sammit çərçivəsində görüşü onların son hadisələrlə bağlı razılığa gəlmələri üçün fürsət pəncərəsi olub. Misir proses iştirakçılarının etimadını qazanır ki, bu da qarşıdakı dövrdə Suriyada əldə olunacaq razılaşmalarda təsirli rol oynaya biləcəyi anlamına gəlir.
Ədalətli dünya barədə düşüncələrlə
Tərəflər digər məsələlərlə yanaşı, Livana yardımı da müzakirə ediblər. Mütəxəssislərin hesablamalarına görə, iki aylıq işğal zamanı İsrailin məhv etdiyi ərazilərin yekun bərpası üçün ona 20-30 milyard dollar lazımdır. Müqayisə üçün qeyd edək ki, qonşu Suriyaya 250 milyard dollar, Qəzza zolağının bərpası üçün isə 80 milyard dollar (İsrail ordusu nəhayət onu tərk etdikdən sonra) tələb olunacaq.
Bu müzakirələrdə təbii olaraq Fələstin prezidenti Mahmud Abbas və Livanın baş naziri Nəcib Mikati də iştirak edib. D-9 ölkələri, təbii ki, çətin ki, belə xərcləri öz üzərinə götürsünlər. Bundan başqa, onların bəziləri bir neçə ildir ki, siyasi böhran və təbii fəlakətlər nəticəsində kifayət qədər ağır sosial-iqtisadi vəziyyət yaşayırlar. Amma onlar bu problemləri həll etmək üçün ixtisaslaşmış təşkilatların və ya fondların yaradılması təşəbbüsü ilə çıxış edə bilərlər.
İslam doqquzluğunun növbəti sammitinin İndoneziyada keçirilməsi qərara alınıb. Təşkilatın prezidenti Prabovo Subianto, D-9 üzvlərinin Qlobal Cənubun bərabərlik istəyini ifadə etdiyini söylədi və bloku iqtisadiyyatdan kənar inkişafın digər sahələrinə diqqət yetirməyə çağırıb.
“Biz beynəlxalq hüquqa, inklüzivliyə, ədalətə və ortaq rifaha əsaslanan daha ədalətli dünya nizamını müdafiə etməyə davam etməliyik”, - İndoneziya lideri vurğulayıb.

Onun çıxış etdiyi auditoriyanın da bu mövqeyi bölüşdüyü şübhəsizdir.
 
Ardını oxu...
Rəsmi Tehran İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi və rəsmi etiraz notası verilməsi barədə məlumatı təsdiqləyib.

Bu barədə RBC məlumat yayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı şəhərlərimizin birində keçirilən mərasimdə düşünülməmiş və yersiz bəyanatlarla bağlı olub. Bu cür bəyanatların İran hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, – İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

Qeyd edək ki, İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan XİN-ə çağırılıb və 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
 
 
 
Ardını oxu...
Ukraynanın prezidenti ofisinin məsləhətçisi Mixail Podolyak Rusiya ilə sülh danışıqlarının mümkün olmadığını bildirib, çünki təcavüzkar ölkə Ukraynada başladığı müharibəyə görə hələ kifayət qədər yüksək qiymət ödəməyib.
O, bu barədə BBC-yə verdiyi müsahibəsində deyib.
“Danışıqlar çox müzakirə olunur, amma bu bir illüziyadır”, deyə Podolyak vurğulayıb.
O həmçinin hesab edir ki, ABŞ-ın iştirakı olmadan Ukraynanın təhlükəsizlik zəmanəti ala bilməsi mümkün deyil – hazırda alternativ yoxdur. 1994-cü ildəki Budapeşt Memorandumu və 2014-2015-ci illərin Minsk sazişləri kimi razılaşmalar, əlavə hərbi təzyiq olmadığı təqdirdə faydasızdır.
“Rusiya anlamalıdır ki, o, nə vaxtsa təcavüzə başlasa, qarşı tərəfdən ciddi zərbələr alacaq”, – Podolyak qeyd edib.
Reuters agentliyi 20 noyabrda yazıb ki, Vladimir Putin Donald Trump ilə Ukraynadakı atəşkəs barədə razılaşma müzakirə etməyə hazırdır, ancaq o, əhəmiyyətli ərazi güzəştləri etməyəcəyini və Kiyevin NATO-ya qoşulmaq istəyindən imtina etməli olduğunu irəli sürür.
Putin bundan əvvəl bildirib ki, həmişə “danışıqlara” və Ukrayna ilə bağlı “kompromislərə” hazırdır. O, daha əvvəl müharibəni dondurmağa razılaşmayacağını bildirmişdi.
The Washington Post 20 dekabrda yazmışdı ki, Trump 2025-ci ildə Putin ilə görüşəcək. Lakin analitiklər, Putinin maksimalist mövqeyini və Trampın Rusiyanın güzəştə getməkdən çəkinməsini nəzərə alaraq, sülh razılaşması üçün ümidlərin az olduğunu düşünürlər.
26 dekabrda Putin bildirib ki, Slovakiya Ukrayna ilə danışıqlar üçün “birləşmə yerinə” çevrilə bilər. Lakin o, Trampın Ukrayna ilə bağlı təklif etdiyi “sülh planını” – Ukraynanın NATO-ya qoşulmağı 10 il müddətinə dayandırmasını qəbul etməyib.
Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, hazırda Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər gücü yoxdur. Lakin dövlət, xüsusən Krımı diplomatik yolla geri qaytarmağa hazırdır.
Ardını oxu...
Zelenski Suriya ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir
Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə diplomatik münasibətləri bərpa etmək planlarını açıqlayıb.

Dövlət başçısı bu barədə “Telegram” kanalında yazıb.

“Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırlaşırıq”, - Zelenski qeyd edib. \\Demokrat.az
Ardını oxu...
“Hazırda Avropa ölkələri ilə İran arasında baş verənləri tamhüquqlu danışıqlar adlandırmaq olmaz”

Yanvarın 13-də Cenevrədə İran və 3-cü Avropa İttifaqı ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların yeni raundu keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə İran arasında baş verənləri tamhüquqlu danışıqlar adlandırmaq olmaz: “Bu, daha çox məsləhətləşmələrdir”.

Diplomat İranın Cenevrədəki nümayəndə heyətinin tərkibində kimlərin olacağı ilə bağlı təfərrüatları açıqlamayıb.
 
Ardını oxu...
Azərbaycan İrana nota verdi İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib:
“Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.
Həmçinin İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.
Eyni zamanda Azərbaycana qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub”.
 

Dünyapress TV

Xəbər lenti